İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Bu layihə elm və təhsilin inkişafında iz qoyacaq” – Anar Məmmədov |


Son dəqiqə

İQTİSADİYYAT > “Bu layihə elm və təhsilin inkişafında iz qoyacaq” – Anar Məmmədov

“Bu layihə elm və təhsilin inkişafında iz qoyacaq” – Anar Məmmədov
Tarix : 19 Avqust 2014 20:44

Bir əsrdən çox yaşı olan “National Geographic” jurnalı bu yaxınlarda Azərbaycan dilində də nəşr olunacaq. Yeni layihə “Garant Media Holding”in səyləri nəticəsində ərsəyə gəlib. Qafqazinfo Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov ilə müsahibəni təqdim edir: 

 

– Anar müəllim, bu ideya necə meydana gəldi? Layihənin ideyadan real işə çevrilməsi üçün nə etməli oldunuz?

– Azərbaycan-Amerika Alyansı uzun müddətdir ki, ABŞ və Azərbaycan arasında mədəni əlaqələrin yaxşılaşdırılması, xalqlarımız arasındakı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi sahəsində böyük işlər görür, bir sıra qarşılıqlı layihələri həyata keçirir. Bu münasibətlər əsnasında “National Geographic” Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış olmuşduq. Bizdə belə bir ideya yarandı ki, Azərbaycanda da bu jurnal dərc olunsun.

126 ildir ki, fəaliyyət göstərən və onlarla media qurumlarına, kitab nəşrlərinə, müxtəlif ictimai layihələrə malik olan, dünya elminin inkişafına təsirinə görə Nobel Fondundan az iş görməyən, elmi araşdırma və tədqiqatlara dəstək verən “National Geographic” Cəmiyyəti dünyanın ən qocaman qeyri-hökumət təşkilatlarından biridir.

Cəmiyyətin flaqman layihəsi olan “National Geographic” jurnalı Azərbaycandan əvvəl dünyanın 39 ölkəsində çap olunub. Azərbaycan bu jurnalı nəşr edən 40-cı ölkədir. Bu simvolik rəqəmdir. İnanırıq ki, bu, bizə uğur gətirəcək.

– “National Geographic” jurnalının hədəfi nədir?

– Jurnalın əsas məqsədi, məramı, devizi “Planetimizin bizə ehtiyacı var” şüarıdır. “National Geographic” jurnalının ideyası ətraf mühitin qayğısına qalmaqdır. Bunlar, necə deyərlər, “yaşıl” ideyalardır. Ekologiya və ətraf mühiti dəstəkləyən bir təşkilat olaraq biz bu jurnalın Azərbaycanda nəşr edilməsi fikrinə gəldik və fikrimizdə yanılmadıq. Çünki cəmiyyətimizin belə bir layihəyə böyük ehtiyacı var.

Biz bu jurnal vasitəsilə həm dünya mədəniyyəti və tarixi, dünyada baş verən proseslər, əsasən də, təbiəti daha çox fotoşəkillər vasitəsilə oxucularımıza çatdırmaq niyyətindəyik. Çünki “National Geographic” jurnalı, ilk növbədə, fotojurnaldır.

Bu jurnal üçün çalışan fotoqraflar çox yüksək səviyyəli peşəkarlardır. “National Geographic” jurnalında nəşr olunan fotoşəkillər, mən deyərdim ki, hətta incəsənət nümunəsidir.

Mən əminəm ki, vaxt keçdikcə “National Geographic” jurnalında yer alan fotoşəkillər bir gün muzeylərdə, hər hansı məşhur rəssamın əsərləri ilə yanaşı nümayiş olunacaq və sözün əsl mənasında, tarixə çevriləcək.

“National Geographic Azərbaycan” jurnalında, orijinalda olduğu kimi, informasiya oxucularımıza, əsasən, fotoşəkillər vasitəsilə çatdırılacaq.

– Jurnalın Azərbaycan versiyasında hansı materiallar öz əksini tapacaq?

– “National Geographic” jurnalının mövzuları rəngarəng və müxtəlifdir. Lakin əsasən, bu yeddi mövzunu əks etdirir: coğrafiya, tarix, arxeologiya, təbiət və canlı aləm, fərqli elm sahələri, səyahətlər, geosiyasət.

“National Geographic” jurnalının başlıca hədəfi dünya irsinin təbliğidir. Lakin bu, o demək deyil ki, jurnalda yalnız xarici ölkələr barədə məqalələr olacaq.

Biz, həmçinin, Azərbaycan coğrafiyası, tarixi və mədəniyyətini əhatə edəcək maraqlı məqalələr yazacaq, jurnalda ölkəmizi vəsf edəcək fotoşəkillər dərc edəcəyik.

“National Geographic” jurnalının adındakı “milli” sözünə baxmayaraq, əsas konsepsiyası dərginin müxtəlif ölkələrdə nəşr olunması və dünya dövlətlərindən xəbər verməsindən ibarətdir.

Ancaq biz bunu yetərli hesab etmirik. Fikrimcə, “National Geographic Azərbaycan” bütün dünyanı oxucularımıza tanıtmaqla yanaşı, vətənimiz haqqında indiyədək məlum olmayan məlumatlar da verməlidir.

Təəssüflə qeyd etməliyəm ki, dünya ictimaiyyəti Azərbaycan haqqında çox az həqiqi informasiyaya malikdir. Biz Azərbaycan həqiqətləri barədə mühüm məlumatlar vermək istəyirik və bu, sözügedən jurnalda əsas məqsədlərimizdən biridir.

Mütləq şəkildə qeyd etmək istərdim ki, bu məlumatlar beynəlxalq aləmdə tanınmış simalar – jurnalist və fotoqraflar tərəfindən peşəkarcasına və obyektiv olaraq əks etdiriləcək.

– “National Geographic Azərbaycan” jurnalının ilk buraxılışı hansı mövzulara həsr olunacaq?

– İlk nömrəmizdə yerləşdirdiyimiz Azərbaycanla bağlı səhifələrimizi hər şeydən əvvəl qeyd etmək istərdim. Dünyaca məşhur azərbaycanlı fotoqraf, “Emmy” mükafatı almış Rza Diqqəti “National Geographic” Cəmiyyətinin həqiqi üzvüdür və ürəyi Azərbaycanla döyünən bir insandır. Biz onun Azərbaycanla bağlı olan fotoşəkillərini dərc etmişik.

Onun fotoşəkillərində ilk növbədə Qarabağ hayqırtısı var. Rza Diqqəti ölkəmizdə mövcud olan tolerantlıqdan, dövlətimizin müxtəlif dini icmalara sərbəst və rahat şəkildə yaşamağa imkan yaratmağından bəhs edir.

“National Geographic” jurnalının ilk sayının üz qabığında biz Rzanın Qobustanın qədim qayalıqlarında çəkdiyi fotoşəkli yerləşdirmişik. Bu fotoşəkildə o, sanki Azərbaycanın qədim tarixinə öz əli ilə toxunur. Bu fotoşəkil elə bil oxucunu da bu tarixə toxunmağa, onu daha yaxından tanımağa dəvət edir.

Burada Azərbaycanın təbiətini əks etdirən fotoşəkillərə də yer vermişik, jurnalda, hətta Xınalıq barədə informasiya da əks etdirilib. Növbəti saylarda da Azərbaycan haqqında bu cür məqalələr mütəmadi olaraq dərc olunacaq.

– Yerli nəşrin digər nəşrlərdən başlıca fərqi nədən ibarət olacaq?

– “National Geographic” jurnalının Azərbaycan dilindəki buraxılışı digər ölkələrdə nəşr olunan jurnallardan az fərqlənir, çünki bu jurnal dünyanın müxtəlif ölkələrində eyni kontentlə çıxır. Bu, “National Geographic” Cəmiyyətinin əsas tələbidir – kontentin 80%-i flaqman (ABŞ) nəşri ilə eyni olmalıdır, qalan 20% isə yerli kontentə həsr oluna bilər.

Onu da əlavə etmək istərdim ki, “Azərbaycan rəngləri” adlanan fotoməqaləmizdə vətənimizin yaxın keçmişdə yaşadığı faciələr də öz əksini tapıb. Xocalı, Qanlı Yanvar faciələri barədə fotolar oraya yerləşdirilib.

Düzdür, biz siyasətdən kənar bir jurnalıq, dərgimiz siyasəti, müharibəni təbliğ etmir, lakin biz, sadəcə, oxuculara tariximizin bu olaylarını çatdırmaq istəyirik.

– Azərbaycan dilində jurnalın ilk sayı nə zaman işıq üzü görəcək? Jurnalı hansı tirajla buraxmağı planlayırsınız?

– Jurnal 1 sentyabrdan etibarən bütün Azərbaycan ərazisində – mağazalarda, köşklərdə, ticarət-ictimai obyektlərdə satışda olacaq.

Artıq jurnala abunə də yazılmaq mümkündür. Hətta ən ucqar kəndlərdə yaşayanlar belə jurnala abunə ola bilər. Abunə olmaq daha rahatdır. Sadəcə jurnalın ofisinə bir məktub yazmaq və ya zəng etməklə bu, mümkündür. Jurnal elə də baha deyil.

Pərakəndə satış qiyməti 4 manat təşkil edir. Uzunmüddətli abunə zamanı isə daha ucuz qiymətə başa gələcək.

– Bu tipli jurnalların indiyədək Azərbaycanda çap olunmamasını nə ilə izah etmək olar?

– “National Geographic” jurnalının ilk dəfə Azərbaycanda nəşri tarixi hadisədir. Həmişə belə mübahisəli söhbətlər gedir ki, sovet vaxtında təhsil və s. çox yüksək səviyyədə olub…

Xatırladım ki, heç o zaman da Azərbaycanda belə jurnallar nəşr olunmurdu. Sovet dövründə İttifaq ölkələri arasında ancaq Rusiyada “National Geographic”ə bənzər “Vokruq sveta” jurnalı rus dilində çap olunurdu. Təəssüf ki, Azərbaycan dilində belə nəşrlər yox idi.

“National Geographic” Cəmiyyətinin rəsmi mətbu orqanı olan jurnalın Azərbaycana gəlməsi ilə vacib bir hadisə baş verir – elmi-populyar dərgi yaranır.

Belə jurnalların bu vaxtadək ölkəmizdə çap olunmamasının, çox güman ki, müxtəlif “səbəblər”i olub. Biz bu stereotiplərdən uzaqlaşmaq istəyirik. Hər zaman belə bir düşüncə olub ki, Azərbaycan dilində elmi-populyar jurnal nəşr etmək uğursuzluqla nəticələnə bilər, çünki insanlarımız Azərbaycan dilində az oxuyurlar və buna heç tələbat da yoxdur.

Ancaq indi qarşınıza bir sual qoyuram: bu gün Azərbaycanda öz dilimizdə nəşr olunan hansı elmi-populyar jurnallar var? Sualın cavabını elə sualla da vermək olar: belə bir jurnalların olmadığı təqdirdə biz onun oxunub-oxunmayacağı haqqında öncədən əsassız fikirlər yürüdə bilərikmi?!

Biz əminik ki, insanlarımız üçün bu sahədə indiyə qədər olmayan mütaliə imkanı yaratdıqdan sonra onlar bu jurnala böyük həvəs göstərəcək, dərgi öz oxucusunu tapacaq və vətəndaşlarımız övladları üçün “National Geographic” alacaqlar. İndi “National Geographic” jurnalı var və mən insanların bu jurnalı böyük maraqla qarşılayacaqlarından əminəm. “National Geographic” elm və təhsilin inkişafında iz qoyacaq. Biz bu layihəni, ilk növbədə, Azərbaycanda təhsili, mütaliəni populyarlaşdırmaq məqsədi ilə həyata keçiririk.

– Bu layihə “Garant Media Holding”in ilk beynəlxalq layihəsidir. Holdinqin planlarında daha hansı layihələrin olduğu barədə danışa bilərsinizmi?

– Hazırda biz daha bir neçə layihə barədə planlar qururuq. Aralarında beynəlxalq layihə də olan bu projeləri indi açıqlamaq tez olardı. İlk növbədə mövcud layihələrimizi media məkanında daha da möhkəmləndirmək haqqında düşünürük.

Yaxın müddət üçün planlarımız bundan ibarətdir:

1 sentyabrda “National Geographic” jurnalının təqdimat mərasimini keçirək. Biz jurnalı ictimaiyyətə təqdim edəcəyik. Təqdimata çoxsaylı qonaqlar dəvət olunacaq.

“National Geographic” jurnalının uğurlu çapı və yayımını təşkil etdikdən sonra eyniadlı telekanalın yayımını nəzərdə tutmuşuq. Hesab edirik ki, jurnalın nəşrindən sonra bu addımın atılması təhsilimizin inkişafı, vətəndaşlarımızın dünyagörüşünün artması və Azərbaycanın dövlət olaraq dünyaya, elmə və inkişafa açıq olmasının göstəricisidir.

loading...
404 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
Trampın bu açıqlaması dolları ucuzlaşdırdı
Ruhani:
Bolqarıstan qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsini dərc etdi
Xoşbəxt Yusifzadənin “Ömrünün izləri” Vyetnamda
Türkiyə hədəfə çevrilib - Həsən Cəlal
Poroşenko ümidini Çinə bağlayıb
Rusiya SSRİ-ni bərpa etmək istəyir - General
Dəmirdaşın həbsi istənildi - 142 il
Netanyahunun oğlu polisə çağırıldı
Rəsədxanadan xəbərdarlıq - Geomaqnit qasırğası
İslam Bankının vitse-prezidenti Bakıya gəlir
Pamuk bu universitetin fəxri doktoru oldu
Lavrov: “Tramp bizimlə işləmək istəsə...”
Çexiya Azərbaycandan qaz alacaq
17 Yanvar - Günün qoroskopu
Kəndimizin son günü (16-cı yazı)
Prezident İlham Əliyev Davosda qəbulda iştirak edib - Foto
Acarıstan Bakı ilə əlaqələrin inkişafında maraqlıdır
Ərdoğanın 14 illik arzusu reallaşdı
Hizbullahın liderinin sirli ölümündə Obama izi
Dünyanın dondurulan ilk insanı - 50 ildir gözləyir
Gürcüstanda NATO tərəfdarlarının sayı azalıb
Almaniya: “Trampın NATO mövqeyindən narahatıq”
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Küveyt neft hasilatını bir az da azaldır
Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Bakıda əczaçılıq zavodunun təməli qoyuldu - Foto
Hərrac keçirildi - Manatın yeni məzənnəsi
Millimiz İrana qalib gəldi
Conni Deppin 28 milyon dollarını oğurlayıblar
Kosovoya qoşun yeridəcəyik - Serbiya Prezidenti
Tramp məni özünə çəkdi və... – Macar gözəli
Rusiyanın ingilis agentləri - Gizli plan
Türk məktəbinə hücum: 7 nəfər qaçırıldı
Kərimova “dirildi” və istintaqa ifadə verdi
Ərəblər türk aktrisaya 2 gecəyə 200 min verdi - Foto
Putinin təhlükəsizlik katibindən həyəcanlı açıqlama
Əsəd qüvvələri İdlibi bombaladı: 10 ölü, 30 yaralı
Turoperatorlar sərfəli qiymətə aviabiletlər alacaq
Netanyahu: Sabah tamam fərqli olacaq
İran aldığı təyyarəni Məşədi edəcək - İlginc olay
Fənn olimpiadalarının ilk mərhələsi keçirildi
İrandan ABŞ-a xəbərdarlıq: Nüvə razılaşması
Dünyanın ən təhlükəli ailələri: Tarverdiyeva... – Video
İsrail-Fələstin münaqişəsi həll ediləcəkmi?
Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər
Meksikalılardan Putinə müraciət: Bizi xilas edin
Şok: Bu oğlan Marsdan gəlib - Video
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com