İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“İlhamə Quliyeva dedi ki, şitini çıxarırsan…” – VİDEO |


Son dəqiqə

son xeber > ŞOU > “İlhamə Quliyeva dedi ki, şitini çıxarırsan…” – VİDEO

“İlhamə Quliyeva dedi ki, şitini çıxarırsan…” – VİDEO
Tarix : 20 Avqust 2014 23:33

Adı gələndə hər kəsin üzünə gülüş qonur. Ancaq içində qışqıran kədərlərin yatdığına şübhə yoxdur. Bəlkə də onun gülüşünün haylı-küylü olması da elə bu kədərin səsini batırmaq üçündür. Adını yazmasaq belə, söhbətin kimdən getdiyi bəllidir – Xalq artisti Arif Quliyev.

 

 

- Necəsiz, Arif müəllim?

 

- Sizə nə var necəyəm, bəyəm həkimsiz? Yaxşı, siz necəsiz?

 

- Sizinlə əlaqə saxlayanda soruşdunuz ki, hardandı – axirətdən?

Niyə ağlınıza dərhal axirət gəldi? Yoxsa?..

 

- (Gülür) Bilirsiz, əslində 60 yaşdan sonra onsuz da üzü o tərəfədi

və heç kim o tərəfdən sığortalanmayıb, yəni hamı ora ünvanlıdı,

bir gələnlə, bir gedənin qarşısını almaq qeyri-mümkündür. Bu,

Allahın işidir. Bilərəkdən ki, axirət var, gərək hər kəs ona görə bu

həyatda davransın. Heç olmasa, yaşadığı dövrdə ona qismət olan

illər ərzində yaxşı olmağa çalışsın. Gərək öləndə də onu rəhmətlə

yola salsınlar. İş təkcə bu həyatda doğulub pul yığmaqla deyil,

imarət tikməklə deyil, məsələn, “hər şey mənimdi” deməklə deyil, ona görə də Axar.az saytını axirətlə əvəzlədim. O gün bir toyda idim, dedilər ki, Dinməz müəllimə söz verək, mənsə dedim, Bilməz müəllimə söz verək, Dinməzi Bilməzlə əvəz elədim. Bilirsiz, hər sözün bir dönməsi var, zarafatla nəsə deyirsən ki, insanlarda bir xoş təəssürat yaransın. Yəni, söz belə bir şeydir ki, yüz yerə yozmaq olur və axmaq adam çox azdı, amma nədənsə hara gedirsənsə sənin qarşına onlar çıxır.

 

 

- Haçansa kimisə öldürmək keçibmi ürəyinizdən?

 

- Yox, mən heç vaxt kimsəni öldürmək istəməmişəm və

arzulamamışam, heç kəsə də belə bir şeyi arzulamaram.

 

- Arif müəllim, bəs kimisə güldürə-güldürə öldürmək, ya da öləni diriltmək istədiyiniz olubmu?

 

- Məsələn, bu həyatda bir-birinə küsənləri, həyata küsənləri,

ölümə qədər, intiharın eşiyinə qədər gələnləri biz obrazlarımızla

güldürmüşük, depressiyadan çıxartmışıq və onu yenidən canlı həyata qaytarmışıq. Bir ailə tanıyıram ki, bir evin içində ərlə

arvad küsülü olublar və ayrı-ayrı otaqlarda oturub televizora baxıblar, birdən bir komediya olub, bunlar ona baxıb o qədər gülüblər ki, bilmədən, fərqində olmadan küsülü olduqların unudub barışıblar. Gülüş insanı yaşadır, qəmsə öldürür. Mənsə, həmişə gülüşümlə yaşatmışam, yaşatmağa çalışmışam.

 

- O vaxt xəbərin formaları ilə bağlı məşhur yumoristik parçanız vardı – ağlamalı, hırıldamalı xəbərlər-filan deyə. Bəs sizdə indi vəziyyət hansındandı?

 

- Nə bilim, vallah, mən hırıldamağı heç başa düşmürəm. Hırıldamaq gülmənin şit formasıdır, bunu daha yaxşı şitoloqlar bilər. O insan hırıldayır ki, heç nəyi başa düşmür, o insan ağlayır ki, o, hər şeyi anlayır. Əgər düşüncəsi olan, hissləri olan insan nəyəsə ağlayırsa, deməli, ağlamaqla öz ürəyini boşaldır, düşdüyü vəziyyətdən çıxa bilmir. İnsan həyata gələndə ətrafda hər kəs gülür, amma o, ağlayır. Bunu yozmaq da olar ki, mən müvəqqəti gəlmişəm və  sonradan görür  ki, həyat gözəldi, yaşamağa,

yaratmağa dəyər və bununçün gülür, güldürür. İnsan yaşlandıqca yenidən uşaqlaşır və təkrarən ağlamağa başlayır. Məndə indi, bu dəqiqə nə hırıldamalı, nə də ağlamalı bir durum var.

 

- Bildiyimiz kimi, ötən günlərdə düşmənlə atışmalarda şəhidlər verdik, amma nədənsə onların dəfninə demək olar ki, bizim sənət aləmindən kimsənin qatılmadığını gördük. Şəhidlərimizin dəfnləri belə bitmədən sənətçilər konsertlər verdi, ictimai nəqliyyatda musiqilər heç susmadı, hər kəs dedi-güldü. Sizin fikrinizcə, bu, beləmi olamlıydı?

 

- Bilirsiz, bu, böyük itkidi, əslində bir nəfər də böyük itkidi. Amma düşmən tərəfin də itki verməyi bizə bir az təsəlli oldu, onlar itki verməsəydi, bunun təsəllisi olmazdı və bu, daha dəhşətli məqam olardı. Şəhidlərimiz bizim rahatlığımız üçün şəhid olublar, bizim üçün vuruşublar, bizim azadlığımız, bizim rahatlığımız üçün. İcazə versələr, bir gecədə Qarabağı, torpaqlarımızı alarıq. Mən tez-tez səhrəd bölgələrinə əsgərlərlə görüşə gedirəm və görürəm necə ruh yüksəkliyi var. Qaldı ki sənətçilərə, bu, hər kəsin öz işidir, amma mən getdim Biləsuvar rayonuna, Neftçalada, Masallıda dəfnlərdə iştirak etdim. Bir Xalq artisti kimi sənətlə bağlı fikirlərimi deyə bilərəm, amma bu məsələyə çox da müdaxilə edə, kiminsə işinə qarışa bilmərəm.

 

 

- Arif müəllim, bəs kinomuzda vəziyyət necədir? Sizcə,

kinomuza yetərincə qayğı varmı? Yaradıcılığınızdan nə xəbər?

 

- Sualınızın birinci və ikinci hissəsi yox, üçüncüsü mənlikdir, ona

cavab verərəm. Kinonun durumu ilə bağlı kinonun direktoru danışa bilər, nazir danışa bilər, amma ümumi sənətə qayğı var, prezident qayğı göstərir, pul ayırıb, yeni gənclər ortaya çıxır. Filmə gələndə isə, bu dəqiqə 4-5 yeni film çəkilir, ikisi də istehsal olunub, birində isə mən baş rolda çəkilmişəm. Sentyabrda premyerası olacaq, Fikrət Əliyev və Kənan Məmmədov çəkib,

adı da “Son dayanacaq”dır. Çox gözəl film olacaq, yəni insanın

son dayanacağı qocalar evidir, filmdə gənclərin, övladların

ata-anaya münasibəti bir az ciddi, bir az komik vəziyyətdə onlara

çatdırılıb.

 

- Yeri gəlmişkən, indiki gəncliyə ümidiniz necədir?

 

- Bugünkü gənclikdən çox şey gözləyirəm, gənclər

qaynar bulaqdır və bu gün hər sahədə gənclər

təşkilatlarımızın gördüyü işləri qiymətləndirirəm. Teatrda da

gənclər var və o gənclərə də böyük ümidim var, amma onların

da qayğıları var, buna baxmayaraq, onlar öhdələrinə düşən işi

yerinə yetirirlər.

 

- Arif müəllim, oglunuzla bağlı məsələni yada salmaq istəməzdik, ama sizin kimi bir sənətkara aid hər şey maraq çəkir…

 

- Oğlumu bağışlamışam, onun böyük bir səhvi oydu ki, pis uşaqlara qoşulmuşdu və onların da güdazına getdi. Mən onu

bagışlamalıydım, çünki biz böyüklər bağışlamalıyıq ki,

gənclərimiz yenidən səhv hərəkət etməsinlər. Ona görə də insan

həmişə bağışlamağı bacarmalıdır. Onun ailəsi isə ayrılıb

gedib, nəvələrim analarının yanındadır. Bugünkü gənclik

böyüklərini dinləməlidir ki, özləri də yaşlananda onları da

dinləyən olsun.

 

- Ədəbiyyatla aranız necədir? Və son oxuduğunuz kitab?

 

- Anarın son çıxan cildliklərinin üçünü almışam, İsa

Muğannanın yeni kitabı çıxıb, onu almışam və sonra bizim Nüsrət Kəsəmənlinin də kitabını oxuyuram. İnsan ölənəcən öyrənməli, öyrəndiyini insanlara çatdırmalıdır. Mənə elə gəlir ki, biz az oxuyuruq, çox oxumalıyıq ki, söz, zəka sahibi olaq, qarşımıza elə suallar çıxar ki, qalarıq belə. Gərək hər şeyi bilək. Mən ədəbiyyatı çox sevirəm, söz müqəddəsdir

mənimçün.

 

- Bu günəcən hansısa parodiyanıza qadağa qoyulubmu?

 

- Qadağa qoyulmayıb, yox, amma bir vaxt İlhamə Quliyevanı tez-tez parodiya edirdim və o bir gün mənə nöqsan tutaraq dedi ki,

sən bu parodiyada şitliyə yol verirsən. Nəzərə aldım, öz üzrəimdə işlədim, səhvimi düzəltdim, artıq o da mən parodiya edəndə məndən narazı qalmır. Hər adamı da parodiya etmək olmur, bu, çox çətindir.

Axar.az

loading...
392 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
İsrail liderindən azan açıqlaması: Qarşıyam
Ərdoğan Gülənə yeni ad qoydu
İlk dəfə Azərbaycan Gözəllik Kraliçası seçiləcək
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əməkdaşlıq planı imzalanacaq
Ağdaş və Yevlaxda sahələrin su təchizatı yaxşılaşdırılır
Binəqədidə yanan bina ilə bağlı məhkəmədə mübahisə düşdü
Marketinq autsorsinqin üstünlükləri
Hakim oğlunu vuran avtomobildəki şahid: Zərərçəkmişə heç bir kömək etmədik
Daha bir Nardaran sakini silahı təhvil verdi
Yunanıstan SOCAR-dan yenə də xahiş etdi  29 Noyabr 2016 11:43 (UTC+04:00)
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com