İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Dayə 1 yaşlı uşağı pultla döyüb, alışqanla yandırıb öldürdü – DƏHŞƏT |


Son dəqiqə

KRİMİNAL > Dayə 1 yaşlı uşağı pultla döyüb, alışqanla yandırıb öldürdü – DƏHŞƏT

Dayə 1 yaşlı uşağı pultla döyüb, alışqanla yandırıb öldürdü – DƏHŞƏT
Tarix : 16 Avqust 2014 11:03

Abşeron rayonunda 1 yaşlı körpənin bədən nahiyələrinə yumruq, sillə, başına isə televizorun pultu ilə zərbələr endirib, sonra da ayağını və qollarını alışqanla yandırmaqla öldürən dayə, 27 yaşlı Ziyafət Məmmədova mühakimə olunub.

 

Xatırladaq ki, 2012 -ci il fevralın 29-da Qara Qarayev adına 2 saylı Uşaq Xəstəxanasına ağır xəsarətlərlə daxil olmuş 1 yaşlı Elmir Mehdiyev orada keçinib. Körpənin bədənində və başında olan güclü zərbələr, yanıq izləri ona əzab və işgəncə verilməkə öldürüldüyünü ortaya qoyub. Buna görə də körpənin vəziyyəti araşdırılıb.

 

Məhkəmə Tibbi Ekspertiza Elmir Mehdiyevin üzərində küt travma, baş nahiyəsində qan sızma, bədənin müxtəlif yerlərində zərbələr və qançırlar, üz, qol, bud və digər nahiyələrdə yanıq izləri aşkarlayıb. Yanıq izlərinin alışqan və ya qızdırıcı dəmirin təsirindən törədildiyi istisna olunmayıb. Beləliklə, hadisə ilə bağlı polisə  məlumat verilib. Abşeron Rayon Polis Şöbəsinin əməkdaşlarının araşdırmasından sonra müəyyən edilib ki, ölümlə nəticələnən xəsarətləri ona dayə yetirib. Keçirilmiş əməliyyat tədbirləri  nəticəsində Tovuz rayon sakini, 27 yaşlı Ziyafət Məmmədova şübhəli şəxs qismində müəyyən olunub, lakin qaçıb gizləndiyindən onun axtarışları davam etdirilib. Nəhayət, körpə uşağın ölümündə təqsirli bilinən Ziyafət Məmmədova Xırdalan şəhəri, Aşıq Şəmşir küçəsi 59 ünvanında kirayə yaşadığı evdə saxlanılıb.

 

Onun ətrafında araşdırma aparılarkən məlum olub ki, bir o qədər də normal həyat tərzi keçirməyən Z.Məmmədova Tovuzda Rəvan adlı şəxslə qeyri-qanunu nikaha girib. 4 aydan sonra ondan ayrılaraq Şəmkir rayon sakini Arzu Quliyevlə qanuni şəkildə ailə qurub. Bu nikahdan onun 1qızı olsa da, ondan da ayrılıb. Sonra da övladını götürüb işləmək üçün Bakıya gəlib. Beləliklə, o, tutulduqdan sonra barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə  səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Qeyri-qanuni yaşadığı Elçin ona dayəlik etməyi məsləhət görüb

 

Müttəhim qismində məhkəmədə ifadə verən Ziyafət Məmmədova bildirdi ki, əslində onun dayəlik təcrübəsi olmayıb. Burada kafe-restoranlarda ofisiant və qabyuyan kimi çalışıb. Qadının sözlərinə görə, kirayədə birlikdə qeyri-qanuni yaşadığı Elçin adlı şəxs ona kafe-restoranlarda çalışmağı qadağan edərək dayəliklə məşğul olmağı məsləhət görüb. Elçin bir qadının 2 uşağına dayə axtardığını deyib:

 

“Elçinin mənimlə tanış etdiyi Fərqanə Qurbanova ilə danışıb, görüşdük. 4 yaşlı qızı Ayişə və 1 yaşlı oğlu Elmirə baxmaq üçün aya 200 manata razılaşdıq. Həmin gündən uşaqları himayəmə  götürdüm. Razılaşmaya əsasən, uşaqlar gecə-gündüz mənim yanımda qalmalı idi. Fərqanə 200 manatın 100 manatını tez verdi. Qalan 100 manatı isə danışdığımız vaxtda verəcəyini dedi. İlk baxışdan sakit uşaqlar idi. Özləri də bir az xəstə idi. Xüsusilə də Elmir. Möhkəm soyuqdəyməsi vardı. Ona dərman aldım, qayğı göstərdim. Bir sözlə, yaxşı baxırdım. Hətta çox istəyirdim. İstədiyimdən də qolunu dişləyirdim. Bir həftədən sonra Elmirin ad günü oldu, 1 yaşı olurdu. Həmin gün anası Fərqanə bazarlıq etdi, meyvə, şirniyyat, tort alıb bizə gəldi. Uşağın ad gününü bizdə qeyd edəndən sonra çıxıb getdi”.

 

“Televizorun pultu ilə başına zərbələr endirdim”

 

Beləcə ilk günlər hər şey öz axarında davam etsə də, sonradan Elmirin dəcəl olması, mütəmadi olaraq ağlaması Ziyafət Məmmədovanı özündən çıxarıb. Uşaqlara cəmi 20 gün dayəlik edən qadın deyir ki, 1 yaşlı Elmir ağlayanda onu işgəncələrlə sakitləşdirib:

 

“Tez-tez ağlayıb nadinclik edirdi, məni ev işləri ilə məşğul olmağa qoymurdu, hövsələdən çıxarırdı. Mən də onu döyürdüm. Bədəninin müxtəlif yerlərinə yumruq və sillə vururdum. Sonuncu dəfə televizorun pultu ilə başına zərbələr endirdim. Daha sonra qulağını burdum, qulağının aşağı hıssəsi cırıldı. Ara-sıra bu şəkildə döyürdüm”.

 

“Alışqanla bədənini yandırdım”

 

Qadının sözlərinə görə, bir gün mağazaya çörək almağa gedib. Elmiri isə bacısı 4 yaşlı Ayişə ilə öz qızına tapşırıb. Elmirin tez ayaq açıb yeriməsi üçün onlar uşağın əlindən tutub gəzdirirdilər. Bunu onlara həm də Elmirin anası Fərqanə tapşırmışdı:

 

“Uşaq yeriməyə öyrəşdiyi üçün bir yerdə dayanmırdı. Ya iməkləyə-iməkləyə, ya da divardan tuta-tuta evdə quraşdırılan sobanın üstünə çıxırdı. Hətta bir neçə dəfə oradan yıxılmışdı. Mən də onu döymüşdüm, hətta qışqırmışdım ki, qorxsun və bir də belə eləməsin. Amma xeyri yox idi. Gördüm Elmir yenə sobanın üstünə çıxıb. Mən də alışqanı yandırıb uşağın ayaq hissəsinə tərəf tutdum ki,  qorxsun. Beləliklə, alışqanla ayaqlarını və  qollarını yandırdım. Düşündüm ki, tok vurmaqdansa, alışqanla yandırsam yaxşıdır”.

 

Lakin bir gündən sonra Z. Məmmədova balaca Elmirin bədənində, əlində  və  ayağında yanıq izləri aşkarlayib. Sonra da dərman alıb azyaşlının suluq bağlamış hissələrinə çəkib. Lakin uşağın getdikcə artan narahatçılığı ona bunların zərbənin təsirindən olmasını sonradan xatırladıb.

 

“Ağlıma gətiməzdim ki, yumruq vurmaqla, alışqanla yandırmaqla o, ölə bilsin”

 

Elmirin kürlüyünə dözmədiyini deyib, özünə haqq qazandırmağa çalışan Z.Məmmədova özünün də müəyyən problemi olduğunu, başında ağrılar müşahidə edildiyini bildirdi: “Əsəbi olduğuma görə, beynim səs götürmür. Bütün bunları etməkdə məqsədim uşağı sakitləşdirmək olub. İstəyirdim ki, bir az sakit olsun. Bütün günü ağlayırdı. Gah həyətə düşürürdüm, gah yatmağa aparırdım. Amma səsini kəsmirdi. Səhərə qədər ağlayırdı, ya da sakitcə oyaq qalırdı, oynamaq istəyirdi. Bilmirdim ondan acığımı necə çıxım. Mən də vaxtında yatmalı idim ki, səhər vaxtında oyanıb işlərimlə məşğul olum. Amma ağlıma da gətirə bilməzdim ki, Elmirin bədənini alışqanla yandırmaqla və yumruqla vurmaqla o, ölə bilər.”

 

1 yaşlı körpəyə verilən bu əziyyət və işgəncələrdən sonra onun halı birdən-birə  pisləşib. Z. Məmmədova Elmirin temperaturunun yüksəldiyini müşahidə edib. Onu qonşusu ilə birlikdə Xırdalan Şəhər Xəstəxanasına aparıb. Lakin həkimlər Elmirin vəziyyətinin daha ağır olduğunu əsas gətirərək Təcili Tibbi Yardın maşını ilə 2 saylı Qara Qarayev adına Uşaq Xəstəxanasına göndəriblər”.

 

Anası: “Uşaq tanınmaz hala düşmüşdü”

 

Zərərçəkmış qismində ifadə verən mərhum Elmar Mehdiyevin anası Fərqanə Qurbanova bildirdi ki, işləmək məcburiyyətində qaldığından azyaşlı uşaqlarını dayəyə etibar edib. Onun sözlərinə görə, baş verənlərdən xəbəri olmayıb. “Hər dəfə ora gedəndə görürdüm ki, uşaqlarla yaxşı rəftar edir, onlara yaxşı baxır. Baş verənləri fevralın 29-da öyrəndim. Həmin gün mənə xəstəxanadan zəng elədilər ki, Elmirin vəziyyəti ağırdır. Özümü xəstəxanaya çatdırdım. Gözlərimə inanmadım. Təxminən 10 gün əvvəl gördüyüm uşaqdan əsər-əlamət yox idi, tanınmaz hala düşmüşdü”.

 

Dindirmə zamanı dayəni nalayiq ifadələrlə təhqir edən F.Qurbanova onun ömürlük həbs olunmasını tələb etdi.

 

Daha sonra digər şahidlərin ifadələri dinlənildi.

 

11 il həbs cəzası

 

Tibbi ekspertiza uşağı ağlagəlməz və anormal işgəncələrlə öldürən Z.Məmmədovanın heç bir psixi problemi olmadığı barədə məhkəməyə rəy verib. Hakim isə azyaşlı körpəyə iztirablar verən dayənin əməlini ağır zərərvurma maddəsi kimi qiymətləndirdi.  Beləliklə, dayə 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edildi. Onun himayəsində olan azyaşlı qızı isə körpələr evinə təhvil verildi.

Publika.az

loading...
620 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Ramazan ayı başladı
27 May - Günün qoroskopu
Dövlət xəstəxanaları pullu olacaq - Video
İraq ordusundan Mosulla bağlı çağırış
Rusiyanın 17 ilə hazırladığı vertolyot təqdim edildi - Video
Güləndən təlimat: 2.5 ay səbir edin, sonra...
Yadplanetlilər əslində bizik - Şok sənəd
İvanka hamını utandırdı: Bu, hansı müqəddəsdir?
Hansı ölkələrin iştirak edəcəyini Dəməşq deyəcək - Lavrov
Aqronom polkovnik Raqub Məmmədov və Tərtərdə ifşa olunan xəyanətkar cəsus şəbəkə - Düşünməyə dəyər
İraqdan ABŞ-a tələb: Təzminat ödə!
Çin və Rusiya ABŞ-a qarşı razılaşdı: Dağıdıcı vəziyyət...
Təhsil sistemində ixtisar var? - Nazir müavini açıqladı
Prezident İlham Əliyevə 6 təbrik məktubu göndərildi
Bu, müvəqqəti olacaq - İlham Əliyev
Nazir:
Türkiyədə şagirdlər daha 3 hərfi öyrənəcək - Yenilik
Türkçülüyün vətəni Azərbaycandır - Yaqub Mahmudov
Sərkisyan etiraf etdi: Qarabağ Azərbaycanındır
Ən qısa və ən uzun orucluq günü olan ölkələr – Siyahı
Azərbaycan xalqının yanındayıq - Tramp
Şoyqu Zakir Həsənov və Sərkisyanla görüşür
NASA-nın dünyadan gizlədiyi 5 şey - Video
Türkiyədən Fətullah Gülənlə bağlı yekun qərar
Britaniya bombaların üzərinə mesaj yazdı: Sevgilərlə - Foto
Ana, deyirdim axı, qayıdacam... - Zukerberq
Erməni diplomatdan şok etiraf: Biz işğalçıyıq, Rusiyanın tələbi…
Tiflisdə NATO PA sessiyası start götürdü
Baş Prokurorluq İKT sahəsində mütəxəssislərin işə qəbulu ilə bağlı müsabiqəyə yekun vurub
26 May - Günün qoroskopu
Ərdoğanla Makron arasında 20 milyardlıq razılaşma
Bakı polisi Somalidən gələn idmançıları axtarır
ABŞ bu ölkənin adalarını izləyir
Merkel Ərdoğandan o jurnalisti istədi
Trampdan kobud hərəkət: Baş naziri belə itələdi - Video
Kəndimizin son günü (55-ci yazı)
Prezident İlham Əliyev 6 fərman, 6 sərəncam imzaladı
Prezident İlham Əliyevdən Marqvelaşviliyə təbrik məktubu
Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik
İspaniya: Kataloniya müstəqil olmayacaq
Daha bir KİV rəhbərinə xəbərdarlıq edildi
İşsizliyə görə sığorta bu şəxslərə veriləcək – Qanun
Melaniya axır ki, Trampın əlini tutdu - Foto
Bakı və Ankara İrəvanı məğlub edəcək – Millət vəkili
Britaniya ABŞ-a bu məlumatları daha verməyəcək
Türkiyədə 105 min şəxs həbs edilə bilər
25 May - Günün qoroskopu
Ölkəmizdə 2020-ci ilədək hansı tədbirlər keçiriləcək? - Siyahı
Nazir: FETÖ şəbəkəsi uğur qazansaydı...
Prezident İlham Əliyev fərman imzaladı
ABŞ Rusiyaya qarşı xərclərini artırır
Dünya liderlərindən Prezident İlham Əliyevə - Məktub
Prezident İlham Əliyevdən mühüm fərman - Güzəştli mənzil
Cocuq Mərcanlıda ev, məktəb, məscid... - Video
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə təbrik məktubu yazdı
Binəli Yıldırım sədr seçildi
Baş Prokurorluğunda Avropa Komissiyası ilə birgə tədbir keçirilib - Foto
Mehriban Əliyevanın fəaliyyəti yeni modeldir – Xarici KİV
İslam dünyası şokda: Trampın arvadı... - Foto
FSB-dən İŞİD-lə bağlı pis xəbər
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
Maradona və Fətullah Gülən birlikdə - Foto
Şoyqu: Bu 3 ölkə bizə lazımdır
Əli Abbasova yeni vəzifə verildi
Ramazan ayı mayın 27-də başlayır - Fitva
24 May - Günün qoroskopu
Alman əsgərləri Türkiyədən çıxarılır? - Nazirdən açıqlama
İki gündür internet niyə zəifləyib?
Rusiya Talibana silah göndərir?
Baş nazirdən FETÖ şəbəkəsi ilə bağlı açıqlama
Avropa cavab zərbəsinə hazırdır – Mançester teraktı
Bakıda beynəlxalq konfrans və sərgi keçiriləcək
Ukraynalı xanım Sülh Platformasının səfiri təyin edildi
Azərbaycan və Bolqarıstan Baş Prokurorluqları arasında əməkdaşlıq uğurla davam etdirilir
Hindistan ordusu Pakistana hücum etdi
İngilis kəşfiyyatının zəif nöqtəsi.. - Rusiya
Tarif Şurasından yeni qərar
6 ölkə başçısı Prezident İlham Əliyevi təbrik etdi
İslamiadada bilet satışından nə qədər qazandıq?
Baş Prokurorluq daha bir sayta xəbərdarlıq etdi
Ayfon-8 həyəcanı - Qiymətlər
Müdafiə nazirləri Tiflisdə görüşdü - Foto
Putinin şəxsi aşpazı Ermənistanı qarışdırdı
Sabahın hava proqnozu açıqlandı
Tramp xərcləri 3,6 trilyon dollar azaldır
23 May - Günün qoroskopu
Melaniya İsraildə Trampın əlindən tutmadı - Video
Azərbaycanın gözlənilən treyleri yayımlandı - Video
İslamiadanın bağlanış mərasimi yekunlaşdı
Tədris ili nə zaman başa çatmalıdır? - Video
Kəndimizin son günü (54-cü yazı)
Makronun qələbəsi: Daxili ziddiyyətlər...
Türkiyə ilə bağlı bu qadağa qüvvədə qalacaq - Medvedyev
Əli və Ninonun hekayəsi Lüksemburqda - Foto
Polşa müsəlman qaçqınları qəbul etməyəcək - Kaçinski
Preziden İlham Əliyevdən Firəngiz Əlizadə ilə bağlı - Qərar
Rusiyada “Putinqrad” şəhəri ola bilər
İran: ABŞ iranafobiya yayır
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com