İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Başqalarının yanlışlarına, yoxsa öz yanlışlarına amansız olanlardansız? |


Son dəqiqə

SOSİAL > Başqalarının yanlışlarına, yoxsa öz yanlışlarına amansız olanlardansız?

Başqalarının yanlışlarına, yoxsa öz yanlışlarına amansız olanlardansız?
Tarix : 21 Avqust 2014 12:33

İdeologiya.az qafqazinfo-ya istinadən millət vəkili Qənirə Paşayevanın “Başqalarının yanlışlarına yoxsa, öz yanlışlarına amansız olanlardansız?” kiçik yazısını təqdim edir. 

İnsanın faciəsi o zaman başlayır ki, özünün yanlışlarını, xatalarını görməməyə başlayır. Ən böyük yanlışlıq özünün heç vaxt yanlışlıq etmədiyini düşünməkdir – deyən ingilis tarixçisi Tomas Karleylin düşüncəsinə görə öz yanlışını dərk etmək özünütərbiyənin ən başlıca

vasitələrindəndir. Bu fikirlərlə tamamilə razıyam. Çünki məhz öz yanlışını dərk etmək insanı növbəti xatalardan, yanlışlıq(lar)dan qoruya bilər.

Amerika tənqidçisi Con Meyson Braunun sözləri ilə desək, köy-nəyin ilk düyməsi yanlış bağlanarsa, o biriləri də yanlış bağlanar…

Əslində, bu bir aksioma kimidir. Dərk edilməyən bir yanlış, xata mütləq digərini doğurur… Qədim Roma filosofu Seneka deyirdi: “Kiçik nöqsanlar böyük yanlış(lıq)lara aparır.” Böyük alim Blez Paskal bu fikri daha da sərtləşdirərək, qəbahətləri boynuna almamaq, yanlışları etiraf etməmək yeni qəbahətlərlə yüklənmək deməkdir, – deyirdi. Bu bir gerçəkdir ki, insan yanlışlarını, xatalarını dərk etmədikcə, düzəltmədikcə yanlışlıqlar vərdişə çevrilir və insanın faciəsi də belə başlayır… Məhz yanlışlarını, xatalarını vaxtında dərk etmək insanı böyük  faciələrdən  xilas  edə  bilər..!  Çünki  biz  insan  olaraq,  öz yanlışlarımızdan öyrənirik.  (– Həm də çox şey öyrənirik..!) Təbii ki, dərk etmək və öyrənmək istəsək… fransız iqtisadçısı və yazarı Viktor Kambonun  gözəl  bir  fikrində  deyildiyi  kimi  insan  ən  çox  öz yanlış(lıq)larından öyrənə bilər.

Yanlış(lıq)lar, xatalar iki qrupa bölünür. Bilmədən edilən yanlışlar və qəsdən edilən “yanlışlıq(lar)”… Bilmədən edilən yanlış(lıq)lar yanlışlıq adlandırıla bilsə də, qəsdən edilən yanlışlıq cinayətin ta özüdür..! – Bu fikrin müəllifi alman yazıçı-dramaturqu Bertold Brextlə razılaşmamaq sadəcə mümkünsüzdür…

İnsan heç bir zaman yanlış, xata etdiyini gizlətməməlidir. Çünki yanlışlığa uğramamış, xatasız yaşamış insan olmaz..! Alman şairi və mütəfəkkiri Höte deyirdi, bəzi adamlar heç vaxt yanlışa yol vermirlər, çünki heç nə etmək istəmirlər… Amerika prezidenti olmuş Avraam Linkolna görə isə xata etməkdən qorxan bir insan heç bir şey edə bilməz. Fransız filosofu və dramaturqu Qabriel Onore Marsel isə əgər yanlışlığım olmasaydı, çox az iş görə bilərdim – deyirdi.

İnsanın yanlışlarını, xatalarını görə bilməməsi onu faciəyə, görə bilməsi və ondan ibrət alması isə inkişafa aparır. Hindistan milli azadlıq hərəkatının lideri Mahatma Qandi deyərdi ki, həyatda büdrəməyən insan yoxdur, lakin qəhrəmanlıq odur ki, büdrəyəndə yıxılmayasan..!

Ünlü bir kəlamda deyildiyi kimi yanlış(lıq) etmək eyib deyil, eyib o yanlış(lığ)ı təkrarlamaqdır…

Ən böyük xata xataların fərqinə varmamaqdır, – deyirdi şotland yazıçısı Tomas Karleyl. Onun bu fikrini ən gözəl şəkildə fransız yazıçısı Fransua de Loraşfikonun bir firki tamamlayır: “Yanlış etdiyini qəbul etməyənlər ən çox yanlış edənlərdir.”

Yanlışlarını, xatalarını unutmaq da insanın ən böyük xatalarından biri ola bilər. Çünki yanlışlarımızı, xatalarımızı unutduğumuz zaman onları yenidən etməyə başlayırıq. Qədim Çin mütəfəkkiri Konfutsi deyirdi: “Xata etmək bir şey deyil, məsələ onu unutmaqdadır… “…ən

böyük yanlış(lıq)ı düzəltməməkdir” – bu da Konfutsinin sözüdür.

Amerikanın ictimai-siyasi xadimi Bencamin Franklin isə xataları düzəltmək yerinə” onları gizlətməyin insan psixologiyasına dəhşətli təsirini belə yorumlayırdı: “Xataları gizlətmək onları düzəltməkdən daha çox əzab verir.” Qədim Roma dövlət xadimi və natiqi Mark Tulli Siseron isə tarixdə bu möhtəşəm fikrin müəllifi olaraq da qaldı: “Hər kəs xata edər, ancaq axmaqlar xatalarında israr edərlər.”

Yüz illəri aşan gerçəklərdir bunlar… Gerçəkdən də əslində insanın özündə görə bildiyi, dərk edə bildiyi və ibrət aldığı hər bir xatası, yanlışı zəiflik deyil, qazanılmış bir zəfəridir..! Amerika hərbiçisi Con Mörfinin çox maraqlı bir fikrində deyildiyi kimi xatalara deyil,

onlardan aldığımız dərslərə baxmalıyıq…

Böyük və üstün insanların xataları Ay və Günəş tutulması kimidir, – deyirdi qədim Çin mütəfəkkiri Tszı Hsia. Ona görə də hər bir insan sadəcə  özünün  deyil,  başqalarının  da  xatalarından  dərs  almalı, öyrənməlidir.  Ünlü  bir  kəlamda  deyildiyi  kimi,  başqalarının

xatalarından  öyrənməliyik  çünki  hamısını  özümüz  edəcək  qədər vaxtımız yoxdur… Hələ onların hamısını sonradan düzəldə biləcək qədər vaxtımız… heç olmaya bilər…

…İnsanlar təəssüf ki, ingilis yazıçısı Daniel Defonun vurğuladığı kimi öz yanlışlarını yalnız ağır duruma düşəndə dərk edirlər. Yüz illərdir dəyişməyən bu düşüncəyə insan oğlunun artıq fərqli yanaşması gərəkdir..! İnsan hər zaman yanlışının, xatalarının fərqində olmalıdır.

…Konfutsinin “ehtiyatlı adam nadir hallarda yanlış edər” – hikməti yüz illərdən bu yana bizi doğru düşünməyə, doğru addım atmağa səsləyir.

Bu anlamda ən gözəl fikirlərdən biri ingilis bioloqu Tomas Henri Haksliyə aiddir. O, deyirdi, bir işi düzgün şəkildə görmək onun nə üçün yanlış görüldüyünü izah etməkdən daha az vaxt aparır…

Dahi Azərbaycan şairi isə ölməz misraları ilə bu gün də insanlığa səslənir:

“Çalış bu dünyada səhv eyləmə sən,

Çox bizim kimilər yanmış səhvindən.”

“Gənclik yanlış(lıq)lar edir, yetkinlik bu yanlış(lıq)larla mübarizə aparır, qocalıq bu yanlış(lıq)ların peşmançılığını çəkir”, – deyirdi ingilis yazıçısı və ictimai-siyasi xadimi Bencamin Dizraeli… Hər bir insan çalışmalıdır ki, qocalanda peşmançılıq çəkdiyi yanlış(lıq)ların sayı “qırmızı çizgi”ni keçməsin… Bunun ən gözəl yolu isə fransız şairi Sabine Tastunun söylədiyi “başqasının yanlış(lığ)ına dözsək də, öz yanlış(lığ)ımıza qarşı amansız olmalıyıq”, – düşüncəsindən keçir..!

İnsanın  üzüntüsü  o  zaman  başlayır  ki,  bu  fikrin  əksinə  olaraq başqalarının yanlış(lığ)ına, xatalarına qarşı amansız, öz yanlışlarına qarşı  isə  dözümlü  olur…  Hətta  bəzən  onlara  bəraətaxtarıcı,  ört-basdıredici  bir  tavrı  sərgiləyir…  Bir  insanın  faciəsi  əslində  belə başlayır…

Dostum, bəs, siz, “Mən hansı düşüncəyə malik insanlardanam?! – deyə özünüzə sual verdinizmi heç?.. – Başqasının yanlışına dözsə də, öz  yanlışına  amansız  olanlardan…  yoxsa,  başqalarının  yanlışına amansız olub “öz gözündə tiri görməyən”lərdən…

Özümüzə verdiyimiz bu suala özümüzün səmimi cavabı əslində bizi bir çox yanlışlardan, xatalardan qoruya və zamanında onları doğru dərk edib, dərs, ibrət almamıza kömək edə, üzüntülərdən, faciələrdən qoruya bilər. Və ya əksinə..!

loading...
437 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Azərbaycan futbolunda ilk dəfə: “Qarabağ”ın işi asanlaşdı
G7 ölkələri sözünü tutmadı - Çin
No thumbnail available
Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com