İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Çimərlik mövsümü: günah həmişə öləndə olur |


Son dəqiqə

SOSİAL > Çimərlik mövsümü: günah həmişə öləndə olur

Çimərlik mövsümü: günah həmişə öləndə olur
Tarix : 16 Avqust 2014 11:15

Avqustun 3-də Qazax rayonunda Kür çayında Çivişovlar ailəsinin 4 üzvü – ana və onun 3 övladı, avqustun 7-də Bakının Şüvəlan qəsəbəsinin ərazisindəki Şimal DRES deyilən çimərlikdə Məmmədovlar ailəsindən 3, Fərziyevlər ailəsindən 2 nəfər olmaqla 5 uşaq, avqustun  9-da isə Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində Xəyalə Mayılzadə, iki uşağı, eləcə də yaxın qohumlarının iki uşağı ilə birlikdə boğulub.

 

Bu, yalnız avqust ayı ərzində kütləvi boğulmalardır. Tək-tək boğulanlar da az deyil. 2013-cü ildə çimərlik mövsümündə 54 nəfər boğulubsa, bu il mövsüm başa çatmamış boğulanların sayı 38 nəfərə çatıb.

 

Xilas edilənlərin sayı isə bundan dəfələrlə çoxdur.

 

Publika.az-ın  “Qırmızı xətt” layihəsində suda boğulmaların səbəblərini araşdıracağıq.

 

Avqustun 7-də 2 ailədən 5 uşağın boğulması,  bəlkə də son illərin ən dəhşətli hadisəsidir. Övladlarını itirən valideynlər  heç kimi günahlandıra bilmirlər. Bəlkə də, günahın özlərində olduğunu qəbul etdikləri üçün.

 

Üç uşağını itirən Qafil Əliyev hər gün onları dənizə aparırdı. Ana İlahə Əliyevanın başı işə qarışmışdı və heç biri bir gün övladlarının icazəsiz dənizə gedəcəklərini və belə bir hadisənin baş verəcəyini ağıllarına da gətirməzdilər. Elə uşaqlar da hər gün getdikləri sevimli məkanlarının bir gün onların canını alacağından  xəbərsiz idilər. Valideynləri uşaqlara dənizin həm də təhlükəli yer olduğunu başa salsaydılar, bəlkə də, onlar dənizə təkbaşına getməyə cəsarət etməzdilər.

 

Əslində, heç bir valideyn belə bir halın yaşanmasını istəməz. Lakin onların diqqətsiz davranmaları, övladlarına dənizin təhlükəsi ilə bağlı yetərincə məlumat verməmələri danılmaz həqiqətdir. Əks halda, baş verən boğulma və ölüm hallarında uşaqların sayı bu qədər çox olmazdı.

 

Bundan başqa, əsas səbəblərdən biri də insanların çimərlik sahəsi olmayan yerlərdən istifadə etməlidir. Xilasetmə orqanları və təcili yardım briqadalarının keşik çəkdiyi çimərliklərdə, bir ölüm halının belə olmamasını ciddi faktdır.

 

Lakin insanların qeyri-çimərlik əraziləri, çay və göllərə üz tutmalarının əsaslı səbəbləri var. Bu da həmin çimərliklərə girişin ödənişsiz olmasıdır. Xilasetmə Xidmətinin olmadığı bu ərazilərdə batanlara heç kim yardım edə bilmir. Üzməyi bacarmayan  insanlar da onları xilas etmək istəyərkən özləri boğulurlar.

 

Boğulan şəxsə ilkin yardım

 

Son məqamda isə “112” qaynar xətt xidmətinə müraciət edilir. Müraciət edilən qurumlardan biri də Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasıdır(BŞTTTYS) ki, onlar da hər dəfə mətbuata açıqlamalarında ölüm hallarının məhz qeyri-çimərlik ərazilərində olduğunu bildirirlər. BŞTTTYS baş həkiminin müavini Oqtay Şahmalıyev bildirib ki, bu il mövsüm başlayandan 64 nəfər suda boğulma ilə bağlı təcili yardıma müraciət edib: “Onların 48-sı kişi, 16-ı qadındır. Ümumi müraciətlərin 14-ü uşaqlarla bağlıdır.  25 nəfər xəstəxanaya yerləşdirilib, onların 6-sı uşaqdır. Bu il ərzində 29 nəfər ölüb ki, onların 7-i uşaqdır”.

 

Suda boğulma hallarının artmasına gəlincə, O.Şahmalıyev bildirib ki,  2 il əvvəllə müqayisədə say azalıb. Lakin bu göstərici ötən il nisbətən daha az idi: “Bu il mövsüm hələ başa çatmadığından dəqiq rəqəm söyləmək mümkün deyil. Builki boğulmaların 90%-i nəzarət edilməyən ərazilərdədir”.

Onun sözlərinə görə, insanlar yanlarında batan adamı xilas etmək üçün ilkin yardım göstərməyi bacarmalıdırlar. Ürəyin masajı və süni tənəffüs ölümlərin sayı azala bilər.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev 2014-cü il ərzində xidmətin fəaliyyət göstərdiyi rəsmi çimərlik ərazilərində bir suda batma faktının belə qeydə alınmadığını bildirib: “Qadağan olunmuş su hövzələri, çaylar, su kanalları, göllər, Xəzər dənizinin qadağan edilmiş ərazilərində 38 nəfər suda boğulub, 193 nəfər xilas edilib. Boğulanların təxminən 70%-i gənclər, yeniyetmələrdir. Ötən il ərzində qeyri-çimərlik əraziləri, çaylar, su kanalları, göllərdə 54 nəfər boğulub. 377 nəfər isə həm çimərlik, həm də qeyri-çimərlik ərazilərində xilas edilib.

 

Son illərin statistikasını araşdırarkən, boğulmaların daha çox su kanalları, göllərin ərazisinə düşdüyü aydın olur.  Həmin su hövzələrində boğulanlar daha çox azyaşlı uşaqlardır.

 

Su hövzələrinə yaxın ərazilərdə yaşayan valideynlərə bir daha müraciət  edirik ki, uşaqlarını nəzarətsiz qoymasınlar. Onları özləri ilə gətirəndə belə, diqqətdən kənarda qoymasınlar”.

 

Spirtli içki ilə dənizə gələnlər

 

Bəs orta yaşlılar və gənclərin boğulmalarının səbəbləri nədir?

 

M.Piriyev bildirib ki, bu qrup insanların  boğulmalarının əsas səbəbi qadağan edilmiş ərazidə suya girmələridir. Bundan başqa, spirtli içkilər qəbul edərək dənizə daxil olmaq, əyləncə məqsədilə texniki vasitələrdən istifadə etmək də boğulma ilə nəticələnə bilir: “Qanunsuz fəaliyyət göstərən obyektlərdə spirtli içkilər satılır və həmin ərazilər çimərlik kimi təqdim edilir. Vətəndaşlar da bilməyərəkdən əraziyə daxil olurlar. Hər hansı hadisə baş verdikdə “112”qaynar xəttinə məlumat verilir, yaxınlıqdakı xilasetmə məntəqəsindəki əməkdaşlarımız hadisə yerinə  gəlib kömək edirlər. Lakin bəzən xilasedicilər gələnə qədər bədbəxt hadisə baş verir. İstənilən halda  vətəndaşlar bilməlidirlər ki, qadağan edilmiş ərazilərə daxil olmaq təhlükəlidir.  Bu qaydanı pozanlar artıq həyatlarını təhlükəyə atırlar. Təhlükəli ərazilərdə suya daxil olanları görən adamlar  “112”yə zəng etsinlər.  Biz əraziyə xilasedicilərimizi, yaxud da hüquq mühafizə  orqanlarını göndərək ki, onlar bədbəxt hadisələrin qarşısını alsınlar”.

 

Bir sıra ölkələrdə çimərliyə spirtli içki qəbul edərək daxil olmağa görə cərimələr müəyyən edilib.  Bizdə isə insanlar çimərliyə pivə və digər spirtli içkilər alaraq getməyə adət ediblər. İçkisiz gedənlər üçün isə bəzi çimərliklərdəki satış məntəqələrindən əldə edə bilirlər. Çimərlik ərazisində spirtli içki içmək və ya satmağa görə cərimə və cəzanın olmaması boğulmaların artmasına səbəb olur.

 

Spirtli içkilərin çimərlik ərazilərində satanlar, ya da  kənardan gətirənlər üçün cərimələr nə zaman tətbiq ediləcək?

 

M.Piriyevin sözlərinə görə, Nazirlər Kabinetinin 1998-ci il 216 saylı sərəncamına əsasən, spirtli  içki qəbul edərək suya daxil olmaq qadağandır: “Qanunvericilikdə qadağan edilmiş qaydalarla bağlı müddəaları çimərlik ərazilərində lövhələrdə asırıq. Bu il ərzində 10 minə yaxın kağız, 6 yüzə yaxın dəmir plakatlar vurulub. İstərdik ki, maarifləndirmə ilə bu halların qarşısını alaq. Su hövzələrində, qeyri-rəsmi çimərlik ərazilərində, göllərdə çimənlər və müəyyən edilmiş qaydaları pozanlarla bağlı cərimələrin tətbiq edilməsi üçün təkliflər hazırlanır. Cərimələrin tətbiq edilməsi gündəmə gələ bilər. Bununla bağlı təkliflər hazırlanıb. Yaxın zamanda həmin təkliflərin təsdiq olunmuş formada tətbiq ediləcəyinə inanırıq. Çimərlik ərazisində spirtli içki satan obyekt sahiblərinin cərimələnməsi və cəzalandırılması gündəmə gətiriləcək”.

 

Müsahibimiz deyir ki, Xəzər dənizinin 825 km sahil zolağı var ki,  bunun hamısına nəzarət etmək mümkün deyil. Bu məsələdə yerli qurumlar da üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər: “Yerli icra hakimiyyəti tərəfindən çimərlik statusu alan ərazilərdə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri də vətəndaşlara xidmət göstərir. Amma hazırda Xəzər dənizinin sahil zolağının əksər hissəsində özəl obyektlər müxtəlif restoran və başqa obyektlər yaradır və vətəndaşları ora cəlb edirlər.

 

42 xilasedicinin nəzarət etdiyi  obyektlərdə boğulma hadisəsi baş verməyib. Xilasedicilərin olduğu yerdən yüz kilometr kənarda insanların boğulması mümkündür. Çünki xilasedicilərin qısa zamanda əraziyə gəlib bu halın qarşısını alması mümkün deyil. Çay və kanal ərazilərində  xilasedicilərin olması mümkünsüzdür. İnsanlar bilməlidirlər ki, xilasedicilərin olmadığı ərazilərdə çimmək olmaz”.

 

Bəs vətəndaş qadağan olunmuş əraziləri necə fərqləndirməlidir?

 

Çimməyə icazə verilməyən ərazilərdə qadağanedici nişanlar olmalıdır.  İcazə verilən məkanlarda bu cür plakatlar Fövqəladə Hallar Nazirliyi tərəfindən vurulur.

M.Piriyev bildirib ki, qeyri-çimərlik ərazilərinə yerli icra hakimiyyətləri nəzarət etməlidir: “Hər il rəsmi çimərlik ərazilərində qadağanedici və təbliğat xarakterli 600 lövhə quraşdırılır. Qeyri-rəsmi çimərliklərdə isə bu işi  icra hakimiyyətləri həyata keçirməlidir. Çünki  həmin sahil zolağı icra hakimiyyətinin tabeliyindədir. İcra nümayəndələri, bələdiyyələr, polis orqanlarının sahə müvəkkilləri nəzarət etməlidir. Hər hansı təhlükə gördüyü halda mütləq bu qurumlar tədbir görməlidir. Lövhələr qoyulmalıdır, insanların bu ərazilərdən kortəbii istifadəsinin qarşısı alınmalıdır.

 

Gələcəkdə insanların təhlükəli ərazilərdən dənizə daxil olmaları ilə bağlı işlər görüləcək. Hazırda bir sıra qurumlarla birlikdə  su hövzələrində monitorinq keçiririk”.

 

“Heç kimə çimməyi qadağan edə bilmərik”

 

Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətindən bildirdilər ki, sahil zolağı boyunca xəbərdarlıq nişanlarının quraşdırılması rayon icra hakimiyyətlərinə həvalə edilib. Hansı rayon ərazisində sahil zolağı varsa, həmin icra hakimiyyətləri qadağanedici nişanlar quraşdırır.

 

Ərazisində qadağan edilmiş çimərlik, eləcə də qeyri-çimərlik zolağı olan  Səbail Rayon İcra Hakimiyyətindən bildirdilər ki, hər il çimərlik mövsümü başlayanda Fövqəladə Hallar Nazirliyi ilə birlikdə müvafiq qurumlarla birlikdə seminar keçirilir: “Bu il də Bibiheybət qəsəbə nümayəndəliyi və bələdiyyəsinə çimərlik, eləcə də qeyri-çimərlik ərazilərində xəbərdarlıqedici nişanların qoyulması ilə bağlı plakatlar yerləşdirilsin.  Sahil boyunca ümumi istifadə olunan ərazilərdə yerləşdirilən plakatlarda çimməyin qadağan olması barədə məlumatlar vurulub.  Bundan başqa, özəl obyektlərin yerləşdiyi sahil ərazilərində də sahibkarlara xəbərdarlıq edilib. Həmin ərazilərin çimərlik kimi istifadə edilməsi qadağandırsa, obyekt sahibləri də bu barədə plakatlar yerləşdirməlidirlər. Qeyri-çimərlik ərazilərində plakatlar yerləşdirilsə də, bəzən insanlar buna əhəmiyyət vermir.  Onlar bunu digər ərazilərin ödənişli olması ilə əlaqələndirirlər. İcra hakimiyyəti isə hər kəsə nəzarət edə bilmir. Ərazidəki polis patrul xidməti də bu faktlarla qarşılaşanda insanlara çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edir. Lakin heç kimə çimməyi qadağan edə bilmərik”.
Gülxar Şərif

Publika.az

loading...
626 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

29 May - Günün qoroskopu
Beşiktaş çempion oldu
Tanınmışlardan kimlər oruc tutur?
Şah İsmayılın müraciəti: Ey türk oğulları...
Netanyahu şokda: İsraillilər Fələstin üçün küçələrə axışdı
Ramazanın 3-cü gününün duası
Rusiya bunu bilir, lakin... - Pentaqon
Rəsulzadə Atatürkün məzarı önündə - Nadir foto
Çindən İrana gözlənilməz sürpriz
Makron Trampa qalib gəlməyin sirrini açdı
14 ildir iqtidardayıq, amma... - Ərdoğan
Silahlı Qüvvələr 28 may Respublika Gününü qeyd etdi - Foto
Ərəb şeyxləri üçün özəl hazırlanmış avtomobillər - Foto
Qorxunc qadın mafiya başçısı tutuldu - Foto
Almaniya bu tarixdə Türkiyə ilə bağlı qərarını verəcək
Putinlə tələbkar dialoqum olacaq - Makron
İran rəsmisi Mehriban Əliyevanı təbrik etdi
Qarabağ üçün mübarizəmizi davam etdiririk – Əsgərov
28 may Respublika günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi
Şimali Koreyaya qarşı sanksiyalar hazırlanır - Gərginlik
Azərbaycan futbolunda ilk dəfə: “Qarabağ”ın işi asanlaşdı
G7 ölkələri sözünü tutmadı - Çin
No thumbnail available
Markon Putindən bunu tələb edəcək
Melaniya Tramp 51 minlik pencəyə görə qınandı - Foto
Ruslar qazandı: Moldovada hakim koalisiya dağıldı
BMT-də Ermənistan nümayəndəsi belə biabır oldu
Taktiki-xüsusi təlim keçirildi - MN
Elmar Məmmədyarov Nyu-Yorkda - Foto
Prezident İlham Əliyevdən Efiopiya və Nepal prezidentlərinə - Məktub
Prezident İlham Əliyevə 7 təbrik məktubu göndərildi
Təbrizdə seçki səsləri yenidən sayılacaq
Baş prokuror Zakir Qaralov Göygöl rayonunda vətəndaşları qəbul edib
Mövludun “Çətirsiz”i təqdim edildi - Foto
Tillerson Ramazanın qutlanmasını qadağan etdi
İstirahət günü hava necə olacaq?
Lənkəranda bu dərs maraqla qarşılandı - Video
Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com