İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Atam narkomandır, bizi küçələrə salıb ki, dilənin” – HƏYATIN DİBİNDƏN REPORTAJ |


Son dəqiqə

SOSİAL > “Atam narkomandır, bizi küçələrə salıb ki, dilənin” – HƏYATIN DİBİNDƏN REPORTAJ

“Atam narkomandır, bizi küçələrə salıb ki, dilənin” – HƏYATIN DİBİNDƏN REPORTAJ
Tarix : 21 Avqust 2014 23:49

İdeologiya.az xəbər verir ki, Lent.az-ın əməkdaşı Bakının “qaranlıqları”ndan yazır

“10 yaşıma qədər dilənirdim. İndi daha utanıram. Neçə vaxtdı yolda maşınların güzgülərini silirəm. Çoxu söyür, eləsi olur vurur, döyür, nə edim, bu da bizim qismətimizdir ”.

 

Gecənin yarısıdır. “28 May”dayıq. Əllərində çirkli, üzərində min cür ləkə olan parça var.

Qardaşa bənzəyirlər. Saat 2 olmasına baxmayaq, işlərini elə indicə bitiriblər. Lətifin 15, balaca İsmayılın isə 10 yaşı var.

 

Lətif və İsmayıl Bakı küçələrində maşın güzgüsü silirlər. Lətif deyir ki, atamla anam dilənir. Hərəsinin də öz “toçkası” var. Atasının məkanı Nərimanov, anası Sabunçu xəstəxanası, özləri isə “Yaşıl bazar”da məskən salıblar. “Kubinka”da günü 6 manata gecəqonduda qalırlar. Bütün qonşuları da Yevlax qaraçılarıdır. 4 qardaş, 3 bacıdırlar.

 

 

“Qazandığımızı onun iynələrinə veririk ”

 

Deyir mən bu yolu seçməmişəm. “Özümü tanıyandan bu işin içindəyəm. İstərdim mən də məktəbə gedim, yazıb-oxumağı bacarım”.

İki qardaş bir yerdə günə 10 manatı güclə qazanırlar. Tez-tez də polis əməkdaşlarının reydinə düşürlər. “Tutanda alver olmur. Aparırlar şöbəyə. O qədər döyürlər, amma öyrəncəliyik, təsir etmir daha…”

 

 

Atası narkomandır. “Qazandığımız pulu anamıza veririk. Atam gəlib onu döyüb alır əlimizdən. Aparır verir iynəyə. Hər gün bizi məcbur edir ki, çox pul gətirin. Yoxsa, sizi öldürərəm. Böyük qardaşımın ayağı sındı. Xəstəxanaya aparmadı pul dərdindən. İndi şikəst qalıb, normal yeriyə bilmir.  Anamı, məndən balaca bacı-qardaşı qoyub gedə bilmirəm. Həm də  hara müraciət edirəm, hamının bir cavabı var; sən qaraçısan…Güvənmirlər. Elə bilirlər ki, atıb qaçaram

İstəyirəm çoxlu pulum olsun, qardaşımı, bacımı qurtarım bu həyatdan. Yaşım az olsa da, çox şeylər görmüşəm. İstəmirəm məndən sonrakılar da bunları görsün”.

 

Gözləri dolub. Göz yaşları çirkli üzündən çənəsinə axır…

 

Parkları özünə sığınacaq seçənlər

 

 

Bakı Dəmiryolu Vağzalının platformasındayıq. Yaşlı, cavan, arvad-uşaq skamyalarada yatıb. Qatar gözləyirlər, nədi.

 

“Bomj” da bir yandan. Ətrafı isə üfunət bürüyüb. Bu saqqallı isə, sanki taxta oturacaqda yox, pərqu yorğan-döşəkdədi. Ən ucuz şərab butulkaları yan-yana düzülüb. Nə qədər, səy göstərsək də, yuxudan oyada bilmirik. İçkinin təsirdən sanki qış yuxusuna gedib. Bomba partlasa, xəbəri olmaz.

 

Saatımız 03-15-i göstərir. Səməd Vurğun parkındayıq. Burada kimlərə desən, rast gəlmək olar. Müştəri axtaran taksi sürücülərindən tutmuş, bədənlərini satanlaradək.

Skamyada yatan bir ortayaşlı görünür gözümüzə. Üstü-başı suyun içində qalıb. Parkın su çiləyən qurğusu yatdığı oturacağı vurur. Amma bunu belə hiss eləmir.  Adı Rəhimdir.  Qazaxdan qonaq gəlib, qalmağa yeri yoxdu, burada yatıb. “Müəlliməm, bir iş görə gəldim, bu gecəlik yer tapmadım qalmağa. Gec idi deyə, heç kimə də zəng edə bilmədim. Üzüm kəsmədi, qohum-əqrəbanı oyadım ”.

 

 

***

 

“Sahil bağı”ndayıq. Bu parkda da xeyli gecələyən var.  Yolun kənarında oturan, yanında xeyli sellofan yığılmış ortayaşlı bir kişi diqqətimizi çəkir. Üst-başı cırıq-cındır içində. Paltarında illərin ləkələri qalıb. Deməzsən 44 yaşı  var. İşə gecələr çıxır. Bir xəstə qızı var. Yoldaşı onu atıb, başqa birisi ilə ailə qurub. Danışa-danışa “Əfsanə” siqaretindən 1 dənəsini qoyur damağına.  Xəyallara dalır. Tüstüdənmi, qəhərdənmi gözləri dolur. Amma bunu büruzə vermək istəmir.

Cavanlığın daş karxanalarında keçdiyini, indi isə artıq fiziki  gücünün çatmasından bu cür işlər görür.

 

Gecənin “qara adamlarını” axtara-axtara “5 mərtəbə” tərəfə gəlib çıxırıq. “Sovetski” tərəfdə qulağımıza xoruz banı gəlir.

Səhər açılır…

Amma onlar üçün nə fərqi?

 

loading...
286 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com