İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vətəndaşdan 8000 manat istəyir |


Son dəqiqə

ƏYALƏT > Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vətəndaşdan 8000 manat istəyir

Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri vətəndaşdan 8000 manat istəyir
Tarix : 14 Avqust 2014 14:52

Əbülfəs Qarayevin rüşvətə qarşı mübarizə aparan sabiq işçisinin başına açılanlar davam edir

 

Mədəniyyət və Turizm Nazirliyinin sabiq işçisi Məmmədov Şahin Şakir oğlunun başına açılan oyunlar davam etməkdədir. Şikayətçinin yazdığı müraciətdə Əbülfəs Qarayevin keçmiş işçisi yeni gəlişmələrin olmasından yazır: “Kütləvi informasiya vasitələrində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə yazılarım getdikdən sonra 31.07.2014-cü il tarixdə Ş.Hümbətova və ƏDİRƏF MMC-nin sahibi Fəridə Allahverdiyeva mənim yanıma gələrək əvvəlcə mənə yumşaq tərzdə “bir də belə şeylər yazma, onsuz da baxan olmayacaq” dedilər. Əgər bir də şikayət etməsəm, barəmdə verilmiş Əmrin ləğv edilməsində mənə köməklik edəcəklərini bildirdilər.

Mən isə öz növbəmdə tutduğum və düzgün bildiyim yoldan dönməyəcəyimi qeyd etdim. Mən dövlətimə inanıram. Bilirəm ki, axır-əvvəl cənab prezidentdən bu məsələdən xəbər tutacaq və mənə kömək edəcək. Belə olduqda Ş.Hümbətova məni qohumlarımın yanında təhdid etməyə başladı. Sənin başına oyun açacam, oğlanlarım və yoldaşım səni “başa salacaq”, sən hələ bilmirsən kiminlə mübarizə aparırsan, məhkəmədə işçiləri sənin üzünə qoyduracam, səni tutduracam kimi sözlərlə məni təhdid etdi. Mən isə DİN-ə bu məsələ ilə bağlı rəsmi şikayət etdim. Göygöl rayon Polis şöbəsinin əməkdaşı Namiq müəllim məndən bu işlə bağlı izahat aldı. Ancaq çox təəssüflər olsun ki, hələ də təhdid edilməyimlə bağlı heç bir tədbir görülməyib. Məni ailə üzvlərimin yanında təhdid etmə curəti tapan Ş.Hümbətova barəsində heç bir tədbir görülməyib.

Qəribədir ki, Ş.Hümbətova heç nədən çəkinmir, ölkə prezidenti bütün çıxışlarında “korrupsiyanın kökünü kəsməliyik”, “korrupsiya bir xəstəlikdir və ölkəmizi bu xəstəlikdən xilas etməliyik” deməyinə baxmayaraq, Ş.Hümbətova öz əməllərini həyata keçirməkdə davam edir, ölkəmizin qanunlarına məhəl qoymur.

12.08.2014-cü il tarixində yaşadığım evə məktub gəldi ki, bəs barəmdə iddia qaldırılıb. Göygöl rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Ş.Hümbətova guya mənəvi sarsıntı keçirib, işgüzar nüfuzuna xələl gəlib və buna görə də, Göygöl rayon Məhkəməsində iddia qaldırıb məndən 8000 manat təzminat alınmasını tələb edir. Səbəb kimi də mənim KİV-də etdiyim çıxışlarda qeyd olunanların yalan və böhtan olduğunu, guya mən işdən çıxarıldığım üçün belə edirəm. Mənim işdən azad olunma Əmrimdə qeyd olunan “nazirliyin nüfuzuna xələl gətirdiyi üçün dövlət qulluğuna xitam verilsin” sözlərinə cavab olaraq qeyd etmişəm ki, “nazirliyin nüfuzuna xələl gətirmək korrupsiya əməlləri barədə müvafiq qurumlara müraciət etmək, əməkdaşlıq etmək deyil”, xələl gətirmək əslində Ş.Hümbətovanın etdiyi kimi nazirlikdən gələn yoxlama getdikdən sonra XƏRCİM ÇIXDI deyib işçilərdən həmin xərci toplamaqla gələn yoxlamanı işçilərin gözündə nüfuzdan salmaqdır.

Xatırlatmaq istəyirəm ki, mən işdən azad edilməmişdən bir il öncədən də müvafiq qurumlara Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində Ş.Hümbətovanın “uğurla” həyata keçirdiyi korrupsiya sistemi barədə müraciətlər etmişdim. Sadəcə olaraq, mən bu işin içində yer almadığıma  və ona qarşı çıxdığıma görə, Ş.Hümbətova mənim barəmdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə yalan, böhtan məlumatlar göndərməklə məni işdən azad etdirdi. İndi də mənim səsimi birdəfəlik kəsmək üçün məndən 8000 manat təzminat istəyir. Bilir ki, əgər məhkəmə onun iddiasını təmin etsə, mən heç cür həmin məbləğı verə bilməyəcəm və həbs ediləcəm. Bilir ki, mən kasıb ailənin övladıyam, atam birinci qrup əlildir. Və belə bir ailə heç cür həmin 800 manatı ödəyə bilməz. Bununla da korrupsiyaya qarşı mübarizə aparan, dövlətini sevən, bundan sonrakı ömründə də tək məqsədi dövlətinə xidmət etmək olan bir gənc məhbusa çevrilmiş olacaq. Mən üzümü dövlət böyüklərimizə tutaraq deyirəm. Mən Sizin korrupsiyaya qarşı apardığınız mübarizəyə dəstək verdiyim üçün işdən azad olundum. Ş.Hümbətovanın həyata keçirdiyi korrupsiya əməllərinin üzə çıxarılmağında heç bir tədbir görülməzsə, Ş.Hümbətova bundan sonra da korrupsiya əməllərini davam etdirəcək.

Bundan sonra da dəyəri 400 manat olan CASPERkompyuterini 1380 manat kimi sənədləşdirəcək.

Bundan sonra da görülməyən işlər müqabilində büdcə vəsaitlərini artıqlaması ilə ƏDİRƏF MMC-nin hesabına köçürəcək.

Bundan sonra mənim işlədiyim vəzifəyə imtahan verib gələcək olan şəxs ya Ş.Hümbətovanın dediyi kimi korrupsiya əməllərinin həyata keçirilməsində iştirak edəcək, ya da mənim kimi korrupsiyaya qarşı mübarizə aparıb sonunda da qondarma ittihamlarla işdən azad ediləcək”.

 

Əsəd Azəri

Gundelik-Baku.com

loading...
292 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
Bu universitetlər də bağlanacaq - Adlar
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Kəndimizin son günü (16-cı yazı)
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com