İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Futbolda tanış olan məşhur cütlük: sevgi, suşi və balaca Məryəm |


Son dəqiqə

SOSİAL > Futbolda tanış olan məşhur cütlük: sevgi, suşi və balaca Məryəm

Futbolda tanış olan məşhur cütlük: sevgi, suşi və balaca Məryəm
Tarix : 20 Avqust 2014 22:51

“Teymur ideal ər və dostdur. Dəyərli məsləhətləri var. Onunla ilk dəfə futbol oyununda tanış olduq. Bir neçə il sonra onunla bir daha qarşılaşdıq. Və aramızda sevgi başladı. Hər şey təbii baş verdi. Teymur özü bizə gəldi, ailəmdən məni istədi. Ondan sonra hər şey adət-ənənəyə uyğun oldu. Möhtəşəm toy elədik”. Bu beynəlxalq, UNİCEF-in xoşməramlı səfiri Teymur Rəcəbovun həyat yoldaşı Elnarə Rəcəbova əriylə birgə boutique.az saytına müsahibə verərkən deyib.

 Həmin söhbəti qısa ixtisarla təqdim edirik.

 

Teymur:

 

- Bizim dostumuz çoxdur. Lakin mən tək başıma dincəlməyi sevirəm. Ciddi məşqlərdən sonra emosional və fiziki yorğunluq olur. Elnarəyə nisbətən mühafizəkaram. Təmtəraqlı şənlikləri sevmirəm. Toylar isə başqa məsələ. Burada hər kəs əlindən gələni edir. Elnarəylə mənim toyumda dostlar, yaxınlar iştirak edirdi. Buna görə də toy əyləncəli keçdi. Elnarə toyda mənə sürpriz etdi. Mərasimin ortasında qəflətən başqa geyimdə, maskada qarşıma çıxdı. Bu orijinal yenilik idi. Hər kəs bundan zövq almışdı. Məndən tez-tez soruşurlar ki, 24 yaşında evlənməyim karyerama mənfi təsir etmədimi? Gizlətmirəm, karyera mənim üçün vacibdir. Ancaq elə bir insan peyda olur ki, sənin həyatının yarısına çevrilir.  O zaman sən sonra necə olacağını, yaşını düşünmürsən. Ümumiyyətlə, mən konfliktləri sevmirəm. Anam da belədi. Amma atam çox emosional adamdır. Elnarə də uşaqlıqdan emosionaldır. Biz onunla 2004-cü ildə, futbol matçında tanış olmuşuq. Azərbaycan Uelsin komandasını qəbul edirdi. Bizi dostlarımız tanış etdi. Ondan sonra “facebook”da dostluq etməyə başladıq, sonra görüşdük. Münasibətimiz yavaş-yavaş yaranırdı. Biz çoxlu müzakirələr edirdik. İlk görüşdən biz bir-birimizlə çox yaxşı anlaşırdıq. Qısa vaxt ərzində mən anladım ki, o mənim düşündüyüm adamdır. Amma bu o demək deyil ki, biz eyni düşünürük.

 

Elnarə:

 

- Biz Teymurla yaşıdıq. Ekoloq – politoloqam. Təhsilimi xaricdə almuşam. Sonra Londonda işləməyə başladım. Bakıya qayıdandan sonra gənc analar üçün maarifləndirici proqram hazırlamağı qərar verdim. Bu proqramda qərbin baxışını bizim mühitə uyğunlaşdırmağa çalışdım.

 

 

Teymur:

 

- Elnarəni nə sevindirə bilər? Kiçik, lakin sevgiylə verilmiş hədiyyə. Elnarə gül hədiyyə edəndə, çalışıram güllər də müxtəlif olsun. Onun üçün hədiyyənin qiymətinin önəmi yoxdu. Səyahət etməyi sevirik. Səhər tezdən yuxudan durub qəfil qərar verə və dərhal yola düşə bilərik. Olub ki, biz Moskvaya baqajsız, əlimizdə sadəcə mobil telefonla getmişik. Ancaq ehtiyacımız olan şeyləri almışıq. Məsələn, soyuqdursa, papaq almışıq. Çox əyləncəli idi. Planlaşdırılmamış səyahətin ləzzəti ayrıdır.

 

 

Elnarə:

- Şahmatın sirlərini öyrənməyə çalışıram. Təbii ki ərimin köməkliyi ilə. Teymur alış-veriş etməyi sevmədiyi üçün ona hədiyyə almağı xoşlayıram. Onun nə istədiyini təxmin edərək. O, ağ-qara, ciddi geyimləri sevir. Şahmatı xatırladan ağ-qara rəng qamması mənim də xoşuma gəlir. Qardaşımla mənim aramda 14 il yaş fərqi var. Eləcə də, Teymurun qardaşı ilə aralarındakı yaş fərqi 17-dir. Etiraf edək ki, bu bənzərlik çox az təsadüf olunan haldır. 8 yaşımdan bəri ət yemirdim.  Uzun illərdən sonra Teymur mənə hamburger yedizdirərək unutduğum dadı mənə xatırlatdı. Mən təslim oldum və əks “zərbə” endirdim. İndi Teymur mənə görə çin və yapon mətbəxindən də qidalanır. Suşi yeməyi çox xoşlayıram. Teymurun ən sevimli yeməyi kartof və toyuq qızartmasıdır. Demək olar ki, hər gün bişirsən yeyər. Bizim belə anlaşa bilməyimizin tək səbəbi sevgimizdir.

 
Teymur:

 

- Ailəm özünü mənim oyunlarıma həsr edib. Məni şahmata atam gətirib. İlk məşqçim də atam olub. Birlikdə məşq etmək asan deyildi. Atam xaraktercə sərt və tələbkardır. Mən atama minnətdaram ki, mənə güzəştə getməyib. Mən ailəmə evlənmək istədiyimi deyəndə, onlar anlayışla qarşıladılar.

 

 

Elnarə:

 

- Mən valideynlərimlə dost kimiyəm. Onlar çox müdrik insanlardır. Çox istəyərəm ki, qızımız da belə olsun.

 

Teymur:

 

-  Məryəmin adını Elnarəylə birgə seçdik. Məryəm daha çox kimə bənzəyir? Mənə elə gəlir ki, xətrimizə dəyməyib, hərəmizdən bir şey götürüb. Ailə qurmaq və Məryəmin dünyaya gəlişi məni daha da məsuliyyətli etdi. Axı mən iki qızın – Məryəm və Elnarənin məsuliyyətini daşıyıram. Hələ də inana bilmirəm ki, mən atayam. Körpəmiz evimizə sonsuz xoşbəxtlik gətirdi.

Mənbə: Lent.az

loading...
486 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
İsrail liderindən azan açıqlaması: Qarşıyam
Ərdoğan Gülənə yeni ad qoydu
İlk dəfə Azərbaycan Gözəllik Kraliçası seçiləcək
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq
Ağdaş və Yevlaxda sahələrin su təchizatı yaxşılaşdırılır
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə mübahisə düşdü
Marketinq autsorsinqin üstünlükləri
Hakim oğlunu vuran avtomobildəki şahid: Zərərçəkmişə heç bir kömək etmədik
Daha bir Nardaran sakini silahı təhvil verdi
Yunanıstan SOCAR-dan yenə də xahiş etdi  29 Noyabr 2016 11:43 (UTC+04:00)
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com