İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Hun imperatorunun yurdundan reportaj – Foto |


Son dəqiqə

SOSİAL > Hun imperatorunun yurdundan reportaj – Foto

Hun imperatorunun yurdundan reportaj – Foto
Tarix : 18 Avqust 2014 0:25

Bu yaxınlarda Macarıstanda Turan Qurultayi keçirilib. Qurultaya Azərbaycan nümayəndələri də qatılıb. İştirakçılardan biri - AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, fəlsəfə doktoru, dosent Şəmil Sadiq tədbirlə bağlı təəssüratlarını Axar.az üçün yazıb.

 

Həmin yazını təqdim edirik:

 

 

Sizlərsiniz, ey qövmü-macar, bizlərə ihvan,

Əcdadımızın müştərəkən mənşeyi Turan.

Bir dindəyiz biz, hepimiz haqpərəstan,

Mümkünmü ayırsın bizi İncil ilə Quran…

 

 

Böyük Turan aşiqi və bu ideyanın elmi, fəlsəfi əsaslarını öz əsərlərində daima işıqlandıran Əli bəy Hüseynzadə bu şeiri 1917-ci ildə Macarstanda nəşr edilən “Turan” jurnalında çap etdirib. Şeir Macar Turançısı Arminius Vamberiyə ithaf edilib.

 

Əli bəy Hüseynzadənin bu şeirini türkçülük ideyasının yorulmaz carçısı Yusuf Akçura “Turan adındakı mənzuməsi pan-turanizm məfkusərinin ilk təcəlləsidir” deyə, qiymətləndirib.

 

XIX əsrin sonları, XX əsrin əvvəllərində panyəhudizm, panslavyanizmə cavab olaraq meydana gələn panturkizm demək olar ki, türk dünyasında böyük bir oyanış hərəkatı başladıb. İsmayıl bəy Qaspıralı, Ziya Göyalp, Əli bəy Hüseynzadə, Yusuf Akçura kimi böyük şəxsiyyətlərin sayəsində bu hərəkat qısa bir zamanda Avropadan Asiyaya doğru inkişaf etmiş türk xalqlarının kimliyini tanıması və özkeçmişinə sayğı ilə yanaşması prinsiplərini təbliğ ediblər.

 

Lakin məhz Osmanlı imperisyasının parçalanması üzərində başladılan Birinci Dünya Müharibəsi sayəsində təkcə Osmanlı İmperiyası yox, digər türk dövlətlərinə də böyük zərbələr vurulub, Turan ideyası ətrafında birləşməyin təkcə nicat yolu olduğunu deyən aydınlarımızın isə kökünü kəsiblər. Amma kök o qədər dərində idi ki, heç bir güc onu birdəfəlik məhv edə bilmədi, sadəcə, kəsməyi bacardı.

 

 

Hun İmperatorluğunun varisi – Hunqariya

 

 

Bəlkə də giriş uzun oldu, elə ona görə də burdan birbaşa mətləbə keçirəm.

 

Həmin kökü kəsilən Turançılıq qədim türk xalqı olan Macar-Hunların da payına düşmüşdü. Bu gün isə həmin kəsilmiş kök yenidən cücərməyə başlayıb. Bu cücərməni biz Azərbaycanda, Anadoluda, Balkanlarda, Orta Asiyada, Macarstanda görə və müşahidə edə bilərik. Bu ideyanın yenidən çiçəklənməsini Macarstanda keçirilən Turan Qurultayının timsalında bir daha görə bilərik.

 

2014-cu ilin avqust ayının 8-10-u tarixlərində Macarstanda ənənəvi Turan Qurultayı keçirildi. Bu il artıq 5-ci ildir ki, Avropada dünya türkləri bir yerə yığışıb birlik və bərabərliklərini qeyd edirlər. Bu qurultayın ideya müəllifi və təşkilatçısı Macar Turan fondunun qurucusu, antropoloq Anrdaş Birodur. Qurultay iki ildən bir dünya türkləri, bir ildən bir isə Macarstan türkləri üçün keçirilir. Açığı bu qurultayın keçirilməsindən bir neçə il idi ki, xəbərdar idim. Sadəcə xəbərdar. Dostum və dəyərli gənc ziyalımız Samir Turanın təqdimatında bu qurultayı sevmiş və iştirak etmək arzusuna düşmüşdüm.

 

Azərbaycandan gedən 36 nəfərlik nümayəndə heyətimizin tərkibi yetərincə rəngarəng və zəngin idi. Millət vəkilləri Qənirə Paşayeva, Fərəc Quliyev, Cavanşir Feyziyev, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı, “Birlik” jurnalının redaktoru İlqar İlkin, AVMVB-nin sədr müavini Mübariz Hacıoğlu, gəncliyinə baxmayaraq, uzun illər Turan və Azərbaycan ideyaları ilə yaşayan və əməli fəaliyyət göstərən Samir Turan, Qədim Musiqi Alətləri Dövlət Ansamblının bədii rəhbəri, Əməkdar artist, Prezident mükafatçısı Munis Şərifov və onun rəhbərliyi ilə Azərbaycanın Qədim Musiqi Alətləri Dövlət Ansamblı,  Əməkdar artist Nuriyyə Hüseynova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, Fəlsəfə doktoru Nurlana Qasımlı, İctimai TV və AZTV-nin çəkiliş qrupu və bəndəniz bir çox könlü Turan ideyası ilə çırpınan fədakarlarla birgə bu qurultaya dəvətli idik.

 

 

Atillanın nəvələri

 

 

Tədbirin məhz Macarstanda keçirilməsi öncədən mənim diqqətimi çəkmişdi. Oxuduqlarımdan XIX əsrin sonu, XX əsrin əvvələrində Macarstanda Kont Pal Teleki tərəfindən Turançılıq ideyalarının olduğundan, hətta “Turan” adlı bir jurnal da çap etdirdiklərindən məlumatım var idi. Hamımızın Hunqariya sözündən Hun İmperatorluğunun varisi kimi tanıdığımız bu dövlətin və xalqın bu qədər turkçü, turançı olduqlarını, Avropanın göbəyində özlərini Atillanın nəvələri adlandıran xalqın bu qədər cəsarətli və cürətli olacağını təsəvvür edə bilməzdim.

 

Bu qurultay Andraş Zsolt Biro adlı Macar antropoloq və bioloqun (eyni zamanda təbiət elmləri araşdırmaçısı) Qazaxıstan səyahəti zamanı ideya olaraq ortaya çıxıb. O, 2006-cı ildə Qazaxıstanda olarkən genetik (DNS) nümunələr toplayaraq analiz aparıb. Hal-hazırda Qazaxıstan ərazisində varlığını davam etdirən Madyar qəbiləsi və Karpat hövzəsi Macarları arasında, sadəcə, ad bənzərliyi olmadığını, eynı zamanda genetik əlaqələrin da olduğunu sübuta yetirib. Araşdırmanın nəticələri dünyanın ən önəmli elmi jurnallarından biri olan “American Journal of Pysical Anthropology”də  yayımlanmışdı. Bu araşdırma digər xalqların da diqqətini çəkərək, araşdırma qrupuna da büyük bir şöhrət qazandırıb. 2008-ci ildə Andraş Zsolt Biro Qazaxıstan Mədəniyyət Naziri Yermuxamed Yertisbayevdən bir nişan alaraq mukafatlandırılıb.

 

 

Atillanın Tanrı qılıncını tapan adam

 

 

Atillanın ideoloji tanrı qılıncını tapmış Andraş bu cür bir tədbiri keçirmək üçün uzun və qürurverici bir yola çıxır. Sözsüz ki, dövlətinin də başında oturanlar onunla eyni qanı daşıdığından bu ideyanı dəstəkləyir və hər cür şəraiti yaradır. Beş il öncə, sadəcə, Macar tayfalarına öz keçmişlərini xatırlatmaq və keçmiş ənənələrini yaşatmaq üçün başlanılan bu yol məhz Atillanın Avropada yarım qalan dünya imperatorluğunu – Turan ideyasını bir daha alovlandırmış olur.

 

Rəsmi məlumatlara görə, bu il qurultayda dünaynın 27 ölkəsində yaşayan türk xalqları iştirak edirdi. Əslində, qurutlay adı verilən bu mərasim bir Turan festivalıdır. Bu festivalda iştirak etmək özünü dərk etmək, kimliyini yaşamaq deməkdir. Festifalda nümayiş olunan 1000-2000 il bundan öncəki türk dünyası ənənələrinin, mədəniyyətinin, ruhunun cazibəsindən nə orta Asiyadan  Anadoluya qədərki ərazilərdən gələn  müsəlman türklər, nə italiyadan gələn xristian ertusklar, nə musəviliyiə inanan Qaraimlər, nə Macar, Bolqar, Qaqauz kimi xristian türklər, nə də ən qədim inancları ilə yaşayan Altay şamanlarını dini konsepsiyalar ayırırdı. Onları birləşdirən bir ruh, bir dil vardı: Qardaşlıq dili, qardaşlıq ruhu. Bura gələnlərin sadəcə könüllülər olduğunu nəzərə almaq lazımdır. Heç bir zaman tanışlıqları olmayan insanların bir-birini bağrına basaraq “Qardaş”, Qardas”, “Turan”, “Turkiş”, “Toros” kimi müxtəlif cür səslənən eyni ifadələrlə qucaqlaşmaları göz yaşardırdı. Bütün boylardan, tayfalardan olan türklərin min illərdir yaşatdıqları milli geyimlərində gəzişməsi, gülümsəyərək işıq saçmaları, bir-birlərinin dərdinə şərik olmaları, sadəsə”from?” deyərək yaşadıqları ərazilərin hara olduğunu səmimi şəkildə bilmək istəmələri ilahi ruhun təcəllisini göstərirdi.

 

“From?” cavabının hara olmasından asılı olmayaraq, sualı verənin gözləri gülür, doğma qardaşını tapıbmış kimi içdən və səmimi şəkildə sevinirdi.

 

 

300 min insanı bağrına basan böyük festival

 

 

Türkiyədən gələn bir ər-arvadın hər saatdan bir geyimlərini dəyişərək müxtəlif türk geyimlərini sərgiləməkləri isə sadəcə sevda işi idi. 250-300 min insanı bağrına basan böyük festivalın ərazisi üç hissədən ibarət idi. Birinci hissə Törənin keçiriləcəyi ərazi idi ki, burada at yarışları, ox atmalar, güləşlər, qılınc yarışmalarının və Şaman ayininin keçirildiyi meydan, ikinci hissə Türk tayfalarının öz milli geyimlərini, simvollarını, aksesuarlarını sərgilədiyi, iki müsiqi səhnəsəsinin olduğu meydan, üçüncü hissə isə qədim türk yurdlarının, yurtalarının, çadırlarının yerləşdiyi meydan. Öz milli geyimləri və bayraqları ilə əraziyə daxil olan qrupları insanlar çoşqu ilə qarşılayır və onlar üçün ayrılmış yerə qədər yola salırdılar. Törən Atilla çadırının açılışı, çiyinli, boylu-buxunlu, mərd, döyüşkən, alnıaçıq Macar igidlərinin Türkmənstanın qurultaya hədiyyə etdiyi “Axaltəkə” atları ilə müxtəlif türk bayraqlarını çaparaq meydanda sərgiləməsi ilə başladı. Sonra isə at yarışları, Çövkan oyunları, qədim türk ox sənətinin incəliklərini sərgiləyən ox atmalar, qılınc oyanatmalarla davam etdi. Qurultayın sonunda tonqal ətrafında şaman ayinləri keçirildi. Mən birinci dəfə bu cür ayində iştirak edirdim. Amma yüz minlərlə insan kimi şamanların oxuduğu dualar, çaldığı təbillər və ilahi səsə bənzər təbiət səslərinin ağuşunda sanki ruhumu uçduğunu hiss edir və pərvazlanan ruhumun sevincini izləyirdim. Bəzən elə duyğular olur ki, Tanrının sirri olan söz onu ifadə edə bilmir və ya biz bu sirri ifadə edəcək sözü tam tapa bilmirik. Amma genetikamızda olan şifrələr hər şeyə qadirdir. Çərşənbə axşamlarında atamın yandırdığı tonqalın ətrafında saf uşaqlıq sevincini yaşadığım hisslərlə eynilik təşkil edən o an mənim üçün hər şeyin cavabı idi.

 

Bu qurultayın məhz Macarstanda keçirilməsi XXI əsrin türk əsri olmasına dəlalət edən bir işarə kimi gəldi mənə. Bəzən biz elə zənn edirik ki, Türk və Turan sevdalısı məhz Türkiyə və Azərbaycandır. Lakin bir Avropa dövlətinin bu cür cəsarətli addımı sanki macarların Tanrının qılıncını tapmalarından və yarım qalan Turan sevdasının yenidən və məhz yarım qalan yerdən başlamasına yönləndirir bizi. Macarların özlərinə “biz Atillanın, Arpadın torunlarıyız” deməsi, Milli Məclisin Sədr müavini Lezsak Sandorun Turan ellərindən gələnləri əzəmətli parlament binasında qəbul edərkən söylədiyi cəsarətli nitq möhtəşəm idi:

 

“Biz dədələrimizin (doğudan) gətirdiklərini motivlərimizdə, ornametlərimizdə yaşadırıq. Bizi siyasi olaraq çox o yan-bu yana çəkdilər… Amma biz dədələrimizin özləri ilə gətirdiklərini unutmadıq, içimizdə, ruhumuzda yaşatdiq. Qardaşlarımızla, qohumlarımızla bir olmaq, Macar-Turan Fondunun təşkilatçılığı ilə qurultay keçirmək bizə çox xoşdur…”

 

 

İki bayraqlı dövlət

 

 

Bütün bunları gördükdə bir sual gəldi ağlıma: Necə ola bilər ki, türk qanını damarlarında cəsarətlə daşıyan bu dövləti iyrənc siyasi oyunlara cəlb etməyiblər? Böyümələri üçün nifaq toxumu əkib bunları parçalamayıblar? Bir az araşdırandan sonra məlum oldu ki, I və II dünya müharibələri zamanı Böyük Macarstanın bir hissəsi Rumuniyaya, bir hissəsi Ukraynaya, bir hissəsi Avstriyaya verilib. Beləcə, 2 milyon Macar xalqı Sekel adı ilə hələ də Rumıniyanın işğalı altındadır. Buna etiraz olaraq Macarstan parlamentinin qarşısından iki bayraq asılır: biri Macarstanın, biri isə Sekellərin bayrağıdır. Düzdür, Macar xalqı rəsmi olaraq xristian dininə inansa da, ölkədə addımbaşı kilsəyə rast gəlmədik, hər kəsin boynunda xaç asıldığını görmədik. Hər kəsin öz bədənlərində, geyimlərində milli simvollarını daşıdığının şahidi olduq. Bu simvollar at, qrud, ikibaşlı qartal kimi totemlər, Atilla və Arpad kimi qəhrəmanlar, qılınc, ox, kaman kimi əşyalar idi. Xalq dəyərli zamanını ibadətdə yox, at belində keçirir. Hər yerdə ovçuluq dükanları gözə dəyir. Bütün bu təəssüratlarımızı bir-birimizə danışanda dəyərli dostum Əkbər Qoşalı qeyri-iradi olaraq dedi: “Qağa, vallah, Atillanın ruhu bunlara qayıdıb, gərək bu torpaqdan bir ovuc aparım vətənə”.

 

İnsanlar gülərüz, mehriban, səmimi və ən əsası bizim kimi qonaqpərvər idi. Buğac (Ağ buğaların daha çox saxlanıldığı bir bölgə olduğu üçün Buğac adlandırılır) qəsəbəsində bütün türk xalqlarını bir ziayfətə aparmışdılar. Bizə xidmət göstərən isə ofisantlar yox, orda yaşayan insanlar idi. Evlərində olan nemətləri bir yerə toplayıb bizi ağırlayırdılar. Yeməkləri masalara düzənlərdən biri isə Buğac Bələdiyyə sədrinin müavini idi. Elə orda AMEA-nın müxbir üzvü Nizami Cəfərovun bizə tələbə olarkən danışdığı bir hadisəni xatırladım. Nizami müəllim deyirdi ki, Türkmənistanda bizi bir dağ kəndinə qonaq aparmışdılar. Bütün kənd camaatı başımıza yığışıb bizi ağırlayırdı. Bir də gördük ki, bir ocaq qalyıb üstünə də yekə bir qazan qoydular. Hər gələn o qazanın içinə öz evindən gətirdiyi bir nemət atdı. Sonra da bir qadın gəlib qazanı qarışdırdı. Və beləcə içində müxtəlif nemətlər olan bu yeməyi bizə verdilər. Budur, əsl qonaqpərvərlik. Həmin bu insan sevgisi Macarstanda da yaşamaqdadır. Anaya “ana”, ataya “ata”, kiçiyə “kiki”, baltaya” balta”, saça “saç” deyə səslənən ortaq dil, ortaq ruh.

 

 

Dünya öz rəngarəngliyi ilə gözəldir

 

 

Andraş çıxışında çox maraqlı bir mesaj verdi: “Biz böyük bir ailəyik – Hun-Türk kökənlilərin böyük ailəsi! Birlikdəliyimiz yalniz tarixi yansıtmır… Biz həmçinin gələcəyi qururuq. Hun-Türk kökənlilərin çoxu öz torpaqlarında sorunlar yaşayır: uyğurların problemləri var, Azərbaycanın işğal olunmuş Qarabağ torpaqlarını unutmaq olmaz, Kipr türkləri, İraqdakı türkmanlar, Suriyadakı türkmanlar böyük sorunlar yaşayır…

 

Biz, əlbəttə, nifrət deyil, sevgi aşilamaq, sevgi göstərmək istəyirik. Dünyanin ən böyük gələnəkyaşadıcı tədbirini – Turan qurultayını keçiririk. İki il öncəki qurultayımızda 150 mindən artiq insan iştirak edirdi. Macarlar öz uşaqlarının əlindən tutub gəlmişdilər şənliklərimizə. Biz uşaqlara bilinc aşılayacağiq! Qlobalistlər istəyir ki, təktip insan topluluğu yaratsınlar… Lakin dünya öz rəngarəngliyi ilə gözəldir.

 

Biz Avropanın göbəyində olsaq da, doğu kökənimizi, kültürümüzü unutmamışıq.

 

Biz qədər arkadaşlarıyıq. Əlbəttə, arkadaşlar arasında işbirliyi çox önəmlidir. Lakin bizimki adi işbirliyi deyil, eyni qanı daşıyan əqrabaların birliyidir!.. İşbirliyində partnyorlar dəyişə bilər, əqraba isə dəyişilməz! Buradan – Macaristandan evinizə sevgi aparmağınızı təmənna edirəm!” (Əkbər Qoşalının qeyd dəftərindən)

 

Bəli, bu qurultay bir qardaşlıq, əqrabalıq bayramıdır. Pafoslu səslənişlərdən, siyasi şuarlardansa, bu cür sakit və ortaq mədəniyyətin nümayişi birlik deməkdir.

 

Bü gün azərbaycanlıların əksəriyyətinin xəbəri olmayan bu Turan bayramını neçə illərdir ki, dövlətimiz dəstəkləyir və dövlət hesabına Munis Şərifovun və Nuriyə Hüseynovanın başçılığı ilə nümayəndə heyətinin göndərilməsi sevindiricidir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Azərbaycan prezidenti cənab İlham Əliyevin və digər həmkarlarının dünyaya göndərdikləri mesaj çox önəmli idi. Türk Akademiyasının yaradılması isə gələcəkdə Türk dövlətlərinin iqtisadi və hərbi birliyinin yaradılacağına da bir işarədir.

 

 

Arzular

 

 

Qurultay haqqında təəssüratlarım çox xoşdur. Lakin bir ziyalı türk kimi ürəyimdən daha böyük arzular keçir. Zənn edirəm ki, bu arzularımı ardıcıllıqla qeyd etsəm, 2016-cı ildə keçiriləcək növbəti qurultay üçün təklif kimi də qəbul edilə bilər.

 

1. Türkdilli dövlətlərin rəmzlərinin əks olunduğu mavi rəngli ay-ulduzlu Turan bayrağı qurultayın rəsmi bayrağı kimi qəbul edilsin və açılışda həmin bayraq bütün bayraqlardan öndə sərgilənsin;

 

2. Kərkük və Cənubi Azərbaycan bayraqları da qurultayda sərgilənsin;

 

3. Qrultayın açılışında ortaq rəqsimiz olan “Yallı” qara zurnanın müşayiəti ilə qardaşlıq və birlik rəmzi olaraq oynanılsın; dünyanın ən çox iştirakçısı olan rəqsi kimi ginnesin rekordlar kitabına salınsın.

 

4. Hamının ortaq türkcədə səsləndirəcəyi mümkün olan bir himnn yazılsın. Bu himn Bilgə Kağanın və ya Oğuz xanın dualarının mətni üzərində ola bilər;

 

5. Bayram xarakterli bu qrultaydan öncə ortaq mədəniyyətləri əks etdirən dil, ədəbiyyat, tarix, incəsənət üzrə elmi konfarns keçirilsin;

 

Bundan əlavə gələcəkdə Azərbaycandan qurultayda iştirak edəcək nümayəndə heyəti də fəaliyyətlərində müəyyən korrektələr etməlidir, məncə:

 

1. Azərbaycandan gedən nümayəndə heyətinin milli geyimlərdə iştirakı;

 

2. Milli çalğı alətləri ilə yanaşı müasirliklə tarixiliyi özündə birləşdirən musiqi qrupları ilə də təmsil olunmaq;

 

3. Digər xalqlar kimi, Azərbaycan heyətinin də milli ornamentləri sərgilənən çadırının olmasına şərait yaradılsın və təşkilatçılıq edilsin.

 

Əlbəttə ki, bu birliyin sərt qayalar kimi möhkəm, sərt qayalardan sıyrılıb çıxan çiçək kimi zərif və təravətli olması arzusu ilə…

loading...
447 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

24 Yanvar - Günün qoroskopu
İŞİD son cəbhəni də tərk etdi: Mosulun şərqi... - İraq
10 saniyəyə 19 bina partladıldı - Video
Serbiya və Rusiya bu ölkəni parçalamağı planlaşdırır
Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi
Prezident İlham Əliyevdən köçkünlərlə bağlı - Mühüm fərman
Məşhur Femen hərəkatı dağıldı
Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir - Nazir
Bakıya enən təyyarələrlə bağlı - Yeni qayda
Kremlin Ukraynada təxribatçılara xərclədiyi – Şok məbləğ
Ərdoğan Afrikada davul çaldı - Foto
Guya bunların yenilməz ordusu var – İlham Əliyev
Bakıda beynəlxalq forum keçiriləcək
Krım tatarları dünya dövlətlərinə müraciət etdilər
Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi
Tramp NATO-nu yenidən formalaşdıracaq
Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında - Foto
Türkiyədə referendum bu şüarla keçiriləcək
Dolların məzənnəsi kəskin azaldı
Erməni təxribatı ifşa olundu – Madriddə
Dalay Lama: “Putinlə Trampa inanıram”
Kəndimizin son günü (17-ci yazı)
Azərbaycan klublarının təcrübəsi çoxdur - Stamenkoviç
Rusiyanın Energetika naziri neftin bu ilki qiymətini açıqladı
İŞİD Mosulun ən böyük otellərdən birini partlatdı
İstanbulun tarixi sarayı dənizə doğru axır
Livanda terror: Canlı bomba vuruldu
Tramp Qurani-Kərimdən ayələri dinlədi - Video
Medvedev yenidən Partiya sədri seçildi
Ərdoğan:
Qadınlar infarkta daha meyillidir
İstanbulda evlənən Muradın Mərakeşdə də toyu oldu - Fotolar
Raminə Eyvazqızı - Nənəmin tatusu
Nərmin Dadaşova - Hamilə qadın çiyələk istəsə, sizmi verəcəkdiz?
Murad Köhnəqala -
Elçin Hüseynbəyli - Tanrı əbədi iqtidardır, Qardaşım!
Günel Natiq - Əsəblərə toxunan reklamlar
Millət vəkili “Vətən qoxusu”nu təqdim etdi - Foto
Əfsanə geri döndü - Foto
Madonna Trampı təhqir etdi - Canlı yayım dayandırıldı
Psixoloqdan SOS: Telefon xəstəliyi...
Hindistanda qatar relsdən çıxdı - 36 ölü, 100 yaralı
Sabaha olan hava proqnozu açıqlandı
Türkiyə ordusu 165 İŞİD hədəfini vurdu
Çinin üç gəmisi mübahisəli zonaya girdi
Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama
Bu ölkə silkələndi: 8 ballıq zəlzələ
Emin və Kamranın komandasından əzmkar qələbə
Qazaxıstandan Astana açıqlaması:
Pakistanda daha bir partlayış: 25 ölü
Tramp ABŞ-ın dünyadakı bu mövqeyinə son qoyur - Şərh
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Kəndimizin son günü (16-cı yazı)
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com