İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Azər Həsrət -QHT sektoruyla bağlı bəzi düşüncələrim |


Son dəqiqə

KÖŞƏ YAZILARI > Azər Həsrət -QHT sektoruyla bağlı bəzi düşüncələrim

Azər Həsrət -QHT sektoruyla bağlı bəzi düşüncələrim
Tarix : 19 Avqust 2014 15:06

Son günlərin gərgin siyasi müzakirələri çərçivəsində QHT-lərlə bağlı məsələ də diqqət çəkir. Bu baxımdan Prezident Administrasiyasının rəsmisi Əli Həsənovun mövzuyla bağlı açıqlama verməsi, həmçinin Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin bir sıra narazı ictimai birlik rəhbərilə keçirdiyi müzakirə, əslində, çoxdan həllini gözləyən bir məsələnin həlli üçün imkanlardan xəbər verir. Administrasiya rəsmisi öz açıqlamasında deyir: “Qanunlar tələb edir ki, QHT-lər öz nizamnamələrinə uyğun fəaliyyət göstərsin, qanun qarşısındakı vəzifələrini və məsuliyyətlərini dərindən dərk etsin, cəmiyyətdə ictimai nəzarət funksiyasını sağlam şəkildə həyata keçirsin, onları siyasətə sürükləyənlərə, siyasi partiyaların əlavəsinə, bəzi xarici dairələrin anti-Azərbaycan fəaliyyətində ucuz alətə çevirmək istəyənlərə “Yox!” desinlər”.

Azay Quliyevin yanında keçirilmiş müzakirədə isə QHT-lər üçün davranış qaydalarının hazırlanmasının zəruriliyindən danışılıb.

Bu iki məsələyə münasibət bildirmək üçün bir xeyli uzaqdan başlamaq istərdim.

QHT və media sektorunda olanların çoxu bilir ki, şəxsən mənim hər iki sahədə yetərincə uzun müddətli təcrübəm var. Bir neçə QHT-nin qurucusu və rəhbəri olmuşam, Azərbaycanda və ondan kənarda bir neçə dildə yazılarım indinin özündə də dərc edilir və üstəlik, ən adi müxbirlikdən baş redaktorluğa qədər yol keçmişəm. Bunları ona görə yazıram ki, məsələylə bağlı qeydlərimi oxuyanlar niyə məhz belə yanaşdığımı daha asan anlaya bilsinlər.

Hələ 1994-cü ildə hazırda Asif Əsgərlinin başçılıq etdiyi Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının qurucularından biri olmuşam. O keşməkeşli dönəmdə heç bir QHT siyasətdən kənarda qala bilmirdi və bizim qurduğumuz təşkilat da istisna deyildi. Və o qurumun siyasətə bulaşmasının, yaxud da siyasi qurumların yedəyində getməsinin tək səbəbkarı, bəlkə də, yalnız mən idim. Biz, radikal gənclik olaraq istənilən təşkilatın hakimiyyətə qarşı çıxmasının daha düzgün olduğunu düşünənlərdəndik və adını ictimai qoyduğumuz fəaliyyət daha çox siyasi çalarlarla zəngindi. Nəticə isə o oldu ki, həmin təşkilat məhz bu səbəbdən parçalandı, əldən-ələ keçdi və bizim kimi siyasi iddialılardan arındıqdan sonra normal bir qurum olaraq indi QHT sektorunun ən qocaman və uğurlu təşkilatlarından biri kimi fəaliyyət göstərir. Bu, bir təcrübə idi və əslində, biz ondan dərs almalıydıq. Amma sonrakı proseslər göstərdi ki, almadıq, ala bilmədik.

1997-ci ildə yenə də mənim rəhbərliyim altında Azərbaycan Jurnalistlərinin İşçi Birliyi (AJİB) adlı təşkilat qurduq. Bu, bir həmkarlar ittifaqı idi. Ən azından biz belə iddia edirdik. İlk gündən jurnalistlərin əmək hüquqlarından daha çox özünün siyasi yüklü bəyanatlarıyla diqqət çəkən bu qurumu təbii ki, dövlət bir QHT kimi qeydiyyata ala bilməzdi və almırdı da. Bizsə bunu qanun pozuntusu, şəxsimizə qarşı ayrıseçkilik kimi dəyərləndirərək “mübarizə” aparırdıq. Nəhayət ki, bir neçə illik cəhdlərdən sonra təşkilat Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) adı altında qeydə alındı və yavaş-yavaş doğrudan da bir həmkarlar ittifaqı kimi fəaliyyət göstərməyə başladı. Amma yenə də mənim siyasi meyllərim bu qurumun normal bir həmkarlar ittifaqı kimi fəaliyyətinə əngəl olmağa davam edirdi və bunu tam olaraq dərk etdiyim anda təşkilatdan ayrılmaq qərarına gəldim. Beləliklə, 2002-ci ilin dekabr ayında JuHİ sədrliyindən istefa verdim, sədr vəzifəsi müvəqqəti olaraq sədrin 1-ci müavini Müşfiq Ələsgərliyə həvalə edildi.

Görünür, uzun müddət mənimlə birlikdə işləmək onun da özünü siyasətdən kənarda tutmasını mümkünsüz etmişdi ki, Müşfiq Ələsgərli sonrakı bir neçə il ərzində təşkilatın fəaliyyətini arzu olunan şəkildə qura bilmirdi. Hətta dəfələrlə mənə müraciət edirdi ki, necə işləyək, nə iş görək? Mənim də tək tövsiyəm bu olurdu ki, təşkilatdan uzaqlaşmışam, heç bir işinizə qarışmıram, özünüz bildiyinizi edin. Amma bütün bunlarla bərabər qurucusu olduğum bir təşkilatın getdikcə gözdən düşməsinə, hətta beynəlxalq səviyyədə belə əldə edilmiş mövqeləri əldən verməsinə dözə bilməzdim. Ona görə də sonda yeni rəhbərliyə tövsiyəm bu oldu ki, bir QHT olaraq hər şeydən öncə siyasi qurumlardan məsafəli davranın, dövlət qurumlarıyla təmaslardan qətiyyən çəkinməyin. Bu tövsiyəm bir qədər cəsarət tələb edirdi. Çünki o dönəmlər QHT-lərin dövlət qurumlarıyla əlaqələri bir sürü qaragüruh tərəfindən “satqınlıq” kimi dəyərləndirilirdi. Elə indi də həmin qaragüruhun qalıqlarına rast gəlmək olur.

Beləliklə, JuHİ bütün siyasi meyllərdən tam olaraq uzaqlaşmaqla həm dövlət, həm də qeyri-dövlət sektorunda normal münasibətlər qurdu. Bu isə ona gətirib çıxardı ki, təşkilat siyasətlə deyil, sırf qarşısına qoyduğu nizamnamə vəzifələrilə məşğul olmağa başladı. Nəticədə qurum istər ölkə içində, istərsə də ölkə dışında özünə olan etimadı bərpa etdi, dövlətlə münasibətlərində olan əngəllər aradan qalxdı, heç bir siyasi fəaliyyətə bulaşmadan normal iş rejiminə keçdi. Və maraqlısı odur ki, rəsmi hakimiyyət bu cür fəaliyyətə nəinki mane olmadı, əksinə, yaşıl işıq yandıraraq JuHİ-nin timsalında bütün QHT-lərin nizamnamə fəaliyyətini həyata keçirməsi üçün şərait yaratmağa hazır olduğunu əməldə göstərmiş oldu.

Bu təcrübəni ona görə paylaşıram ki, indi Azərbaycanda QHT-lərə şərait yaradılmadığını, basqılar olduğunu iddia edənlər bir də dönüb özlərinə baxsınlar. Şübhəsiz, onlar da mənim kimi siyasətə bulaşdıqlarının fərqinə varacaqlar. Hazırda hay-küy salan qurumların əksəriyyətinə baxdıqda dərhal görünür ki, bunlar siyasi partiyaların, yaxud da hansısa mərkəzlərin yedəyində gedir. Elə ona görə də heç kimin tanımadığı adamların adları siyasi məhbus kimi hallandırılır, yaxud da ən qocaman korrupsioner belə siyasi məhbus elan edilir. Belə iddiaları icad edib tirajlayan şəxslərin başçılıq etdiyi qurumların özlərini araşdıranda isə bəlli olur ki, hakimiyyəti korrupsiyada ittiham edənlərin özləri, sən demə, xirtdəyədək korrupsiya içindəymiş. Yaxud da insan haqlarını qoruduğunu iddia edənlər hansısa xarici mərkəzlərin təlimatları əsasında QHT fəaliyyətini unudub siyasi bəyanatlarla çıxış edir. Bütün bunlar da təbii olaraq bu dövlətin məsuliyyətini rəsmən çiynində daşıyan vəzifəliləri hərəkətə gətirməliydi və gətirdi də. Yəni anladığım odur ki, Azərbaycan dövləti QHT-lərin məhz ictimai fəaliyyətlə məşğul olması, siyasi qurumların yedəyindən qurtulmasını istəyir. Əlbəttə ki, bu haqlı istəkdir. O baxımdan QHT Şurasındakı müzakirələr, Prezident Administrasiyası rəsmisinin səsləndirdiyi fikirlər diqqətə alınarsa, məncə, həm QHT sektoru, həm də bütövlükdə cəmiyyətimiz çox şey qazanar.

Burada bir də onu demək istərdim ki, dövlət rəsmilərinin fikirləri faydalıdır, amma gərəkdir ki, dövlət də QHT-lərin tez-tez üzləşdiyi bəzi problemləri kompleks şəkildə həll etmək üçün addımlar atsın. O baxımdan Milli QHT Forumunun qurultayında səsləndirdiyim bir fikri burda təkrarlamaq istərdim: dövlət hesabına QHT evinin tikilməsi bir çox problemləri həll edə bilər. Çünki biz QHT rəhbərləri olaraq çox zaman ofis, tədbirlərin keçirilməsi üçün zal problemini həll etməkdə çətinlik çəkirik. Bu isə ona gətirib çıxarır ki, problemini həll etməkdə çətinlik çəkən zəif iradəli QHT rəhbərləri özünü Azərbaycana qarşı olan zərərli mərkəzlərə təslim edir, iradəsi möhkəm olanlarsa sadəcə bu sahədən çəkilir. Hər iki halda itirən dövlət və cəmiyyət olur. QHT-lərin siyasi partiyaların və zərərli mərkəzlərin yedəyində getməsinin qarşısını almağın, onların sırf nizamnamə məqsədləri üçün fəaliyyətini təmin etməyin yeganə yolu bu sahəyə dövlət qayğısını artırmaq olardı. Düzdür, QHT Şurası da son illər ərzində böyük işlər görür, amma görülə biləcək işlər də az deyil. Azərbaycan dövlətinin iqtisadi imkanları indi bu xırda məsələni həll etmək üçün bütün imkanları mümkün edə bilər…

loading...
387 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Putinlə tələbkar dialoqum olacaq - Makron
İran rəsmisi Mehriban Əliyevanı təbrik etdi
Qarabağ üçün mübarizəmizi davam etdiririk – Əsgərov
28 may Respublika günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi
Şimali Koreyaya qarşı sanksiyalar hazırlanır - Gərginlik
Azərbaycan futbolunda ilk dəfə: “Qarabağ”ın işi asanlaşdı
G7 ölkələri sözünü tutmadı - Çin
No thumbnail available
Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com