İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Bakı türməsində qara kağızı dollara çevirən nazir oğlunun 3 ili |


Son dəqiqə

SOSİAL > Bakı türməsində qara kağızı dollara çevirən nazir oğlunun 3 ili

Bakı türməsində qara kağızı dollara çevirən nazir oğlunun 3 ili
Tarix : 22 Avqust 2014 0:40

Onunla 10 saylı Cəzaçəkmə Müəssisəsinin Tibb Məntəqəsindəki tanışlıq az qala dostluq həddinə qədər gəldi. O, Afrikadan idi. Nigeriyalı bu zənci Azərbaycan dilini az qala bəzi azərbaycanlılardan yaxşı bilirdi. Dilimizi “içəridə” öyrənmişdi.

 

Üç  ildən çox idi ki, burada məhbəs həyatı yaşayan bu Qarabala (öz adı Samsundu, onu dustaqlar belə çağırırdı) pul qaçaqmalçılığı ilə günahkar bilinərək  həbs edilmişdi. Ondan həbsinin səbəblərini soruşanda bu hadisəni mənə olduğu kimi danışmışdı. Bu haqda bir az sonra.

 

Alə, bəsdür, yaxçı görüm

 

Samsun 10 saylı Cəza evində ada kimi idi. Uzaqdan qaralır, nəzərə çarpırdı. Əllərinin içi, çölə qatlanmış iri dodaqları, ayağının altı sifəti ilə müqayisədə bir qədər ağ idi. Yay aylarında dəri göyərmiş kimi görünürdü. Həm də bacardıqca hamının hörmətini saxlayırdı. Onunla heç kəsin işi yox idi.  Yazımın budəfəki qəhrəmanı da tibb məntəqəsində “kirayənişin” idi. İnsanlara qaynayıb qarışmışdı. Həbsxana jarqonlarından bacardıqca çox istifadə edirdi. Bir balaca söz-söhbət olsa: “İstəyirsən, böyük qardaşları “kurs” edək, gəlib “panyatka” versinlər”, yaxud Bakı ləhcəsi ilə, “Alə, bəsdür, yaxçı görüm…” – deyirdi. Təsbeh fırlatmağı da ki yerində olan Samsuna elə gəlirdi ki, bu şivə ilə danışmaq, dilimizi təmiz bilməsi deməkdir.

 

Özünə baxmağı sevirdi

 

Samsun hər gün səhər tezdən idman edirdi. Qaçır, turnikdə dartınır və girlərlə əzələlərini formada saxlayırdı. Dişlərini fırça ilə ancaq səhərlər yuyardı. Tibb məntəqəsinin həyətindəki həmişəyaşıl ağacın nazik yaşıl budağını kəsər, qabığını soyub gün ərzində həmin budaqla dişlərini sürtərdi. Bu sanki onun hobbisi idi. Özünə baxırdı, kifayət qədər səliqəli və bahalı paltarlar geyinərdi. Ət yeməzdi.

 

Səhər toplantısından sonra adətən çimər və mütaliə ilə məşğul olardı. Yaxşı şahmat oynayardı, ona görə də gününün yarısı bizim otaqda keçərdi. Yumor hissi güclü idi. Zarafatlaşmağı xoşlayardı.

 

O, nazir oğlu idi

 

Türmənin işçiləri də ona ürək qızdırır, rejim qaydalarını “pozmasına” görə ondan çəkinmədən pul alırdılar. Adətən xarici vətəndaşlardan pul almağa risk etməyənlər  Samsun hər görüşdən çıxdıqdan sonra çəkinmədən ondan “şirinlik” qoparırdılar. Onun yanına gələnlər əsasən “Bakı” futbol komandasında oynayan nigeriyalı futbolçular idi. Pul sarıdan korluğu yox idi. Atası legioner olan futbolçulara oğlunu ziyarət etməsini xahiş edibmiş.

 

Samsun deyirdi ki, atası Nigeriyanın Tikinti naziridir. Bundan başqa onların almaz istehsal edən fabrikləri də var. Mən ona inanmadğımı dedikdə, “bu sənin seçimindir, inanmaya bilərsən”, – demişdi.

 

Qocaldın, Samsun, qocaldın…

 

Bir dəfə “Ulduz” jurnalında şeirlərim dərc olunmuşdu. Jurnaldan iki nüsxə mənə gətirmişdilər. Samsun jurnalda şəklimə baxıb:

 

- Gərək səni tutmayaydılar, – dedi.

 

- Niyə? – soruşdum.

 

- Bilmirəm, amma səni tutmaya bilərdilər…

 

Sonra da məndən jurnalı oxumaq üçün ona verməyimi istədi:

 

- Götürüm bunu, oxuyum, qorxma, sənin şəklin olan vərəq cırılmaz…

 

- Götür, oxu, amma niyə axı jurnalı cırmalısan? Mənim şəklim olan vərəqi də saxlayasan?

 

- Mən onu cırmaram, amma “Bazarkom” (Taleh adlı dustaq, oxucumuz onun haqqında ötən yazılarda oxuyub) əlinə keçəni cırıb atır, – dedi.

 

Bir-neçə gündən sonra Samsun bizim otağımıza gəlib əzbərdən “Qocaldın, Faiq, qocaldın” şeirimi dedi. Sonuncu bənddə mənim adımı öz adı ilə  əvəzlədi: “Qocaldın Samsun, qocaldın”. Sözləri fərqli şəkildə tələffüz etməsi otaq yoldaşlarımı xeyli güldürdü.

 

Mamaşa görüşə gəlib, gedək

 

O, Rusiyada, Sankt–Peterburqda təhsil almışdı. Dediyinə görə, Nigeriyanın bu şəhərdəki hansısa böyük bir şirkətində məsul vəzifədə çalışırmış. Rus qızına evli idi. Bir oğlu vardı. Mən orada olanda iki dəfə qayınanası onun görüşünə gəlmişdi. Hər dəfə görüşə gedəndə Aqillə məni də dəvət edirdi:

 

- Mamaşa görüşə gəlib, gedək. Yoxsa “çuşkalar” mənə, mamaşaya söz atırlar.

 

Getmişdik. Yaraşıqlı və cavan qayınanasını görüb zarafata demişdim ki, Samsun, məmnuniyyətlə sənin qayınatan olaram.

 

“Qayınata” sözünün nə olduğunu öyrənib, dedi ki, buna mən qərar vermirəm. O, zarafatımı ciddi başa düşmüşdü. Bir dəfə də soruşdum ki, niyə sənin yoldaşın görüşünə gəlmir, dedi ki, o məndən inciyib:

 

- Mənim dostumu gördükdən sonra, həm də biləndə ki, birlikdə Bakıya gəlib hündürmərtəbəli evlər tikəcəyik, razı olmadı. Mənə getmə, o adama inanma, – dedi.

 

Elə Samsunun həbsinə də səbəb xanımının sözünə qulaq asmamağı, Bakıya gəlməsi olmuşdu.

 

Qara rəngli dollarlar

 

Hadisə isə belə olumuşdu: demək, Samsunun bir azərbaycanlı tanışı ona deyir ki, Bakıda yaxşı iş qurmaq olar. Yer alıb, bina tikməklə az bir müddətdə  paytaxtın tikinti sektorunda önəmli yer tutmaq mümkündür.

Söhbət mənə maraqlı gəlmişdi.

 

- Qarabala, bəs sən başqasından soruşmuşdun ki, bu, mümkündür, ya yox? Heç Azərbaycanla əlaqən olmuşdu?

 

- Yox. Mən ona inanırdım. Pis oğlan deyildi. Mən dostumla Bakıya gəldim. Özümlə 100.000 dollar götürmüşdüm. Oteldə mənə yer aldı. Şəhəri gəzdik. Axşam gəldim otelə. Dedi, sabah görüşərik. Səhər tezdən qapını döydülər. Açdım. Polislər idi. Məni həbs etdilər. Guya pul qaçaqmalçılığı ilə məşğulam. Amma sənədləşmədə məndən cəmi 15.600 dollar pulun aşkarlanması göstərildi. Qalan pullardan xəbərim yoxdur. Məhkəmədə də dedim ki, bəs mənim qalan pullarım haradadır, fikir vermədilər.

 

- Samsun, axı səni televizorda göstəriblər. Sən bir çamadan qara rəngli kağızla gəlibsən Bakıya. Guya səndə hansısa kimyəvi maddə də olub. Bu kağızın üstünə tökdükdə rəng çəkilir və dollarlar görünür. Buna görə də həbs olunubsan.

 

Bunu mənə rejimin rəis müavini mayor Rauf danışmışdı.

 

Samsun bunu da etiraf etdi:

 

- Hə, olub elə bir şey, onu da dostumun təklifi ilə etmişdik. O, satacaqdı həmin kağızları.

 

Üzü qara adam

 

Samsun haqlı olaraq həbs olunduğunu başa düşürdü. Onu yandıran o idi ki, özü ilə gətirdiyi pulun 84.400 dollarının yoxa çıxmasını heç kəsə sübut edə bilməyib. Həm də onunla Bakıya gələn “dostunun” məhkəmədə Samsunla təsadüfən qatarda tanış olduğunu və guya yaxşı vətəndaş kimi onun çirkin niyyətini başa düşdükdən sonra hüquq-mühafizə orqanlarına müraciət etdiyini deməsi idi.

 

- İstərdim, onu görəm, deyəm ki, mən yox, üzüqara adam sənsən.

 

Cəza evində Aqillə mənə məxsus olan mobil telefon da vardı. Axşamlar evlə, dostlarımızla danışardıq. Cəza müəssisəsində telefon saxlamaq qanuna ziddir. Gizlin tutduğumuz bu iş ən etibarlı adamlar bilirdi. Bunlardan biri də, Samsun idi. Bir dəfə biz evimizlə danışdıqdan sonra Samsun Nigeriyaya zəng vurmaq istədiyini dedi. Konturumuz az idi. Rəhmim gəldi. Dostum Rafiq Manaflıya (VHP Ali Məclisinin sədri) zəng edib kontur istədim. Heç 10 dəqiqə keçmədi ki, iki ədəd 10 manatlıq sim kartın şifrələrini mesajla göndərdi. Samsun doğmaları ilə sərbəst danışa bilərdi. Amma heç kontura ehtiyac da qalmadı. Sümsünün ailəsi biləndə ki, həbsxanadan danışılır, telefonu söndürüb özləri zəng etdilər. Söhbət 5 dəqiqədən çox çəkdi. O, növbə ilə ailə üzvləri ilə danışır və bizi məlumatlandırıdı. “Danışam anamdır, atamdır” və sair. Axrıncı danışdığı bacısı idi. Telefonu qulağından ayırıb:

 

Bacına salam de

 

- Bu mənim bacımdır, bilirsən, necə qəşəngdir?

 

Mən zarafat etdim:

 

- Yəqin kömür kimi qaradır, zil qara. Sizdə tamam qaralara gözəl deyirlər də yəqin.

 

Samsun:

 

- Yox, onun indi 19 yaşı var, gimnastdır. Mən axırıncı dəfə görəndə isə 15 yaşı vardı. Bacım qəşəngdir.

Onda bacına mədən salam de…

 

Samsun bacısına salamımı çatdırdıqdan sonra:

 

- Bacıma sonra nə deyim, – soruşdu.

 

Dedim ki, qoy gəlsin Bakıya – səninlə görüşə, nazir qızıdır, pula qızırqanmasın.

 

Samsun hələ də telefon qulağında mənimlə danışır və dediklərimi bacısına tərcümə edirdi. Bacısı da məni Afrikaya dəvət etdi. Və qardaşına dedi ki, gələndə ona nar aparım.

 

Samsun “azadlıqda”

 

Mən azadlığa çıxdıqdan təxminən 3 ay sonra Samsun cəza növünün dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdi. Onun Cəza evində özünü nümunəvi aparması, islah olunması və verilən cəzanın yarıdan çoxunu çəkməsi həm də – ən başlıcası – onun “Qarabala” olması və azadlığa gedən yol üçün pul xərcləməyi bacarması məhkəmənin diqqətindən yayınmamışdı.  Onun müraciətinə müsbət cavab verilmişdi.

 

Samsun  məhkəmənin hökmü ilə Nardarandakı məntəqə tipli cəza evinə göndərildi. Əslində, orada dustaqlar qalmırdı. Azadlığa bir addım qalmış dustaqlar Cəza Müəssisəsinin rəhbəri ilə ayda bir dəfə müəyyən olunmuş yerdə “görüşürdülər”. Hər şeyin yaxşı olduğu və danışılan aylığı verdikdən sonra ayrılırdılar.

 

Samsun “Yeni Xəbər”in müxbiri kimi

 

Samsun əvvəlcə Nərimanov rayonunda, Çapayev küçəsində iki otaqlı ev kirayələmişdi. Ayda 600 dollar ödəyirdi. Sonradan isə “dostluq” kino-teatrının yanında 1000 dollara daha rahat və gözəl ev kirayələdi. Tez-tez görüşürdük. Mən yenidən “Yeni Xəbər” qəzetinin baş redaktoru idim. O, məndən cəza evinə təqdim etmək üçün arayış istədi. Axı məntəqə tipli cəza evində cəza çəkənlərin işləmək hüququ var. Mən ona arayışı bir şərtlə verə biləcəyimi dedim. Ərizəsini alıb, işə qəbul etdim.

 

Bir dəfə mənə naməlum nömrədən zəng gəldi. Polislər onu barda tutmuşdular. O isə qəzetin vəsiqəsini göstərib, redaktorun tapşırığı ilə bura gəldiyini demişdi. Polislər dəqiqləşdirmək üçün mənə zəng etdilər.

 

- Sizin bu adda işçiniz var?

- Bəli, – dedim.

 

Sabah redaksiyaya gələn Samsun polislərə 15 manat verdiyini dedi:

 

- Dedim, alə, gedin pivə için…

 

Naxələf Samsun

 

O, gözləmədiyim halda yox oldu. Görünmədi. Telefonuna zəng çatmadı. Samsun naxələf çıxdı. Cəza müddətini növbəti amnistiya ilə bitirib Sankt-Peterburqa getmişdi. Mənimlə sağollaşmamışdı da. İki aydan sonra mənə zəng vurdu, “Aqilə salam de”, – dedi. Sonra da əlavə etdi ki, anam və bacım gəlib, burdadırlar. İstəsən gəl, səni tanış edim. Razılaşmadım: “Qoy o, Bakıya gəlsin”.

 

Güldü:

 

- Bakıya gələn kimi adamı tuturlar. Ona görə gəlmək istəmirlər.

 

Yoldaşını soruşdum:

 

- Necədir?

 

- Yoldaşım ərə gedib. Uşağımı mamaşa saxlayırdı. İndi onunla yaşayıram. Keçmiş yoldaşım mənim qızım sayılır.

 

- Demək, oğlun da anasının qardaşıdı?..

- Hə, belə demək olar…

 

Onunla xeyli söhbət etdik. Məni Nigeriyaya dəvət etdi.

- Yox, dedim, gələrəm, sən də məni tutdurarsan. – Bu dəfə də zarafatımı ciddi qəbul etdi:

- Alə, biz kişiyük e…

 

Azərbaycan dilini yaxşı öyrənmişdi. Sərbəst danışırdı. Qəzetin vəsiqəsini isə yadigar saxlayacağını dedi. (Axar)

loading...
346 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Britaniya bu şəxslərə qarşı mübarizəyə başladı
Dolların bahalaşması gözlənilir - FES
Azərbaycanda Danimarka şirkətlərinin sayı artırılır
Meyvə-tərəvəzin psixikaya xeyri
Rusiya nüvə raketlərini dərhal buraxa bilər - Şoyqu
Türkiyədə ikinci çevriliş cəhdi: 800 əsgər hazır vəziyyətdə...
Yeni layiһәdәn imtina edildi - VİDEO
Bu məhsulların reklamı qadağan oluna bilər
23 Fevral - Günün qoroskopu
Alimlərdən inqilabi kəşf: Qəfil ölümün qarşısı alınacaq - Video
Kürdlər PYD-yə qarşı hərəkətə keçdi
Rusiya Əsəddən hücumları dayandırmasını istədi - BMT
Sekuliç:
Şotlandiya Xocalı faciəsi ilə bağlı qətnamə qəbul etdi
İran hansı haqla oraya girib? - Türkiyədən sərt cavab
Jirinovski:
Xanım snayperlərimiz düşmənə qan ağladır - Video
Rusiyadan Lapşinlə bağlı növbəti xəbər
Türk ordusunda tarixi hicab – Qərarı
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanına təbrik məktubu göndərib
Prezident İlham Əliyev sərəncam imzaladı
Fələstin baş nazirinin müavini Bakıya gəlir
Ermənistan hər yerdə məğlub olur - Çavuşoğlu
Monteneqro bizə qarşı kampaniya aparır - Zaxarova
Ərəblər İrandan ayrılmaq istəyir – Xuzistan olayı
Dərbənd şəhərində Xocalı qurbanları üçün dualar oxunub
Qan verərək, Xocalı qurbanlarının xatirəsini yad edək!
Almaniya ordusu sayını artırır
Xəbərdarlıq: Havalar kəskin soyuyur
Xocalı ilə bağlı sübutlar yoxa çıxıb – Hərbi prokuror
ABŞ-dan Rusiyaya sərt Ukrayna - Vetosu
Amerikalı qubernatordan ermənilərə zərbə
Prezident İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü
Ramil Usubov yeni rəis təyin etdi
22 Fevral - Günün qoroskopu
Bu, Azərbaycan üçün tarixi hadisədir - Sobhani
Rusiya bu ölkəyə qadınları göndərib iğtişaş yaradacaq
Suriya ordusu Palmiranı geri qaytarır
ABŞ səfiri Xocalı abidəsini ziyarət etdi
NATO sərhədlərimizdə uçuşları artırıb - Rusiya
Mehriban Əliyeva xalqın rəğbətini qazanıb - Deputat
Kamal Abdulla: İlham Əliyev bu siyasəti uğurla icra edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət başçısı İlham Əliyevi təbrik edib
Avropa bu məhsullarımıza maraq göstərir
Gürcüstandan növbəti Qarabağ bəyanatı: Tanımırıq
Prezident İlham Əliyev fərman imzaladı
Dini icma rəhbərləri Mehriban Əliyevanı təbrik etdi
Yunker: “Çörçil olmasaydı, biz indi burada...”
Qəzzafinin oğlu itib – BMT
Məmmədyarov Türkiyəyə getdi
Mehriban Əliyevanın bu təyinatını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək… - YAP-dan reaksiya
Türk ordusunun qələbəsi Səudiyyəni həvəsləndirdi
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər - Foto
“Atatürkün də söylədiyi kimi, Azərbaycanın...”
Prezident İlham Əliyev Mehriban xanımı təqdim etdi - Video
Mehriban Əliyevanın təyinatı dünya mətbuatında
PA-dan Mehriban Əliyevanın təyinatına – İlk reaksiya
Prezident İlham Əliyev Mehriban xanımdan danışdı
Mehriban xanımın I vitse-prezident kimi - İlk çıxışı
Mehriban Əliyevanın təqdimetmə mərasimindən - Fotolar
Cocuq Mərcanlı yolu yenidən çəkilir - Foto
Aynur Camalqızı - Möhtəşəm qadın
Sabah hava necə olacaq?
General Ərdoğana məxfi görüşdə nələr deyib?
Türk milyarder Ukraynadakı zavodlarını bağladı
Mehriban Əliyeva birinci vitse-prezident təyin olundu
21 Fevral - Günün qoroskopu
Həmyerlimiz Rumıniyada vitse-prezident oldu - Foto
Qarabağdakı “referendumu” tanımırıq - Latviya
Ukraynalı deputatlar İçərişəhərdə - Fotolar
Milyarderin
Fransadan Rusiyanın kiber hücumlarına - Reaksiya
Rəsmi Tiflis:
İran hərbi təlimlərə başladı - Hücuma hazırlıq
Prezident İlham Əliyevdən turistlərlə bağlı - Sərəncam
Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşdü - Foto
Prezident İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı
Ukrayna Ali Radasının deputatları Milli Məclisdə
O məşhur uşaqları belə də görün - Video
“Putin Donbasda ikinci Hələb yaratmaq istəyir”
Qəzzafinin qardaşı Qərbin Liviya planından danışdı
O müğənnilərin siyahısı məndə var... - Qarayev
Türkiyənin daha bir şəhərində Qarabağ parkı olacaq - Video
Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır
İran XİN:
Zəfər anı: Əl Babdan son görüntülər - Foto
Hitlerin milyonların ölümünə bais olan “silahı” satıldı
Bakıda yaz havası olacaq
Rusiya aktivləşir: Suriyadan sonra sıra bu ölkədədir
IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş antikorrupsiya hesabatı təqdim edilib
Türkiyə-ABŞ qapalı görüşünün - Təfərrüatı
Ermənilər Qarabağın işğalını etiraf etdi - XİN
Pakistan bu hərbi təyyarəni Azərbaycana verir
Kəmaləddin Heydərov BƏƏ-də işgüzar səfərdə oldu
Prezident İlham Əliyev Qətərin təhsil nazirini qəbul edib
Azərbaycan ilə Ukrayna arasında hüquqi sahədə əməkdaşlıq daha da genişlənir
Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com