İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Ebolaya yoluxmamaq üçün nə etməli? |


Son dəqiqə

SOSİAL > Ebolaya yoluxmamaq üçün nə etməli?

Ebolaya yoluxmamaq üçün nə etməli?
Tarix : 14 Avqust 2014 0:27

Afrikada 1000-dən artıq insanı qıran ölümcül virus Türkiyəyə də yetişdi

Səhiyyə Nazirliyi: “Heç bir ölkə, o cümlədən Azərbaycan Ebola virusuna yoluxmadan sığortalanmayıb”.

Qərbi Afrikada ölümcül virus olan Ebolanın qurbanlarının sayı 1013-ə çatıb. Ümümdünya Səhiyyyə Təşkilatının (ÜST) məlumatına görə, bu virusa yoluxanların sayı 1848-ə çatıb. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi Ebola virusu ilə mübarizə məqsədilə yaxın bir ay ərzində 50 səhiyyə eksperti göndərəcəyini açıqlayıb.

Bugun.az Ekspress qəzetinə istinadən xəbər verir ki, ebola ölümcül virusdur. Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. İshal, qanaxma, səpmə və yüksək hərarətlə müşahidə olunur. Xəstəlik yoluxucu olduğu üçün zamanında qarşısı alınmasa, sürətlə yayılır. Ebola ilk dəfə 1946-cı ildə Afrikada Ebola çayının yaxınlığındakı kəndlərin birində yayıldığı üçün elə xəstəliyə də bu adı veriblər. Xəstəlik bu günə qədər iki dəfə ciddi epedemiya halını alıb.

Mütəxəssislərin fikrincə, xəstəlik heyvanlardan yoluxsa da, insandan-insana da tez bir zamanda ötürülür. Əsasən şimpanze, qorilla, meyvə yarasası, kirpi, meşə antilopu kimi heyvanlar xəstəliyin yayıcılarıdır. Xəstəlikdən çox az adam sağala bilir.

İstanbuldakı Atatürk Hava Limanında turistlərdən birində da Ebola virusu aşkar edilib. Türkiyənin “Hürriyyət” qəzetinin məlumatına görə, xəstə Nigeriya vətəndaşı olub. Xəbərə görə, hava yolu ilə Nigeriyadan Türkiyəyə gələn bütün sərnişinlər tibb müəssisələrinə çatdırılıblar.

Bu virusun Azərbaycanda təhlükəsi gözlənilirmi? Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov APA-ya deyib ki, heç bir ölkə, o cümlədən Azərbaycan Ebola virusuna yoluxmadan sığortalanmayıb. Onun sözlərinə görə, hələlik Ümumdünya Səhiyyə Təşkilatı sərhədləri bağlamayıb, bu barədə qərar yoxdur: “Hər halda Azərbaycan bütün hazırlıq işlərini görüb. Bununla bağlı şübhəli hal olarsa, müvafiq tədbirlər görüləcək”.

Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri, tibb elmləri namizədi Rita İsmayılovanın isə “Trend”ə dediyinə görə, Ebola virusuna yoluxması halı Azərbaycan üçün aktual və təhlükə yaradan məsələ deyil. İsmayılova bildirib ki, bu xəstəliyin Azərbaycan üçün təhlükəli olmamasının əsas səbəbi həmin xəstəliyin daşıyıcısının və xəstəliyin yayılması üçün lazım olan mühitin ölkədə olmamasıdır: “Ebola virusunun yayılmasında iqlim də rol oynayır. Bu virus bizim ölkəmizə xas deyil. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi əsasında hər bir şey tənzimlənir. Əgər yoluxma olarsa, ÜST-nin tövsiyələri əsasında bütün tədbirlər yerinə yetiriləcək”.

Onun dediyinə görə, virusun yayılmasında iqlim də rol oynadığından Ebola virusuna yoluxma əsasən Afrika ölkələrində qeydə alınır. Digər ölkələrə isə bu yalnız “gətirilmə” yolu ilə gəlir, yəni kim isə orda xəstələnib hansısa ölkəyə gedir. Amma Ebola virusuna yoluxanlar tez öldüyündən həmin şəxslər də getdikləri ölkədə kimi isə yoluxdura bilmirlər və belə bir hal hələ qeydə alınmayıb.

R.İsmayolova bildirib ki, Ebola virusuna yoluxanlar arasında ölüm faizi çox yüksəkdir. İnsanlar bu virusa yoluxduqları qısa müddət ərzində dünyalarını dəyişirlər. Bu xəstəliyin bir insandan digərinə keçməməsi üçün fərdi gigiyenik mühafizə qaydalarına əməl olunmalıdır.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, bu, elə bir virusdur ki, yoluxanların cəmi 10 faizi həyatda qala bilir. Bunun üçün isə güclü immun sistemə malik olmaq lazımdır. “Bildiyiniz kimi, xəstəlik Afrikada meydana gəlib yayılıb. Xəstəliyin insanlar üçün xüsusi bir peyvəndi yoxdur. Yəni bulaşdınsa, ölümdür. Əsasən xəstəliyin 5 müxtəlif tipi var. Amma hamısı ölümlə nəticələnir”.

Ebola virusunun müalicəsi hələ tibb aləminə məlum olmadığı üçün yayılma səbəbləri və prosesi də bəlli deyil. Ancaq Amerika alimlərinin son məlumatlarına görə, yoluxmuş insanla və ya yoluxmuş insanın yanında olan hər hansı bir əşyalarla təmas, dəfn zamanı cənazə ilə təmas və sağalan kişi xəstələrin sperması ilə yoluxmaq mümkündür. Xəstəlik sağaldıqdan sonra 7 həftə orqanizmdə qalır.

M.Abbasova bildirir ki, xəstəlik hələ Azərbayacana gəlib çıxmasa da, xaricdən gələn yaxınlarla təmas zamanı ehtiyatlı olmaq lazımdır. “Dediyim kimi, Ebola çox az halda sağalır. Buna görə də 90 faiz ölümlə qarşılaşmamaq üçün xaricdən gələn yaxınlarınızla ehtiyatlı davranın. Xəstəlik əsasən sağlamlıq mərkəzlərində, xəstəxanalrda, klinikalarda daha çox yayıla bilər. Bu zaman işçi personalı və xəstələrin yaxın qohumları daha diqqətli olmalıdırlar. Xəstələr üzərində istifadə edilən tibbi alətlər ancaq bir xəstəyə aid olmalı, şübhəli xəstə üzərində istifadə edilən alətlər digər xəstələr üçün istifadə edilməməlidir”.

Müsahibimiz bildirir ki, xəstəlik əsasən baş ağrısı ilə başlayır. Daha sonra hərarət, əzələ və oynaq ağrıları, halsızlıq, ishal, qusma, mədə ağrısı, iştahsızlıq, qaşınma, gözlərdə qızarma, hıçqırıq, öskürək, boğaz ağrısı, sinə ağrısı, nəfəs alma zamanı çətinlik, udqunma problemi, vücud daxili və xarici qanaxmalar müşahidə edilir. Laboratoriya şəraitində analizlər zamanı ağ qan hüceyrələrinin azalması, trombositlərin artması və qaraciyər enzimlərinin yüksəlməsi müşahidə edlir. Xəstəliyin son dönəmində böyrək və qaraciyər çatışmazlığı görülür.

Abbasova qeyd edir ki, Ebola virusu ilə yoluxmadan 2-21 gün sonra simptomlar müşahidə edilməyə başlayır (əsasən 8-10 gün). Həmsöhbətimizə görə, xəstəliyin əsasən yoluxma forması bilinmədiyi üçün bu xəstəlikdən qorunma haqqında da əsas prinsiplər yoxdur. Amma bu xəstəliyə yoluxmamaq üçün digər xəstəliklərdə olduğu kimi əllərin mütəmadi sabunla yuyulması, sabun yoxdursa, yuduqdan sonra spirtlə silinməsi, xəstəliyi dəridən uzaqlaşdırmış olar. “Xəstə ilə ünsiyyətdə olan həkimlər əllərini əlcəkdə ikən bir dəfə sabunla yumalı, spirtlə təmizləməli, əlcəyi çıxardıqdan sonra əlləri yenidən sabunla yuyub spirtləməlidi”.

Xəstəlikdən qorunmaq üçün ölü heyvanlara əl vurmayın, yerli bazarlarda satılan mənşəyi bilinməyən ət məhsulları almayın. Xəstəliyindən şübhə etdiyiniz şəxsləri tez bir zamanda həkimə aparın. Əgər xaricdən səyahətdən gəlmisinizsə, sizinlə bir yerdə olan yaxınlarınızda hərarət, titrəmə, baş ağrısı, bulantı, qusma və ya dəridə səpmələr varsa, heç bir yerə getmədən həkimə müraciət edin. Səyahətdən 21 gün müddətində sağlamlığınıza diqqət edin və sizdə belə hallar müşahidə edildiyi halda həkimə gedin.

M.Abbasovanın sözlərinə görə, bu gün ölkədə Ebola virusu olmasa da, xəstəliyin yayılması an məsələsidir. Çünki vətəndaşlarımız yetərli qədər xarici ölkələrə gedib gəlirlər. “Sərhədlərdə səhiyyə nəzarətinin nə dərəcə güclü olduğu məlum deyil. Digər tərəfdən, xəstəlik özünü 21 gün içində büruzə verir. Yəni Ebolanı asanlıqla ölkəyə gətirmək mümkündürr. Qidalarla yoluxmaya gəlincə, hamı çalışmalıdır ki, aldığı ətlərin mənşəyini bilsin”.

loading...
249 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Prezident İlham Əliyev Yunanıstan prezidentini təbrik edib
Türklərə növbəti qadağa - Video
Fransada Azərbaycan bayramı keçirildi - Foto
Suriya danışıqları başladı - Cenevrədə
Rusiya Ermənistanın boynundakı ilgəyi sıxır – Türk ekspert
Ölməklə yaşamağın fərqi qalmayıb - Kənan Hacı
Putin: “Fransa seçkilərinə qarışmayacağıq”
Biz Azərbaycanı sevirik - Foto
London merindən Trampa sərt cavab
Le Pen Rusiya ilə münasibətlərindən danışdı
Hüsnü Mübarək azadlığa buraxıldı
Almanlar
Berti Foqts Bakıya gəldi
Amerikalı gəlin Qusarda öz toyunda belə oynadı - Video
Suriya ordusu 450 terrorçunu zərərsizləşdirdi
Zakir Həsənov ön xətdə yoxlama aparir - Foto
Avropa da faşizmə boyun əydi
Fransa XİN: Dağlıq Qarabağda status-kvo istəmirik
ABŞ yeni viza şərtlərini açıqladı
24 Mart - Günün qoroskopu
Medvedyev Putini satdı: Xəstə deyildim
Taliban bu bölgəni işğal etdi
Rusiya
İrəvanda növbəti aksiya: “Sadəcə, biabırçılıqdır” - Foto
4 nəfər 260 manata görə həbsə getdi
Türkiyə NATO üzvüdür, lakin qorxmuruq – Putinin köməkçisi
Kəndimizin son günü (35-ci yazı)
London terrorunu törədənin kimliyi bilindi - Təcili
Rusiyadan hakerlərlə bağlı təklif
Ərdoğan yolun sonuna gəldi - Pentaqon
Avropa ölkəsində növbəti terror cəhdi
Türk dünyası musiqiçilərindən möhtəşəm Novruz klipi... - Video
Almaniyadan etiraf: Türkiyə AB-yə üzv olan deyil
Poroşenko da rus deputatın qətl işinə qoşuldu
Zakir Həsənov ön xətdə getdi - Foto
Rusiyadan qaçan deputat Kiyevdə qətlə yetirildi – Son dəqiqə
ABŞ Konqresində tədbir:
Sabah qar yağacaq

Sabah qar yağacaq

23 Mart 13:50

Makkeyn: “Çin buna görə cavab verəcək”
BMT-də Beynəlxalq Novruz günü - Foto
Rəsmi Bakıdan London teraktına münasibət
Dünyanı yönəldən Masonlar: Rokfeller və... – Video
23 Mart - Günün qoroskopu
London terroruna Türkiyədən açıqlama gəldi...
ABŞ ən müasir silahının sınağını yayımladı - Video
Kvasnevski: “Avropada savaş gedir”
Türkiyə: “Norveç FETÖ-ya dəstək verdi”
Rusiya Ukraynaya pul köçürmələrini dayandırdı
Avropa müsəlmanlara 1000 avro təklif edir
Hamı kosmosa çıxarkən, bunlar qızlarımın... - Ərdoğan
İşğalçı ölkədən şok: Zenit-raket qurğusu ələ keçirildi - Video
Ukrayna təsdiqlədi: Rusiyaya “Avroviziya” zərbəsi
Mundiala namizəd 8 sürpriz komanda: Azərbaycan...
Çavuşoğlu:
Azərbaycanlı alim:
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
Jirinovskidən təklif:
Dəhşətli istilər gəlir - Xəbərdarlıq
Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar
Tramp NATO-nun Brüssel sammitində iştirak edəcək
Ankaranın Krımla bağlı mövqeyi dəyişəcək - İddia
Nasist Almaniyanın dəhşətli UNO təcrübəsi – Video
22 Mart - Günün qoroskopu
III Şeyxülislama məxsus 250 illik Quran tapıldı - Foto
Səfirdən xalq artistinə hədiyyə - Foto
Koreya lideri 14 saat dindirildi
Alman diplomata Türkiyədən sərt xəbərdarlıq
Kəndimizin son günü (34-cü yazı)
17 yaşlı azərbaycanlı İsveçdə hər kəsi ağlatdı - video
Azərbaycanla oyun bizim üçün... – Tomas Müller
Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi
“Azərbaycanda Yeni il” Polşa mətbuatında - Məqalə
Hüsnü Mübarək nəhayət azadlığa buraxıldı
Gürcüstan prezidenti və baş naziri Marneulidə - Foto
Oranı tərk etməliydik - Tramp
Jurnalist mətbuat konfransında yatdı – Video
Gül və Davudoğlu Yıldırımı saymadı - İmtina
Şok: Yanukoviçin Qırğızıstan üzərindən daha bir oyunu - Foto
ABŞ prezidenti qızına vəzifə verir
Ruslar Krım və Türkiyəyə üstünlük verdi
Sovet avtomobillərini heç belə görmədiniz – Foto
Əsəddən çağırış: Dəstəyinizdən imtina edin
“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir”
Türkiyədə əməliyyat: 999 həbs
Xəbərdarlıq: Havalar kəskin soyuyur
21 Mart - Günün qoroskopu
Kəndimizin son günü (33-cü yazı)
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Xodorkovskidən Trampa:
“O səs Türkiyə”nin qalibi haqda şok iddia - Video
Bu, xüsusi əməliyyat idi - Poroşenko
Zakir Həsənov “Açıq qapı” günündə - Foto
Referendumdan sonra ilk addım... - Kılıçdaroğlu
Azərbaycanda alternativ enerji isehsalı artdı
Kremldən kürd muxtariyyəti açıqlaması: Mümkün deyil
Peyvənd artıq iynəsiz və ağrısız olacaq
Novruz  bayramı Bakı İstintaq Təcridxanasında da qeyd edildi.
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com