İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Elə bildim ki, insan dərisi soyuram” – Ovçu Məmməd |


Son dəqiqə

SOSİAL > “Elə bildim ki, insan dərisi soyuram” – Ovçu Məmməd

“Elə bildim ki, insan dərisi soyuram” – Ovçu Məmməd
Tarix : 20 Avqust 2014 22:36

Ovçuluq onların ata-baba peşəsidir. Atasından qalan qoşalülə qırx ildir ki, ovçu Məmmədin yol yoldaşıdır. İlk atəşi boşa çıxsa da, Məmməd kişi özünü uğursuz ovçu saymır. Zaqatala-Balakən meşələrində ovlamadığı heyvan, vurmadığı quş qalmayıb… 

 

“Atam dedi ki, kefini pozma” Məmməd kişi deyir ki, uşaqlıq illəri dağlarda, meşələrdə keçib. İlk dəfə əlinə silah alanda 13 yaşı olub. Atası ilə birlikdə Balakən dağlarında dolaşanda qarşıdakı təpədə bir ceyran görüblər. Xeyli israr edəndən sonra atası ona atəş açmağa icazə verib: “Silahı əlimə götürəndə çox həyəcanlandım. Atam mənə ürək-dirək verdi, dedi ki, qorxma, tətiyi çək. Dəqiq nişan ala bilmədiyim üçün ceyran bir göz qırpımında yoxa çıxdı. Atam əlini çiynimə qoyub dedi ki, kefini pozma, sən yaxşı ovçu olacaqsan. Sonra bildim ki, vaxtilə atamın da ilk atəşi boşa çıxıbmış. Amma rəhmətlik bizim mahalda ən mahir ovçu sayılırdı…”.

Ovçuların “qızıl qanunu”

Ovçu Məmmədin sözlərinə görə, Zaqatala-Balakən meşələri qoruq ərazisi elan olunduğu üçün onlar qanunları pozmaq məcburiyyətində qalıblar: “Əslində, yaşayış massivindən 6-7 kilometr kənarda qoruq yaradıla bilər. Burada isə dörd bir yanımız qoruq sayılır. Gözümü açandan görmüşəm ki, ata-babalarımız bu dağlarda heyvan ovlayıb, quş vurublar. Əgər bizə kəndimizin yaxınlığındakı dağlarda ov etməyə icazə versələr, qanunları pozmarıq. Ovçuluq bizim dədə-baba peşəmizdir. Kəndliyə dağa çıxmağı, meşəyə girməyi qadağan etmək doğru deyil. Düzdür, qanunsuz ov etdiyimiz üçün heç kim bizi asıb-kəsmir. Meşə gözətçiləri ilə qarşılaşanda çox vaxt özlərini görməməzliyə vururlar. Elə biz də çalışırıq ki, onların gözünə görünməyək…”.

Həmsöhbətimiz ovçuluğu çətin və məsuliyyətli peşə kimi xarakterizə edir. Deyir ki, kiçik bir ehtiyatsızlıq ovçunun həyatına son qoya bilər: “Ovçu atəş açmazdan əvvəl yuz olçüb , bir biçməlidir. Dəqiq olmayan atəş ovçunu çətin vəziyyətdə qoya bilər. Şikarın əldən çıxması ovda iştirak edən hamı üçün pis başlanğıcdır. Qaydaya görə, vurulmuş ov prosesdə iştirak edən ovçuların arasında bərabər bölünür. Bu isə o deməkdir ki, bir ovçunun naşılığı digər ovçuların evə əliboş dönməsilə nəticələnə bilər. Adətən, biz ova üç nəfər gedirik. Çox vaxt atəşi mən açıram. Amma əldə etdiyimiz qənimət üç nəfərin arasında ata malı kimi bölünür. Bu, ovçuların qızıl qanunudur”.

Ayıya atəş açdığı üçün peşiman olub

Ovçu Məmməd yanında silah gəzdirdiyi qırx il ərzində cəmi bir dəfə ayı vurub. O vaxtdan otuz ilə yaxın zaman keçsə də, Məmməd kişi bir daha ayıya güllə atmayıb: “İnsanlar elə bilirlər ki, yer üzündə ən qorxunc heyvan ayıdır. Amma belə deyil. Əgər toxunmasan, ayı insana heç bir zərər yetirməz. Bizim dağlarda ayı çoxdur. Ova gedəndə tez-tez ayı ilə qarşılaşıram. Hər dəfə ayı görəndə yolumu dəyişirəm. İl quraqlıq keçəndə ayılar dağlardan kəndlərə yaxın əraziyə enirlər. Ceyran, cüyür, keçi tapmayanda ayı qoz, fındıq, şabalıd, zoğal, göbələklə qidalanır. Meşədə ayının arı pətəyini dağıdıb, bal yediyini öz gözlərimlə görmüşəm. Amma heç vaxt ona atəş açmamışam. Bunun da səbəbi var. 1984-cü ildə Zaqatalanın Qəbizdərə kəndinin üst tərəfindəki meşədə bir ayı ilə qarşılaşdım. Ard-arda açdığım iki atəşlə onu yerə sərdim. Sonra sürüyə-sürüyə bir talaya gətirib, dərisini soymağa başladım. Birdən-birə məni vahimə basdı. Elə bildim ki, ölmüş bir ayının deyil, canlı insanın dərisini soyuram. Ayı ilə insanın fizioloji quruluşunda qəribə oxşarlıq var. Ayı pəncələri üstə duranda, elə bilirsən ki, qarşında canlı-cüssəli bir insan dayanıb. Etiraf edim ki, həmin gün bərk qorxdum. Bu hadisədən sonra özümə söz verdim ki, bir daha ayıya güllə atmayacağam”.

Yanında balası olan heyvana atəş açmır

Müsahibimiz son vaxtlar meşələrdə vəhşi heyvanların azaldığını deyir. Bunun səbəbini isə hərbi və mülkü vertolyotların tez-tez havaya qalxması ilə izah edir: “Bu il hava quraqlıq keçdiyi üçün meşələrdə tez-tez yanğın olur. Yanğını söndürmək üçün adətən havaya vertolyotlar qalxır. O cümlədən, sərhədlərimizə nəzarət edən hərbi vertolyotları da tez-tez havada görmək mümkündür. Bu isə vəhşi heyvanların, xüsusilə də ceyranın, cüyürün, maralın, dağ keçisinin, təkənin hürkməsinə səbəb olur. Biz ovçuların əsas şikarı sayılan bu heyvanlar vertolyot səsindən hürküb, Dağıstan və Gürcüstan ərazisinə keçirlər. Buna görə də ovçuların işi çətin olur. Düzdür, mən heç vaxt evə əliboş qayıtmıram, amma, bir heyvan vurmaq üçün bəzən iki-üç gün meşədə gecələməli oluram. Ovlamaq üçün ən çətin heyvan təkə sayılır. Çünki bu heyvan, adətən, sıldırım qayalarda dolaşır. Ona yaxın düşmək ovçudan xüsusi çeviklik tələb edir. Təkə cəld heyvan olduğu üçün bir göz qırpımında yoxa çıxa bilir. Bəzən də elə olur ki, vurduğumuz heyvan yüksək yerdə olduğu üçün ətini götürə bilmirik, ya da qayadan aşağı yuvarlandığından istifadə üçün yararsız olur. Buna baxmayaraq, ildə ən azı 2 dəfə təkə vura bilirəm. Çox dadlı olduğu üçün mən də, uşaqlar da təkənin ətini xoşlayırıq. Amma ova gedəndə qarşıma konkret məqsəd qoymuram ki, mütləq təkə vurmalıyam. Qabağıma nə çıxsa, bəxtimi sınayıram. Amma heç vaxt yanında balası olan heyvana atəş açmıram. Hər heyvanın öz ovlanmaq dövrü var. Avqust ayında adətən, maral vururam, sentyabr ayında isə təkənin dövrü başlayır. Ümumiyyətələ, bizim dağlarda ayı, canavar, qaban, maral, təkə, porsuq, ceyran, cüyür, dovşan çox olur. Tez-tez qaban da vururam. Amma biz avarlar qaban əti yemirik. Buna görə də vurduğum qabanın ətini Zaqatala və Balakən şəhərlərində fəaliyyət göstərən restoranlara satıram. Restoranlar qaban ətinin bir kiloqramını ovçulardan 5-6 manata alırlar. Sonunucu dəfə vurduğum qabanın 110 kq əti vardı. Qaban özü murdar heyvan olsa da, qazancı boldur”.

“Biz ov əti ilə böyümüşük”

Məmməd kişi təsərrüfatla məşğul olsa da, ovçuluğu özünün əsas peşəsi sayır. Deyir ki, evindəki soyuducudan heç vaxt ov əti əksik olmur: “Ovçuluq qədim insanın əsas məşğuliyyəti olub. Allah-Təala bütün canlıları insanın rifahı üçün yaradıb. Rəhmətlik atam bizi ov əti ilə saxlayıb. Mənim uşaqlarım da təkə, ceyran, maral, dağ keçisi, dovşan əti yeyə-yeyə böyüyüblər. Hər heyvanın öz dadı var. Ceyran ətindən əsasən xəngəl, qutab, kotlet hazırlanır. Dağ keçisinin yaxşı kababı olur. Maral ətindən həm kabab, həm də buğlama bişiririk. Bizim meşələrdə quş azdır. Buna görə də ancaq qaratoyuq vururuq. Qaratoyuq ətini isə tavada qızardırıq. Dovşan isə ancaq kababa yarayır. Arada porsuq da vururam. Amma biz porsuq əti yemirik. Deyirlər ki, porsuq ətinin müalicəvi əhəmiyyəti var. Sifariş verən olanda vurub pulla satıram. Axı ovçuya patron, digər zəruri ləvazimatlar da lazım olur. Bunları isə pulla alırıq. Buna görə də təkcə qarnımızı deyil, həm də cibimizi düşünməliyik”.

“Ehtiyatlı igidin anası ağlamaz”

Ovçu Məmməd 40 ildən artıq dağlarda dolaşsa, da heç vaxt təhlükə ilə üzləşməyib. Bunun səbəbini son dərəcə ayıq-sayıq adam olması ilə izah edir: “Mən heç vaxt ehtiyatı əldən vermirəm. Gecə meşədə qalanda növbə ilə keşik çəkirik. Vura biləcəyimə dəqiq əmin olmasam, heç vaxt tətiyi çəkmirəm. Şamil adlı bir dostumuz var. Ötən il meşədə yaralı bir ayı ilə qarşılaşmışdı. Ayı onu bir zərbə ilə vurub qayadan aşağı salmışdı. Biz onu tapanda bütün sümükləri qırılmışdı. Yazıq altı ay xəstəxanada yatdı. Bəxti onda gətirmişdi ki, ayı ilə qayalıq ərazidə qarşılaşmışdı. Əgər talada üz-üzə gəlsəydilər, ayı Şamili çoxdan o biri dünyaya göndərmişdi. Biz sonra bildik ki, Şamili vurub qayadan aşağı salan ayı qabanla döyüşdə yaralanıb. Ovçu bilməlidir ki, meşədə hər an yaralı ayı ilə qarşılaşa bilər. Hər halda mən heç bir ovçuya bu taleyi arzulamıram…”

Seymur Verdizadə 

Qafqazinfo

loading...
185 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

O qadını kim sevər? – Flora Kərimova
25 Fevral - Günün qoroskopu
Demokratlar Trampı bu yolla vəzifədən atmaq istəyir - Plan
Lukaşenko ilə Putin barışır
Çavuşoğlu:
Ermənistan “müharibə olacaq” fikri ilə fəallaşıb - Polkovnik
XİN:
Türkiyə Əl Babla bağlı bəyanat verdi
Prezident İlham Əliyevdən qərar: Qəbul imtahanları pulsuz olacaq
Prezident İlham Əliyev Küveytə iki təbrik məktubu göndərdi
Prezident İlham Əliyev sərəncam imzaladı
Türklər və yunanlar yenidən üz-üzə
Birinci vitse-prezident təşəkkür etdi - Mətn
Milli Məclis Xocalı ilə bağlı qərar qəbul etdi
AMEA-dan Milli Qəhrəmanlarla bağlı təşəbbüs
Hadisə yerindən qaçan sürücü həbs edilib
SHXÇDX-də Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Fransada Azərbaycana qarşı təxribat iflasa uğradı - BƏYANAT
Gəncədə törədilmiş qətlin üstü
Dolların məzənnəsi ABŞ hakimiyyətini qarışdırdı
Fəttah Heydərov Xocalı abidəsini ziyarət etdi - Foto
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Bosniya dövlət başçısı Bakıya gəlir
Prezident İlham Əliyev Cibutin Respublikasının XİN rəhbərini qəbul edib
Türkiyədən NATO-ya: Egeydən çıxın
Xocalı dəhşətləri Vaşinqtonda göstərildi
Məxfi plan: Moskva Krımı işğal etmək istəməyib
Kəndimizin son günü (27-ci yazı)
Sumqayıt Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - Foto
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü anıldı - Foto
Mərkəzi Elmi Kitabxanaya fevral ayı ərzində daxil olan sənədlərin təqdimatı keçirildi - Foto
Almanlar tərəfindən törədilən hadisə ilə
Aurelia Qriqoriuya orden verildi - Foto
Prezident İlham Əliyev 13 fərman, 2 sərəncam imzaladı
Azərbaycan Avropanın təhlükəsizliyi üçün... - Polşa
Bu gün İrəvanın suverenliyinə son qoyuldu
Putin: Donanma Suriyada vəzifəsini yerinə yetirdi
Budapeşt olimpiadadan imtina etdi
Zakir Həsənov yeni təlim mərkəzinin açılışında – Foto
Ramil Usubov generala vəzifə verdi
Azərbaycan Türkiyə ilə memorandum imzalayacaq
Rusiyanın bu oyunu bizə qarşı çevrilib - Litva
Bu ölkədə Xocalıya hüquqi qiymət verilməsi tələb edildi
Bu, İranla qarşıdurmaya gətirib çıxaracaq – ABŞ
Türkiyədə ilk Xarı bülbül abidəsi açıldı – Foto
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirini qəbul edib
Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradıldı - Siyahı
XİN Xocalı ilə bağlı bəyanat yaydı
Mikayıl Cabbarov Atatürkü ziyarət etdi - Foto
Gürcüstanın baş naziri Prezident İlham Əliyevə zəng etdi
Əhalinin gəlirləri artıb
Britaniya bu şəxslərə qarşı mübarizəyə başladı
Gərginlik artır: Meksikadan ABŞ-a sərt - Cavab
İraq ordusu Mosul Hava Limanını geri aldı
Daha bir TV bağlanacaq – MTRŞ sədrindən anons
Prezident İlham Əliyev vitse-prezident və nazirlə görüşdü
Prezident İlham Əliyev Türkiyənin Energetika və Təbii Sərvətlər naziri ilə görüşdü
Baş Prokurorluq: Avropa Parlamentinin üzvləri barəsində cinayət işi başlanıb
Dolların bahalaşması gözlənilir - FES
Azərbaycanda Danimarka şirkətlərinin sayı artırılır
Meyvə-tərəvəzin psixikaya xeyri
Rusiya nüvə raketlərini dərhal buraxa bilər - Şoyqu
Türkiyədə ikinci çevriliş cəhdi: 800 əsgər hazır vəziyyətdə...
Yeni layiһәdәn imtina edildi - VİDEO
Bu məhsulların reklamı qadağan oluna bilər
23 Fevral - Günün qoroskopu
Alimlərdən inqilabi kəşf: Qəfil ölümün qarşısı alınacaq - Video
Kürdlər PYD-yə qarşı hərəkətə keçdi
Rusiya Əsəddən hücumları dayandırmasını istədi - BMT
Sekuliç:
Şotlandiya Xocalı faciəsi ilə bağlı qətnamə qəbul etdi
İran hansı haqla oraya girib? - Türkiyədən sərt cavab
Jirinovski:
Xanım snayperlərimiz düşmənə qan ağladır - Video
Rusiyadan Lapşinlə bağlı növbəti xəbər
Türk ordusunda tarixi hicab – Qərarı
Prezident İlham Əliyev Bruney-Darüssalamın Sultanına təbrik məktubu göndərib
Prezident İlham Əliyev sərəncam imzaladı
Fələstin baş nazirinin müavini Bakıya gəlir
Ermənistan hər yerdə məğlub olur - Çavuşoğlu
Monteneqro bizə qarşı kampaniya aparır - Zaxarova
Ərəblər İrandan ayrılmaq istəyir – Xuzistan olayı
Dərbənd şəhərində Xocalı qurbanları üçün dualar oxunub
Qan verərək, Xocalı qurbanlarının xatirəsini yad edək!
Almaniya ordusu sayını artırır
Xəbərdarlıq: Havalar kəskin soyuyur
Xocalı ilə bağlı sübutlar yoxa çıxıb – Hərbi prokuror
ABŞ-dan Rusiyaya sərt Ukrayna - Vetosu
Amerikalı qubernatordan ermənilərə zərbə
Prezident İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşdü
Ramil Usubov yeni rəis təyin etdi
22 Fevral - Günün qoroskopu
Bu, Azərbaycan üçün tarixi hadisədir - Sobhani
Rusiya bu ölkəyə qadınları göndərib iğtişaş yaradacaq
Suriya ordusu Palmiranı geri qaytarır
Kəndimizin son günü (26-cı yazı)
ABŞ səfiri Xocalı abidəsini ziyarət etdi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com