İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Hacıqabulda DSMF-nin şöbəsində “dəfn pulu” oyunu |


Son dəqiqə

XƏBƏR > Hacıqabulda DSMF-nin şöbəsində “dəfn pulu” oyunu

Hacıqabulda DSMF-nin şöbəsində “dəfn pulu” oyunu
Tarix : 16 Avqust 2014 16:11

Yerlərdə kasıb və nisbətən savadsız insanların idarə müdirləri tərəfindən aldadılması faktları kifayət qədərdir.

Hər hansı bir problemlə bağlı idarələrə üz tutan bu kimi vətəndaşları aldatmaq, oyun qaydalarını əla bilən idarə müdirləri və digər işçilər üçün olduqca asandır.
Aldadıcı, elmi və pafoslu fikirlərlə vətəndaşları “gipnoz” edən belə qurumlardan biri də, Dövlət Sosial Müdafiə Fondunun Haciqabul rayon şöbəsidir.
Əslində DSMF-nin bütün şöbələrində vəziyyət belədir. Bu dəfə konkret şikayət Hacıqabuldan ünvanlandığı üçün bunu işıqlandırmaq məcburiyyətindəyik.
Bizimxeber.az-ın redaksiyasına Hacıqabul sakinləri tərəfindən daxil olan müraciət sadəcə qan dondurur. Belə ki, DSMF-nin diğər rayon şöbələrində olduğu kimi Haciqabul şəbəsində də vətəndaşların aldadılması prosessi həyata keçirilir.
Ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növdür. Amma ölüsü ölən şəxs dövlətin yaratdığı bu imkandan yararlana bilirmi?
Redaksiyaya daxil olan məlumatda qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Hacıqabul rayon şöbəsinin müdiri Hacıağa Qasımov şöbənin baş mühasibi ilə əl-bir olaraq insanları bu ağrılı pulu almaqdan belə məhrum edir.
Daha doğrusu, vətəndaşlar dəfn üçün ayrılan müavinətin şox cüzi hissəsini ala bilir. Bir az da dəqiqləşdirsək cəmi 150 manat. Qanuna görə isə bu rəqəm 300 manat olmalıdır. Hansı qanun və səbəblərə görə, vətəndaşlar dəfn üçün ayrılan 300 manat müavinətin cəmi 100 manatını alır?. Bəs yerdə qalan 200 manat necə silinir? Bu suallara rəsmi formada aydınlıq gətirilməsinə çalışacagıq.
Görəsən, DSMF-yə yeni təyin olunan sədr Elman Mehdiyev bu faktı araşdırmağa maraqlı olacaqmı?
Qanun isə bunu deyir.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş «Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə» ilə tənzimlənir.
Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin hesablanması və ödənilməsi qaydası «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.
Dəfn üçün müavinət almaq hüququ olan şəxslər
Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət verilir.
Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri — məbləğcə daha böyüyü ödənilir
Əmək pensiyaçısı vəfat etdikdə, dəfn üçün müavinət mərhumun yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən, sığortaolunan vəfat etdikdə isə sığortaedənin uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən onun ailə üzvlərinə vəya onu dəfn etməyi öhdəsinə götürən şəxslərə verilir.
Müavinətin təyin edilməsi və verilməsi
Qanunvericilikdə dəfn üçün müavinət almaq hüququ olan şəxslərə Dövlət Sosial Müdafiə Fondu orqanları tərəfindən məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir.
Öz-özünü sığortaedən fiziki şəxslərə müavinət, onlar tərəfindən Dövlət Sosial Müdafiə Fondu orqanlarına müraciət olunan tarixəqanunvericiliklə müəyyən olunmuş məbləğdə məcburi dövlət sosial sığorta haqqı tam ödənildiyi halda, məcburi dövlət sosial sığorta haqları hesabına Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələri tərəfindən bu Əsasnamə ilə müəyyən edilmiş qaydada təyin olunur və verilir.
Sığortaolunan öldükdə dəfn üçün müavinət almaqdan ötrü müavinət təyin edən komissiyaya vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən verilmiş ölüm haqqında arayışdan başqa, həmçinin müvafiq bələdiyyə tərəfindən verilmiş arayış da təqdim olunur.
Bələdiyyə tərəfindən verilmiş arayışda öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə məlumat əks olunmalıdır.
Təqdim olunmuş sənədlərə əsasən müdiriyyətin müavinət təyin edən komissiyası müavinət almaq hüququnu, müavinətin miqdarını müəyyən edir və müavinətin təyin edilməsi haqda komissiyası iclasının protokoluna qeyd edilməklə qərar qəbul edilir.
Ölüm haqqında arayışın arxasında komissiyanın səlahiyyət verilmiş üzvünün imzası ilə müavinətin təyin edilməsi və miqdarı haqqında qeydlər edilir.
Məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətin ödənilməsi üçün sığortaedən Dövlət Sosial Müdafiə Fondu orqanına məktubla müraciət etməlidir.
Dəfn müavinətinin alınması üçün müvafiq sənədlər sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra məktubu dərhal Dövlət Sosial Müdafiə Fondu orqanlarına təqdim etməlidir.
Məktuba müavinəti təyin edən komissiyanın protokolunun surəti, müavinət alan şəxslərin bank rekvizitləri və ya poçt ünvanı (faktiki yaşayış ünvanı) və dəfn müavinətinin alınması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən verilmiş ölüm haqqında arayış, öləni dəfn etməyi öhdəsinə götürən şəxs barədə bələdiyyə tərəfindən verilmiş arayış əlavə olunmalıdır. Dövlət Sosial Müdafiə Fondu orqanları 2 iş günü ərzində təqdim olunmuş sənədləri araşdırıb ödənişi həyata keçirməlidirlər. Araşdırma zamanı Dövlət Sosial Müdafiə Fondu orqanlarının sığortaedəndən əlavə məlumatlar almaq hüququ vardır.
Sosial sığorta ödəmələrinin ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondu orqanına müvafiq sənədlərlə birgə Əsasnamə ilə təsdiq olunmuş formada haqq-hesab təqdim edilməlidir.
Müavinət alan şəxs müəssisə tərəfindən onun bank rekvizitlərinin və ya poçt ünvanının (faktiki yaşayış ünvanı) düzgün göstərilməməsi səbəbindən müavinəti ala bilməmişdirsə, səhv düşmüş ünvandan qaytarılması mümkün olmayan müavinətə görə təqsirkar müəssisə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır və onun vəsaiti hesabına ödənilir.
Dəfn üçün müavinətin əhaliyə çatdırılması xərcləri Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına aparılır. Müəssisənin müdiriyyəti və baş (böyük) mühasibi müavinətlərin təyin edilməsində məsuliyyət daşıyırlar.
Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin məsul işçilərinin tələbi ilə bütün müəssisə və təşkilat rəhbərləri yoxlanılmaq üçün cari ildə və yoxlanılan ildən qabaqkı bir təqvim ilində müavinətin təyin edilməsi üzrə sənədləri təqdim etməlidirlər. Başqa dövrlər üçün sənədlər müavinətin təyin edilməsində sui-istifadə aşkar edildikdə yoxlanılır.
Müavinətin müdiriyyət tərəfindən düzgün təyin edilməməsindən və ya təyin edilməsinin ləngidilməsindən Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinə və müəssisənin, təşkilatın həmkarlar ittifaqı komitəsinə şikayət edilə bilər.

Bolgexeber.com

loading...
3.135 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
Trampın bu açıqlaması dolları ucuzlaşdırdı
Ruhani:
Bolqarıstan qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsini dərc etdi
Xoşbəxt Yusifzadənin “Ömrünün izləri” Vyetnamda
Türkiyə hədəfə çevrilib - Həsən Cəlal
Poroşenko ümidini Çinə bağlayıb
Rusiya SSRİ-ni bərpa etmək istəyir - General
Dəmirdaşın həbsi istənildi - 142 il
Netanyahunun oğlu polisə çağırıldı
Rəsədxanadan xəbərdarlıq - Geomaqnit qasırğası
İslam Bankının vitse-prezidenti Bakıya gəlir
Pamuk bu universitetin fəxri doktoru oldu
Lavrov: “Tramp bizimlə işləmək istəsə...”
Çexiya Azərbaycandan qaz alacaq
17 Yanvar - Günün qoroskopu
Kəndimizin son günü (16-cı yazı)
Prezident İlham Əliyev Davosda qəbulda iştirak edib - Foto
Acarıstan Bakı ilə əlaqələrin inkişafında maraqlıdır
Ərdoğanın 14 illik arzusu reallaşdı
Hizbullahın liderinin sirli ölümündə Obama izi
Dünyanın dondurulan ilk insanı - 50 ildir gözləyir
Gürcüstanda NATO tərəfdarlarının sayı azalıb
Almaniya: “Trampın NATO mövqeyindən narahatıq”
Baş Prokurorluğun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak edib
Küveyt neft hasilatını bir az da azaldır
Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Bakıda əczaçılıq zavodunun təməli qoyuldu - Foto
Hərrac keçirildi - Manatın yeni məzənnəsi
Millimiz İrana qalib gəldi
Conni Deppin 28 milyon dollarını oğurlayıblar
Kosovoya qoşun yeridəcəyik - Serbiya Prezidenti
Tramp məni özünə çəkdi və... – Macar gözəli
Rusiyanın ingilis agentləri - Gizli plan
Türk məktəbinə hücum: 7 nəfər qaçırıldı
Kərimova “dirildi” və istintaqa ifadə verdi
Ərəblər türk aktrisaya 2 gecəyə 200 min verdi - Foto
Putinin təhlükəsizlik katibindən həyəcanlı açıqlama
Əsəd qüvvələri İdlibi bombaladı: 10 ölü, 30 yaralı
Turoperatorlar sərfəli qiymətə aviabiletlər alacaq
Netanyahu: Sabah tamam fərqli olacaq
İran aldığı təyyarəni Məşədi edəcək - İlginc olay
Fənn olimpiadalarının ilk mərhələsi keçirildi
İrandan ABŞ-a xəbərdarlıq: Nüvə razılaşması
Dünyanın ən təhlükəli ailələri: Tarverdiyeva... – Video
İsrail-Fələstin münaqişəsi həll ediləcəkmi?
Qəzzafinin milyardları axtarılır – Fantastik rəqəmlər
Meksikalılardan Putinə müraciət: Bizi xilas edin
Şok: Bu oğlan Marsdan gəlib - Video
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com