İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Döyüş xatirələri |


Son dəqiqə

SOSİAL > Döyüş xatirələri

Döyüş xatirələri
Tarix : 20 Avqust 2014 1:05

İdeologiya.az xəbər verir ki, axar.az-ın “Cəbhə Xətti” layihəsinin bu dəfəki qonağı keçmiş kəşfiyyatçı, Horadiz əməliyyatında və digər ərazilər uğrunda döyüşlərdə iştirak etmiş İlham Ağalarovdur.

 

 

- İlham bəy, döyüş yolu haradan və necə başladı?

 

- Həmin dövrdə mən Horadiz qəsəbəsində idman məktəbində məşqçi işləyirdim. Eyni zamanda bu məktəb filial olduğundan həm də oranın direktoru hesab olunurdum. Həmin məktəbdə Yunan-Roma güləşi, sambo və cüdo üzrə dərs deyirdim.

 

Qarabağda döyüşmək üçün hələ o zaman OMON-a da müraciət etmişdim. 1991-ci il oktyabrın 9-da Ali Sovet Azərbaycanda ordunun yaradılması haqqında qanun qəbul etdi, bundan sonra hərbi komissarlığa müraciət elədim, noyabr ayında ilk hərbi hissələr yarandıqda mən artıq o hissələrin tərkibində idim. 1991-ci ilin sonlarına qədər Fizulidə, 1992-ci ilin yanvar-fevral aylarında isə Cəbrayılda oldum. Fevral ayında Horadiz qəsəbəsində könüllü dəstə yaratmaq haqqında qəsəbə sakinlərinin qərarı oldu. Həmin dəstəyə kimin komandir təyin edilməsi məsələsi ortaya çıxdıqda, qəsəbə sakinləri bu vəzifəni mənə tapşırdılar. Ona görə də məni Cəbrayıl cəbhəsinə geri çağırdılar və həmin könüllü birləşmənin komandiri təyin etdilər. Mart ayında artıq mən həmin dəstəni götürüb getdim təyin olunduğumuz əraziyə. Fizuli rayonunda müdafiə qərargahı var idi, həmin qərargaha da keçmiş raykom katibi Aslan Mehdiyev başçılıq edirdi. Biz ona müraciət edərək bildirdik ki, hazır dəstəyik, silahdan başqa hər şeyimiz var. O da bizi o vaxtkı Hadrut rayonunun Günəşli kəndində yerləşən 837 nömrəli hərbi hissəyə göndərdi. Sonradan Fizulidə olan alayın komandiri Alı Quliyev məni həmin hərbi hissənin komandiri vəzifəsinin icraçısı təyin etdi. Aprel ayının sonlarında Fizuliyə 702 nömrəli hərbi hissə gələnə qədər davam etdi. Qərar var idi ki, yerlərdəki bütün hərbi birləşmələr bu hərbi hissəyə tabe olsun. O zaman 848 nömrəli hərbi hissənin tərkibində mənim rəhbərlik etdiyim 5-ci rota deyilən silahlı dəstə yaradıldı və o da tabe edildi 702 nömrəli hərbi hissəyə. Sonra isə mən 702 nömrəli hərbi hissədə kəşfiyyat bölüyünün komandiri oldum. O vəzifədə ola-ola isə bir müddət 848 nömrəli hərbi hissənin komandir müavini də oldum.

 

- Döyüş məkanlarını necə xatırlayırsız?

 

- İşimlə əlaqədar Laçın rayonundan Tovuzun Əlibəyli kəndinə qədər çox yerlərdə olmuşam. Ağdərədə, Fizulinin bütün kəndlərində, Cəbrayılın bir hissəsində, Qubadlının Topağacında döyüşlərdə olmuşam.

 

Mənim tabeçiliyimdə müxtəlif yaş dövrlərindən olan hərbçilər var idi. Yaşca məndən uşaqlar, xeyli yaşlılar, 3-4 uşağı olanlar var idi. Bir dəfə bir yüksəkliyi öz gücümüzə almaq istəyirdik. Amma bu cəhdimiz alınmadığından geri qayıtmalı olduq və səhər hava işıqlandığından ermənilər bizi görüb atəşə tutdular. Yanımda olan iki nəfər məndən yaşlı idi, amma onlar özlərini mənim qabağıma verdilər ki, güllə mənə dəyməsin. Belə hadisələr olanda adam döyüşməyə də ruhlanırdı.

 

“Horadizdə görüşərik” adlı kitabımda iştirak etdiyimz Horadiz əməliyyatı barədə ətraflı məlumat var. Bəzən Daxili Qoşunlar və başqaları da deyirlər ki, Horadizi guya onlar alıb.

 

Mən özüm 9 əsiri diri gətirib təhvil vermişəm. Amma gətirərkən yolda ölənlər, bizim öldürdüklərimiz də olub. Onların ikisinin tutulması daha yaddaqalan olub. Horadiz əməliyyatı zamanı diversiya qrupumuz gecə ikən düşmənin nəzarət etdiyi əraziyə keçərək 3 yerdə pusqu qurdu. Bir yerdə isə özüm manevr qrupu ilə hərəkət edirdim. 1994-cü il yanvarın 5-də səhər saat 7-də ümumi hücum başlamalı idi. İşimizi elə qurmalı idik ki, həm arxadan ön cəbhəyə kömək gəlməsinə şərait yaratmalı, həm də ön cəbhədən geri qaçan düşmən qüvvələrini məhv edə bilək. Manevr qrupunu yaratmaq mənim son anda ağlıma gəlmişdi. Çünki ortada acı təcrübə var idi. Bəzən deyirdilər ki, get, arxanca köməyə gələcəyik, gəlmirdilər, elə vaxt olurdu gecikirdilər. Orda isə bir-iki dəqiqə gecikmə özü də səni məhv edə bilərdi. Partizan qanunlarında belə bir şey var ki, gərək ancaq öz qüvvənə arxayın olub hərəkət edəsən. Kimdənsə, hardansa kömək gələcəyinə ümid etməyəsən. Bizə də bəzi əməliyyatlarda kömək vəd edilsə də, gəlib çıxmamışdı, ona görə də məcbur qalıb öz gücümüzlə vəziyyətdən çıxmalı olmuşduq. Horadiz əməliyyatının başlamasına təxminən 8 dəqiqə qalmış təsadüfən erməni silahlıları ilə rastlaşdıq və bizdən asılı olmayan səbəbdən əməliyyat 8 dəqiqə əvvəl başladı. Belə bir vəziyyətdə isə vaxt udmaq üçün ancaq manevr qrupundan istifadə etmək lazım gəlirdi. Çünki müharibə şahmat oyunu deyil ki, uzun-uzadı düşünüb hərəkət edəsən, müharibə nərd oyunudur, burda zərdən çox şey asılıdır. Manevr qrupu düşmənə psixoloji təsir göstərmək gücünə malikdir. Məsələn, kiçik bir qüvvə ilə hərəkət edirsən, amma tez-tez yerdəyişmə etməklə müxtəlif istiqamətlərdən atəş açırsan. O zaman düşmən elə bilir ki, atəş açılan hər tərəfdə qüvvə var, daha bilmir ki, bunu edənlər eyni qrupdur. Bu hərəkət vaxtı da erməniləri təsadüfən gördük. Onlar Xankəndi polisindən Horadizdəki mazut çənlərinin qorunması üçün təyin edilmiş gözətçilər idi. Hərbçi yoldaşlarımdan biri dedi ki, yuxarıda hərəkət var, biz də qarşı tərəfdən fırlanıb içəri dolduq. İçəridəkilərin çox olduğunu düşünsək də, cəmi 2 nəfər idi. Biz içəri girəndə ermənilərdən biri bizə dedi ki, silahları yerə atın və əlini atdı silahı götürsün, onu elə yerindəcə vurub öldürdük. Bu zaman o birisi əllərini qaldıraraq onu öldürməməyimiz üçün yalvardı. Biz də bu ermənini öldürmədik və düşündük ki, hər hansı bir məlumatın əldə edilməsində bizə köməyi dəyər. Sonradan məlum oldu ki, bu, heç ərazini tanımır, Xankəndindən gəlib. Biz onu gətirərkən pusquya düşmüşdük və mənə elə gəlirdi ki, bu pusqudan çıxa bilməyəcəyik. O zaman mən uşaqlardan birinə Azərbaycanca dedim ki, bunu çəkib qıraqda güllələsin. Sən demə, bu da Azərbaycan dilini bilirmiş və başladı yalvarmağa ki, məni öldürmə, dedi ki, xalam oğlu Xankəndinin Cinayət Axtarış Şöbəsinin rəisidir, istəsəniz, mənimlə hansısa əsiri dəyişə bilərsiz. Razılaşdım, amma dedim ki, yolda bir də çətin vəziyyətə düşsək, daha səni özümüzə yük edəsi deyiləm, ilk fürsətdə güllələyəcəm. Amma elə alındı ki, təhlükə ilə üzləşmədik və bunu diri gətirib təhvil verdim. Sonradan isə həmin əsiri azərbaycanlı polis baş leytenantla dəyişdilər. Bu da çox maraqlı olmuşdu. Çünki bizim baş leytenantın qohumları onu axtarsalar da, heç yerdə tapa bilmirdilər. Beləcə, əlaqə quruldu əsirin anası ilə. O, demişdi ki, mənim oğlumu öldürməyin, sizin adamınızı tapacam. Doğurdan da, əsirin anası və digər qohumları bizim baş leytenantın tapılıb dəyişdirilməsini reallaşdırdılar.

 

Bir dəfə də 1993-cü ilin iyulunda Aşot adlı bir ermənini əsir götürmüşdük. O zaman ermənilər 3-4 kənd almışdılar. Biz də kəşfiyyat bölüyü kimi getmişdik ki, ərazidə müdafiə obyektləri quraq. Mənə dedilər ki, qarşıda bir nəfər görünür. Baxdım ki, yolun ortası ilə arın-arxayın gəlir. Gözlədik, gəlib bizim ərazini keçən kimi, tutub apardıq briqadanın qərargahına. Bundan soruşurlar ki, niyə gəlirdin bu tərəfə? Deyir ki, uşaqlar, gəldim deyəm ki, bəsdir də müharibə etdiniz, qurtarın da bu oyunu.

 

- Döyüş zamanı nə etmək lazımdır ki, qarşı tərəfin itkisi səndən daha çox olsun? 

 

- Əsas təcrübədir. Əslində, eyni silahlar səndə də var, düşməndə də, amma o silahdan elə istifadə etmək lazımdır ki, qarşı tərəfə imkan verməyəsən. Ona görə də ön cəbhəyə, döyüşə təcrübəli şəxslər getməlidir. Bəzən təcrübəsizlikdən başını səngərdən çıxarırsan, həmin anda da adamı başından vururlar. Amma dəfələrlə olub ki, hərbçilərimizin başında dəbilqənin olması, onları real ölümdən xilas edib. Dəbilqəni taxmadığına görə, bizim sürücü başından güllə yarası aldı və öldü. Rasim adında bir döyüşçü yoldaşımız var idi, onu elə bir vəziyyətdə tapdım ki, sarğı üçün bir normal yeri qalmamışdı. Həmin vaxt gözünü açıb dedi ki, admiral, özünü itirmə. Biz onu maşına qoyub Ağcabədiyə yola saldıq, təxminən 40 km yol getməli idi. Amma 5-6 km getdikdən sonra dünyasını dəyişdi. Kəlbəcər getmişdi, Müdafiə naziri, Parlamentin sədri İsa Qəmbər və Arif Hacılı Fizuliyə gəlmişdi. Bizə dedilər ki, prezident qvardiyası gəlir, onlarla qabağa getməyə bir dəstə lazımdır. İsa Qəmbər və Arif Hacılı bildirmişdi ki, kim gedib Məngəlanata yüksəkliyini alarsa, ona Milli Qəhrəman adı veriləcək. Mən də dedim ki, Milli Qəhrəman istəmirəm, mayor rütbəsi versinlər, getməyə hazıram. Çünki mənim həmin vaxtkı vəzifəm mayor rütbəsinə bərabər idi. Əvvəlcə razı olmamışdılar, amma sonradan Arif Hacılı demişdi ki, mayoru söz verirəm, kapitan da verə bilərəm. Mən razılaşıb getdim və yüksəkliyi aldıq da, amma nə oldusa, kapitan rütbəsi verilmədi…

 

- Müharibədən sonra mülki həyata qayıtmaq, uyğunlaşmaq çətin olmadı ki?

 

- Çox çətin oldu, amma mənim əlimdə sənətim var, işləyirəm. Həm də kəşfiyyatçı olmuşam axı. Kəşfiyyatçı heç vaxt heç nədən çətinlik çəkməz. Bəzən deyirlər ki, müharibə görmüş adamlara diqqət azdır və yaxud da onlar diqqət görməyəndə ruhdan düşürlər. Amma şəxsən mənə öz döyüşçü yoldaşlarımın münasibəti, onların məni necə tanımaları bəs edir. Digərləri isə, o vaxt mənə necə münasibət bəsləyirdilərsə, elə indi də həmin mövqelərində qalırlar.

 

- Keçmiş hərbçi kimi cəbhədə baş verənləri necə dəyərləndirirsiz?

 

- Atəşkəsin pozulmasını adi qəbul etmək lazımdır. Çünki ortada hələ ki, sülh yoxdur, amma bu, nə qədər davam etməlidir, bunun bir sonu olmalıdır axı. Belə bir məsəl var, əgər silah divardan asılıbsa, o nə vaxtsa açılacaq. Amma bir şeyi deyim ki, biz uzun müddətli müharibəyə hələ ki, hazır deyilik. Biz ancaq qısamüddətli müharibə edə bilərik ki, buna da ciddi hazırlıqlar olmalıdır, döyüş planı olmalıdır. Müharibə elə bir prosesdir ki, burda əlini yanına salıb dayanmaq, geri çəkilmək olmaz.

 

Çoxları elə bilir ki, düşmən ona görə aldıqları yerlərlə kifayətləndi ki, onlara həmin əraziləri almaq tapşırığı vermişdilər. Amma bu, qətiyyən belə deyil. Bir dəfə bir ermənini tutub gətirmişdik, buna sual verildi ki, sizin hara qədər irəliləmək planınız var? O, təəccüblə baxıb dedi ki, hara qədər nədir, siz hara qədər getsəniz, biz də ora qədər gələcəyik.

 

- Sülh yolu ilə Qarabağ torpaqlarının geri alınacağına inanırsız?

 

- Sülh yolu ilə bu torpaqların alınması mümkün deyil. İtirilmiş torpaqların geri qaytarılmasının yeganə yolu müharibədən keçir.

 

loading...
2.191 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Baş prokuror Yevlax şəhərində  vətəndaşları qəbul etmişdir
Dövlət katibi: Finlandiya Minsk Qrupunun fəaliyyətinə dəstək verir
Azərbaycanda yeni qurumlar yaradılacaq
Yeni sənaye inqilabı: Rəqabətqabiliyyətliyin yüksəldilməsində universitetlərin rolu
Koreya parlamenti Prezidentə impiçment elan etdi
XİN: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun inkişaf etdirilməsi əhəmiyyətlidir
Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusunu müzakirə edib
Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək
DYP və Bakı şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaratdı
Əbülfəs Qarayev Tbilisidə səfərdədir
Çindəki zəlzələ Qazaxıstanda da hiss olunub
İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək
İndoneziyada torpaq sürüşmələri olub - 13 ölü
Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com