İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
ETSN-in department rəhbərinin adı mənimsəmə qalmaqalında |


Son dəqiqə

banner > ETSN-in department rəhbərinin adı mənimsəmə qalmaqalında

ETSN-in department rəhbərinin adı mənimsəmə qalmaqalında
Tarix : 15 Avqust 2014 13:53

Seyidağa Mirzəyev: “Vaqif Cavadov pulun 42 faizini məndən geri almışdı

 

“Şəxsən o, məndən həmin qapılara görə 365 min manatdan çox pul almışdı”

 

(Əvvəli ötən sayımızda)

Qəzetimizin ötən sayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) departament rəhbərinin iş adamını müflis etməsi haqda yazı dərc etmişdik. Bildirmişdik ki, ayrı-ayrı podratçı şirkətlərin bir sıra dövlət orqanlarının rəsmiləri tərəfindən aldadılmaları, haqsızlığa məruz qalmaları artıq təbii hala çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Vaqif Cavadov Seyidağa Mirzəyev adlı iş adamını 365 min manat xərcə salıb. “Bak Terminal Komp LTD” tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov tərəfindən aldadıldığını, məmurun ona qarşı bir sıra hərəkətlərinin şirkət rəhbərinə baha başa gəldiyini dedi.

Dövlət sifarişli layihələrin tikintisini həyata keçirən “Bak Terminal Komp LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə qarşı tərəf arasında razılaşma olsa da, Seyidağa Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadovun tez-tez verdiyi sifarişlərdən, işi gördürüb sonra onu başqa formada həyata keçirməkdən əziyyət çəkməyə başlayıb: “Artıq mən Vaqif müəllimin sifarişlərindən əziyyət çəkirdim. Tez-tez işi gördürüb, sonra qərarı dəyişirdi. Onun bizə ayırdığı vəsaitlə iş uyğun gəlmirdi. Bütün bunlara rəğmən şirkətimizin adını qorumaq naminə işləri dekabr ayında yekunlaşdırmaq qərarına gəldik. Havalar soyuduğundan açılış olmadı. Amma həmin ərəfədə mənə bildirdi ki, obyektə ayrılan vəsaitdən 200 min əlavə pul qalıb və həmin vəsaitə 6 əlavə giriş qapısı tikiləcək. Təxminən oktyabr ayında mənə tarixsiz müqavilə təqdim etdi. Bir neçə rayonda – İsmayıllı, Qəbələ, Oğuz, Quba, Qusar və digər rayonda işlərə başladıq. Qubanın Xınalıq, habelə digər kənddə verilmiş layihələrə uyğun tikintini həyata keçirdik. Yəqin ki, bu rayonların kəndlərindən məlumatınız var. Kifayət qədər uzaq yerlərdir. Metal konstruksiyaları quraşdırdıq. Müqaviləyə əsasən bizdən qarant məktubu istədilər. Çünki pul onlara lazım idi. Pulu Maliyyə Nazirliyindən götürməli idilər”.

Giriş qapıların quraşdırıldığını deyən “Bak Terminal Komp LTD” tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev onların hamısının kərpic divarlarının hörüldüyünü, suvağının vurulduğunu dilə gətirdi: “Noyabr-dekabr aylarında, rütubətli mövsümlə əlaqədar bir sıra işləri Yeni il bayramından sonraya – 2011-ci ilin əvvəllərində görməyi razılaşdırdıq. İşlərin əksəriyyəti – demək olar 90 faizi görülmüşdü. O, hansı ki, pulları götürmək istəyirdi, biz əsas gördüyümüz işlərlə bağlı “Forma-2″lər tətbiq etdik. Kiçik qüsurlarımız qaldı. O, dekabrın sonunda 201 min manat pulu Maliyyə Nazirliyindən aldı. Danşıqlarımıza əsasən mart ayından yenidən işləri görməyə başladıq. Nazir Hüseynqulu Bağırov həmin ərəfədə Qəbələdə tikilmiş obyektə baxış keçirdi. Özü də həmin obyektin yerini bizə dəfələrlə dəyişdirtdirmişdilər. Hörmətli nazirlərdən biri oradan keçəndə giriş qapısını görmüş və əsəbləşmişdi. O, giriş qapısının sökülməsini tapşırtdırdı”.

Bununla bağlı söz-söhbət baş verdiyindən “Bak Terminal Komp LTD” tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyevi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çağırırlar: “Məni Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çağırıb soruşdular ki, bu niyə belə olub? Cavab verdim ki, mən layihəyə uyğun işləmişəm. Hələ layihədən də iki metr əlavə tikmişəm. Nazir orda mənə dedi ki, siz hamınız oğrusunuz. Bu sözlər mənə çox ağır gəldi. Cavab vermək istəyəndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov məni astadan təpiklədi ki, ehtiyac yoxdur. Amma buna baxmayaraq nazirə dedim ki, sizin iradlarınız mənə aid deyil. İttihamlarınızı qəbul eləmirəm. Öz işimi layiqincə görmüşəm. Oğru sözünüz mənə yapışmaz”.

Nazir bundan sonra tikililərin hamısının sökülməsini və yenidən bərpa edilməsi, geniş şəkildə növbəti giriş qapısının tikilməsi haqda göstəriş verir. “Bak Terminal Komp LTD” tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyevin sözlərinə görə, o, nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbərinin kabinetinə gəlib: “Qeyd edim ki, Vaqif Cavadov köçürdüyü pulun 42 faizini məndən geri almışdı. Şəxsən məndən həmin qapılara görə 365 min manatdan çox pul almışdı. 128 min 500 manatı dekabrda xəzinədarım aparıb ona evində vermişdi. O, mənə bir neçə villa göstərib demişdi ki, bu malikanələr filankəslərindir. Sən elə bilirsən ki, biz bu pulları özümüz yeyirik. Eyni zamanda nəzərinizə çatdırım ki, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Qusar rayonunda özü üçün  möhtəşəm villa tikdirib. Dedim ki, Vaqif müəllim, mən bir şeyi başa düşmürəm – 365 min manat pulu siz geri almısınız. Siz təmiz olursunuz, biz “oğru”?”

“Bak Terminal Komp LTD” tikinti şirkətinin rəhbəri Seyidağa Mirzəyev vurğuladı ki, Quba-Qusar zonasının Rəzə ilə Xınalıq kəndlərində işi davam etdiriblər: “Orada işləyirdik. Giriş qapıları da qurulmuşdu. Yalnız divarların suvağı qalmışdı. Ekologiya və təbii sərvətlər naziri obyektə gəldi. Yerli camaat ona şikayət etdi ki, biz ot gətiririk. Amma bura darısqaldır deyə maşın keçmir. Nazir orda göstəriş Verdi ki, bunlar sökülərək genişləndirilsin. Və hərəsinin yanında bir əlavə otaq tikilsin. Belə olduqda Vaqif Cavadova dedim ki, Vaqif müəllim, sizin verdiyiniz vəsait buna çatmır. Cavab verdi ki, köməkləşib bir yerdə tikərik. Beləcə razılaşdıq”.

Bundan sonra şirkət rəhbərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərindən biri razı salmağa çalışır: “Bizi nazirlikdə ağsaqqal yoldaşlardan biri qəbul etdi. Dedi ki, bilirəm, ziyandasan. Yeni obyekt olacaq, verərik sənə, ziyanlarını bağlayasan. Vaqif Cavadov isə özü dedi ki, beş milyon manatlıq obyekt var. Zoopark tikiləcək. Nazirlə danışmışam, xərclərindən narahat olma”.

2012-ci ilin aprel-mart aylarında baş tutmuş bu danışıqlardan sonra əlavə tikinti üçün yeni metal konstruksiyalar alınır: “Proyekt tamam başqa idi. Amma onların hamısını sökdük. Artıq işi yekunlaşdırırdıq. İşçilərimiz dam örtüyünü vururdular. Hansı ki, 60 kvdartamterlik yerə 218 kvadratlıq material sərf olunmalı idi. Obyektin həcmi bu qədər böyük idi. Elə bu vaxt mənə – 2012-ci ilin may ayında xəbər gəldi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbəri Vaqif Cavadov bizi məhkəməyə verib. O, pulu geri istəyir. Təbii ki, Vaqif Cavadov belə şeylərə hərisdir. Nazirliyin bəzi rəsmiləri istədikləri podratçı şirkətləri işlədirlər, əllərində nələri var,  alırlar, obyektləri istədikləri formada dəfələrlə sökdürür, düzəltdirirlər. Ən sonda isə isə məhkəməyə verirlər. Bu, onların vərdiş halıdır. Belə olduqda mən Vaqif Cavadova zəng etdim. Soruşdum ki, Vaqif müəllim, bu nə hərəkətdir? Cavab verdi ki, bilirsən, nazir məni buna məcbur etdi”.

(Ardı var)

 

Məzahir Əfəndiyev

Gundelik-Baku.com

loading...
1.498 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

28 Fevral - Günün qoroskopu
Səudiyyə İraqdan sonra İranla da barışır?
Bahar Muradova cəbhə bölgəsində - Fotolar
Kəndimizin son günü (28-ci yazı)
NATO-dan Qarabağla bağlı - Çağırış
İraq ordusu strateji əhəmiyyətli körpünü azad etdi
Medvedyev: “Rusiyada böhran bitib”
Millət vəkilinin “Vətən qoxusu” Türkiyədə
Əsas məqsəd məhsullarımızın ixracıdır - Prezident
Səddam Hüseyn Trampdan kömək istədi
Yaxın Şərqin diplomatları Bakıya toplanır
Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi haqqında seminar keçirilib
Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik etdi
AB Gürcüstan üçün vizanı ləğv etdi – Son qərar
Prezident İlham Əliyevin Qətər səfəri başa çatdı - Foto
Azərin ermənipərəst türk müğənnini yerində oturtdu:
Baş həkim rüşvət alarkən həbs edildi
Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki... - MN
Tramp müdafiə xərclərini artırır
Yunanıstan Müdafiə naziri Hulusi Akarı ölümlə hədələdi
“Oskar”da böyük qalmaqal: Zərflər səhv düşdü
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Əmir sarayında belə qarşılandı - Foto
Nazir yeni rəis təyin etdi
Nazarbayev Nobelə namizəd oldu
“Ermənilərin Xocalı planı ələ keçmişdi, lakin...”
Ərdoğan Məsud Bərzani ilə görüşdü
Xocalı Soyqırımı Bakı İstintaq Təcridxanasında da qeyd olundu
“Yerusalem Post”: Xocalı soyqırımından 25 il sonra
ABŞ generalından etiraf: Türkiyə yardım etməsəydi...
Mars planetinin “ürəyi” və qorxunc canlılar - Video
Prezident İlham Əliyev Qətər Dövlətinə səfərə gedib - Foto
Bu gün ilin ilk Günəş tutulması oldu
Ruhani prezidentliyə namizədliyini verir
Dünya Xocalıya lazımi reaksiyanı verməyib - Raxanski
“Əsir düşərgəsi” kitabı çap olundu
Rusiyadan Xüms bəyanatı: Vəhşi olaydır
Türkiyədən əməliyyat: PKK-nın
Penitensiar xidmətdə Xocalı şəhidlərinin xatirəsi anılır
ABŞ bunu da etdi: Terrorçulara maaş verilir
Sabahın hava proqnozu açıqlandı
Səudiyyədən 14 il sonra bir ilk: İraqa səfər
Xocalı soyqırımını törədənlər cəzalarına çatacaq - Səfir
Xələf Xələfov:
Xocalıda sonuncu toy - Tarixi Foto
ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxır
Xocalı soyqırımı Nyu Yorkda anıldı - Foto
Bakıda Prezidentin iştirakı ilə
Kəndimizin son günü (27-ci yazı)
O qadını kim sevər? – Flora Kərimova
25 Fevral - Günün qoroskopu
Demokratlar Trampı bu yolla vəzifədən atmaq istəyir - Plan
Lukaşenko ilə Putin barışır
Çavuşoğlu:
Ermənistan “müharibə olacaq” fikri ilə fəallaşıb - Polkovnik
XİN:
Türkiyə Əl Babla bağlı bəyanat verdi
Prezident İlham Əliyevdən qərar: Qəbul imtahanları pulsuz olacaq
Prezident İlham Əliyev Küveytə iki təbrik məktubu göndərdi
Prezident İlham Əliyev sərəncam imzaladı
Türklər və yunanlar yenidən üz-üzə
Birinci vitse-prezident təşəkkür etdi - Mətn
Milli Məclis Xocalı ilə bağlı qərar qəbul etdi
AMEA-dan Milli Qəhrəmanlarla bağlı təşəbbüs
Hadisə yerindən qaçan sürücü həbs edilib
SHXÇDX-də Xocalı faciəsinə həsr olunmuş anım mərasimi keçirilib
Fransada Azərbaycana qarşı təxribat iflasa uğradı - BƏYANAT
Gəncədə törədilmiş qətlin üstü
Dolların məzənnəsi ABŞ hakimiyyətini qarışdırdı
Fəttah Heydərov Xocalı abidəsini ziyarət etdi - Foto
Sabah güclü külək olacaq - Xəbərdarlıq
Bosniya dövlət başçısı Bakıya gəlir
Prezident İlham Əliyev Cibutin Respublikasının XİN rəhbərini qəbul edib
Türkiyədən NATO-ya: Egeydən çıxın
Xocalı dəhşətləri Vaşinqtonda göstərildi
Məxfi plan: Moskva Krımı işğal etmək istəməyib
Sumqayıt Texnologiyalar Parkında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb - Foto
Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü anıldı - Foto
Mərkəzi Elmi Kitabxanaya fevral ayı ərzində daxil olan sənədlərin təqdimatı keçirildi - Foto
Almanlar tərəfindən törədilən hadisə ilə
Aurelia Qriqoriuya orden verildi - Foto
Prezident İlham Əliyev 13 fərman, 2 sərəncam imzaladı
Azərbaycan Avropanın təhlükəsizliyi üçün... - Polşa
Bu gün İrəvanın suverenliyinə son qoyuldu
Putin: Donanma Suriyada vəzifəsini yerinə yetirdi
Budapeşt olimpiadadan imtina etdi
Zakir Həsənov yeni təlim mərkəzinin açılışında – Foto
Ramil Usubov generala vəzifə verdi
Azərbaycan Türkiyə ilə memorandum imzalayacaq
Rusiyanın bu oyunu bizə qarşı çevrilib - Litva
Bu ölkədə Xocalıya hüquqi qiymət verilməsi tələb edildi
Bu, İranla qarşıdurmaya gətirib çıxaracaq – ABŞ
Türkiyədə ilk Xarı bülbül abidəsi açıldı – Foto
Sabah hava necə olacaq?
Prezident İlham Əliyev Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq nazirini qəbul edib
Dövlət İmtahan Mərkəzində yeni şöbələr yaradıldı - Siyahı
XİN Xocalı ilə bağlı bəyanat yaydı
Mikayıl Cabbarov Atatürkü ziyarət etdi - Foto
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com