İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Aşıq Veysəllə bağlı heç yerdə eşitmədiyiniz fakt – FOTOLAR |


Son dəqiqə

MƏDƏNİYYƏT > Aşıq Veysəllə bağlı heç yerdə eşitmədiyiniz fakt – FOTOLAR

Aşıq Veysəllə bağlı heç yerdə eşitmədiyiniz fakt – FOTOLAR
Tarix : 14 Avqust 2014 23:34

Ozanın mənəvi nəvəsi Numan Çakır publika.az-a danışır

 

“Uzun, incə bir yoldayam…” Türk xalq poeziyasının böyük sənətkarı Aşıq Veysəlin bu məşhur sətrini təsadüfən xatırlamadım.

 

Budəfəki müsahibim Aşıq Veysəlin (Veysel Şatıroğlu) mənəvi nəvəsi Numan Çakırdır.

 

Qeyd edək ki, Türkiyədə yaşayan şair Numan Çakır ozanın tədqiqatçısı və Şatıroğlu ailəsinin bir üzvü sayılır.

 

- Azərbaycan izləyicisinin sizi tanıması üçün ilk olaraq bir az özünüzdən danışın.
- “Sert Ünsüzler” prodakşının qurucusuyam. “Aşıq Veysəl” musiqi qrupunun rejissoruyam. Eyni zamanda, ”Qabırğa Sümükləri” adlı bir şeir kitabım var. Şeiri sevirəm. Əslində, Aşıq Veysəlin mənəvi nəvəsiyəm. Ailəsinin hamısı ilə tanışam. Qohumluq bağımız da var.

 

- Hazırda nə işlə məşğulsunuz?
- “Sert Ünsüzler” adlı qrupumla Anadolu mədəniyyətinə aid işlər görməyə çalışırıq. Mədəniyyətimizin dərində qalan gizli adlarını ön plana çıxarmağa çalışırıq. Əslində, bu ölkənin, bu torpağın sevdalılarıyıq.

 

- Bəs Aşıq Veysəl yolunu necə davam edirsiniz?
- İstədiyimiz budur ki, insanlar Aşıq Veysəli daha yaxşı və doğru tanısın. Onun yolunu davam etdirən Anadolu xalq ozanları var. Biz yalnız onlara heyranlıqla baxırıq.

 

- Onu məşhur edən nə oldu?
- Əslində, nə korluğu, nə kasıblığı, nə də saz ifaçılığı Aşıq Veysəli məşhur etdi. Onu məşhur edən yaşadığı coğrafiyaya deyil, bütün dünyaya aid olması idi. Aşıq Veysəl bəşəri düşüncəsi olan insan idi…

 

- Aşıq Veysəli, sizcə, gənclər kifayət qədər tanıyırmı, sevirmi? Bu, sizi qane edirmi?
- Populyar mədəniyyət bütün dünyanı təsiri altına almış vəziyyətdədir. Bu halda belə bir şeydən söhbət açmağımız gülməli olar. Əvvəl insanlar bir özlərinə dönsünlər. “Biz kimik, haradan gəldik, hara gedirik” desinlər.

 

- Aşıq Veysəli konsertlərinizdə necə təbliğ edirsiniz?
- İyirminci əsrin son səsi, son sözü. Bütün xalq ədəbiyyatının xülasəsi; Aşıq Veysəl. Nə sağçıların, nə də solçuların ozanı olub. O, bütün Anadolu xalqının ozanıdır. Onu seçməmək, əslində, bizə ayıb olardı.

 

- Aşıq Veysəllə bağlı istər ailənizdən, istərsə də yaxınlardan nələr eşitmisiniz? O, necə biriydi?
- Aşıq Veysəl bizim torpağımızın insanıydı. Saf və təmiz bir cavan olub. Pula heç bir zaman tapınmamışdı, gücü sevməmişdi, bərabərliyi və qardaşlığı müdafiə edən gülərüzlü Anadolu ozanı idi. Aşıq Veysəl çox mehriban və ünsiyyəti sevən bir insan olub. Dostluq əlaqələri çox isti və səmimi idi.

 

- Türkiyədə Aşıq Veysəl adının yaşadılması üçün hansı addımlar atılıb, hansı işlər görülüb?
- Türkiyədə bununla bağlı yetərli işlər görülməyib. Həmişə deyirəm ki, Aşıq Veysəl adına bir universitetimiz belə yoxdur. Çox ayıb. Aşıq Veysəllə bağlı çox az yazılar var. Akademik baxımdan nəşrlərin çoxalması lazımdır.

 

- Bizimlə Aşıq Veysəl barədə bilinməyən bir hekayə və ya maraqlı məlumat paylaşa bilərsinizmi?
- Çoxdu belə xatirələr, əhvalatlar, həddən artıq çoxdur. Aşıq Veysəl olduğu bir yığıncaqda, saz çalıb türkü söylərkən, səs-küy eşitsə, ifasına ara verərmiş. Sazını qulağına yaxınlaşdırar, onu dinləyirmiş kimi belə söyləyərmiş – “Bu səs-küy sazın içindənmi gəlir?”. Beləliklə, səs-küy salanlara nəzakətlə xəbərdar edərmiş.

 

- Azərbaycana heç gəldinizmi, nə zaman gəlmək istərdiniz?
- Gəlmədim. Azərbaycan qardaş və dost ölkədir. Eyni dilin fərqli versiyasında danışırıq. Ürəyimiz birdir. Bu torpaqda nə varsa, sizə, o torpaqda nə varsa, bizə toxunur. Mədəniyyətimiz eynidir. Mütləq gəlmək istəyirəm.

 

- Bizim müğənnilərdən kimlərin səsini bəyənirsiniz, kimlərlə dostluğunuz var?
- Rəşid Behbudov başda gəlir, təbii. Mən Azərbaycan musiqisinin hüznlü tərəfini sevirəm. Cümlə quruluşu, qulağa gəlişi çox hüznlü bir dildir. Ona görə həzin musiqilərin azərbaycanlılara daha çox yaraşdığını düşünürəm.

 

- Bakıda konsert verməyi heç düşündünüzmü?
- Düşünmək yetmir, çağıran olmalı ki, biz də düşünək. İnşallah, sizin torpaqlara  gəlmək imkanımız olar.

 

- Sizi izləməyə gələnlər çoxdumu, yəni sizin qrupa maraq necədir?
- Bu maraq bizə deyil, Aşiq Veysələdir. Getdiyimiz yerlərdə insanlar salona sığmır. Ümid edirəm, insanların maraqları azalmaz. Aşıq Veysəl bələdçiniz olsun.

 

Cəvahir Səlimqızı

 

loading...
312 dəfə baxılıb

XƏBƏR LENTİ

23 Aprel - Günün qoroskopu
Trampın adamı söz verdi: İŞİD məhv edilənə kimi...
Rövşən Lənkəranskinin 24 il əvvəlki - Videosu
Kanadadan Əsədlə bağlı həmlə
Əsəd ordusundan növbəti həmlə: Bu ərazilər alındı
Trampın adamları Putinə işlədiklərini bilməyiblər
Türk ordusu PKK-çıları belə məhv etdi - Video
Rusiyaya sanksiyanı dəstəkləyirik, amma belə olmaz - İtaliya
ABŞ alimləri yadplanetlilərin 11 izini tapdı
Merkellə dil tapa bilmədim, bunu gözləmirdim - Tramp
Pərvin saçını kəsdirdi, haqqında şayiə yayıldı
Rusiyalı deputatın haker oğlu ABŞ-da həbs edildi: 27 il
Türkiyə şirkətinin Bakıya xəyanəti təsdiqləndi - Foto
İŞİD paytaxtını Rakkadan köçürdü
Venesuelada etirazlar: 11 nəfər öldü
Qorbaçov: Rusiyanın idarəçilik sistemi dəyişməlidir
Həyat yoldaşını intihar həddinə çatdıran şəxs həbs edildi
Güclü külək, dolu... - Hava proqnozu
“Koroğlu” stansiyası iki gün pulsuz olacaq
Amerikalı qubernatordan ermənipərəst mövqe
Koreyanı birləşdirmək üçün savaşa başlayırıq – Şok hədə
Putinə dedim ki, bu, yaxşı ideya deyil - Netanyahu
Sərdar Ortaçın Ərdoğan sevgisi başına bəla oldu
İvanka atasına dəstək olur: Buşun adamlarını…
Millimiz ikinci oldu

Millimiz ikinci oldu

22 Aprel 12:49

Bu, özlüyündə bir rekorddur – I vitse-prezident
İordaniya Əsədi təkzib etdi və təsəlli verdi
Azərbaycanın buna hər cür imkanı var – Millət vəkili
“Sərkisyan bununla ordunun məhv olduğunu göstərdi”
Tarkan Bakıya gəlir

Tarkan Bakıya gəlir

22 Aprel 10:20

Əsəd açıqladı: Daha bir ölkə Suriyaya ordu göndərir
İtaliya Azərbaycana nou-hau ixrac edir
Türk ordusundan müdhiş əməliyyat: 45 PKK-çı…
İraq: Kürdüstan Yaxın Şərqdə sunami yaradacaq
Əfqanıstanda ölən hərbçilərin sayı 140-a çatdı
MN cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Neft ucuzlaşdı

Neft ucuzlaşdı

22 Aprel 10:09

Cüdoçumuz Avropa çempionu oldu
Nazir məşhur çobana vəzifə verdi - Video
Lombardi:
Azərbaycan-Türkiyə birgə təlimlərə başlayır - Video
Şeyx Gürcüstan baş naziri ilə görüşdü - Foto
Xoyski və Ağaoğlu adına mükafat yaradıldı
Prezident İlham Əliyev sərəncam imzaladı
Avropa Liqasının yarımfinal cütlükləri müəyyənləşdi
Danışıqlar final mərhələsindədir - NATO-ya SARSIDICI ZƏRBƏ
Baş prokuror Beyləqan rayonunda vətəndaşları qəbul edib
İran prezidentliyinə namizədlər: 5 fars, bir kürd… - Dosye
Orta aylıq əməkhaqqı qalxdı - Hesabat
ATV-nin efirində biabırçılıq: onu ələ saldılar - Video
Lavrov: “İranın taleyi iyunda həll ediləcək”
FİFA DÇ-yə sponsor tapa bilmir – Rusiyaya görə
Bir neçə həbsxananın rəisi dəyişdi
Müdafiə naziri hərbi hospitalda - Foto
Xəbərdarlıq: Havalar kəskin soyuyur
ABŞ-ın İran siyasəti: Yaxın günlərdə... – Tramp
21 Aprel - Günün qoroskopu
Kəndimizin son günü (45-ci yazı)
Əbru Rza üçün oxudu, hamı kövrəldi - Video
Ərdoğan və Putin ən qısa zamanda... - Kreml
“Traxtur” Tehranın “İstiqlal”nı şumladı
Ukraynadan İrana dəmir yolu Azərbaycandan keçəcək
Avropa mediası Ədroğana qarşı - İnanılmaz çağırış
AMEA-da 2016-cı ildə doktoranturaya qəbulun nəticələri müzakirə edilib - Foto
Əsəd: Bağdadi tam təhlükəsizlikdədir
Piter teraktı üçün hazırlanan pul Türkiyədən gəlib - Şok qərar
Qanunsuz övladlığa götürmənin cəzası sərtləşdirilir
Qərar verildi: Kürdüstan müstəqilliyinə qovuşur
Almaniyadan etiraf: Türkiyə-Rusiya yaxınlaşması zərərimizədir
Prezident İlham Əliyev sahibkarlara tam təminat verdi ki... - Deputat
Prezident İlham Əliyev sərəncam imzaladı
“Koroğlu”ya aid sərgi keçiriləcək
Qırğızıstan Prezidenti sürücüsünü yenidən müşavir etdi
Təbrizdə qeyri-adi aksiya başlayır – Ecazkar fotolar
Ordumuz artilleriyanı işə saldı - Foto
Putinin Donbas planı üzə çıxdı – KİV
May ayının qeyri-iş günləri açıqlandı
Rusiyanın 5 azərbaycanlı milyarderinin sərvəti - Siyahı
Avropanın gələcəyi Fransadan asılıdır - ABŞ
Lukaşenko Rusiyaya: “Fikir verməyin, yalandır”
20 Aprel - Günün qoroskopu
Kəndimizin son günü (44-cü yazı)
Vaqif Fərzəliyev AMEA-nın Yusif Məmmədəliyev adına mükafatına layiq görülüb
Prezidentdən qəribə qadağa: Qara geyim...
Tramp: İllərdir bizimlə oynayırsan…
Valyutadəyişmə məntəqələri yenidən açılır?
Dünyaca məşhur futbolçu:
Medvedyev:
III Dünya müharibəsinin başlanacağı tarix açıqlandı - Böyük iddia
Bu gecə böyük asteroid Yerə yaxınlaşacaq - Video
Nərgiz Paşayeva Qızıl medal aldı
Rusiya separatçı qurumu KTMT-yə üzv edir – Zəmanət
Məmmədyarov Malta prezidenti ilə görüşdü
Avstriyadakı türklər üçün – Yeni cəza
Ordumuzun tank manevrləri - Foto
Azərbaycan dəhşətli silah hazırlayır - Düşmən iflic olacaq
DSK sədri Tahir Budaqov Koreyanın ölkəmizdəki səfiri ilə görüşüb
ABŞ-dan İrana yeni sanksiyalar gəlir
Britaniya: “İkinci referendum olmayacaq”
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com