İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Həyatında minə yaxın qadın olan məşhurun sirləri… – FOTOLAR |


Son dəqiqə

son xeber > ŞOU > Həyatında minə yaxın qadın olan məşhurun sirləri… – FOTOLAR

Həyatında minə yaxın qadın olan məşhurun sirləri… – FOTOLAR
Tarix : 18 Avqust 2014 23:16

“İrlandiyalılar xanımdan pul almır!”…

 

Yer üzündəki milyonlarla kişi onun uğuruna paxıllıq edir. Kolleqaları isə hörmət edir: “Kluni? O, əsl kişidir!”

Hər özünə hörmət edən supermenin isə öz qaydaları var… Bu da Corc Klunin qaydaları:

 

 

  1. Heç vaxt təslim olmamaq…

 

 

Corc Kluninin həyat tarixçəsi məşhur Amerika mifinin həqiqət olduğunu bir daha sübut edir: “Azad Amerikada sən hər şey edə bilərsən, bir arzun yetər…”

Ancaq Corc hazırın naziri olmayıb.  Uşaqlıqda Bell iflici adlı ağır xəstəlik keçirib.

Çox-çox illər sonra Kluni xatırlayırdı:

 

“Biz o vaxt başqa şəhərə yenicə köçmüşdük. Bir neçə aydan sonra xəstələndim. Məktəb illərində fiziki çatışmazlığın olması dözülməzdir, həmyaşıdların sənə gülür. Sinif yoldaşlarım mənə “Frankenşteyn” ləqəbini vermişdilər. Amma mən təslim olmamağa çalışırdım, daim zarafat etməyin gərək olduğunu tez öyrəndim. Bu, qarşındakı insanı silahsızlaşdırmağın ən yaxşı yoludur. Odur ki, iflic olmuş üzümə özüm də gülməyə başladım. Bu dəfə artıq yoldaşlarım daha az gülməyə başladılar…”

 

Xəstəlik Corcu möhkəm insana çevirdi və ən əsası, o, özünəəminlik hissini itirmədi. Sağaldıqdan sonra o artıq bir şeyi bilirdi: Bütün həyatı boyu qulpundan yapışdığı istənilən işin öhdəsindən gələcək…

 

 

  1. İnadkar olmaq…

 

 

Ondan başlayaq ki, Corc aktyor olmağı düşünmürdü. İlk dəfə beş yaşında ikən atasının apardığı tok-şouda iştirak etdikdən sonra o, jurnalist olacağını qətiləşdirmişdi. Böyüdükcə Corcun jurnalistikadakı uğurlarını atası ilə bağlamağa başladılar, bu isə gələcək aktyorun ürəyincə olmadı. Daha sonra o, keşiş olmaq fikrinə düşdü, ancaq bu yolda alkoqol və qadınların mövcudluğu qadağan olunduğundan Corc bu fikirdən də daşındı.

Əmisi oğlu Migel ona maraq xatirinə öz filmində çəkilməyi təklif edir. Corc razılaşır, düzdür, film ekranlara çıxmasa da, çəkiliş meydançası, buranın ab-havası Klunini ovsunlayır. Bundan sonra o artıq bir şeyi arzulayırdı: Kinoda çəkilmək…

 

1982-ci ildə Corc xalası Rozmarinin yaşadığı Los-Ancelesə köçür. Rozmari məşhur müğənni idi və Robert Kennedi ilə dostluq edirdi. Bir çox sınaq çəkilişlərinə qatılan Corca “yox” cavabı gəlirdi, tezliklə Kluni xalasının evindən də köçür. Dostlarının evində gecələyən gələcək aktyor gündə bir dəfə yemək yeyirdi, lakin təslim də olmurdu.

Onun inadkarlığı, nəhayət, bəhrəsini verdi: 1994-cü ildə onu “Təcili yardım” serialındakı həkim Daq Ross roluna təsdiqlədilər.

Öz xəstəsinə görə hər şeyini qurban verməyə hazır olan obraz bütün Amerikanı silkələdi. Bu uğur idi. Lakin zaman keçdikcə Kluni rejissorlardan eynitipli rol təklifi almağa başlayır, bu isə onu qıcıqlandırırdı. Amma Kluni səbr etməyi bacarırdı… Günlərin bir günü Tarantino Corca zəng edir və onu “Qürubdan şəfəqə” filminə dəvət edir. Bu film Klunini super ulduza çevirir və hər kəs onun çox şaxəli aktyor olduğuna əmin olur. Onun istəyi də elə bu idi…

 

  1. İşindən həzz almaq…

 

Corc Kluni artıq çoxdandır ki, çəkilmək istədiyi filmləri özü seçir. Xoşuna gəldiyi rollara görə, aktyor istənilən qurbanı verməyə hazırdır. “Siriana” filmindəki Mərkəzi Kəşfiyyat İdarəsinin cəsusu roluna görə, o, başını keçəl qırxmağa, saqqal uzatmağa razılıq vermişdi, bununla yanaşı,  hər gün pizza, hamburger yeməyə və hətta obrazına tam uyğun olmaq üçün seks həyatına müvəqqəti ara verməyə belə razı olub…

 

  1. Şəxsi həyatı gizli saxlamaq…

 

Corc Kluninin şəxsi həyatı haqda əfsanələr gəzir. Deyilənə görə, aktyorun həyatında 1000-ə yaxın qadın olub və bu hələ son deyil… Kluni isə bu mövzudan qaçmağa can atır: “Şəxsi həyatı üzə çıxaranda, o daha şəxsi həyat olmur”. Onun bir dəfə evli olduğu məlumdur. Həyat yoldaşı aktrisa Taliya Belsam ilə üç il birgə həyatdan sonra, 1992-ci ildə boşanıb.

 

“Düşünürəm ki, bir daha evlənməyəcəm. Bu nikah mənə baha başa gəldi. Həm də ailə həyatı mənlik deyil”.

 

Müxtəlif dövrlərdə aktyor Culiya Roberts, Rene Zelveqer, Sindi Krouford və Yoma Daykite ilə görüşüb. 2009-cu ildə isə məşhur italiyalı teleaparıcı və model Elizabetta Kanalis ilə görüşməyə başladıqda KİV sevinclə Kluninin sözündən geri döndüyünü car çəkdi, ancaq yox… Kluni evlilik məsələsinin şişirdildiyini bəyan etdi. Bununla yanaşı, Corc daim ən adi romantik olduğunu etiraf edir: “Qadın sevildiyini hiss etməlidir. Üstəlik qədəhi həmişə şampanla dolu olmalıdır”.

Necə deyərlər, tünd içki həvəskarlarından narahat etməmələri xahiş olunur…

 

 

 

  1. Pullarla ayrılmaq asandır

 

Kluni “ulduz” xəstəliyindən əziyyət çəkmir. Bir çox amerikalı super ulduzlar kimi, şəxsi adası yoxdur, əvəzində İtalyanın Laqo di Komo gölündə gözəl villası var. Aktyorun dediyinə görə, onun özünə orada bir otaq çatır. Qalan bütün otaqlar dostları Bred Pitt və Mett Deymon üçün nəzərdə tutulub.

Corc Kluni son illər xeyriyyəçiliklə də məşğuldur: “Mən uzun müddət kasıb olmuşam, buna görə, bu gün varlı olmağımdan utanıram. Bu səbəbdən, bütün gəlirlərimin 25 faizini xeyriyyəçiliyə sərf etməyi qərara almışam.

 

 

  1. Yumor hissini itirməmək…

 

Kluni Holivudda zarafatları ilə tanınan yeganə aktyorlardandır. Düzdür, onun yumor hissi bir az özünəməxsusdur.

Bir vaxtlar Kelli Prestona aşiq olan gənc Kluni ona Maks adlı donuz balası hədiyyə etmişdi.

 

Kelli isə donuz balasını yiyəsinə qaytarmaqla yanaşı, “yox” cavabı da verir. Amma Corc heç də məyus olmur, Maksı özünə götürür və onunla düz 18 il birgə xoşbəxt ömür sürür.

 

 

Bir dəfə Nikol Kidman və Mişel Pfayffer hərəsi 10 min dollardan Corc Klunin 40 yaşında evlənəcəyi və uşaqlarının olacağı barədə mərcə girirlər.

 

Uduzan aktrisalar aktyorun 40 yaşında ona pul çekini göndərirlər, ancaq alicənab Corc ikisinin də pulunu geri qaytardı: “İrlandiyalılar xanımdan pul almır!”…

 

Tərcümə: Aytən Cavanşir

Publika.az
loading...
848 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək
İndoneziyada torpaq sürüşmələri olub - 13 ölü
Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com