İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Dahi bəstəkarın həyat yolu |


Son dəqiqə

MƏDƏNİYYƏT > Dahi bəstəkarın həyat yolu

Dahi bəstəkarın həyat yolu
Tarix : 17 Avqust 2014 16:41

Hər bir bəşər övladının ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da, bunu Müslüm Maqomayev kimi cahanşümul sənətkara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmayıb. 

 

Zaman və zamansızlıq, ölüm və ölümsüzlük daim onunla birgə addımlayır. Bu mənada Müslüm Maqomayevin yaşı əllini də, yetmişi də, yüzü də çoxdan haqlayıb. Onun yaşı dünyanın yaşı qədər qədim və gəncdir. Qədimdir ən azı ona görə ki, onu dinlədikcə kamilləşirsən, müdrikləşirsən. Gəncdir ona görə ki, ona qulaq asdıqca dünyaya gəlişinə, varlığına içində bir şükranlıq yaranır, təravətini, cavanlığını qorumaq, zamanı saxlamaq istəyirsən. Bir daha inanırsan ki, dünyanı fəth etmək səadəti yalnız və yalnız Tanrı rizası ilə bəxş edilən istedadı öz zəhməti sayəsində cilalamağı bacaranlarındır. Əbədiyaşarılığın kökündə, mayasında fitri istedadla yanaşı, onu Müslüm Maqomayev kimi qorumaq, tanıtmaq, milyonlara sevdirmək ehtirası dayanır.

Yayın isti avqust günlərində dünyaya göz açan Müslüm ikinci cahan savaşının o qanlı-qadalı illərində bütün narahatlıqlara, gərginliklərə baxmayaraq, gəlişi ilə doğmalarının qəlbinə bir sakitlik, həlimlik gətirdi. Hamı kimi o, da müharibənin ağrısını-acısını daddı, atasını itirdi. Amma özünü itirmədi, hər addımda, hər yerdə özü olmağı bacardı.

Avqustun 17-də onun anadan olmasının 72-ci ildönümünü qeyd edəcəyik.

Hər il avqustun bu günündə zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin xatirəsi anılır. O gün sənətə və əsl sənətkara hörməti olan hər kəs Fəxri xiyabana gələrək onun məzarını ziyarət edir, üzərinə təzə-tər güllər düzür.

İlk dəfə 14 yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.

Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş, Milanın dünya şöhrətli “La Skala” teatrında təcrübə keçmişdir.

Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq Artisti fəxri adına layiq görülüb.

Dünya şöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın – şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, deyərdim ki, fəlsəfi yüksəkliyə qaldırdı.

Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən “Azərbaycan” mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.

Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.

Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.

M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.

Onun yoxluğunun acısını daha çox hiss edən sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq Artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya deyir: “Müslüm Maqomayevi yığcam, qısa fikirlərlə təsvir etmək çətindir. O, böyük insan idi. Həyatımın müxtəlif illəri onunla birgə keçmişdir. Fikirlərini mənimlə bölüşərdi. O anlar mənim üçün unudulmaz olduğu qədər də əlçatmazdır. Müslüm Maqomayev ad gününü böyük salonlarda, hay-küylü keçirməyi xoşlamazdı, ancaq dostlarının əhatəsində qeyd edərdi. Hədiyyələri bir o qədər də sevməzdi. Ad günündə onun haqqında gözəl sözlər deyərdilər. Mən bunların şahidi olmuşam. Müslüm Maqomayev bütün dövrlərin musiqiçisidir və ikinci belə bir sənətkar dünyaya gəlməyəcək”.

Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən böyük Müslüm Maqomayev bütün zamanların sənətkarı olmaqla yanaşı, həm də musiqi tariximizdə əbədiyaşarlıq qazanmışdır. İllər ötür, amma onun sənətinə və şəxsiyyətinə tükənməz sevgi azalmır, əksinə daha da artır. Təkcə azərbaycanlı kimi yox, bəşəri bir sənətkar kimi qəbul edilən Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu ziyarətə gələnlərin sırası heç vaxt seyrəlməyəcək.

Qafqazinfo

loading...
553 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Putindən xarici kəşfiyyatla bağlı xəbərdarlıq
Azərbaycan 2500 manata velosiped satacaq
ABŞ-dan müsəlman ölkələri üçün yeni qaydalar
Bakı nefti bahalaşdı
AB-nin cavabını verəcəyik - Kreml
Müğənni: Atamı, bacımı və 2 övladımı itirdim - Video
İşıqla Mattisin görüşü başladı
SOCAR Prezidenti Gürcüstanda səfərdədir
Bu faktları gizli saxlayacağıq - ABŞ
Millət vəkili AŞPA-da ermənini belə susdurdu
Dünyanı məhvə aparan dərman qadağan edilir
Nazirlik sosial şəbəkədə yayılmış videoya münasibət bildirdi
Aslanlar avtomobil yolunu belə bağladı - VİDEO
Tramp gözəl müxbiri görüncə... - FOTO/VİDEO
Ərdoğan Almaniyanı əsir aldı: MİT-in GİZLİ ƏMƏLİYYATI
Türkiyəli millət vəkilinə sui-qəsd: 4 silahlı həbs edildi
MN-dən ordumuzun 8 itki verməsi iddialarına - Cavab
Türkiyə hücuma keçdi: düşərgələr yerlə yeksan edildi
Aralıq dənizində dəhşət – Foto
Pedro Aqramunt AXP-dən xaric edildi
Gecə səmasında parlaq UNO-lar – Heyrət doğuran video
Qətər açıqladı: Böhranın səbəbləri…
Prezident İlham Əliyev Polşanın baş naziri ilə görüşdü - Foto
Zakir Həsənov NATO toplantısında iştirak edəcək
Bakıda daha bir festival keçiriləcək
MKİ şefi: İran Yaxın Şərqin hər yerindədir
Bakıdan İrəvanı çəkinməyə vadar edən – Dəyişiklik
ABŞ-la razılaşma heç vaxt olmayacaq - Rus politoloq
Azərbaycanda bayram namazı qılındı
Müqəddəs Ramazan bayramı və Ordu günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi
25 İyun - Günün qoroskopu
Bu müddətdən sonra insanlar həftədə dörd gün işləyəcəklər
Bu ölkədə türklərə ev verilmir
Mən mövqeyimi bir anda itirdim - Hemilton
98 illik su anbarı belə partladıldı - Video
Azərbaycan Ermənistanda sement istehsalını iflic etdi
Ukraynadan Rusiyaya Putinlə bağlı nota
İran böyük faciədən döndü - Xüsusi əməliyyat
Boksçumuz Avropa çempionatını gümüş medalla bitirdi
Gürcü nazirdən müsəlmanlarla bağlı açıqlama
Qətərdən Türkiyəyə jest: O tələb rədd edildi
Prezident İlham Əliyev 2 ölkəyə təbrik məktubu göndərib
Luis Hemilton sıralama turunun qalibi oldu - Formula 1
Bakıda yollar bağlandı, Tarkan otelə vertolyotla getdi - Foto
Amerika xalqı artıq bundan yorulub
Ekklstoun: “Bakıya gəlməyənlərə bunu məsləhət görürəm”
Baş məşqçi:
Çin və ABŞ Koreyanın taleyi həll etdi - Anlaşma
Ramil Usubov Qubada vətəndaşları qəbul etdi
Prezident İlham Əliyev Jan Fransua Manseli qəbul etdi
Firudin Nəbiyev səfirlə görüşdü
Formula-2-də zəncirvari qəza - Video
Türkiyə Qətərə gəmi yola saldı: Misir əngəl olsa...
Manana: “Bakıya qayıdıram...” – Məşhurların bayramı
Mingəçevirdə 100-dən çox yaşayış evini su basdı
Xalq artistinin vəziyyəti ağırdır: Ölə bilər
Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi
24 İyun - Günün qoroskopu
Azərbaycanın 15 yaşlı gözəli danışdı - Foto
Rusiya və Hindistan ordusu bir ilkə imza atacaq
Ərdoğan dünyaya meydan oxudu: Buna imkan verməyəcəyik
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış - Foto
Qətər 35 ölkə ilə bağlı qərar verdi: Bir ay ərzində...
Bu saytlarla bağlı şikayətlərə baxıldı - MŞ
“Qarabağ”la bağlı film “Çelsi”nin stadionunda təqdim edildi
AB-nin bunun öhdəsindən gəlməyində maraqlıyıq - Lavrov
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Bakıdan 29 avroya uçmaq mümkün olacaq
Bu kənddə hamı bir gecədə dəli oldu - Fotolar
Bu filmə baxanlar intihar etməyəcək - Video
ABŞ iraqlıları geri qaytarmaqdan imtina etdi
Bakı metrosu Tarkana görə iş qrafikini dəyişir
Qətərdən Liviyaya etiraz: Məsuliyyətsiz bəyanatdır
Daha bir məşhur rus ideoloq Bakıya gəldi
23 İyun - Günün qoroskopu
Bakı qapılarını açır: Formula-1 üçün hər şey hazırdır
AB-dən Rusiyaya zərbə: Sanksiyalar uzadıldı
Siqaret kötüyünü yerə atanlar cərimələnəcək
Naxçıvana yeni vergilər naziri təyin edildi
Rusiya və Türkiyə Suriyanın bu şəhərini bölüşdürür
Kəndimizin son günü (63-cü yazı)
Baş Prokurorluqdan quldurluq olayı ilə bağlı yeni məlumat
Nazirdən həkimlərlə bağlı əmr
Prezident İlham Əliyev 4 fərman, 5 sərəncam imzaladı
Azərbaycan əsgəri Türkiyədə təlim keçir
Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar
MKİ-nin yeni məxfi sənədləri yayıldı - Gizli virus
Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik”
Tehran söz verdi – Bu sübutlar yayımlanacaq
Avstraliya yenidən bu ölkəyə girəcək
Sabahın hava proqnozu açıqlandı
Əsədi əvəz edəcək şəxs yoxdur - Makron
Ərdoğanla kral razılaşdı – Qətər böhranı
Prezident İlham Əliyev İqor Dodonla görüşdü - Foto
22 İyun - Günün qoroskopu
Keçmiş prezident
Belçikanı qana boyamaq istəyən şəxs İŞİD tərəfdarı çıxdı
Putin:
Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com