İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Əli sevgisi, Ömər düşmənliyi… – İQBAL AĞAZADƏ YAZIR |


Son dəqiqə

son xeber > SİYASƏT > Əli sevgisi, Ömər düşmənliyi… – İQBAL AĞAZADƏ YAZIR

Əli sevgisi, Ömər düşmənliyi… – İQBAL AĞAZADƏ YAZIR
Tarix : 19 Avqust 2014 0:31

Heç əlimə qələm almaq istəmirdim…Lakin son müsahibəmdən sonra şəxsim barədə yazdıqlarınız bir daha sizlərə elmdən, siyasətdən nələrisə xatırlatmağın vacib olduğu qənaətin yaratdı. Çünki sizlər də Vətən övladısınız, maariflənməyə də ən çox ehtiyacı olanlardansınız – xanımlı, kişili bunu son müsahibəmə münasibətdə göstərdiniz.  Müsahibəyə reaksiya barədə lap sonda… İndi isə…

 

                               Təqlidçilər və marginallaşmışlar

 

Sosial anlamda marginallaşma daha çox mədəniyyətlərdə özünü göstərər. Mədəniyyətlər isə az qala hər gün dəyişir, yeniləşir. Dəyişilməyənlər özünə qapanır, toplumun içərisində öz varlıqlarını pis də olsa köhnələri yaşatmaqla saxlayırlar. Sizlər də öz varlıqlarınızı marginallaşdırmaqla qoruya bilirsiniz,  eynən zəncilər Amerikanın Şimal bölgələrdə özlərini ağdərililərdən ayırdığı kimi, Türklər Avropada özlərini dönərxanalar, geyim və yemək mədəniyyəti ilə qorumağa çalışdıqları kimi, uzaq ekvator meşələrində yaşayanların qədim adətlərinə söykənərək mədəniyyətə açılım etmədikləri kimi. Siyasi proseslərin bütün dönəmlərində qışqırmaq, eyni şüarlar söyləmək, həmişə düşmən axtarmaq, toplum mədəniyyətinə inteqrə etmədən qrup mədəniyyətinin içində marginallaşmaq – bu sizin yaşam tərzinizə çevrilib, sadəcə adını dəyişdirib müasir terminologiyalara uyğunlaşdırmaq cəhdi var içinizdə. Ən pis hərəkətinizi belə demokratikliyin adına yazmaq istəyi isə sadəcə avantüradan başqa bir şey deyil.

Nə qədər qışqırmaq , nə qədər eyni şüarları söyləmək, başınızda dayananları belə eyni sloqanla böyütməyə cəhd etmək olar??!

Bax, bu qrup mədəniyyətinizin toplum mədəniyyətindən üstün tutularaq mühafizəsi və sonda marginallaşmadır.

Siz marginalsınız…

Öz dəyərlərinizə fanatik bağlılıq dialoqu rədd edər, marginallaşmaya yol açar, ictimai barışa xidmət edən xətt tuta bilməz, nəticədə kiçilərlər. İnanmırsınız?? Bu neçə ildə nə qədər kiçildiyinizi və bir qrup olaraq kənarda yaşadığınızı fərq etmirsinizmi?? Siz siyasi düşərgədə də yalnızlaşmaq yolunu tutmusunuz, heç kimsə ilə sona qədər ola bilmirsiniz, qrup mədəniyyətinin mühafizəkarlığı sizi tətikləyir. Yalnızlıq isə marginallaşmanın ilk şərtidir. Bu qrup refleksi sizi inkarçı edir. Siz siyasətdə belə hər kəsi inkar edirsiniz, şərləyirsiniz, hədyan deyirsiniz, hətta söyüş söyürsünüz, təhqir edirsiniz. Qorxursunuz sanki sizin qrup mədəniyyətini əlinizdən alacaqlar deyə… Eynən qədim dövrlərdə qatarın gəlişinə qarşı çıxanlar kimi. Onlar da xoş məram göstərirdilər – faytonçular ac qalacaq deyə…. Amma onlara görə.  Siz həm də təqlidçisiniz…

Uşaq babasını, atasını, anasını, təqlid etdiyi kimi siz də hakimiyyəti təqlid edirsiniz. Çünki insan güclü olana heyran olur, ona həsəd aparır, onu təqlid edir. Hakimiyyətin gücü ədalətsizlikdə olduğu kimi, siz də ancaq ədalətsizliyi təqlid edə bilirsiniz. Bu gün insanları tutmaq, haqqını əlindən almaq imkanınız məhduddur. Yoxsa daha pis olarsınız. Gücünüz yetən qədər edə bilərsiniz – ancaq sizin olan qəzet səhifəsində söymək, azad olan sosial şəbəkədə təhqir etmək. Daha böyük imkanlar sizi daha zalım edə bilər. (Deməyin ki, siz 1992-1993-cü illərdə hakimiyyətdə olaraq söylədiyim kimi olmamısınız)

 

P.S. Cəmiyyət marginallaşan və təqlidçi qrupa qarşı mübarizə aparmayacaqsa, onun böyümək şansları və toplumu özünə oxşatmaq imkanları var. Marginallaşma radikalizmi artırır…

 

                                                Radikallar və fanatlar…

 

Radikalizm keçmişdəki hər şeyi dəyişmək kimi bir yapıya deyilir. Təbii, bunun pozitiv tərəfi də var. Lakin siz pozitivi qəbul etməyənlərsiniz. Bir cəmiyyətdə problemlər varsa və o problemlərin çözülməsi üçün məsul olan tərəflər dialoqa gəlmirsə, savaş çıxır. Bu gün sizlər və iqtidar dialoqa gəlməyən tərəflərsiniz. Hətta tərəflərdən biri dialoqa gəlmirsə, qarşı tərəf ictimai məsuliyyət və maraq məqsədilə sona qədər barışçı olmalıdır ki, cəmiyyətdə iç savaş çıxmasın. Yox hər iki tərəf iddiasından əl çəkmirsə, demək radikallığa bir də fanatizm xəstəliyi qarışıb. Hər ikisi cəmiyyət üçün qorxuludur. Fanatizm kor-koranəlik, itaət, köləlikdir. Onun radikal dəyişikliyə gətirib çıxara biləcək mübarizəsi də növbəti köləlik vəd edir – ağaların dəyişəcəyi köləlik. Siz bunumu arzu edirsiniz???

Çıxışlarınızda müqəddəs dinimizə istinad edirsiniz. Heç dinimizdə bu məzhəb ayrıntılarının radikallıq və fanatizmdən doğduğunun fərqində deyilsinizmi??

Əməvilər Hz Peyğəmbərin nəvələrini din adına şəhid etdilər. İslam aləminin ən böyük iç savaşları bu dönəmdə yaşandı. Radikalizm islamda yerini tapdı, amma şiəlik də ortaya çıxdı. Əməvilərin radikalizmi İran bölgəsində şiə məzhəbini doğurdu. Əməvi radikalizmi, Hz. Əli məhəbbətinə qarşı Hz. Ömər düşmənliyi yaratdı. Siz hansı məhəbbətə hansı düşmənliyi yaratmaq istəyirsiniz??

Adınız eyni olsa da məzhəb və sevgiləriniz, amal və istəkləriniz, sədaqət və mübarizəniz heç, həm də heç yaxın gəlmir.

Amma yaratdığımız radikalizm və fanatizm Azərbaycana mütləq və mütləq ziyan vuracaq – onun üçün 60 il gözləməyə də ehtiyac yoxdur.

Radikal və fanatik insanlar öz fikirlərinə güvənmədikləri üçün dialoqdan qorxarlar – eynən sizin kimi, mövcud iqtidar kimi. Sizin qorxu fobiyanız var, siyasətdə alternativlik fobiyası. Pardon, müxalifətdə alternativlik kimi… Siz heç iqtidar olmaq istəmirsiniz ki…. Əsas istəyirsiniz müxalifətin lideri olmaqdır. Əks təqdirdə, nədən barışdırıcı hər kəslə bir sırada dayanan, hamıya sevgi ilə qucaq açan biri olmayasınız ki??!!

Müxalifətdə alternativinizin yaranacağı fobiyası sizi hər şeydən və hər kəsdən qorxudur. Qorxduğunuz üçün də dağıtmağa, hər kəsi şərləyib sıradan çıxarmağa meyllisiniz . İşinizi bu istiqamətdə qurursunuz. Yeri gəlmişkən, cəmiyyətimizin də qorxu fobiyası var – siyasətdən qorxur. O qorxunu götürmək üçün də müalicəyə ehtiyacı var. Psixoloq fobiyası olan bir adamın qorxusunu götürmək üçün nələrdən istifadə edirsə, cəmiyyətlə də eyni cür davranmaq lazımdır. Siyasətdən qorxan cəmiyyətin dərmanı dialoq, barış, sülh danışıqlarıdır. Daha qorxunun üstünə qorxu gətirmək deyil.

Siz cəmiyyətlə də özünüzün halınızda davranırsınız. Fobiyalı adamlar hər kəsdən hürkər. İmkan verin, cəmiyyəti müalicə edək.

Dünya iki böyük savaşı gördü və beləcə savaşın nə qədər pis olduğunu anlayıb, müharibəni öz içərilərindən daha mədəni səviyyəsi aşağı olan coğrafiyalara ötürdü. İndi siz deyin, XXI yüzildə bunları görə-görə başqaları ilə də yox, özümüz-özümüzə savaş çıxarmalıyıqmı?

Radikallıq və fanatiklik mədəniyyəti sivil insanın daşıdığı dəyər deyil.  Radikalların hirs və nifrət duyacaq bir düşmənə ehtiyacları var. Nə yazıq ki, hirs və nifrətinizin sərf olunacağı ünvan iqtidar ola bilməyəndə sağa-sola saldırırsınız. Çünki düşmən olmadan ayaqda qala bilmirsiniz.

 

Satanistlər…

 

Şeytanın vəzifəsi insanı Allahdan uzaqlaşdırmaqdır. Şeytan fəlsəfəsinə görə, qələbə barışdan üstündür. Satanistlər xoşbəxtliyi barışda deyil, qələbədə, mübarizədə axtarırlar. Köhnələr dağıdılmalı, yalnız onların istədikləri qurulmalı, heç kimin dediyi yox, yalnız onların dediyi olmalıdır.

Satanist hərəkətlər genəlliklə toplumda xaos yaradan, mədəniyyəti, dialoqu, barışı rədd edən ideologiyadır. Satanistlər şeytana tapınmanın yolu kimi pişik qurban verməyi seçirlər. Qara və qırmızı rəngi sevirlər. Ritorikanız qırmızı, içiniz, ruhunuz isə qaradır. Qurban verdikləriniz isə… Heyf ki, insandır. Bir ətrafınıza baxın… Qurban verdiklərinizdən neçəsi qalıb yanınızda?!

Bir də satanistlər  sayğısızlığı, utanmazlığı, hörmətsizliyi təşviq edirlər… Necə də sizin ritorikaya bənzəyir.

P.S. Satanizmlə mücadilə edilməlidir. Başqasının  düşüncə və fikirlərinə hörmət etməyin ancaq özünü görən və ideallaşdıranlar  cəmiyyətə zərər verir.

 

Sosial şizofreniklər və sosial damğaçılar …

 

 

Şizofreniya xalq arasında dəlilik kimi bilinən bir xəstəlikdir. Bu xəstəliyin əsas əlamətləri xəstəliyin reallıqdan uzaqlaşaraq gerçəklərlə bağlarının qopmasıdır. Şizofreniklər günəşin onlar üçün doğduğunu – eynən müxalifətçiliyin sizin adınızla bağlı olduğu kimi, yağışın onun üçün yağdığını – eynən sizdən başqa dürüst müxalifət olmadığını düşünənlərdir.

Onlara elə gəlir ki, onları həmişə təhdid edirlər, məsələn, sizin kimi illərdir sanki hamı sizə qarşı döyüşür, sanki onları həmişə kimlərsə izləyir – eynən sizin kimi, qərargahınız, maşınınız, əməkdaşlarınız, üzvləriniz və s.

Şizofreniklər özlərinə bir dünya qururlar və o dünya içərisində qəhrəman, mübariz, hətta  əzabkeş, bəzən xoşbəxt kimi yaşarlar – eynən sizin kimi, sizdən əzabkeşi, sizdən qəhrəmanı, sizdən xoşbəxti yoxdur bu dünyada…

Xəyalla gerçək arasındakı sərhədləri beyin kimyasal hərflərlə yazar. Beyin kimyası pozulan bir insanın beyni zərərli protein yaradar, bu da beynin funksiyasını pozar. Nəticədə beyin qarışar – reallıqları görə bilməz, gerçəkləri duya bilməz.

Bu xəstəliyin cəmiyyət açısından baxanda da bəzi özəllikləri var. Bir cəmiyyəti cəmiyyət halında gələcəyə aparan üç nəsnə var – tarixi keçmişi, kimliyi, idealları… Bu üç məsələdə cəmiyyətdə birlik varsa, o cəmiyyət qazanacaq. Cəmiyyətin bu 3 məsələdə birliyi onun gələcəyini şəkilləndirən əsas şərtdir. Sizlər və iqtidar bu 3 şərt uğrunda bir araya gəlməmiz üçün hər cür fəaliyyətə rəvac verirsiniz. (İqtidar haqda çox demişəm və yazmışam. Bu sizin üçündür deyə onlara aid hissələri yazmıram) Keçmişimiz haqda siz də iqtidar qədər qərəzli, kimliyimiz barədə mübahisəli, ideallarımızı ayaqlar altına atacaq qədər məzmunsuz mübarizə sərgiləyirsiniz. Bu da sosial şizofreniya deməkdir. Çünki sonuc cəmiyyəti dağıdır.

 

Sizlər həm də sosial damğaçısınız. Sosial damğaçılar tarixin müxtəlif dönəmlərində müxtəlif ölkələrdə olub, bu gün də var. İrqi ayrı-seçkilikdən tutmuş, milli ayrı-seçkiliyə qədər hər şeydə sosial damğalanma elementləri olmuşdur.

Sosial damğalanma böyük mənalarda işlənib. Məsələn millətlərə, dini qruplara qarşı. Bundan danışmaq istəmirəm. Lakin sosial damğalanmanın daha kiçik, ölkələr daxilində qruplara və ya ayrı-ayrı fərdlərə qarşı tətbiq edilmə formaları da olub. Məsələn, keçmiş SSRİ-nin ilk illərində “kulak”, “qolçomaq” kimi sosial damğalamalar, daha sonra “vətən xaini” sosial damğası daha aktual oldu. Stalinin ölümündən sonra “kult” sosial damğası ortaya çıxdı.

Xalq hərəkatının ilk illərində isə hərəkatda kimin kimdən xoşu gəlmədi ona “KQB” damğası vurdu. “MTN” agenti, “saxta müxalifət”, “cib müxalifəti”, “psevdomüxalifət” bunlar da son illərin sosial damğalarıdır. Və yazıqlar olsun ki, Azərbaycanda bu damğa vurulmayan bir müxalifətçi belə yoxdur. Sadəcə tarixlər fərqlidir. Hər tarixin sosial damğa vurulan öz “qəhrəmanı” var – kiminə az, kiminə çox. Sosial damğanı isə iqtidardan çox müxalifət bir-birinə yapışdırır. Müxalifətdə yerini möhkəmləndirmək üçün.

 

P.P.S. Cinayət törədilərkən polis orqanları cinayət yerindən qaçan cinayətkarların fotorobotunu, hadisənin şahidlərinin sözlərinə uyğun cızırlar. Görəsən mənim bu yazımdan fotorobot hazırlansaydı kimin şəklini görərdik???

 

P.P.P.S. Son müsahibəmdə ad çəkmədən bir doğrunu söyləmişdim. Prinsipim sadə idi. Dürüst insan hər zaman doğru bilgi verməlidir. Ad çəkməməyimin səbəbi vicdan, daxili dürüstlük məsələsi idi. Yenə də ad çəkmirəm, sadəcə prinsipə söykənərək dürüstcəsinə hər kəsin gözünə baxıb deyirəm – bu olay olub və bunu əksəriyyət bilir. Dedim ki, bunu bir də kimsə etməsin, təkrarlamasın. Təəssüf ki, bəzilər bunu edənləri yox, deyənləri qınadı. Ad çəkmədiyim halda isim verdilər. Mollanın evinə oğru girir, hər şeyi aparır. Qonşular mollanı sorğu-sual edir: – qapı bağlı idimi, pəncərəni örtmüşdünmü və s. Molla deyir, yox. Hamı mollanı günahkar bilir. Molla məzlumcasına adamların üzünə baxır. Heçmi o oğrunun günahı yoxdur??

 

P.P.P.P.S. Fitini tanımaq da yaxşı şeydir.

Lent.az

loading...
439 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Azərbaycan futbolunda ilk dəfə: “Qarabağ”ın işi asanlaşdı
G7 ölkələri sözünü tutmadı - Çin
No thumbnail available
Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com