İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Anasının sevgilisini oğru bilib öldürdü |


Son dəqiqə

KRİMİNAL > Anasının sevgilisini oğru bilib öldürdü

Anasının sevgilisini oğru bilib öldürdü
Tarix : 14 Avqust 2014 0:06

Nəsimi rayonunda anasının xanəndə sevgilisini qətlə yetirən 11-ci sinif şagirdi, 16 yaşlı Aydın Orucov mühakimə olunub.

 

2013-cü il iyulun 12-də Nəsimi rayonunda qətl hadisəsi baş verib. 11-ci sinif şagirdi olan 16 yaşlı Aydın Orucov yaşadığı Salamzadə küçəsi, 34 ünvanda Tərtər rayon sakini 26 yaşlı Samir Mustafayevi bıçaqlayıb. Onunla əlbəyaxa dava etdikdən sonra növbəti bıçaq zərbəsini Papanin körpüsünün altında vurub, hadisə  yerindən uzaqlaşıb. Beləliklə, iki bıçaq xəsarəti alan S.Mustafayev gecə saatlarında taksiyə minərək onu 1 saylı Şəhər Xəstəxanasına çatdırmasını xahiş edib. Kəskin qanaxma ilə ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına daxil olan Samir həkimlərin səyinə  baxmayaraq, dünyasını dəyişib. Bundan xəbər tutan Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları və  rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək araşdırmaya başlayıblar.

 

Hadisənin təfərrüatı araşdırılandan sonra məlum olub ki, öldürülən Samir Mustafayev xanəndədir. Belə ki, o, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olmaqla yanaşı, həm də Muğam Teatrının əməkdaşıdır.

 

Gənc xanəndənin Aydın Orucovun anası ilə uzun müddət şəxsi münasibətləri olub. Elə gecə saatlarında Aydıngilin evinə də o məqsədlə gedib. Aydının anası Bahar Orucovanın Samirin telefonuna yazdığı sms onların şəxsi münasibətlərinin olmasını bir daha təsdiqləyib. Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 121.1 (qəsdən adam öldürmə, yəni, digər şəxsi qəsdən həyatdan məhrumetmə) maddəsi ilə cinayət işi başlanılıb. Materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə  göndərilib və  16 yaşlı yeniyetmənin məhkəmə prosesi başlayıb.

 

Anasının sevgilisini oğru bilib öldürüb

 

Müttəhim qismində ifadə verən 16 yaşlı Aydın Orucov Samir Mustafayevi məqsədli şəkildə deyil, onu oğru bilib öldürdüyünü deyib.

 

“Hadisə baş verən gecə ikinci mərtəbədə otağımda idim, evdə də hamı yatmışdı. Amma mən hələ yuxuya getməmişdim. Aşağıda, birinci mərtəbədə səs eşitdim, pəncərədən baxanda gördüm kimsə evə girdi. Mətbəxdən bıçaq götürüb, birinci mərtəbəyə düşdüm və anamın otağında səs eşitdim. Bu zaman üzünü bir dəfə də görmədiyim Samirlə qarşılaşdım. Elə bildim ki, evə oğurluğa gəlib. Tanımadığım və oğru zənn etdiyim Samirlə əvvəlcə əlbəyaxa olduq, o, məndən hündür və cüssəli olduğundan müqavimət göstərdi. Mənim ona gücüm çatmadığına görə cibimdəki bıçaqla ona bir zərbə vurdum. O, evdən zorla çıxaraq ayaqyalın qaçmağa başladı. Mən də onun arxasınca qaçdım. Samir qaçıb canını qurtarmaq istəyirdi. Mən isə ondan əl çəkmirdim və arxasınca qaçdım. “Papanin” körpüsünün altında onu tutdum, orada da əlbəyaxa olduq. Samir fiziki cəhətdən güclü olduğundan mənim boynumu qolları arasına alaraq sıxdı. Boğulduğumu görəndə üzərimdə  olan bıçaqla ona ikinci zərbəni vurdum. Zərbələrdən sonra onun qolları boşaldı və  boynumu buraxdı. Mən onu yaralı vəziyyətdə orada qoyub hadisə yerindən uzaqlaşdım”.

 

“Bilsəydim, ikisinin də başını kəsərdim” 

 

A.Orucov Samirin öldüyünü hadisənin sabahsı günü polisdən öyrənib. Onun sözlərinə  görə, Nəsimi polisi tərəfindən saxlanılaraq ifadə verərkən istintaqın gedişatında bilib ki, onun qətlə yetirdiyi Samir, əslində, anasının sevgilisi olub. Bunu bilən Aydının məhkəmə qarşısında son sözləri belə oldu: “Bilsəydim, ikisinin də başını kəsərdim”.
“Qapı açıq olacaq, içəri girərsən ”

 

Qətlin səbəbkarı olan Bahar Orucova məhkəmədə ifadə verərək baş verənləri təsdiqləyib və əməlindən peşman olduğunu söyləyib. İstintaqdan məlum olub ki, Aydının hüquq mühafizə orqanının zabiti olan  atası xidməti işi ilə bağlı ezamiyyətdə olub. Bahar isə bundan istifadə edərək qeyri-qanuni şəkildə  görüşdüyü xanəndə Samir Mustafayevi evinə çağırıb. Belə ki, sevgilisinə “qapı açıq olacaq, içəri girərsən” sözlərini yazıb göndərib. B.Orucova ifadəsində telefonunda olan sms-in ona məxsus olduğunu etiraf edib.

 

Gəlinin ünvanına nalayiq ifadələr işlədən qayınana

 

Şahid qismində  ifadə verən Aydın Orucovun nənəsi Tavat Orucova baş verənləri qonşulardan və azyaşlı nəvəsindən öyrəndiyini dedi. Onun sözlərinə görə, nəvələri evdə oynasalar da, gəlini onların gedib yatmalarını tələb edib: “Böyük nəvəm Aydın otağına getsə də, yatmayıb. O, pəncərədən evə yad adamın daxil olduğunu görüb. Qardaşımın yoldaşı pəncərədən görüb ki, Aydın cüssəli və hündür bir nəfərlə mübahisə edir.  Həmin adam Aydını götürüb çırpıb yerə, o da üzərində  olan bıçaqla mübahisə etdiyi şəxsə bir zərbə vurub. Gəlinim Bahar izi itirmək üçün  yerə tökülən qanı yuyub-təmizləyib. Qonşular soruşub ki, gecə nə səs-küy idi, deyib “evə oğru gəlmişdi”. İndi mən səndən soruşuram ki, əgər evə doğrudan da oğru girmişdisə, niyə hay-küy qaldırıb qonşuları köməyə çağırmadın?”

 

Qayınana üzünü B.Orucovaya tutaraq “sənin iki oğlun var. Heç etdiyin hərəkətdən utanmadın? Abır-həya etmədin? Öz övladının həyatını özün məhv elədin. Heç mənim oğlum da sənə pis baxmırdı, səni xanım kimi saxlayırdı” deyə onu ittiham edib. Gəlininin yad kişi ilə görüşdüyünü əsas gətirən yaşlı qadın onun ünvanına nalayiq ifadələr də işlədib.

 

“Dedilər ki, Samiri gecə vurublar”

 

Sonra məhkəmə prosesində zərərçəkmiş tərəf çıxış etdi. Məhkəmə prosesində ifadə verən Samir Mustafayevin anası Kəmalə Mustafayeva həmin gecə Samirin evə gəlmədiyini bildirdi:

 

“Toylara gedirdi deyə evə gec gəlirdi. Onun gec gəlməsinə artıq bir növ alışmışıq. Amma səhər onu yerində görməyəndə narahat olmağa başladım. Gördüm küçədən səs-küy gəlir. Dedilər ki, Samiri gecə vurublar. O, xəstəxanadadır. 1 saylı Şəhər Xəstəxanasına gedəndə dedilər, o, gecədən ölüb”.

 

K.Mustafayeva öğlunun münasibət qurduğu qadını tanımadığını, ümumiyyətlə, bu barədə heç nə eşitmədiyini bildirdi.

 

9 il həbs

 

Anasının xanəndə sevgilisini qətlə yetirməkdə təqsirləndirilən 16 yaşlı Aydın Orucova hökm oxunub. Məhkəmə hökmünə əsasən, o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Bundan sonra məhkəmə zalında tərəflər arasında əlbəyaxa dava düşüb. Qətlə yetirilən S.Mustafayevin və həbs olunan A. Orucovun qohumları qadının üzərinə  hücum çəkiblər. Döyülən B.Orucovanı ədliyyə işçiləri qarşı tərəfin əlindən güclə alıb.

 

Simnarə

Publika.az

loading...
601 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Sabahın hava proqnozu açıqlandı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com