İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Bakı Sağlamlıq Mərkəzindəki “bazar” xəstələri təngə gətirib |


Son dəqiqə

SOSİAL > Bakı Sağlamlıq Mərkəzindəki “bazar” xəstələri təngə gətirib

Bakı Sağlamlıq Mərkəzindəki “bazar” xəstələri təngə gətirib
Tarix : 17 Avqust 2014 16:47

Ölkənin ən iri dövlət xəstəxanasında ən sadə dərmanlar tapılmır, addımbaşı “hörmət”i dillə istəyirlər 

 

Bu ilin yanvarında ölkə başçısı və xanımının iştirakı ilə Bakıda ən iri tibb müəsisəsinin açılışı oldu. Çoxprofilli Bakı Sağlamlıq Mərkəzinin tibbi texniki bazası səhiyyənin son standartlarına cavab verir. Amma nə olsun ki, möhtəşəm sağlamlıq ocağının “isti”si yoxdur, insanların buradan şikayətləri davam edir. Bu şikayətlər içərisində Qarabağ əlili, Azərbaycan Əlilləri və Veteranları Cəmiyyətinin sədri ,Azərbaycanın ilk snayperçi xanımı Növrəstə Yusifovanın dediklərini və adıçəkilən xəstəxanada başına gətirilənləri qeyd etmək istəyərdim. “Qafqazinfo” Bakı Sağlamlıq Mərkəzindəkı biyabırçı vəziyyəti diqqətinizə çatdırır. İnanırıq ki, Səhiyyə Nazirliyi aidiyyatında olduğu Mərkəzin fəaliyyətini nəzərə alar.

“Dövlətin verdiyi dərmanları xəstələrə pulla satırlar”

Əvvəlcə qeyd edim ki, Növrəstə xanım Qarabağ müharibəsi illərində Zəngilanda yaralansa da əllilik dərəcəsi almaqdan imtina edib. Buna səbəb döyüşdən qalmamaq olub. Sona qədər döyüşən qəhrəman xanım 20 yanvar faciəsində aldığı baş beyin zədəsindən sonra əlil hesab edilib. Hazırda şəkər xəstəsidir. Həmişə getdiyi Əllilərin Bərpa Mərkəzi təmirə dayandığından müalicə üçün Bakı Sağlamlıq Mərkəzinə üz tutub. Burada onun başına elə oyun açılıb ki, hələ də özünə gələ bilmir. Növrəstə xanım bu boyda tibb ocağındakı neqativ halları sadalayır: “ Xəstəxanaya müraciət edəndən yalnız üç gün sonra müalicəyə başlaya bildim. Həm də palataların boşaldılmasını gözləyirdim. Hələ ilk gün xəstəlik tarixçəmi təqdim edəndə məndən ora qəbulum üçün 5 manat tələb etdilər. Daha sonra laboratoriyaya qan analizləri verdim, xəbər çıxmadı, dedilər, pul verməsən cavab gəlməyəcək. Ardınca tomaqrafiya otağında da yenidən 30 manat istədilər. Palataya yerləşmək üçün 10 manat, iynə və sistem üçün yenə pul verməli oldum. Bir sözlə, hər addımbaşı dillə “hörmət” tələb edənlərin qarşısında sus qaldım. Təssəvvür edin, o boyda nüfuzlu xəstəxanada ən sadə dərmanlar aspirin, B1, B12, Vitamin C kimi dərmanlar belə yoxdur. Sadəcə pambıq, spirt, şprisi pulsuz verirlər. Halbuki dövlət hesabına tibb müəsisələrinə pulsuz dərmanların siyahısı var. Xəstə adam, günün istisində divarlardan tuta-tuta yaxınlıqdakı apteklərdə dərman axtarırdım. Sistem iynəsi üçün şlanq nə olan şeydir, onu da xəstələrə aldırırlar. Bu biyabırçılığa, xəstələrin incidilməsinə, haqsızlığa qarşı bir neçə dəfə səsimi çıxardım. Amma heç bir fayda görmədim. Halbuki, torba-torba dərmanlar baş tibb bacısının otağına daşınırdı. Deməli, dövlət dərman verir, sadəcə xəstəxananı heç nədən çəkinmədən bazara çeviriblər. Orada Sevil adlı, səhv etmirəmsə baş tibb bacısı xəstələrlə bivec rəftar edirdi. Bundan başqa, xəstəxana ideal təmizlik uğruna pasiyentlərin halına yanmır. Güya hər yer təmiz olmalıdır deyə, əlavə qidaya icazə vermirlər. Mərkəzin qapısında dayanan gözətçilər içəri su, meyvə, əlavə qida buraxılmamasına nəzarət edirlər. Yaxşı, yeməyin içəri keçirilməməsini başa düşdük, güya özləri verdikləri pəhriz xörəkləri olduğundan əlavə qidaya gərək yoxdur. Bəs, meyvə-tərəvəz. İlin günün bu vaxtında xəstə ürəyi istəyən meyvəyə həsrət qalmalıdı? Bunların heç vicdanı yoxdu?

İndi şikayətimizdən sonra içəri su keçirilməsinə izn verirlər. Burada qab-qacaq çatışmazlığı da var. Bir xəstə o birinin yeyib bitirməsini gözləməlidir ki, qaşığını yuyub istifadə etsin. Duz, şəkər yoxdu. Bəlkə biri verilən yeməklə doymur. İnanırsız, orada olduğum müddətdə olub ki, gedib çöldə yeməkxana axtarmışam. Yemək davası etmirəm, o zaman döyüşlərdə olanda sutkalarla ac qalardım. Məsələ ondadır ki, xəstələrin istəyi, maraqları nəzərə alınmır. Xəstəxanaya gedən adam müalicə alıb sağalmalıdı. Məni kimisində əksinə oldu. Əsəblərim pozuldu, bu qədər ehtinasızlıq olmaz axı. İndi evimə gəlmişəm, hələ də sakitləşə bilmirəm. Bir neçə gün əvvəl xəstəxanaya epikris almağa getmişdim, yenə 5 manatsız vermədilər. Artıq söz tapmıram. Məsələylə bağlı, H. Əliyev Fonduna şikayət yazmışam. Özümə,Qarabağ əlilinə deyil, başqa insanlara da göstərilən münasibətin dəyişilməsini, xəstəxanadan ölçü götürülməsini tələb edirəm”.

“Bu boyda xəstəxana özbaşnalıqdır”

Vəziyyətlə Azad İstehlakçilar Birliyinin tərkibindəki Tibb müəsisələrində istehlakçı

hüquqlarının müdafiəsi komissiyasının sədri Əhməd Rəhmanov da maraqlanıb. Özü də Qarabağ əlili olan Əhməd bəy məsələyə aydınlıq gətirir: “Adıcəkilən xəstəxana ilə bağlı çox şikayətlər almışıq. Amma Qarabağ əlili Növrəstə xanımın yazılı şikayətini cavabsız qoya bilməzdik. Buna görə də məsələni yerində araşdırmaq üçün xəstəxanada oldum. 2 mərtəbəni gəzdim, su aparatları(su dispensorları) həqiqətən də yoxdur. Xəstələrlə söhbət etdim. Hamısı deyir, ” adımı neyləyirsən, başıma bəla acma. Özəl xəstəxanadan ucuzdur, buna da min şükür.” Arada suyla problem vardı, 2-3 gündür, tualetdə su tapırıq. Amma meyvəni içəri buraxmırlar, nə də özləri verirlər. Sanitardan tutmuş hamı “hörmət” dilənir. Baş tibb bacısı hər möhür üçün 5 manat istəyir. Belə ki, xəstələrə pulsuz verilməli olan dərmanları yaxındakı aptekdən almalı olurlar. Bu xəstəxana rəhbərliyinin gözündən necə qaca bilər? Bir faktı da nəzərinizə çatdırmaq istərdim ki, nəyə görəsə xəstəxanaya qida məhsulları buraxmayan gözətcilər kücədən icəri dərman alıb gətirənlərə heç maraq da göstərmirlər.”. Bütün bunları nəzərə alaraq biz təşkilatımız adından Səhiyyə Nazirliyinin bu kimi xəstəxanalarda nəzarəti gücləndirmələrinı və təqsirkar, səriştəsizlərin cəzalandırmalarını istəyirik. Bir də tibbi personalların əmək haqqlarının az olmasını bəhanə edib insanların həyatı ilə oynamasına son qoyulmasını tələb edirik”.

Raminə Eyvazqızı

Qafqazinfo

loading...
627 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

29 May - Günün qoroskopu
Beşiktaş çempion oldu
Tanınmışlardan kimlər oruc tutur?
Şah İsmayılın müraciəti: Ey türk oğulları...
Netanyahu şokda: İsraillilər Fələstin üçün küçələrə axışdı
Ramazanın 3-cü gününün duası
Rusiya bunu bilir, lakin... - Pentaqon
Rəsulzadə Atatürkün məzarı önündə - Nadir foto
Çindən İrana gözlənilməz sürpriz
Makron Trampa qalib gəlməyin sirrini açdı
14 ildir iqtidardayıq, amma... - Ərdoğan
Silahlı Qüvvələr 28 may Respublika Gününü qeyd etdi - Foto
Ərəb şeyxləri üçün özəl hazırlanmış avtomobillər - Foto
Qorxunc qadın mafiya başçısı tutuldu - Foto
Almaniya bu tarixdə Türkiyə ilə bağlı qərarını verəcək
Putinlə tələbkar dialoqum olacaq - Makron
İran rəsmisi Mehriban Əliyevanı təbrik etdi
Qarabağ üçün mübarizəmizi davam etdiririk – Əsgərov
28 may Respublika günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi
Şimali Koreyaya qarşı sanksiyalar hazırlanır - Gərginlik
Azərbaycan futbolunda ilk dəfə: “Qarabağ”ın işi asanlaşdı
G7 ölkələri sözünü tutmadı - Çin
No thumbnail available
Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com