İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Dünyanı dəhşətə salan Ebola virusu necə üzə çıxdı… (Onu kəşf edən həkim danışır) |


Son dəqiqə

SOSİAL > Dünyanı dəhşətə salan Ebola virusu necə üzə çıxdı… (Onu kəşf edən həkim danışır)

Dünyanı dəhşətə salan Ebola virusu necə üzə çıxdı… (Onu kəşf edən həkim danışır)
Tarix : 14 Avqust 2014 0:29

Heç bir çarəsi olmayan bu ölümcül virusun tibb aləminə necə bəlli olduğu barədə Fransanın “Le Monde” qəzeti yazır

Afrikanın bir neçə ölkəsində yayılan və rəsmi rəqəmlərə görə, 1000-dən çox adamın ölümünə səbəb olan, artıq başqa qitələrdə də qeydə alınan dəhşətli Ebola virusu necə peyda olub?

 

Heç bir çarəsi olmayan bu ölümcül virusun tibb aləminə necə bəlli olduğu barədə Fransanın “Le Monde” qəzeti yazır. Bugun.az virtualaz.org saytın aistinadla bu məqalənin tərcüməsini oxuculara təqdim edir:

***

Hər şey 1976-cı ilin sentyabrında Antverpendə (Belçika) parlaq göy rəngli Çin termosundan başladı. Onu əl bağlamasında Belçikanın “Sabena” aviaşirkətinin o vaxt Zairin paytaxtı olan Kinşasa şəhərindən uçan təyyarəsinin adi sərnişini gətirmişdi. Termos Antverpendəki Tropik Təbabət İnstitutunun mikrobilologiya laboratoriyasına çatdırıldı. Qabı qəbul edən əməkdaşlar arasında gənc həkim Piter Piot da var idi. Tələbəlik illərində P.Piot onu yoluxucu xəstəliklər üzrə ixtisaslaşmaqdan çəkindirməyə çalışan və bu sahədə perspektiv olmadığını deyən müəllimlərinə qulaq asmamışdı.

“Termosda yarıərimiş buz kubiklərinin arasında iki şüşə qab var idi. Onlardan biri sınmışdı. Qan suya qarışmışdı. Xoşbəxtlikdən ikinci qab salamat idi” – deyə hazırda nüfuzlu London Gigiyena və Tropik Təbabət Məktəbinin direktoru olan Piter Pyot xatırlayır.

Piter Piot

Nümunələr Zairdə işləyən belçikalı həkimin yazdığı məktubla müşayiət olunurdu. Piter Piot bu məktubdan öyrənir ki, şüşə qablardakı qan ehtimalən sarı titrətmə xəstəliyindən ölən belçikalı missioner-bacıların qanıdır.

“Bizim laboratoriya arboviruslarla işləyirdi. Sarı titrətmə-qızdırma xəstəliyini törədən virus da bura aiddir. Ona görə də nümunələri bizə göndərmişdilər” – deyə P.Piot xatırlayır.

Soxulcana oxşayan nəhəng virus

Bununla belə laboratoriyada qan nümunələrini mikroskopla tədqiq edərkən soxulcan formasında olan nəhəng virus aşkar edildi.

“O vaxt hələ Google yox idi. Ona görə də viruslar atlasının dalınca kitabxanaya getmək lazım gəldi. Biz hemorratik titrətmə yaradan Marburq virusu ilə bənzərlik aşkar etdik” – Piot deyir.

Həmin vaxtlar Zairdə yüksək ölüm səviyyəsi ilə müşayiət olunan naməlum epidemiya yayılmaqda idi.

P.Piot deyir: “Biz Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bu virusun tədqiq edilməsini dayandırımaq barədə təcili teleqram aldıq, çünki naməlum virus olduqca təhlükəli hesab olunurdu. Bununla belə biz artıq nümunələri ABŞ-ın Atlanta şəhərindəki Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə göndərmişdik. Oradan bizə demişdilər ki, bu, Marburq virusu deyil”.

Siyasi qərar

Gənc Piter Piotun qarşısında hər mikrobioloqun arzusu olan yeni virus kəşfini reallaşdırmaq imkanı açılmışdı. Ona görə də o, özünə söz verdi ki, hökmən Zairə getməlidir. Təəssüf ki, onun işlədiyi laboratoriyada bu səfəri maliyyələşdirmək üçün vəsait yox idi.

Ancaq hər halda onun arzusu yerinə yetir. On gün sonra Belçikanın Xarici İşlər Nazirliyindən Piota zəng edirlər və soruşurlar: “Ertəsi gün Kinşasaya uça bilərsənmi?”

“Qərar siyasi idi. Zairə amerikalıların, Xənubi afrikalının və fransız, ÜST eksperti Pyer Syuronun daxil olduğu mütəxəssislər missiyası yola düşürdü. Və missiyanın tərkibinə daxil etmək üçün belçikalı da lazım idi. Mən qrupda ən gənc idim, çünki daha yaşlı və daha təcrübəli mütəxəssislər ora getmək istəmirdilər” – deyə Piot bildirir.

Həmin vaxt ÜST ehtiyat edirdi ki, epidemiya Zairin paytaxtı, 3 milyon adamın yaşadığı Kinşasaya çata bilər.

Gecə saatlarında Afrikaya yola düşən təyyarədə Piter Piot səhərə qədər gözünü yuma bilməyib. Missiya Zairə çatıb. 5 nəfərdən ibarət kiçik mütəxəssis qrupu “Hercules C-130” təyyarəsinin göyərtəsinə qalxıb və Konqo çayının sahilində yerləşən, epidemiyanın tüğyan etdiyi Bumba şəhərinə yola düşüb.

Təyyarənin göyərtəsində “Land Rover”, yanacaq ehtiyatı, tibb avadanlıqları və qoruyucu vasitələr – maskalar, əlcəklər, bir neçə respirator da var idi.

P.Piot deyir ki, respiratorlardan istifadə əsl əzab idi: “Geyinirsən və on dəqiqə sonra boğulmağa başlayırsan”.

Pilot dedi: “Əlvida!”

Təyyarənin heyəti bu ekspedisiyadan cüzi də olsa məmnun görünmürdü. 3 saatlıq uçuşdan sonra “Hercules” Bumbada yerə endi, ancaq pilotlar heç mühərriki də söndürmədilər. Komandir köməkçisi ilə birlikdə kabinədən çölə çıxmadı, onlar yerli əhali ilə hər hansı təmasdan qaçırdılar.

5 tibb mütəxəssisi təyyarədən çıxanda pilotlar onlara deyir: “Əlvida!”.

Heç də ümidverici vidalaşma deyildi…

Sanitar kordon

Bumbadan həkimlər qrupu yola çıxır. Həmin vaxt ölkədə musson yağışları mövsümü idi. Onlara 120 kilometrlik yolu keçib epidemiyanın ocağı olan Yambukuya çatmaq üçün 7 saat vaxt lazım gəldi. Bu kənddə çoxdandır katolik missiyası var idi. Keşiş və rahiblər həkimi olmayan xəstəxana, məktəb və kənd təsərrüfatı kooperativi saxlayırdılar. Onlardan 4-ü artıq naməlum xəstəlikdən ölmüşdü. Daha 4-ü isə sonra öldü.

Keşiş və rahiblərin yaşadığı binalar arasında ev var idi. Missionerlər naməlum virusun yayılması təhlükəsini dərk etdiklərindən orada simvolik sanitar kordon yaratmışdılar. Kəndirdən üzərində “Giriş qadağandır” sözləri yazılmış lövhə asılmışdı.

“Missioner bacılar fransız dilində situasiyanı izah etməyə çalışanda mən onlardan birinin doğma flamand ləhcəsini dərhal hiss etdim. Kəndirin üstündən tullanıb özümü onlara flamandca təqdim etdim və izah etdim ki, Antverpendən gəlmişik, məqsədimiz epidemiyanı dayandırmaqdır. 27 yaşında adam heç nədən çəkinmir” – Piot xatırlayır.

Qadınları daha çox yoluxduran virus

Kənddə işə başlayan həkimlər xəstələrin qanından nümunələr götürüblər və məlum olub ki, virus Antverpendə tədqiq olunan həmin soxulcanvari virusdur.

Bundan başqa, mütəxəssislər onun necə yayılmasını araşdırmağa başladılar: Virus insandan insana keçirmi? Və hansı daşıyıcılar vasitəsilə? Ağcaqanadlarınmı? Hansısa başqa heyvanlarınmı?

Həkimlər Yambuku və ətraf kəndlərin sakinlərini dindirdilər. Epidemiya zamanla necə inkişaf edib? Xəstə yoluxma anında harada olub?

Piter Piot və onun həmkarları dərhal müəyyən ediblər ki, katolik missiyasının xəstəxanasından uzaqda yoluxma halları azdır. Bundan əlavə, xəstələrin çoxu yaşlılar idi. Bu da virusun ağcaqanadlar vasitəsilə yayılması ehtimalını aradan qaldırırdı. Daha sonra həkimlər qadınlar arasında yoluxma hallarının daha çox olduğunu müəyyən etdilər. Yoluxan qadınların sayı kişilərdən 50 faiz çox idi.

 

 

 

Bu fakt belə ehtimalı meydana çıxardı ki, virusun yayılması hansısa formada doğuşla və hamiləliklə bağlıdır.

 

Bununla belə xəstə qadınların çoxu doğuşdan əvvəl məsləhətə gəlmişdilər. Bacılardan biri danışırdı ki, pasiyentlərə vitamin iynəsi vurublar. Və bu zaman gigiyena qaydalarına əməl olunmadığı da aydınlaşdı. Məlum oldu ki, səhərlər bacılara 5 şpris verirlər və onlar hər şprislə bir neçə pasiyentə iynə vururlar. İynələri yuyurlar, ancaq sterilizə etmirlər. Virusun yayılması üçün münbit şərait idi.

 

Tezliklə mütəxəssislər onu da üzə çıxardılar ki, yoluxanların çoxu naməlum virusdan ölənlərin dəfnində iştirak ediblər və ölənlərin cəsədlərini yuyublar. Cəsədlər isə əksər hallarda xəstənin qanı, qusuntusu, bədən mayesi ilə bulaşmışdı. Bədən mayesi isə əsas yoluxma mənbələrindən biridir.

Karantin

Səbrlə aparılan detektiv işi öz faydasını verməyə başladı. Xəstələrin və onlarla təmasda olanların karantin altına alınması, əhalinin məlumatlandırılması və steril şprislərdən istifadə öz adını Yambuku yaxınlığından axan Ebola çayından götürmüş virusun səbəb olduğu, 300-dən çox adamın ölümünə səbəb olan birinci epidemiyanı dayandırmağa imkan verdi.

Analizlər göstərdi ki, alimlər tibb elminə məlum olmayan yeni virusla qarşı-qarşıyadır.

Bir neçə il sonra Piter Piot Zairə başqa virusla, HİV-lə mübarizə üçün qayıtmışdı. O, sübut edə bildi ki, əvvəlcə homoseksualların yoluxduğu virus hetereseksual təmaslarda da keçə bilər.

BMT-nin HİV-ə qarşı mübarizə proqramının keçmiş direktoru olan Piot bu barədə  öz avtobioqrafiyasında ətraflı bəhs edib.

Bu ilin fevralında Piot 65 yaşında yenidən Yambukuya gedib. Orada o, 1976-cı ildə missionerlərin xəstəxanasında tibb qardaşı işləyən və Ebola virusuna yoluxan Sukato Mandzomba ilə görüşüb.

“Sukato nəinki Yambukuda qalıb yaşamaqda davam edir, üstəlik indi yerli xəstəxananın laboratoriyasına başçılıq edir və öz vəzifəsinin

öhdəsindən çox yaxşı gəlir” – deyə Piot fəxrlə bildirir.

loading...
274 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com