İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Ətrafımızda əsəri ilə birgə ölən nə qədər istedadlı adam var? – ÇAĞIRIŞ |


Son dəqiqə

MƏDƏNİYYƏT > Ətrafımızda əsəri ilə birgə ölən nə qədər istedadlı adam var? – ÇAĞIRIŞ

Ətrafımızda əsəri ilə birgə ölən nə qədər istedadlı adam var? – ÇAĞIRIŞ
Tarix : 16 Avqust 2014 0:43

On doqquz il əvvəlin ağrısıdır, tez-tez yadıma düşür və öz-özümdən soruşuram: “Görəsən, Nicat indi hardadır?”… O il universitetə yeni qəbul olunmuşduq, ilk gündən bir-birimizi tanımağa, ortaq maraqlarımızı tapmağa çalışırdıq – necə olsa, qarşıda dörd il vardı.

 

Dil-ədəbiyyat fakültəsiydi, şeir qaralayanlar, tənqidə meyil eləyənlər vardı. Bir sözlə, qrupda beş-altı nəfər az-çox yaradıcılıq həvəsiylə fərqlənirdi. Qalanları ya eləcə dərs proqramını oxuyur, ya da vaxtlarını keçirib imtahanlarda birtəhər – bu və ya digər yolla başlarını girləyirdilər.

 

Amma ilk gündən diqqətimi cəlb eləyən bir oğlan vardı – Nicat. Kəlbəcərdən olduğunu bilirdik, vəssalam. Çox dərs buraxardı. Dinməz, danışmaz, həmişə arxa partada tək oturardı. Ciddi ünsiyyət probleminin olduğu sezilirdi. Dərs oxuyana da oxşamırdı. Çox zaman başını qollarının arasında gizləyib doxsan dəqiqəni eləcə yatırdı. Hiss olunurdu ki, bu sakit, adamayovuşmaz oğlanın içərisində nəsə böyük bir sirr gizlənir. Çözməyə çalışmışdım – bir-iki dəfə keçib yanında otursam da, çifayda, müəmmanı aça bilməyib yorulmuşdum. Hətta onun qaradinməzliyi getdikcə məndə qıcıq yaradırdı…

 

Bir gün sirr gözlənilmədən, öz-özünə açıldı. Müəllimə ilk dəfə bizə yaradıcı mövzuda inşa tapşırdı. Fakültəyə testlə qəbul olunan tələbələr əvvəl çaşdılar, amma yarıxoş-yarızor tapşırığı icra etmək lazım idi. Heç özümün də nə yazdığım yadımda deyil, başqa yazılar da şagird inşasından fərqlənmirdi. Sonda növbə Nicata çatdı.

 

Oxuduğu ilk cümlədəcə donub qaldıq, fəal tələbələr sual dolu nəzərlərlə əvvəl bir-birlərinə, sonra Nicatın üzünə baxdılar. O isə heç nə olmamış kimi davam edirdi. Günəşi təsvir eləmişdi, necə təsvir eləmişdisə, şüası gözümüzə düşmüşdü, gözümüz qamaşmışdı, üfüqdən necə yazmışdısa, qeyri-ixtiyari pəncərəyə baxmışdıq və anlamışdıq, aramızda yeganə fenomen elə Nicatdır.

 

Qaradinməz, təvazökar bu oğlana münasibətimiz dəyişmişdi, amma onun bizə münasibəti dəyişmirdi. Yenə dərslərdə yatır, suallarımızın cavabında ya fikrə gedir, ya da mənasını anlamadığımız təbəssümlə gülümsəyirdi. Onu heç düz-əməlli tanıya bilmədik də. İlk semestrdəcə Nicatı çox dərs buraxdığına görə universitetdən xaric etdilər. Onu müdafiə eləyə bilmədik: təcrübəmiz yox idi, bizə başqasının hüquqlarını müdafiə eləməyi, dostluğu-yoldaşlığı öyrətməmişdilər.

 

Hamı öz başının qayğısına qalmalıydı: imtahanlar, sevgi, məişət-qayğıları və qorxu. Bəli, qorxu. Bizə evlərimizdə nə aşılayırdılar? Müəllimlə münaqişəyə girmə, özündən böyük haqsız olanda da dinmə, başını aşağı salıb dərsini oxu, başqasının probleminə görə beç kəsin yanında özünü pis eləmə. Üstəlik, biz Nicatın dərs buraxmasının səbəblərini bilmirdik. Maraqlanmışdıq, deməmişdi. Sonradan öyrəndik ki, valideynləri qaçqın şəhərciyində yaşayır, Nicat da gecələr qarovulçu işləyir, şəhərdən kənarda kirayə qalır. Evdə də universitetdən qovulduğunu deməyib, bəlkə, bərpa oluna biləcəyinə ümid edib, kim bilir. Onu da eşitdik ki, universitetdən qovulandan sonra bazarda meyvə satır. Sonra bunların hamısını unutduq.

 

Başımız yenə özümüzə qarışdı. Yadımıza da düşmədi ki, bu fakültədə oxumağa hamıdan çox onun haqqı çatır (Etiraz etməyi gec öyrəndik, gərək ki, üçüncü kursda oxuyurduq. Sevimli müəllimimiz və sabiq dekanımız Qəzənfər Kazımov universitetdən uzaqlaşdırılanda. Elmi Şuranın qarşısında etiraz elədik, amma heç bir işə yaramadı, bizi aldatdılar ki, elə bir şey yoxdur, narahatlığa dəyməz. Amma bu etirazımız pərakəndə idi, nə edəcəyimizi, necə edəcəyimizi bilmirdik. Qorxu vardı. Universitetdən qovulmaqdan daha çox evdəkilərə hesabat vermək qorxusu)…

 

Nicat son vaxtlar daha tez-tez yadıma düşür. Elçin Səlcuq, Məmməd Nazimoğlu, Şaiq Vəli, Zakir Sadatlı və adını çəkmədiyim adamlar kimi… Fikirləşirəm ki, biz heç vaxt itirdiklərimizə görə özümüzü günahkar bilməmişik. Biz heç vaxt heç kəsə görə rahatlığımızdan keçmək istəməmişik. Fikirləşirəm ki, bu gün də itirmək üzrə olduğumuz adamlar var, istedadlı adamlar, təvazökar adamlar, qiymətli adamlar. Ad çəkmək istəmirəm, hələ yaşayan, hələ ümidi qalan o adamları incitmək, onları bir az da depressiyaya salmaq istəmirəm. Amma bu dəqiqə beynimdə o adlar sıralanır…

 

Məişət girdabında ədəbiyyatın genefondu məhv olur, tanıdığımız-tanımadığımız, kəşf etdiyimiz və etmədiyimiz Nicatlar gedir. Biz onlar üçün heç nə eləyə bilmirik, çünki başımız “mən daha yaxşı yazıram”, “filan əsər əsər deyil, niyə “üçlüy”ə düşüb?”, “filankəs cümlə qura bilmir”, “bəhmənkəs filan vaxtı mənim ayağımı tapdaladı, bu gün də mən ona badalaq gəlim”, “filankəsin tənqidlərinə filan saytda cavab verəcəyəm” kimi mənasız iddialara qarışıb. Halbuki bu söhbətlərin heç birinin ədəbiyyata dəxli yoxdu…

 

Yaxşı baxın, ətrafınızda kirayə qalan, işi olmayan, xəstəliklərdən əziyyət çəkən neçə istedadlı adam var? Bütün gününü heç bir perspektivi və çəkisi olmayan mənasız işlərlə məşğul olan, hər gün nə qədər ciddi əsəri və onunla birgə özünü öldürən neçə yazar var? Və bu adamların problemiylə məşğul olan hansı qurum, həmkarlar təşkilatı var? Mənasız umu-küsüləri bir yerə qoyub təşkilatlanmağın vaxtı deyilmi, cənablar? Əvvəlcə özünüzə, ətrafınıza, rəqiblərinizə şərait yaradaq, sonra ədəbi zəmində bir-birinizin ətini yeyə bilərik, amma yenə də sümüyünü kənara atmamaq şərtiylə…

 

Rəbiqə Nazimqızı

Publika.az

loading...
647 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Sevilən qadınların 6 vacib - Xüsusiyyəti
İtaliya AB-nin tələblərini qəbul etmədi
Ağ Evin gündəliydə
23 İyul - Günün qoroskopu
İsrail son qərarını verdi: Geri çəkilir
Şimali Koreya nüvə gücləri klubuna girir - ABŞ
Dönetsk böhranı müzakirədə: 4 lider danışıqlara başlayır
Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi
Türkiyənin Ukrayna ilə bağlı hərbi planı... - 15 milyon sözü
ABŞ-dan anti-Rusiya sanksiyaları ilə bağlı - Yeni qanun
Almaniya və Türkiyə arasında kritik görüş - Gərginlik
Pentaqon: ABŞ-ın imperatorluğu çökür
Ərəb şeyxindən 222 milyon avroluq təklif
Suriyada xaos hökm sürür – Kəşfiyyat
Mikser:
Bakıda
PKK-nın “beyni” məhv edildi
Tramp Rusiyanı yenidən imperiya edir - Klepper
Misirdən ərəblərə xəyanət: İsrail Qüdsə görə qınanmadı
Rusiya bizi işğal edir – Gürcüstandan çağırış
Ev verilən jurnalistlərin adları açıqlanıb (SİYAHI)
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
İstirahət günü hava necə olacaq?
Qanunsuz ağac kəsən şirkətlə bağlı – Açıqlama
Netanyahu Ərəb əmiri ilə niyə görüşüb? – Səbəb
Baş Prokurorluq jurnalistləri təbrik etdi
Azərbaycan milli mətbuatının 142-ci ildönümüdür
Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı
Feminizmin məqsədi... - Putin
Mərakeş mediası Azərbaycanın ənənələrindən yazdı
Nüfuzlu amerikalı diplomat Ermənistana müharibə elan etdi
Almaniyadan şok: Türkiyə düşmənimizdir
Lukaşenko-Poroşenko görüşü: Huşsuz sədr və lüt qadın – Video
SHXÇDX-də Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunub
Məmmədyarov Macarıstan səfiri ilə görüşdü - Foto
Obama qələbəsini bizə borcludur – Rusiya
Yıldırımdan Almaniyaya mesaj: Həll edə bilərik
Moldovadan Rusiyaya qarşı sərt addım: Ordu çıxsın!
AMEA NaxçıvanBölməsi 2017-ci ilin birinci yarısında mühüm naliyyətlər əldə edib
ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək
Sabahın hava proqnozu açıqlandı
Bu, rusların tarixi səhvidir - Kravçuk
10 milyon manatdan çox kredit vəsaitlərini mənimsəyən şirkət rəhbəri həbs edildi
Bu, ABŞ-ın xeyrinə olmayacaq - Maliki
Tramp Türkiyədəki səfirini dəyişdirir
İsrail Suriyanın səssiz işğalına başladı
Mərakeşdə keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi  başa çatıb
Baş Prokuror Zakir Qaralov Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
Prezident İlham Əliyevdən yeni təyinat – Sərəncam
Rəşid Səfərov: Peşəkar, ləyaqətli, qayğıkeş, ədalətli, bacarıqlı təşkilatçı, etimadı, etibarı hər zaman doğruldan uğurlu kadr
“Axtarışlar” jurnalının ikinci nömrəsi işıq üzü görüb
Rusiyanın yaratdığı dövlətə ABŞ-dan cavab
Günel Natiq - Ərinin xəyanətinə sevinən qadın
Elm dünyasını heyrətləndirən müəmmalı mesajlar
Tarixin ƏN VARLI adamı haqqında bunları İLK DƏFƏ biləcəksiniz - FOTOLAR
“Malorusiya” Danbasın ümidsiz çağırışıdır – Savçenko
Metroda yenilik: yeni sistemlər quraşdırıldı - Foto
3 türk ölkəsi nazirləri yekun bəyanat imzaladı
Malorusiya Putinin ideyasıdır, məqsəd isə... – Makkeyn
3 türk ölkəsi böyük layihələrə start verir – Bakı görüşü
Sabahın hava proqnozu açıqlandı
Türkiyədə İŞİD-ə qarşı əməliyyat
Bu universitetlərdə keçid balı endirildi - Siyahı
Azərbaycan, Gürcüstan və Türkiyə gömrükçülərindən birgə - Bəyanat
Bəşər Əsədin oğlu danışdı – İlk dəfə
Tramp şam yeməyində Putinin yanına getdi... – Gizli söhbət
Bakı nefti ucuzlaşdı
3 türk ölkəsi nazirlərinin Bakı görüşü başladı - Foto
Bu ölkə yeraltı şəhər tikir
Nazir
19 İyul - Günün qoroskopu
Rusiya Belarusa 700 milyon kredit ayırır
Bu ölkədə meşə yanğınları tüğyan edir
Merkeldən Türkiyəyə tələb: Sərbəst buraxın!
ABŞ məhkəməsi Trampdan bunu tələb etdi
İranın Qətərdəki hərbi bazası barədə: Fəlakət...
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com