İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Həyat yoldaşınız düşünür ki, mən seksualam?” – FOTOLAR |


Son dəqiqə

son xeber > İDMAN > “Həyat yoldaşınız düşünür ki, mən seksualam?” – FOTOLAR

“Həyat yoldaşınız düşünür ki, mən seksualam?” – FOTOLAR
Tarix : 14 Avqust 2014 23:39

“Hətta ən dözümlü insan belə bəzən hisslərinə təslim olmalıdır”

 

“Kişi olun və həmişə qarşınıza çıxan məsələni həll edin”

 

Bir neçə il bundan qabaq, daha dəqiq desək, 2006-cı ildə dünyanın ən yaxşı arbitrlərindən biri sayılan Pyer Luici Kollina karyerasına son qoydu. Bundan sonra bir çox qəzet manşetlərində məşhur referinin “Latsio” futbol klubunun azarkeşi olması barədə yazılar dərc olunmağa başladı.

Əlbəttə ki, futbolla maraqlanmayan italiyalı tapmaq çətin məsələdir. Amma Kollina ilə bağlı bu xəbər onun obyektivliyinə şübhə yaratdı. Keçmiş futbol hakimi bütün bu şayiə və şübhələrə “The Times”-da aydınlıq gətirdi:

 

“Mən bu mövzuya aydınlıq gətirməliyəm. Əgər siz birindən uşaqlıqda hansı yığmaya azarkeşlik etdiyini soruşsanız, cavabında konkret yığma adı söyləyəcək, sözsüz, həmsöhbətiniz səmimidirsə. On yaşımda gələcək taleyimdən agah ola bilməzdim. Hansı yığmaya azarkeşlik edirdim sualına nə cavab verməliyəm? Deyim ki, heç kimə azarkeşlik etməmişəm? İnsanların cavabıma reaksiyaları necə olacaq? Səfeh olduğumu və ya Marsdan gəldiyimi zənn edəcəklər. Bu səbəbdən, uşaqlıqda Latsioya azarkeşlik etdiyimi söylədim. Vurğulayıram – uşaqlıqda. Amma jurnalistlər bu detala laqeyd yanaşdılar və sadəcə, Latsioya azarkeşlik etdiyimi yazdılar”.

 

 

Arbitr olmaq şübhə mərkəzində olmaq deməkdir, xüsusən, italiyalısansa. On yeddi yaşında Kollina futbol hakimliyi kurslarına baş çəkməyi qərara alır. Qərəzsizlik və dürüstlük onu dünyanın ən yaxşı futbol hakimlərindən birinə çevirir.

Karyerasına son qoysa da, Pyerluici Kollina bu gün də gündəmdədir. Sorğuya əsasən, o, İtaliyanın ən seksual kişisi seçilib.

 

Beləliklə, sizə məşhur İtaliyalının fikirlərini təqdim edirik:

 

Hər matç – finaldır. Ən vacib matçıma necə hazırlaşıramsa, digərlərinə də elə hazırlaşıram.  Xüsusi matçlar olmur. Hansı yığma oyunu asan hesab edirsə, bədbəxtlər, uduzacaqlar!

 

Hazırlıq – mənəvi hazırlıq deməkdir. 2002-ci ildə Almaniya ilə Braziliya arasında keçiriləcək oyunu idarə etmək üçün digər hakim kolleqalarımla iki gün oteldə istirahət etdik. Almaniya və Braziliyanın əvvəlki oyunlarını izləyirdik. Yanımızdakı yazı taxtasına yığmanın özəlliklərini qeyd edirdik. Bu onlarla necə danışmaq lazım olduğumuza yardımçı olacaqdı. Çox ciddi hazırlıq idi, çünki dünya çempionatı nəinki oyunçu üçün, həmçinin, hakim üçün də zirvə deməkdir.

 

 

Düzgün yemək seçin. Dəqiq nə yemək lazım olduğu matçın başlanma vaxtından asılıdır. İtaliyada oyunlar günorta saat üçdə başlayır, ona görə mən saat 11.15-də yeyirəm. Adətən, tomat souslu makaron və şəkər əvəzinə cemli piroq. Əgər matç axşamdırsa, 12.30-da yeyirəm – əlbəttə ki, makaron – həmişə…

Öz hərəkətlərini ürəyində ölçüb-biçmək daha yaxşıdır. Mənim üçün nəyi düzgün, nəyi yanlış etməyimi bilmək çox vacibdir.

 

Bəli, hakimlər də səhv edir. Matça yaxşı hazırlaşmısınızsa, amma yenə də hər hansısa səhv baş veribsə, bu, normaldır.  Hazırlığınız sizə növbəti matçda yardım edəcək.

 

Təzyiq – sizin dostunuzdur. Hakim işlədiyim vaxtlar çətin anda  təzyiq altında verilən qərarın necə vacib olduğunu anladım. Anında qərar verir və irəliyə getməyi öyrənirsiniz.

 

Qaydaların məğzi vacib deyil. Mən mövcud qaydalardan heç birini dəyişmək istəməzdim. Onları dəyişmək məcburiyyətində qalmadığıma görə, çox şadam.

Oyuna nəzarət etmək və eyni anda ondan həzz almaq mümkün deyil. Oyunu fraqmentlərlə görürsən. Bəzən qolu kimin vurduğunu görməyi belə, çatdırmıram, çünki həmin vaxt başqa yerdə hansısa xırda məqamı izləyirəm.

 

 

Beynəlxalq hakimlərin xarici dildə çoxlu sayda söyüş öyrənmələrini düşünmək xoşdur, amma bu düzgün deyil. Mən elə də çox dil bilmirəm, ona görə, matç ərzində oyunçuların haqqımda nə danışdıqlarını başa düşmürəm. Hakimin xarici dilləri bilməsi vacib amil deyil – əsas odur, səni düzgün anlasınlar, dialoq qurmağı bacarmaq önəmli deyil. Bəzən adi jestlər hər şeyi həll edir…

 

Mən kofe içmirəm. Ola bilsin, bütün İtaliyada yeganə belə insanam.

 

Hakimi düşmənin hesab etmək lazım deyil. Bəzən iki uşaq yığması bir-biri ilə oynayır, valideynlər isə hakimə qışqırır. Şəxsən mən bu münasibəti başa düşmürəm. Axı onlar uşaqlara çox şey öyrədir – qaydalar çərçivəsində nəticəyə nail olmağı, yığmada necə oynamağı və s…

 

Ən yaxşı hakim oyun vaxtı gözə çarpmayan hakim deyil, ən yaxşı hakim ən çətin məqamda düzgün qərar verməyi bacarandır. Əgər hakim oyun ərzində üç penalti verirsə, siz onu görürsünüz. Amma o yenə də yaxşı hakim sayılır. Qərar qəbul etməkdən yayınmaq, onu qəbul etməkdən daha asandır. Lakin siz həll etməyi bacarmalısınız və bundan qorxmamalısınız.

 

 

Hətta ən dözümlü insan belə bəzən hisslərinə təslim olmalıdır. ( 2002-ci Kollina dövlət kanalında yayılmanan “Futbol Oskarları” veriliş zamanı aparıcılardan biri onun keçəl başına sataşır. Referi elə həmin an mükafatını sındırıb qəzəb içində studiyanı tərk edir. –red.)

Saçlarim keçirdiyim xəstəlik ucbatından töküldü. Amma bir çox uşaqlar da bu xəstəlikdən əziyyət çəkir. Çox güman ki, o uşaqların valideynləri məni misal kimi göstərirdilər: alopesiya elə də dəhşətli xəstəlik deyil. O vaxt eşitdiyim məni incitməyə bilərdi, amma uşaqlar başqa məsələdir. Çox incidim. İnsanları belə təhqir etmək olmaz.

 

 

Xarici görünüş elə də çox şeyi həll etmir. Mən iyirmi dörd yaşımda xəstələndim. Ancaq mənim bəxtim gətirdi, çünki həmin yaşda şəxsiyyət artıq formalaşmış olur. Dəhşətli xarici görünüşümün olduğu barədə eşitmişəm, amma meydanda bu mənə təsir etmir. Sizin həyat yoldaşınız düşünür ki, mən seksualam? Onda ona yazığım gəlir. Onun korreksiyaya, daha doğrusu, eynəyə ehtiyacı var.

Gənc hakimlərə üç məsləhət verə bilərəm: Hazırlığa güc sərf etməyə çəkinməyin. Kişi olun və həmişə qarşınıza çıxan məsələni həll edin.

 

Tərcümə: Aytən Cavanşir

Publika.az

loading...
278 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı.
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
Bu universitetlər də bağlanacaq - Adlar
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Kəndimizin son günü (16-cı yazı)
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
Trampın bu açıqlaması dolları ucuzlaşdırdı
Ruhani:
Bolqarıstan qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsini dərc etdi
Xoşbəxt Yusifzadənin “Ömrünün izləri” Vyetnamda
Türkiyə hədəfə çevrilib - Həsən Cəlal
Poroşenko ümidini Çinə bağlayıb
Rusiya SSRİ-ni bərpa etmək istəyir - General
Dəmirdaşın həbsi istənildi - 142 il
Netanyahunun oğlu polisə çağırıldı
Rəsədxanadan xəbərdarlıq - Geomaqnit qasırğası
İslam Bankının vitse-prezidenti Bakıya gəlir
Pamuk bu universitetin fəxri doktoru oldu
Lavrov: “Tramp bizimlə işləmək istəsə...”
Çexiya Azərbaycandan qaz alacaq
17 Yanvar - Günün qoroskopu
Prezident İlham Əliyev Davosda qəbulda iştirak edib - Foto
Acarıstan Bakı ilə əlaqələrin inkişafında maraqlıdır
Ərdoğanın 14 illik arzusu reallaşdı
Hizbullahın liderinin sirli ölümündə Obama izi
Dünyanın dondurulan ilk insanı - 50 ildir gözləyir
Gürcüstanda NATO tərəfdarlarının sayı azalıb
Almaniya: “Trampın NATO mövqeyindən narahatıq”
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Küveyt neft hasilatını bir az da azaldır
Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Bakıda əczaçılıq zavodunun təməli qoyuldu - Foto
Hərrac keçirildi - Manatın yeni məzənnəsi
Millimiz İrana qalib gəldi
Conni Deppin 28 milyon dollarını oğurlayıblar
Kosovoya qoşun yeridəcəyik - Serbiya Prezidenti
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com