İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Əli Kərimliyə “Hizbullah” maliyyəsi neçə çatdırılır? – ŞOK DETALLAR |


Son dəqiqə

son xeber > SİYASƏT > Əli Kərimliyə “Hizbullah” maliyyəsi neçə çatdırılır? – ŞOK DETALLAR

Əli Kərimliyə “Hizbullah” maliyyəsi neçə çatdırılır? – ŞOK DETALLAR
Tarix : 16 Avqust 2014 0:52

Türkiyədə peyk vasitəsilə yayımlanan “Qüds TV” bir neçə gün öncə Azərbaycanla bağlı veriliş yayımlanıb.

 

“Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada mühacirətdə yaşayan Qənimət Zahid, Milli Şura sədri Cəmil Həsənli və AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Adilovun qonaq olduğu verilişdə Azərbaycandakı vəziyyət müzakirə olunub. Ölkədə siyasi həbslərin olduğu iddia olunan verilişdə hökuməti repressiyalarda ittiham ediblər. Verilişdə müzakirə olunanlar ayrıca bir mövzudur. Burada diqqət çəkən “Qüds TV”-nin Azərbaycana qarşı tənqidi yanaşmasındakı sirrdir.

 

Publika.az-ın bir müddət öncə bununla bağlı apardığı araşdırmada  maraqlı detallar ortaya çıxmışdı.

Belə ki, Q. Zahidin müəllifi olduğu “Azərbaycan saatı” verilişi də “Qüds TV”nin peyki ilə yayımlanır. Ötən ilin təxminən yay aylarında türk telekanalları vasitəsilə peykə çıxışı olan verilişin yayımı dayandırıldı. Səbəb kimi müəlliflərin yayım üçün lazım olan ödənişi etməməsi idi. Lakin müəlliflər buna görə Azərbaycanın müdaxiləsini gündəmə gətirdilər və iddialar irəli sürüldü ki, hökumət tənqidlərin qarşısını almaq üçün yüksək səviyyədə məsələyə müdaxilə edib. Bunun absurd iddia olması başqa bir məsələdir.
Qısa müddətdə yayımını dayandıran veriliş gözlənilmədən “Qüds Tv”dən yayım təklifi aldı və həmin vaxtdan telekanalın imkanlarından istifadə etməkdədir.

“Qüds Tv” Azərbaycana qarşı hansı cəbhədə?

“Qüds TV” peyk vasitəsilə yayımlanır, mərkəzi ofisinin Türkiyədə yerləşdiyi bildirilir. Bu, dəqiq məlumat olmasa da (televiziyanın internet səhifəsində bununla bağlı hər hansı məlumat yerləşdirilməyib – A.N.), təsisçisinin Türkiyədə yaşadığı məlumdur.

Bu televiziyanın yayımlarının əsas qayəsində İslamı təbliğ etmək, həmçinin sionistliyə qarşı olmaqla ABŞ-ın da tənqidi yer alır. Əslində, burada qeyri-adi heç nə yoxdur və bizim də məqsədimiz nəsə axtarmaq deyil. Burada diqqətçəkən əsas məqam telekanalın islam dedikdə daha çox İranı nəzərdə tutması və bu ölkənin maraqlarından çıxış etməsidir. Telekanal dəfələrlə Azərbaycana qarşı müəyyən fikirlərə yer verib. Xüsusilə dini məsələlərdə Azərbaycanın yanlış yolda olduğu haqqında rəy formalaşdırmaqda telekanal xeyli iş görür. Bununla yanaşı, İsrailə qarşı da olan telekanal Azərbaycanın bu ölkə ilə münasibətlər qurmasına heç də dözümlü yanaşmır.
Belə demək mümkünsə, bu telekanal İran tərəfinin yayımladığı və Azərbaycana qarşı olan “Səhər” telekanalının funksiyasını yerinə yetirir, sadəcə olaraq, bir qədər geniş coğrafiyada.

Nurəddin Şirin İslamı təbliğ edən, yoxsa İran kəşfiyyatçısı?
“Qüds TV”nin təsisçisi Nurəddin Şirin ilginc şəxsdir. O, İranda ayətullahlar və prezident səviyyəsində dəfələrlə qəbul edilib. Amma İsraildə onu “qara siyahı”ya salıblar. Buna səbəb isə İran-İsrail münasibətlərində daim İranın yanında olması və İsraili olduqca kəskin tənqid etməsi, hətta bundan da o tərəfə keçməsidir.

Ən ilginci isə onun “Hizbullah” və “Həmas” kimi təşkilatlara açıq dəstək göstərməsidir. İsrail Kəşfiyyat Xidmətinin (MOSSAD) Nurəddin Şirin haqqında 27 fevral 2012 tarixli məlumatında deyilir: “Nurəddin Şirin “İslami Vəlfəcr” internet səhifəsini idarə edir. İllərdir Türkiyədə və ondan kənarda İran üçün təbliğat aparan radikal islam siyasi fəalıdır. “Hizbullah” və Həmas”ı açıq dəstəkləyir”.
O, Türkiyədə 17 il altı ay həbsə məhkum edilib. Lakin AKP hakimiyyətə gəldikdən sonra – 2004-cü ildə azad edilib. N.Şirin Azərbaycanın da əleyhdarı hesab olunur. Belə ki, dəfələrlə Azərbaycana qarşı çıxışlar edən N.Şirin hicab və digər məsələlərdə radikal mövqe tutaraq İranın bölgədə bütün bu işlərə müdaxilə etməsinin vacibliyini vurğulayıb.

“Azərbaycan saatı”na “Qüds TV”də efir vaxtı vermək kimin marağına xidmət edir?

 

 

Bu baxımdan “Azərbaycan saatı” verilişinin bu telekanalda yayımlanması suallar doğurur. Düzdür, efirə çıxış kanallarını tükətdikdən sonra hansısa çıxış yolu tapılması qəbul ediləndir. Amma məhz bu kanala üz tutmaq o qədər də sıradan bir addım deyil. Çünki “Azərbaycan saatı” verilişi Qənimət Zahidindir. O,  AXCP rəhbərliyinə yaxın şəxsdir və uzun müddət bu partiyaya bağlı qəzetin birinci şəxsi olub. Mümkündür ki, AXCP rəhbərliyi bununla həm verilişin yayımını təmin etmək, həm də İranla əlaqələrində daha bir “daş qaldırmaq” gedişinə köklənib. Bunu Qərb və ya İsrailin müsbət qarşılamayacağı da ortadadır. Lakin burada AXCP ilə yanaşı, qarşı tərəfin, yəni İrana bağlı olan “Qüds TV”nin də öz marağı ola bilər. Hər halda, efir vaxtının elə-belə verilməsi inandırıcı deyil. Ən böyük ehtimal isə “Azərbaycan saatı” verilişinə İranın məlum “Səhər” telekanallarının funksiyasına həvalə edilməsidir. Bildiyimiz kimi, “Səhər” telekanalına Azərbaycanda məhdudiyyətlər qoyulub, halbuki bu, İranın Azərbaycan üzərində ən böyük təbliğat vasitəsi idi. Xüsusilə də cənub bölgəsində yayımlanırdı.
“Azərbaycan saatı”nın bu funksiyanı öz üzərinə götürməsi isə İrana nəzərləri öz üzərindən yayındırmağa imkan verə bilər. Çünki hər kəs “Azərbaycan saatı”nı müxalif qüvvələrin mühacir edən nümayəndələrinin verilişi olaraq tanıyır. Bu günə qədər verilişin əsas mövzusu da Azərbaycan iqtidarı idi. Efir məkanını itirən verilişə “Qüds TV”də yer verilməsi bu baxımdan diqqət çəkir. Çox güman ki, İran bununla verilişi ələ alaraq  demək istədiklərini, amma deyə bilmədiklərini bu vasitə dilə gətirmək istəyir. Həm də bununla daha inandırıcı ola bilər. “Qüds TV”nin bu verilişə önəm verməsi də diqqətçəkəndir.

AXCP-yə “Cənub maliyyəsi” hansı yolla çatdırılır?

Publika.az-ın Türkiyədəki mənbələrdən əldə etdiyi məlumat da bu araşdırma fonunda diqqətçəkəndir. Adının açıqlanmasını istəməyən “Qüds Tv”yə yaxın mənbə bildirir ki, İran Azərbaycanda siyasi islamçılarla yanaşı, bir sıra digər partiyalara da maliyyə ayırır. Mənbə onlardan birinin AXCP olduğunu iddia edir. Ən diqqətçəkən məqam isə bu maliyyənin “Qüds Tv” vasitəsilə  verilməsidir. Hansı ki, birbaşa yardım xüsusi diqqət çəkə bilərdi. N.Şirinin “Azərbaycan saatı”na xüsusi diqqəti də buradan qaynaqlanır.
Bu məlumat bir sıra dəqiqləşməmiş informasiyaları da gündəmə gətirir. Onlardan ən ilginci isə AXCP sədri Əli Kərimlinin vaxtilə İran kəşfiyyatına kod adı “Əli” olaraq işləməsi iddialarıdır. Bununla yanaşı, cəbhəçi fəalların sosial şəbəkələrdə dini təbliğatları da təsadüfi hesab edilməməlidir.

loading...
589 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
İsrail liderindən azan açıqlaması: Qarşıyam
Ərdoğan Gülənə yeni ad qoydu
İlk dəfə Azərbaycan Gözəllik Kraliçası seçiləcək
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq
Ağdaş və Yevlaxda sahələrin su təchizatı yaxşılaşdırılır
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə mübahisə düşdü
Marketinq autsorsinqin üstünlükləri
Hakim oğlunu vuran avtomobildəki şahid: Zərərçəkmişə heç bir kömək etmədik
Daha bir Nardaran sakini silahı təhvil verdi
Yunanıstan SOCAR-dan yenə də xahiş etdi  29 Noyabr 2016 11:43 (UTC+04:00)
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com