İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Azərbaycan təhsilinin “icra başçıları” problemi |


Son dəqiqə

banner > Azərbaycan təhsilinin “icra başçıları” problemi

Azərbaycan təhsilinin “icra başçıları” problemi
Tarix : 20 Avqust 2014 16:12

Gəncənin icra başçısı Elmar Vəliyevin Təhsil Naziri
Mikayıl Cabbarova qarşı qarayaxma kompaniyası

Zaman-zaman məmurlar arasında müxtəlif səbəblərdən yaranan münaqişələr gündəmin əsas mövzularına çevrilir. Belə hallarda adətən qarşı tərəflər bir-biriləri haqqında olan kompromat dolu məlumatları mediada həvəslə tirajlayır, rəqibini sıradan çıxarmaq üçün bütün mümkün variantlardan istifadə edirlər. Bu isə kimlərinsə şəxsi maraqları naminə aparılan dövlət əhəmiyyətli işlərə kölgə salır, daha çox maneçilik törədir.

Rayonların “təhsil nazirləri”

Azərbaycanda təhsil sahəsində olan problemlər həmişə cəmiyyətin diqqət mərkəzində olub. Bu sahədə həqiqətən də həllini gözləyən güclü problemlər hökm sürür və Azərbaycan təhsilinin inkişafına ciddi maneələr yaradır. Bu haqda xəbər portalımızda müxtəlif araşdırma yazılar dərc olunub. Vətənini və dövlətini sevən media nümayəndələri olaraq daima xalqımızın inkişafı üçün prioritet təşkil edən təhsil sahəsini diqqətdə saxlamış, nöqsanları və çatışmamazlıqları işıqlandırmışıq. Məqsədimiz kimlərisə tənqid etmək, süni reytinq qazanmaq yox, bu sahəyə məsul olan şəxslərin diqqətini əsas problemlərə cəlb etmək olub. Heç zaman tutduğumuz mövqedə şəxsi ambisiyalara xidmət etməmişik hər zaman tərəfsiz yanaşma prinsiplərini əsas götürmüşük.
Azərbaycan təhsilinin ən ağrılı problemlərindən biri təhsil sektoruna icra strukturları tərəfindən olunan müdaxilələrdir. Artıq elə situasiya yaranıb ki, təhsil müəssisələri bu sahəyə bilavasitə cavabdeh olan Təhsil Nazirliyinə deyil, icra hakimiyyəti başçılarına tabe olunmuşdu. Məktəb direktorları, müəllimlər sanki icra strukturlarının yedək işçilərinə çevrilərək müxtəlif tədbirlərin, kompaniyaların aparıcı qüvvəsinə çevrilib. İcra hakimiyyəti başçıları “Demokl qılıncı” kimi təhsil sektorunun başı üzərində asılaraq bütün nəzarəti öz əllərinə alıblar. Bir daha qeyd edək ki, yaranmış vəziyyətdə Təhsil Nazirliyinin məktəblərə, pedoqoji mühitə təsiri demək olar ki, sıfıra bərabərləşmişdi.
Məlum olduğu kimi, bu yaxınlarda rayon təhsil şöbələrinin ləğv olunması, əvəzində regional təhsil idarələrinin yaradılması haqqında qərar verilib. Bu təhsil sektoruna icra strukturlarının yersiz müdaxilələrinin qarşısının alınması istiqamətində atılmış bir addımdır. Təhsil ekspertlərinin fikrincə, bu təhsil sektorunda daha çevik nəzarət imkanları yaradır.
Lakin, bu qərardan sonra icra hakimiyyəti başçıları arasında ciddi təşviş müşahidə olunmaqdadır. Bir çox məmurlar təhsil sektoru üzərində olan güclü nəzarətini itirmək istəmir, hər vasitə ilə buna mane olmağa çalışırlar. Artıq təhsil nazirinə qarşı mübarizə aparan bir sıra icra başçıları xüsusi kompaniyaya start veriblər.

Gəncədən başladılan “kompromat savaşı”

Bir müddətdir ki, KİV-lərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və Təhsil Naziri Mikayıl Cabbarov arasında münaqişə yarandığı barəsində məlumatlar yayılır. İddia olunur ki, nazir Mikayıl Cabbarov Gəncə məktəblərindən Elmar Vəliyev haqqında kompromatlar toplayır. Bildirilir ki, məktəb direktorları icra başçısının onlara işləməyə imkan verməməsindən şikayət edirlər.
Məlumat verilir ki, məktəb direktorlarının izahatlarında qeyd olunur ki, Elmar Vəliyev hər ay onlardan haqq istəyir və işləməklərinə maneçiliklər törədir. Bundan əlavə tədris müəssisələrində çalışanlar, xüsusən də orta məktəb direktorları və müəllim heyəti icra başçısının təzyiqləri ilə onlara aid olmayan işlərə də cəlb olunurlar. Bu kimi faktların qeyd olunduğu izahatlarda Elmar Vəliyevin müəllim heyətinə pulsuz işçi qüvvəsi kimi yanaşdığı xüsusi olaraq vurğulanır və qeyd olunur ki, davamlı şəkildə müəllimlər məcburi iməcliklərə, şəhərin abadlıq işlərinə cəlb olunublar. Hətta bu günlərdə müəllimlərdən dövlət binalarından birinin söküntüsündə də müftə işçi qüvvəsi kimi istifadə olunub.
Bu tip informasiyalara mətbuat səhifələrində tez-tez rast gəlmək olar. Heç bir təəccüblü situasiya yoxdur – bunu kompromat adlandırmaq olmaz. Çünki, belə vəziyyət təkcə Gəncə üçün xarakterik deyil, demək olar ki, bütün bölgələrdə vəziyyət eyni dərəcədə acınacaqlıdır. Bunu üzə çıxartmaq üçün kimlərinsə izzahatına, ərizəsinə ehtiyac yoxdur, hər gün müxtəlif KİV-lərdə bu barədə informasiyalara rast gəlmək olar. Odur ki, Mikayıl Cabbarovun hamıya gün kimi aydın olan bu vəziyyətdən kompromat kimi istifadə etməsi heç də inandırıcı görünmür.

Ziyalıların müraciətinin “mustafası”

Lakin, bu günlərdə redaksiyamızın elektron poçtuna özünü Gəncə ziyalıları adlandıran və 50 nəfərin imzaladığı iddia olunan müraciət daxil olub. Müraciəti “imzalayanlar” bildirir ki, “bu müraciəti imzalayanların içərisində professor da var, elmlər doktoru da var, dosent də var, orta məktəb direktoru da var. Biz – hamımız təhsildə ,elm sahəsində uzun müddət işləmiş adamlarıq. Lakin təqiblərə görə mətbuat işçilərindən anonimliyimizin qorunmasını xahiş edirik”. Təbii ki, hər bir ölkə vətəndaşının istənilən dövlət strukturuna və məmura birbaşa və yazılı müraciət etmək hüququ var. Gəncənin “50 ziyalısı” da bütün vətəndaşlar kimi bu hüquqdan yararlana bilər. Lakin, heç bir konkret ad çəkilməyən müraciət bütünlüklə Təhsil naziri Mikayıl Cabbarova qarşı ittihamlarla doludur. Müraciət müəllifləri nazirliyin rəhbər postlarında çalışan kadrları səriştəsizlikdə, bacarıqsızlıqda ittiham edir, onların təhsil sahəsinə heç bir aidiyyatı olmadığını iddia edirlər. Lakin, müraciətin “mustafası” məhz sonda üzə çıxır.
“ Bizə və mətbuatdan məlumdur ki, Gəncədəki xüsusi nümayəndəniz Ceyhun Mirzə vasitəsilə, təzyiq edərək bəzi məktəb direktorlarına Gəncənin icra başçısı əleyhinə danos yazdırırsız. Biz Elmar Vəliyevi tərifləmək niyyətində deyilik. Elmar Vəliyev ən yaxşı icra başçılarından biridir. Sizə sual vermək istəyirik: Elmar Vəliyevin Gəncə şəhəri üçün elədiyi quruculuq, abadlıq, inkişafla bağlı işlərin yüzdən birini Siz bu respublika üçün etmisinizmi? Ona görə də Sizi Elmar Vəliyevlə müqayisə etmək mumkün deyil”.
Buradan aydın olur ki, Gəncədən mediyaya ünvanlanan bu “zəhmətkeş məktubu” öz ilham mənbəyini haradan alır. Müraciətə azacıq diqqət yetirmək kifayətdir ki, onun hansı məqsədlə və harada yazıldığı aydın olsun. Təhsil Nazirinə qarşı başladılan bu kompromat savaşının, qarayaxma kompaniyasının qaynağını bilmək üçün münəccim olmağa ehtiyac yoxdur. Bilavasitə Elmar Vəliyevin maraqlarını müdafiə edən, onu ölkənin “ən yaxşı icra başçılarından” biri kimi qələmə verən “ziyalılar” nədənsə təhsil nazirinin fəaliyyətində heç bir müsbət cəhət görmürlər. Bəs onda görəsən hər gün Gəncədən sadəcə mediyaya ünvanlanan yüzlərlə şikayətin səbəbkarı kimdir? Axı Mikayıl Cabbarov iddia etdiyiniz kimi “təhsili bərbad vəziyyətə” qoyub, Gəncənin acınacaqlı durumunun günühkarı ki, o deyil. Təqiblərdən qorxaraq anonimliyini saxlayan ziyalılar bir dəfə də olsun Gəncənin problemlərini dilə gətiriblərmi? Bu qədim şəhərin hər gün çoxalan qayğıları barədə Elmar Vəliyevə bir cümləlik müraciət ünvanlamayan ziyalılar Təhsil nazirindən “Azərbaycan təhsili naminə, xalqımızın övladlarının parlaq gələcəyi naminə istefa verməyi” xahiş edirlər. Məgər Mikayıl Cabbarovu nazir postuna təyin edən cənab prezident xalqımızın övladlarının parlaq gələcəyini Elmar Vəliyevdən azmı düşünür ki, icra başçısı “ziyalılar” vasitəsilə onu istefaya çağırır.
Bir daha bildiririk ki, yazıda kiminsə maraqlarını müdafiə etmək məqsədi güdmürük və sadəcə qəzetimizin ötən saylarına nəzər salmaq kifayətdir ki, təhsil sisteminin problemləri barəsində yazdığımız məqalələri görəsən. Hər zaman dövlətin maraqlarını üstün tutaraq bütün problemləri obyektiv işıqlandırmağa çalışmışıq. Mikayıl Cabbarovun fəaliyyətində olan hansısa nöqsanları bundan sonra da tənqid edəcəyik. Lakin, kimlərinsə maraqlarına alət olmaq, diqtə ilə yazılmış müraciətləri tirajlamaq istəməzdik. Gəncənin “50 ziyalısı” yaxşı olardı ki, nazirə qarşı kompromat savaşı açmaqdansa, “xalqımızın övladlarının parlaq gələcəyi naminə” öz təkliflərini, təhsilin inkişafına kömək edəcək layihələrini ortaya qoyaydılar. Təbii ki, bu ümumi işin xeyrinə olardı və o zaman bu müraciəti qəzetimizdə yayımlayar və dəstək olardıq. Hər bir vətəndaşın şəxsi fikrinə hörmətlə yanaşırıq, lakin, bu mövqe həqiqəti əks etdirməli, ədalət prinsiplərinə söykənməlidir. Kimlərinsə şəxsi maraqları naminə qarayaxma kompaniyası aparmaq düzgün deyil.
“Təhsil millətin gələcəyidir!” Bütün təhsil ocaqlarının bəzəyi olan bu müdrik kəlam yəqin ki, Gəncə məktəblərində də yazılıb. Millətin gələcəyi üçün bu gün hamımız məsuliyyət daşıyırıq – təkcə Təhsil Nazirliyi yox. Çünki, bu xalqın, dövlətin sabahı bizim övladlarımızın əlindədir. Odur ki, bir günlük ambisiyalarımız naminə övladlarımızın sabahı ilə oynamayaq. Sabah lənətlənməmək üçün!

İdeologiya.az

loading...
2.151 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı.
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
Bu universitetlər də bağlanacaq - Adlar
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Kəndimizin son günü (16-cı yazı)
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
Trampın bu açıqlaması dolları ucuzlaşdırdı
Ruhani:
Bolqarıstan qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsini dərc etdi
Xoşbəxt Yusifzadənin “Ömrünün izləri” Vyetnamda
Türkiyə hədəfə çevrilib - Həsən Cəlal
Poroşenko ümidini Çinə bağlayıb
Rusiya SSRİ-ni bərpa etmək istəyir - General
Dəmirdaşın həbsi istənildi - 142 il
Netanyahunun oğlu polisə çağırıldı
Rəsədxanadan xəbərdarlıq - Geomaqnit qasırğası
İslam Bankının vitse-prezidenti Bakıya gəlir
Pamuk bu universitetin fəxri doktoru oldu
Lavrov: “Tramp bizimlə işləmək istəsə...”
Çexiya Azərbaycandan qaz alacaq
17 Yanvar - Günün qoroskopu
Prezident İlham Əliyev Davosda qəbulda iştirak edib - Foto
Acarıstan Bakı ilə əlaqələrin inkişafında maraqlıdır
Ərdoğanın 14 illik arzusu reallaşdı
Hizbullahın liderinin sirli ölümündə Obama izi
Dünyanın dondurulan ilk insanı - 50 ildir gözləyir
Gürcüstanda NATO tərəfdarlarının sayı azalıb
Almaniya: “Trampın NATO mövqeyindən narahatıq”
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Küveyt neft hasilatını bir az da azaldır
Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Bakıda əczaçılıq zavodunun təməli qoyuldu - Foto
Hərrac keçirildi - Manatın yeni məzənnəsi
Millimiz İrana qalib gəldi
Conni Deppin 28 milyon dollarını oğurlayıblar
Kosovoya qoşun yeridəcəyik - Serbiya Prezidenti
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com