İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Gədəbəydə məmur zülmü davam edir |


Son dəqiqə

SOSİAL > Gədəbəydə məmur zülmü davam edir

Gədəbəydə məmur zülmü davam edir
Tarix : 21 Avqust 2014 16:16

İş adamı icra başçısı Ramiz Yediyarovun qanunsuz əməllərindən şikayətlənir

 

Oqtay Əliyev: “Ölkə başçısından məsələnin araşdırılmasını, mənə dəyən ziyanın ödənilməsi üçün göstəriş verilməsini xahiş edirəm”

 

Təəssüf ki, çoxsaylı tənqidlərə baxmayaraq, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov yerli əhaliyə, xüsusən sahibkarlara ciddi problemlər yaratmaqda davam edir. Belə ki, məhz onun göstərişi ilə rayonun Qalakənd kəndi ərazisində min bir əzab-əziyyətlə istirahət mərkəzi tikən iş adamının obyekti qanunsuz olaraq yerlə-yeksan edilib. Dünən şikayət ərizəsi ilə redaksiyamıza müraciət edən Gədəbəy rayon Miskinli kənd sakini Əliyev Oqtay İbrahimov oğlu icra başçısı tərəfindən incidildiyini bildirdi.

Gədəbəyli sahibkar məmur qanunsuzluğu nəticəsində on minlərlə manat xərcə düşüb: “2013-cü ilin iyulunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sərəncamı ilə Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində turizm-istirahət mərkəzi tikmək qərarına gəldim. Həmin sərəncamla ötən ilin iyulunda obyektin tikintisinə başladım. Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev ötən il tikintini dayandırdı. Mənə dedi ki, icra başçısı səni gözləyir, görüşmək istəyir. Məni icra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşdürdülər. Qüdrət Paşayev dedi ki, rayonda abadlıq işləri gedir. Bizə rayonun abadlaşdırılması üçün köməklik göstərin. Əvəzində obyekt tikilib başa çatdıqdan sonra özəlləşmə üçün biz də sənə kömək edərik. Həmin vaxt onlara 20 min dollar pul verdim”.

Oqtay Əliyevin sözlərinə görə, bir il imiş iş davam edirmiş: “İşlər yekunlaşan vaxt Gədəbəy rayonu İcra Hakimiyyəti başçısının müavini-Aqrar məsələlər şöbəsinin müdiri Rüstəm Nağıyev bu il iyulun 11-də yenidən işi dayandırdı. Bu, elə bir vaxt idi ki, işlər tam başa çatmışdı. Ayın 25-də açılış etmək istəyirdik. Obyekt tikilib başa çatmaq üzrəykən, daha dəqiq desəm, kosmetik işləri görən zaman icra hakimiyyətinin nümayəndələri gəlib işi dayandırdılar. Heç bir xəbərdarlıq etmədən obyektin bir hissəsini sökdülər. Min bir əzab-əziyyət hesabına bu il tikintini başa çatdırsam da, bunun qarşısını aldılar. Obyekt elə bir yerdə tikilirdi ki, tikinti materiallarını usta və fəhlələr ora bir kilometr məsafədən əllərində daşıyırdılar. İcra başçısının müavini Rüstəm Nağıyev heç bir qanuni əsas və məhkəmə qərarı olmadan obyektin bir hissəsini sökdürdü. Həmin gün ora polislər, icra hakimiyyətinin nümayəndələri də gəlmişdi. Halbuki, aidiyyəti qurumlardan, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyindən lazım olan bütün sənədləri almışdım. Sadəcə, bu işdə icra hakimiyyətinin rəhbər şəxslərinin başqa maraqları olduğundan tikintini yarımçıq saxladılar”.

Şikayətçi deyir ki, obyektin bir hissəsi dağıdılandan sonra onu Gədəbəy Rayon İcra Hakimiyyətinə çağırıblar: “Həmin vaxt orada atam olub. Atam icra başçısının müavini Rüstəm Nağıyevdən soruşub ki, siz hansı əsasla bu obyekti sökürsünüz? Deyib ki, bizi icra başçısı göndərib. Atam ona etiraz edərək bildirib ki, bundan ötrü məhkəmə qərarı, müvafiq sənəd olmalıdır. Rüstəm Nağıyev bildirib ki, başçı bizə belə deyib, belə də edirik. Gedin işinizlə məşğul olun. O, atama qarşı nalayiq hərəkətlər edib və söyüş söyüb”. Qüdrət Paşayev açıq-aşkar  ona deyib ki 100 min dollar pul verməlisən: “Gədəbəy Rayon Polis Şöbəsi rəisinin müavini Rəhman da həmin gün ora gəlibmiş. Böyük qüvvə ilə ora gəliblər. Mənə zəng etdilər və rayona gəldim. İcra başçısının birinci müavini Qüdrət Paşayevlə görüşüb soruşdum ki, bu nə məsələdir? Axı biz ötən il danışdıq. Cavabında bildirdi ki, başçı yeni göstəriş verib, tikintiyə yenidən icazə  üçün 150 min dollar pul verməlisən. Sonra isə həmin məbləği 100 minə endirdi. Ona bildirdim ki, mən bir manat da verməyəcəm. Mən verdiyimi vermişəm”.

İcra başçısının birinci müavini Qüdrət Paşayev bundan sonra iş adamını hədələyib: “Mənə dedi ki, sən sən ol, biz də biz. Gör sənin obyektini nə günə qoyacağıq. Cavabında bildirdim ki, məhkəmənin qərarını gətirin, nə istəyirsinizsə edin. Bir həftə gözlədilər. Sonra əllərində heç bir əsas, məhkəmə qərarı, bildiriş olmadan, polisin müşayiəti, ağır texnikanın köməyi ilə, icra başçısının müavini Rüstəm Nağıyevin rəhbərliyi altında obyekti tamamilə yerlə-yeksan etdilər. Hətta obyektin fundamentini belə, darmadağın etdilər. Mənim həmin obyektə təkcə nağd şəklində 120 min manat xərcim çıxmışdı. Hələ digər xərcləri nəzərə almıram. Onları da nəzərə alsam, 150 min manata qədər xərcim çıxıb. Fəhlələr daşı, taxtanı, sementi bir kilometr piyada aparırdılar. Bu qədər əzab-əziyyətlə qurduğumuz turizm-istirahət mərkəzini amansızlıqla darmadağın etdilər”.

Sahibkar başına gələn haqsızlıqlarla bağlı rayonun icra başçısına müraciət etsə də, məmur onu qəbul etməyib: “İcra başçısına müraciət etsəm də, məni qəbul etmədi. Bakıya qayıtdığım gün obyektin bütün qalan hissələrini də dağıtdılar. Çünki mən onların əlavə pul təkliflərinə razılıq vermədim. Ölkədə bu cür gözəl şərait yaratdığına və sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Biz gədəbəylilər ölkə başçısının həyata keçirdiyi işlərə baxıb həmişə fəxr etmişik və bu gün də edirik. Amma Ramiz Yediyarov prezidentin gördüyü müsbət işlərin üstündən sanki xətt çəkməyə çalışır. Prezidentimiz Rusiyada və digər xarici ölkələrdə yaşayan soydaşlarımızı Azərbaycana dəvət edir ki, iş adamları respublikamızda sahibkarlıqla məşğul olsunlar. Demir ki, bəzi rayonların icra başçılarına haqq versinlər. Ölkədə bu cür gözəl şərait yaratdığına və sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə ölkə prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Biz gədəbəylilər ölkə başçısının həyata keçirdiyi işlərə baxıb həmişə fəxr etmişik və bu gün də edirik. Amma Ramiz Yediyarov prezidentin gördüyü müsbət işlərin üstündən sanki xətt çəkməyə çalışır. Üzləşdiyim haqsızlıqla bağlı hüquq-mühafizə orqanlarına teleqramlar vurdum. Daxili İşlər Nazirliyinin “102 “Qaynar xətt”inə dəfələrlə müraciət etdim. Daxili İşlər Nazirliyinin “102 “Qaynar xətt”indən mənə gülməli cavab verdilər: “İcra başçısı polisə göstəriş verir və polis də bunu həyata keçirir. Belə çıxır ki, icra başçısı polisə vətəndaşı güllələmək əmrini versə, polis vətəndaşı güllələyəcək? Polisin nə ixtiyarı var ki, məhkəmə qərarı olmadan obyektin qanunsuz söküntüsündə iştirak etsin. Hətta polislər bu söküntünü telefona çəkən əməkdaşlarımızı da təhqir edib. Belə olmaz axı. Əgər mənə rayonda obyekt tikməyə icazə vermirdilərsə, nə üçün 20 min dollarımı aldılar. Bir il idi tikinti işi aparırdım, niyə bunun qarşısını vaxtında almırdılar? Nə üçün obyekt istifadəyə verilən ərəfədə onu söküb yerlə-yeksan etdilər? Mən artıq Gədəbəy rayonuna gedə bilmirəm. Ramiz Yediyarov Gədəbəy Rayon Polis Şöbəsinə göstəriş verib ki, əgər Oqtay Əliyev şikayətini geri götürməsə, onu həbs edin. Məni hansı əsasla həbs edəcəklər? Artıq neçə gündür polislər rayondakı doğmalarıma təzyiq göstərir, onları narahat edirlər”.

Şikayətçi deyir ki, rayon rəhbəri ölkənin mövcud qanunvericiliyinə hörmətsizlik göstərir: “Prezident xalqın qayğısına qalır icra başçısı isə camaata əlavə problemlər yaradır. Gədəbəyin icra hakimi birinci müavini Qüdrət Paşayevlə baş-başa verərək özbaşınalıq edir. Keçən il obyektin tikintisinə razılıq vermişdilər, amma bu il gəlib sökdülər. Bunu necə başa düşmək olar? Əgər tikinti qanunsuz idisə, niyə keçən il icazə verirdilər? Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. Onlar üçün yeni iş yeri açmaq istəyirdim. Ki, gəlib burda işləyib ailələrini dolandırsınlar. Başçı buna imkan vermədi. Ramiz Yediyarov onlarla insanın çörəyinə bais oldu. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib. Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib. Prezident dəfələrlə vurğulayıb ki, döyüş bölgəsində yerləşən rayonlarda əhalinin rifahının yüksəldilməsi məqsədilə hər cür şərait yaradılmalıdır”.

Oqtay Əliyev sonda üzünü Azərbaycan Respublikasının prezidentinə, baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova tutdu: “Cənab prezident İlham Əliyevə müraciət edib xahiş edirəm ki, bu məsələnin araşdırılması üçün göstəriş versin. Ramiz Yediyarovun əməlləri cinayət əməlləridir. Xahiş edirəm o, cəzalandırılsın və mənə dəyən ziyan ödənilsin”.

 

Elvin Məmmədov

Gundelik-Baku.com

loading...
297 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
Trampın bu açıqlaması dolları ucuzlaşdırdı
Ruhani:
Bolqarıstan qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsini dərc etdi
Xoşbəxt Yusifzadənin “Ömrünün izləri” Vyetnamda
Türkiyə hədəfə çevrilib - Həsən Cəlal
Poroşenko ümidini Çinə bağlayıb
Rusiya SSRİ-ni bərpa etmək istəyir - General
Dəmirdaşın həbsi istənildi - 142 il
Netanyahunun oğlu polisə çağırıldı
Rəsədxanadan xəbərdarlıq - Geomaqnit qasırğası
İslam Bankının vitse-prezidenti Bakıya gəlir
Pamuk bu universitetin fəxri doktoru oldu
Lavrov: “Tramp bizimlə işləmək istəsə...”
Çexiya Azərbaycandan qaz alacaq
17 Yanvar - Günün qoroskopu
Kəndimizin son günü (16-cı yazı)
Prezident İlham Əliyev Davosda qəbulda iştirak edib - Foto
Acarıstan Bakı ilə əlaqələrin inkişafında maraqlıdır
Ərdoğanın 14 illik arzusu reallaşdı
Hizbullahın liderinin sirli ölümündə Obama izi
Dünyanın dondurulan ilk insanı - 50 ildir gözləyir
Gürcüstanda NATO tərəfdarlarının sayı azalıb
Almaniya: “Trampın NATO mövqeyindən narahatıq”
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Küveyt neft hasilatını bir az da azaldır
Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Bakıda əczaçılıq zavodunun təməli qoyuldu - Foto
Hərrac keçirildi - Manatın yeni məzənnəsi
Millimiz İrana qalib gəldi
Conni Deppin 28 milyon dollarını oğurlayıblar
Kosovoya qoşun yeridəcəyik - Serbiya Prezidenti
Tramp məni özünə çəkdi və... – Macar gözəli
Rusiyanın ingilis agentləri - Gizli plan
Türk məktəbinə hücum: 7 nəfər qaçırıldı
Kərimova “dirildi” və istintaqa ifadə verdi
Ərəblər türk aktrisaya 2 gecəyə 200 min verdi - Foto
Putinin təhlükəsizlik katibindən həyəcanlı açıqlama
Əsəd qüvvələri İdlibi bombaladı: 10 ölü, 30 yaralı
Turoperatorlar sərfəli qiymətə aviabiletlər alacaq
Netanyahu: Sabah tamam fərqli olacaq
İran aldığı təyyarəni Məşədi edəcək - İlginc olay
Fənn olimpiadalarının ilk mərhələsi keçirildi
İrandan ABŞ-a xəbərdarlıq: Nüvə razılaşması
Dünyanın ən təhlükəli ailələri: Tarverdiyeva... – Video
İsrail-Fələstin münaqişəsi həll ediləcəkmi?
Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər
Meksikalılardan Putinə müraciət: Bizi xilas edin
Şok: Bu oğlan Marsdan gəlib - Video
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com