İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Bələdçi qadın: “Ayılanda baxdım ki, çılpağam…” – İnsan taleyi |


Son dəqiqə

SOSİAL > Bələdçi qadın: “Ayılanda baxdım ki, çılpağam…” – İnsan taleyi

Bələdçi qadın: “Ayılanda baxdım ki, çılpağam…” – İnsan taleyi
Tarix : 13 Avqust 2014 23:57

Yaxın tanışım Rafiqlə yayın istisinin acığını sərin pivə ilə çıxdığımız bir vaxt, onun zarafatla dediyi sözləri ciddi olaraq qəbul etdim. O, növbəti yazımı oxuyubmuş və qəhrəmanımın taleyi onun çox maraqlandırıbmış. Elə ona görə də:

 

- Sənə bir qadın haqda danışsam yazarsan? – soruşdu. Cavabımı gözləmədən də o qadının kimliyi haqda danışmağa başladı: – Yaşı 80-ni keçib. Bir qızı var, ərdədir. Yeznəsi yola vermir. Qohumlarına sığınır, özü də tez-tez qaldığı yeri dəyişir. Bədbəxtdir.

 

O qadını haradan tanıdığını soruşdum.

 

- Qızı qayınanamla sinif yoldaşı olub, sonra da “Lenkombinat”da bir yerdə işləyiblər, – dedi.

 

 

Bir pivə qonaqlığına…

 

 

Sonra da qar pivədən bir-iki qurtum alıb əlavə etdi:

 

- Onun heç qohum-əqrəbası da yoxdur. “Detdom”da böyüyüb. Müharibədən sonra aclıq zamanı Bakıya gətiriblər. İki bacı imişlər. Yaşları müxtəlif olduğuna görə uşaqları ayrı-ayrı uşaq evlərinə qoyublar. Bacılar bir-birindən ayrı düşüb. Xumar arvad sonralar sərnişin qatarında bələdçi işləyib. İş yoldaşına da ərə gedib. Amma əri onu atıb. Sonralar da uzun müddət eyni qatarda bələdçi olublar… – Ona diqqətlə qulaq asdığımı görüb əlavə etdi: – Bir pivə qonaqlığı səndən, tanış edim, yaz.

 

Razılaşdım. Amma Rafiq sonradan verdiyi sözün üstündən qaçmaq istədi. Mənim təhrikimdən sonra: – Danışaram, – dedi.

 

Heç həftə keçməmişdi, mənə zəng vurdu:

 

- Səni Səməd Vurğun bağında gözləyəcək. Get, demişəm ki, veteran kimi onun haqda yazı yazacaqsan…

 

 

Müdiriyyət  məni çox istəyirdi

 

 

Səməd Vurğun bağında Dəmir Yolu İdarəsinin  qarşısında oturmuşuq. Onun idarədə nə isə işi varmış…

 

Xumar xala üzü qırışlarla dolu bir qadındır. Yaşının çox olmasına baxmayaraq, oturaq həyat tərzi keçirmir. Bir qız övladı var. Qızı da çoxdan nənə olub, yaşı 60-ı keçib. Özünün isə oktyabrda 83 yaşı olacaq. Söhbətcil qadındır:

 

- Mən çox yaxşı işçi olmuşam. “Qramotam”, “Zərbəçi əməy”im var. Evimdə kağız-kuğuzdan ayaq qoymağa yer yox idi. Müdiriyyət də məni çox istəyirdi.

 

Qəzetlərdə şəkillərinin olması, pionerlərlə görüşə getməsi, vaxtı ilə “perodovik” kimi şəklinin şərəf lövhəsindən asılması və sairdən danışmağa başladı. Məni isə onun həyatının acı tərəfləri maraqlandırırdı:

 

- Ay Xumar xala, bunlar məlum. De görüm, nə vaxt bu bələdçi olmaq istəyin yarandı. Mindin qatarlara, gəzdin bütün ittifaqı?

 

- Buradan arayış alacaqdım. Aldım. Rafiqə zəng edib dedim gəlsin, nəvələrimə, yəni Rafiqin uşaqlarına hədiyyə almışam, aparsın. O da gəldi. Sonra da dedi ki, bəs bir müxbir tanışım var, xahiş etmişəm səndən yazsın. Dedim, gəlsin, yazsın.

 

- Rafiq qohumundur?

 

- Rafiqin qayınanası mənə qızım kimidir… qanacaqlı uşaqdır. Nəvələrimdən görmədiyim yaxşılıqları görmüşəm ondan…

 

Dəmiryolçuların geyimi xoşuma gəldi

 

- Necə oldu bələdçi işlədin?

 

- Mən “detdom”da, sonra da internatda böyüdüm. Bizi məktəbi qurtaranda sənət məktəblərinə göndərərdilər. Hər məktəbin nümayəndəsi gələrdi, uşaqlarla danışıqlar aparardı. Mənim xoşuma dəmiryolçuların geyimi gəldi, könüllü yazıldım. Oğlanlar maşinist oldu, qızlar “provodnik”. Bir də gözümü açanda gördüm ki, ömrümü də qatarlarda daşımışam o başa- bu başa…

 

- Yəqin sevirdin bu sənəti?

 

- O vaxtlar bütün sənətlər sevilirdi. Hər sənət haqda radioda, klublarda keçirilən yığıncaqlarda danışardılar. Sənətin pisi olmaz deyərdilər. Mən isə özüm gəldim… kim vardı ki, atam-anam sovet hökuməti idi. İnternat məktəbində oxuduq, sonra da sənət dalıyca gəldik. Yataqxanada yer verdilər. Yaxşı maaş aldım.

 

Anam ərinin əmisi oğluna ərə getdi

 

- Harada idi ata-anan?

 

- Atamı gorbagor Hitler öldürdü. Anam ərinin əmisi oğluna ərə getdi. İki bacı idik. Kəndin Şura hökuməti vardı, “ispolkom”u vardı, bizi gətirib verdilər “detdom”a.

 

- Görmədin ananı?

 

- Yox, görmədim. Tel açıq olanda keçiblər o taya, İrana. Bizi veriblər nənəmgilə. Nənəm də hökumətə deyib.

 

Xumar arvad danışır. Qırışlı sifətinə fikir verirəm. Amma heç analı günlərinin xiffətini çəkənə oxşamır.

 

- Heç anandan sarı darıxmadın?

 

- Darıxırdım. Bacımı daha çox istəyirdim görəm. Görə bilmədim.

 

53 il bu xarabada işləmişəm

 

Dodaqları titrəyir, əli əsir. Gözümün içinə xeyli baxır və:

 

- Sən məni Ələtə gedən avtobusa mindirərsən?

 

- Xumar xala, səni ora öz maşınımda apararam. Narahat olma. Dur gedək, söhbətimizi yolda edərik.

 

Maşınların park olan yerində nəzarətçi bizə yaxınlaşır. Xumar xala təqaüdçü vəsiqəsini çıxarır:

 

- Ay uşaq, mən 53 il bu xarabada işləmişəm. İdarəmizin qabağdır. Nə əlini açıbsan Yevlax qaraçısı kimi?..

 

Bu sözləri deyib qurtarana qədər mənim nəzarətçinin ovcuna atdığım 20 qəpiklik artıq onun cibindəki qəpiklərin arasında özünə yer etmişdi.

 

Ərim məni qatarda qaçırtdı

 

- Xumar xala, sənin ərin də deyəsən iş yoldaşın olub axı..

 

- Hə. Ağalı idi adı…

 

- Amma ağzın yanıqlı ondan, ürəklə danışmadın. Necə oldu ailə qurdun, elçilərin qarşısına kim çıxdı…

 

- Məni elçi ilə, toyla almadı ki… qaçırtdı.

 

- Gəlini ya toyla aparalar, ya da qaçırdarlar… evi-zadı vardı da. Sonra heç toy çaldırmadı?

 

- Yox e. Yox. O məni qatarda qaçırtdı. Demək, bizim qatar Tümenə gedirdi. O da başqa vaqonda bələdçi idi. Sonradan bildim ailəsi var. Davakar, pul qazanan idi. Yalamadan Rostova qədər vaqonlara xuliqan-muliqan doluşardı. Həmin vaxtlar da kişi bələdçilərdən biri həmişə gələrdi qadınlar olan vaqona. Həm bizi qoruyurdular, həm də yaxşı pul qırırdılar. Bu başı batmış da gəlirdi mənim vaqonuma. Mən yaraşıqlı idim də. Döşüm-başım ağız sulandırırdı. Elə deyirdi evlənək. Xoşum da gəlirdi. Deyirdim, kənddə qohumlarım olmalıdır, tap onlara de. Deyirdi yox. Bax, qalırdı belə. Arada əl-zad atırdı, acılayırdım.

 

Yol məni çəkib aparır

 

- Axır saqqızını oğurladı…

 

- Mənim heç saqqızım vardı ki, oğurlana? Hey kitab-zad oxuyurdum. Rusca, Azərbaycanca… yol idi də gedib-gəlirdik…

 

Maşının güzgüsündən ona fikir verirəm. Düz qabağa baxır. Gözlərini də qırpmır.

 

Gözlərin yol çəkir, deyəsən.

 

- Mənim gözlərim yol çəkmir, bala, yol məni çəkib aparır. Bitmir ki, qurtarmır ki, elə yollarda oldum. Hər şeyimi də yollarda itirdim. Qızlığımı da, qürurumu da, qızımı da… hər şeyimi…

 

Çayıma “qlafilin” atıb, yuxuladıb…

 

- Heç sənin həyatında xoş gün olmadı?

 

- Ağalı məni və Zina adlı erməni bələdçini apardı öz vaqonuna. Növbəti stansiyaya qədər 2 saata qədər vaxt vardı. Dedi, gedək yemək yeməyə. Getdik. Kupedə əlavə də 4 işçimiz vardı. Qatar rəisi və başqa bələdçilər. İki-üç nəfər ayaq üstə idi. Oturmağa yer yox idi. Yedik, kişilər araq içdi, biz yox. Ağalı orda dedi ki, bəs Xumarı qaçırmışam, ailə quracağıq. Zarafat bildim. Hamı güldü, təbrik etdi. Mən də qoşuldum sevinənlərə. Sonra nə oldu, bilmədim. Yuxudan ayılanda artıq günorta idi. Baxdım ki, çılpağam və… Oğraş mənim çayıma qlafilin atıb, yuxuladıb, özünə arvad eləmişdi. Hay-küy salmaq istədim. Onun bələdçi yoldaşı dedi ki, sən artıq bizim gəlinimizsən. O sənin ərindir. İki həftəyə yaxın çəkdi Bakıya dönməyimiz. Vaqondan düşəndə onun qadını idim… Mənim xoş günüm ola bilərdi heç?..

 

Qızımı yoldan çıxarıb

 

- Ana oldun…

 

- Kaş olmayaydım. Qızım heç baxmır mənə. Kürəkənim də evimdən qovur. Hökumət mənə tək ana olduğum üçün ev verdi. Qızım da özüm kimi uşaq evində böyüdü. Daima yollarda idim, onu internata qoydum, dərzilik oxutdum. Bir gün səfərdən evə gəldim, gördüm evdə cavan kişi var. Qızımdan 10 yaş böyük olardı. Yoldan çıxarıb evlənib onunla. Nə edim, qaldım belə. Toylarını elədim. Sonra kürəkənə maşın da aldım. Artıq yaşım 40-ı keçmişdi. Qızım da 18 yaşında ana oldu. Pulum var idi, idarə ilə danışdım. Biləcəridən 3 otaqlı ev aldım. Ailəmiz böyümüşdü. Nəvələrim də var. Amma nənəlik edə bilmirəm. Kürəkənim məndən 11 yaş kiçikdir.

 

Xumar xalanın dərdini çözməyə adam lazım imiş, sən demə. Yeznəsindən, nəvələrindən gileyləndi:

 

- Təkcə qız nəvəmin yoldaşı var, həkimdir. Talış balasıdır. Mənə oğulun nə olduğunu o başa saldı. Xətrimi çox istəyir. Tez-tez qonaq aparır. Orda da utanıram. Adamla belə mehriban danışmazlar axı…

 

Dedi sən başqa adamla yatıbsan…

 

- Xumar xala, bəs Ağalı ilə niyə ayrıldın?

 

- Daş olsun onun başına, özünü yaxşı pullu reyslərə saldırardı. Məni də aparardı həmin qatarlarda bələdçi kimi. Bir-iki dəfə başqa–başqa qatarlarda getdik. O məndən şübhələndi. Dedi, sən başqa adamla yatıbsan…

 

Şübhələnməyə haqqı vardı?

 

- Mən cavan və gözəl idim. Özümə baxırdım. Mənə elə onun dostları, qatar rəisi, başqa nəzarətçilər, milislər girişirdi. Əl vermirdim. O vaxtlar yollar qorxulu olurdu. Cibgirlər, adam öldürənlər, cinayətkarlar qatarlarda daha çox olurdu. Hər dəfə bir hadisə olurdu… kişilərimizə güvənirdik. Onların da başları pula qarışırdı. Kim kimi harada bacarırdı orada da incidirdi. Mən Ağalı məndən ayrılana qədər heç kəsə sən düşündüyün salamı vermədim.

 

- Amma sonra yəqin ki, salam-əleyklər artdı…

 

- Cavan idim. Qızımı oxudurdum. Yaxşı reyslərə düşmək üçün kiminləsə dil tapmalı idim. Bir də, mənim ömrüm yollarda keçdi. Məni kim görüb bəyənəcəkdi ki…

 

Artıq Ələtə çatmışıq. Gedəcəyi evin yerini soruşuram:

 

- Hara gedək? Kimdir bu adam?

 

- Qızımın iş yoldaşı olub, mənə xala deyir. Qonaq çağırıb. Dedim, gedib bir-iki gün qalım. Yazıq o da dul qadındır. Uşaqları Rusiyada olur…

 

Ayrılanda Xumar xala:

 

- Bəs sən məndən yazı yazacaqdın, heç nə soruşmadın axı, necə işləmişəm, neçə qramotam var…

Axar.az

loading...
194 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
İsrail liderindən azan açıqlaması: Qarşıyam
Ərdoğan Gülənə yeni ad qoydu
İlk dəfə Azərbaycan Gözəllik Kraliçası seçiləcək
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq
Ağdaş və Yevlaxda sahələrin su təchizatı yaxşılaşdırılır
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə mübahisə düşdü
Marketinq autsorsinqin üstünlükləri
Hakim oğlunu vuran avtomobildəki şahid: Zərərçəkmişə heç bir kömək etmədik
Daha bir Nardaran sakini silahı təhvil verdi
Yunanıstan SOCAR-dan yenə də xahiş etdi  29 Noyabr 2016 11:43 (UTC+04:00)
Hollivud ulduzundan azan haqda - Maraqlı fikir
29 Noyabr - Astroloji proqnoz
XV əsrə aid əlyazmaların nüxsələri tədqiqata cəlb olunub
“Nar” BakuTel sərgisində ən son yeniliklərini təqdim edəcək
Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib - Foto
Prezident İham Əliyev və Aleksandr Lukaşenko mətbuat konfransı keçirdi - Foto
İlham Əliyev - Aleksandr Lukaşenko görüşünün nəticəsi: Sənədlər imzalandı
Prezident:
Minsk Bakı üçün faydalı olanı edəcək - Lukaşenko
Rusiyanın Avropadakı neonasist hərəkatı çökdürüldü
Prezident İlham Əliyevlə Aleksandr Lukaşenko geniş tərkibdə görüş keçirdi - Foto
Mehriban Əliyeva Baronessa Nikolsonla görüşdü - Foto
Buraxılış imtahanlarında dəyişiklik – Nazirlik
“Qara bağ” dünya arenasına çıxır - Video
Prezident İlham Əliyev Aleksandr Lukaşenko ilə görüşüb
Türkiyənin Suriya planı açıqlandı – Rəsmi
Kürd deputat 40 il həbs oluna bilər
AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyədə beynəlxalq simpoziumda iştirak edib
Əməkdar artist: “Neçə minlik maşınlarını...”
Tramp: “Seçkilər saxtalaşdırılıb”
Yanukoviç dövlətə xəyanətdə ittiham edildi
Müfti “müsəlman batalyonu”na qarşı çıxdı - Ukraynada
Bir hərf səhvi ciddi problemlə nəticələnər - Video
Şok: Sağ adamın başını meyitə calamaq istəyirlər
Astaralı gəncdən Fransada böyük uğur - Foto
Sabah hava necə olacaq?
Azərbaycanda internet-trafikdən istifadə artdı
Mosul əməliyyatı: 7 bölgə azad edildi, 19 yaraqlı öldürüldü
İran qırıcıları Türkiyə ordusuna hücum edib?
Bacısından Fidel Kastroya böyük hörmətsizlik
Hadisə yerindən qaçan sürücü həbs edilmişdir
Kəndimizin son günü (4-cü yazı)
Kılıçdaroğlu 56 kilometrlik yürüşə çıxdı
Çində kriminalları üzdən tanıyan cihaz yaradıldı
Cəlilabadda qanvermə aksiyası keçirilib - Foto
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com