İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
ABŞ-da seksual manyak Azərbaycanlı qızı tikə-tikə doğradı (FOTO) |


Son dəqiqə

KRİMİNAL > ABŞ-da seksual manyak Azərbaycanlı qızı tikə-tikə doğradı (FOTO)

ABŞ-da seksual manyak Azərbaycanlı qızı tikə-tikə doğradı (FOTO)
Tarix : 16 Avqust 2014 20:45

ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində 52 yaşlı seksual manyak Azərbaycan vətəndaşı, bir neçə ildir bu ölkədə yaşayan və işləyən 23 yaşlı qızı xüsusi qəddarlıqla öldürüb və cəsədini oğurlayıb.

Bu dəhşətli qətl hadisəsi barədə Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzeti yazır.

Qətl hadisəsi təxminən 3 il əvvəl – 2011-ci il iyulun ortalarında Boston ətrafında yerləşən Kuinsi şəhərində baş verib. Lakin o vaxtdan bəri cinayətin üstü açılmayıb və qızın cəsədi tapılmayıb.

Yalnız indi prokurorluq bu dəhşətli qətl üzrə əsas şübhəli şəxsi müəyyən edib və qətlin 9 yaşlı qızı zorlayaraq öldürdüyünə görə əvvəllər məhkum edilən seksual manyak tərəfindən törədildiyini bildirib.

Qəzet yazır ki, 23 yaşlı Azərbaycan vətəndaşı Evelin Vəlibəyova Kuinsi şəhərində yaşadığı mənzildən yoxa çıxıb. Onun yaşadığı mənzildə dəhşətli qətlin izlərinə rast gəlinib, evdəki xalça və əşyalar büsbütün qan içində olub.

E.Vəlibəyovanın görüntüləri sonuncu dəfə 2011-ci il iyulun ortalarında Kuinsi şəhərinin “North Quincy” metro stansiyasından çıxıb evə gedərkən metronun videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Qızın öldürüldüyü məlum olsa da onun cəsədi indiyədək tapılmayıb və qətlin kim tərəfindən törədildiyi də məlum deyildi.

Yalnız indi prokurorluq bildirir ki, qızın yataq otağından qətlin kim tərəfindən törədildiyini müəyyən etməyə əsas verən dəlil tapılıb.

Bu həftə Norfolk Dairə Prokurorluğundan yayılan rəsmi açıqlamada deyilir ki, qətl üzrə şübhəli şəxs 1986-cı ildə Rod-Aylend ştatının Vunsoket şəhərində 9 yaşlı qızı aldadaraq meşəyə aparan və orada zorlayaraq qəddarlıqla öldürən seksual manyak Con D.Castonqaudur.

C.Castonqau törətdiyi qəddar cinayətə görə 1987-ci ildə 25 il həbsə məhkum edilib, 2006-cı ildə isə şərti azadlığa çıxıb.

Manyakın işinə baxan hakim Mark Volf deyir ki, o, C.Castenqauya 75 il həbs cəzası tələb etmişdi, çünki onun olduqca təhlükəli və hiyləgər adam olduğunu, azadlığa çıxandan sonra yenidən bu cür cinayət törədəcəyini bilirdi.

Lakin məhkəmə heyəti C.Castenqauya minimal cəza – 25 il həbs verib, üstəlik o, məhkumların cəzasının üçdə ikisini çəkəndən sonra şərti azadlığa çıxmaq üçün müraciət etmək hüququndan faydalanaraq 2006-cı ildə həbsxanadan çıxıb.

Prokurorluq rəsmiləri deyirlər ki, seksual manyaka yüngül cəza verilməsinin və onun vaxtından əvvvəl azadlığa çıxmasının nəticələri E.Vəlibəyova üçün ölümcül olub. Belə ki, C.Castenqau azadlığa çıxandan sonra usta işləyib. İstintaq müəyyən edib ki, o, qətldən əvvəl E.Vəlibəyovanın yaşadığı mənzildə təmir işi görüb.

E.Vəlibəyova dostları və ailə üzvləri tərəfindən olduqca ünsiyyətcil, ambisiyalı, çalışqan, Amerika xəyallarını reallaşdırmaq üçün gecə-gündüz çalışan qız kimi xarakterizə edilir.

“Gözəl, qara gözlü, qara saçlı, olduqca xarizmatik və olduqca ağıllı qız idi. O, səkkiz dildə sərbəst danışırdı, ancaq məncə, 10-a yaxın dil bilirdi” – deyə E.Vəlibəyovanın iş yoldaşı və dostu Dunkan Boyd bildirir.

D.Boyd deyir ki, E.Vəlibəyova yoxa çıxmazdan əvvəl C.Castenqaunun onun mənzilində təmir işi apardığını və mənzilin açarını ona verdiyini danışmışdı. Mənzildə qızla tək qalmasından istifadə edən seksual manyak isə onu zorlayıb və qəddarlıqla qətlə yetirib.

Məqalədə bildirilir ki, E.Vəlibəyova yoxa çıxmazdan bir gün əvvəl Azərbaycanda yaşayan anası ilə skype ilə videoəlaqə yaratmağa hazırlaşırdı, ancaq bu, baş tutmayıb.

Azərbaycanlı qızın yoxa çıxdığı haqda onun işlədiyi restoranın işçiləri polisə xəbər veriblər. Qızın həmin gün növbəyə çıxmamasından narahat olan iş yoldaşları polisi bu barədə məlumatlandırıblar. Polis qızın yaşadığı mənzilin qapısının açıq olduğunu, E.Vəlibəyovanın şəxsi əşyalarının, o cümlədən bir sıra mühüm sənədlərinin yoxa çıxdığını, içəridə hər yerdə qan izlər olduğunu müəyyən edib.

D.Boyd deyir ki, polis bütün xəstəxanaları və morqları axtarıb, qızın cəsədini heç yerdə tapmayıb.

“Evelin öz mənzilində öldürülmüşdü və onun cəsədi oğurlanmışdı” – deyə D.Boyd bildirir.

Müstəntiqlər daha sonra qızın bəzi əşyalarını, o cümlədən əl çantasını, pul qabını, mobil telefonunu Dorçester ətrafında tapıblar. Ancaq cəsədin axtarışı heç bir nəticə verməyib. İndi prokurorlar bildirirlər ki, cəsədin tapılmayacağı təıqdirdə C.Castenqauya qətl ittihamı irəli sürmək problemli olacaq.

Məlum olub ki, C.Castenqau şərti azadlığa çıxma şərtlərini pozduğu üçün ötən ilin noyabrında yenidən həbs olunub. Seksual manyak hazırda Nyu-Cersi ştatındakı Fort-Diks həbsxanasında saxlanılır.

E.Vəlibəyovanın işlədiyi restoranın sahibi Kristian Tornton deyir ki, azərbaycanlı qızın bu cür qətlə yetirilməsi və cəsədinin oğurlanması onun həyatını da dəyişdirib.

“Vəlibəyova restoranda işləməklə yanaşı həm də mənim iki uşağıma dayəlik edirdi. O, olduqca gözəl, ağıllı, savadlı və gənc qadın idi. Sadəcə olaraq dəhşətdir, olduqca dəhşətdir. Elə gün olmaz ki, mən onun haqqında düşünməyəm” – deyə K.Tornton bildirir.

Hazırda bu hadisə ilə bağlı vaxtilə 9 yaşlı qızı zorlayıb qətlə yetirmiş manyakın niyə minimal cəzaya məhkum edilməsi, üstəlik vaxtından əvvəl azadlığa buraxılması müzakirə olunur.

ABŞ baş prokurorunun keçmiş köməkçisi Brayan Kelli deyir ki, azyaşlı uşağı oğurlayan və zorlayaraq qətlə yetirən təhlükəli cinayətkarın həbsxanadan buraxılması “tamamilə ağılsızlıq” idi.

Virtualaz.org

 

loading...
498 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22 Fevral - Günün qoroskopu
Bu, Azərbaycan üçün tarixi hadisədir - Sobhani
Rusiya bu ölkəyə qadınları göndərib iğtişaş yaradacaq
Suriya ordusu Palmiranı geri qaytarır
ABŞ səfiri Xocalı abidəsini ziyarət etdi
NATO sərhədlərimizdə uçuşları artırıb - Rusiya
Mehriban Əliyeva xalqın rəğbətini qazanıb - Deputat
Kamal Abdulla: İlham Əliyev bu siyasəti uğurla icra edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət başçısı İlham Əliyevi təbrik edib
Avropa bu məhsullarımıza maraq göstərir
Gürcüstandan növbəti Qarabağ bəyanatı: Tanımırıq
Prezident İlham Əliyev fərman imzaladı
Dini icma rəhbərləri Mehriban Əliyevanı təbrik etdi
Yunker: “Çörçil olmasaydı, biz indi burada...”
Qəzzafinin oğlu itib – BMT
Məmmədyarov Türkiyəyə getdi
Mehriban Əliyevanın bu təyinatını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək… - YAP-dan reaksiya
Türk ordusunun qələbəsi Səudiyyəni həvəsləndirdi
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər - Foto
“Atatürkün də söylədiyi kimi, Azərbaycanın...”
Prezident İlham Əliyev Mehriban xanımı təqdim etdi - Video
Mehriban Əliyevanın təyinatı dünya mətbuatında
PA-dan Mehriban Əliyevanın təyinatına – İlk reaksiya
Prezident İlham Əliyev Mehriban xanımdan danışdı
Mehriban xanımın I vitse-prezident kimi - İlk çıxışı
Mehriban Əliyevanın təqdimetmə mərasimindən - Fotolar
Cocuq Mərcanlı yolu yenidən çəkilir - Foto
Aynur Camalqızı - Möhtəşəm qadın
Sabah hava necə olacaq?
General Ərdoğana məxfi görüşdə nələr deyib?
Türk milyarder Ukraynadakı zavodlarını bağladı
Mehriban Əliyeva birinci vitse-prezident təyin olundu
21 Fevral - Günün qoroskopu
Həmyerlimiz Rumıniyada vitse-prezident oldu - Foto
Qarabağdakı “referendumu” tanımırıq - Latviya
Ukraynalı deputatlar İçərişəhərdə - Fotolar
Milyarderin
Fransadan Rusiyanın kiber hücumlarına - Reaksiya
Rəsmi Tiflis:
İran hərbi təlimlərə başladı - Hücuma hazırlıq
Prezident İlham Əliyevdən turistlərlə bağlı - Sərəncam
Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşdü - Foto
Prezident İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı
Ukrayna Ali Radasının deputatları Milli Məclisdə
O məşhur uşaqları belə də görün - Video
“Putin Donbasda ikinci Hələb yaratmaq istəyir”
Qəzzafinin qardaşı Qərbin Liviya planından danışdı
O müğənnilərin siyahısı məndə var... - Qarayev
Türkiyənin daha bir şəhərində Qarabağ parkı olacaq - Video
Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır
İran XİN:
Zəfər anı: Əl Babdan son görüntülər - Foto
Hitlerin milyonların ölümünə bais olan “silahı” satıldı
Bakıda yaz havası olacaq
Rusiya aktivləşir: Suriyadan sonra sıra bu ölkədədir
IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş antikorrupsiya hesabatı təqdim edilib
Türkiyə-ABŞ qapalı görüşünün - Təfərrüatı
Ermənilər Qarabağın işğalını etiraf etdi - XİN
Pakistan bu hərbi təyyarəni Azərbaycana verir
Kəmaləddin Heydərov BƏƏ-də işgüzar səfərdə oldu
Prezident İlham Əliyev Qətərin təhsil nazirini qəbul edib
Azərbaycan ilə Ukrayna arasında hüquqi sahədə əməkdaşlıq daha da genişlənir
Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik
ABŞ-dan Rusiya etirafı: Gərginliyi azaltmaq istəyir
Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı
Somalidə terror: 35 ölü, 40 yaralı
Əsədin ordusu yenidən türkmanları hədəf alır
Oğlum gimnastikanın pərəstişkarı oldu - Konsul
Türkiyə inqilab edir - Ərdoğan
Ukraynada gərginlik: 9 hərbçi yaralandı, 1-i isə...
İraqda PKK-nın mağaraları məhv edildi
Londonda “Qarabağ kolleksiyası” - Foto
Senator:
Türkiyə baş naziri kürd liderlə nələr danışdı?
Əməkdar artistdən analara sürpriz
Ələ keçən yadplanetli sorğu-sual edildi – Şok video
 Səfərbərlik və çağırış resurslarının uğurla tənzimlənməsi ordu quruculuğuna xidmət edir
GDU-nun rektoru Yusif Yusibov rüşvətxor müəlliməni vəzifədə saxlayır - ÖZƏL
İspanlar Bakıda təbliğat aparır - Foto
Çavuşoğlu münaqişə ilə bağlı adaya gedir
Texnologiya mallarının qiyməti ucuzlaşdı
Tiflis və Moskva arasındakı viza ləğvinin şərti açıqlandı
Mosulun qərbi İŞİD-dən azad edilir - Əməliyyat
Onların PKK ilə əlaqələrindən narahatıq - ABŞ
Viranşehir teraktında ağlasığmaz detal - 1 ton
Ruslar bu şərtlə Putini yenidən qalib edəcək - Ekspert
İngilis siyasətçidən yunanlarla bağlı etiraf: Səhv etdik
TƏHLÜKƏ: evinizdə bu oyuncaqlar varsa, MƏHV EDİN
Barselonada Avropanın ən böyük mitinqi keçirildi
Kəndimizin son günü (26-cı yazı)
18 Fevral - Günün qoroskopu
Lənkəranskidən sonra ona biət edirlər...
Kiyevdə 3 gündən sonra savaş başlayacaq - Jirinovski
Qar hərəkəti iflic eti: Sürücülər təlaş içində - Video
BBC-nin filmi Rusiyanı şoka saldı
“Tiflis İrəvana görə 21 milyon itirir”
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com