İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“İlham Əliyev Serj Sarkisyandan Mübariz İbrahimova qəhrəman kimi yanaşmağı tələb edib”- Detallar |


Son dəqiqə

son xeber > MANŞET > “İlham Əliyev Serj Sarkisyandan Mübariz İbrahimova qəhrəman kimi yanaşmağı tələb edib”- Detallar

“İlham Əliyev Serj Sarkisyandan Mübariz İbrahimova qəhrəman kimi yanaşmağı tələb edib”- Detallar
Tarix : 13 Avqust 2014 15:21

İdeologiya.az Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsini təqdim edir: 

 

 

 

- Əli müəllim, prezidentlərin Soçi görüşündən sonra Ermənistan Prezidenti Serj Sarkisyan görüşdə müzakirə olunan məsələlərlə bağlı bəzi açıqlamalar verib. Bu açıqlamalarda səslənən fikirlərə münasibətinizi öyrənmək istərdik.

- Təəssüf edirik ki, S.Sarkisyan artıq neçənci dəfədir ki, qarşılıqlı razılaşmanı pozaraq prezidentlər arasında keçirilən qapalı görüşdə müzakirə olunan məsələlərin bəzi detallarını açıqlayır. Ən acınacaqlı hal isə odur ki, o, tərəflərin həmin görüşdə qaldırdığı məsələləri, ortaya qoyduğu mövqeni təhrif edir, öz subyektiv mülahizələri və Ermənistanın maraqlarına uyğunlaşdıraraq saxtalaşdırır. Əlbəttə, ölkə rəhbəri və prezident olaraq belə şeylər ona qətiyyən başucalığı və şöhrət gətirmir. Bu faktlar açıqlanmalı olsaydı, görüşdən sonra prezidentlər mətbuat konfransı keçirər və bütün məsələləri üz-üzə şərh edərdilər. Görüş bitəndən sonra öz ölkəsinə qayıdaraq, müzakirə edilən məsələləri yenidən öz subyektiv mülahizə və maraqlarını əlavə etməklə, təhrif olunmuş formada yerli ictimaiyyətə çatdırmağı və “yalançı qəhrəman”a çevrilməyi isə yalnız Sarkisyan kimilər edə bilər.

- Artıq Sarkisyan bunu edib. Odur ki, görüşdə müzakirə olunan bəzi məsələlərə aydınlıq gətirmək və müəyyən detalları dəqiqləşdirməyə ehtiyac duyulur. Bu haqda Azərbaycan ictimaiyyətinə nəyi söyləmək mümkündür?

- Bir daha təəssüf edirik ki, Sarkisyanın bu hərəkəti bizi də bu qapalı görüşdə müzakirə olunan bəzi məsələlər haqqında açıqlama verməyə məcbur edir. Bəli, Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev işğal olunmuş ərazilərdə erməni dəstələri tərəfindən ələ keçirilmiş kəlbəcərli iki girovun məsələsini qaldırıb. Məlum olduğu kimi, girovlardan biri Rusiya vətəndaşıdır və onun ailəsinin Rusiya Prezidentinə müraciəti yayılıb. Azərbaycan Prezidenti görüşdə həmin müraciəti Prezident Vladimir Putinə çatdırıb və görüş əsnasında girovların azad edilməsi məsələsini qaldırıb. Prezident İlham Əliyevin fikrincə, ermənilər bu iki kəlbəcərlini heç bir əsas olmadan “təhlükəli diversant”lar kimi qələmə verib və onların ətrafında KİV-də eybəcər şou yaradıblar. Halbuki onların ailə üzvlərinin verdiyi məlumata görə, bu iki şəxs neçə illərdir ki, öz vətəndaşlıq hüquqlarından istifadə edərək ermənilərin işğalı altında olan doğma kəndlərinə – valideynlərinin qəbrini ziyarət etməyə gedirlərmiş. Onlardan birinin Rusiya vətəndaşı olduğunu nəzərə alaraq, Prezident İlham Əliyevin Prezident Vladimir Putindən bu məsələyə münasibət bildirməsini istəməsi isə tam təbiidir və söz yox ki, bu, dinc sakinlərin qeyd-şərtsiz azad olunması məqsədi daşıyır.

Bundan başqa, Azərbaycan Prezidenti üçtərəfli görüşdə işğal bölgəsində və qoşunların təmas xəttində erməni silahlı qüvvələri tərəfindən öldürülmüş əsgərlərin və dinc sakinlərin meyitlərinin müharibə qanunlarına uyğun olaraq, qeyd-şərtsiz geri qaytarılmasını tələb edib. Hətta görüşdə Prezident İlham Əliyev üzünü Sarkisyana tutaraq belə bir ifadə də işlədib: “İşğalçı erməni əsgərlərinin cəbhə bölgəsində ələ keçirdiyi girovlar və meyitlərin üzərində törətdikləri vəhşi əməlləri heç Hitlerin zamanına faşistlər də etməmişdi. Meyitə belə hörmətsizlik etmək olmaz, bu insana yaraşan əməl deyil”. Prezident, həmçinin meyitlərin dərhal öz ailələrinə təhvil verilməsini tələb edib.

S. Sarkisyan əlbəttə, Azərbaycan Prezidentinin bu mühakiməsi qarşısında ciddi bir arqument tapa bilmədiyindən 2010-cu ilin iyununda cəbhə bölgəsində minalanmış sahəni cəsarətlə keçərək düşməni onun öz silahı ilə ağır itkilərə məruz qoyan və qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olan Mübariz İbrahimovun cəsədinin geri qaytarılması ətrafında Azərbaycanın apardığı təbliğata toxunub və azərbaycanlıları “Mübariz İbrahimovu qəhrəman kimi təqdim edərək ermənilərə göz dağı verməkdə” günahlandırıb. Prezident İlham Əliyev isə cavabında S.Sarkisyana xatırladıb: “Müharibənin öz qanunları var. Mübariz İbrahimovu biz qəhrəman kimi qələmə verməmişik. O, təkbaşına erməni əsgərlərinin qoruduğu səngəri dağıdaraq, ondan artıq işğalçı əsgəri öldürmüş və özü də həyatını qəhrəmancasına qurban vermişdir. Müharibə qanunlarına görə, tərəflər qəhrəmanlara hörmətlə yanaşılmalıdır. Mübariz İbrahimov əsl qəhrəmanlıq nümunəsi göstərmiş və haqlı olaraq da Milli Qəhrəman adını qazanmışdır”. Prezident İlham Əliyev S.Sarkisyandan qəhrəmanlara məhz qəhrəman kimi yanaşmağı tələb edib.

- Əli müəllim, Serj Sarkisyan öz çıxışında, eyni zamanda, ermənilərin son diversiya hərəkətləri vaxtı Azərbaycanın daha çox itki verdiyini, ermənilərinsə “öz gücünü” nümayiş etdirdiyini bildirib və erməni xalqını sanki bu “faktla” sakitləşdirməyə cəhd göstərib. Bununla bağlı nə deyə bilərsiniz?

- Sarkisyan əlbəttə ki, bu günlərdə baş verən təxribat-diversiya nəticəsində Ermənistanın işğalçı ordusunun itkilərini bilərəkdən gizlətməyə çalışır və bu faktı ört-basdır etmək istəyir. Halbuki bütün daxili və xarici mənbələrin məlumatları son hadisələrdə Ermənistanın 50-yə yaxın itki verdiyini təsdiqləyir. İtkiləri gizlətmək Ermənistanın hərbi-siyasi dairələrinə heç zaman müyəssər olmayacaq. Məsləhətdir ki, S.Sarkisyan Cənubi Qafqazda gələcək sülhə birbaşa zərbə vuran bu kimi təxribatçı halları davam etdirməkdənsə, erməni xalqını müharibənin girovunda saxlamaqdansa, son bir ildə ölkəsini kütləvi şəkildə tərk edən, iş və çörək axtarışında bütün dünyaya səpələnmiş həmvətənlərinin qeydinə qalsa daha yaxşı olar…

loading...
832 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

30 Aprel - Günün qoroskopu
Dünyanın ən varlı adamları - Siyahı
Sosial mənzillərə qeydiyyat başlayır - Video
Vikipediyanın qurucusu: Türk xalqının yanındayam
Rusiyadan ABŞ-a nüvə xəbərdarlığı
Şovinist liderlə Zidanın qalmaqalı böyüyür
Avropa liderlərindən təcili Ərdoğan qərarı
Bakıda gimnastlar mükafatlandırıldı - Foto
Rusiyada Don çayından ABŞ tankı tapıldı - Müəmmalı olay
AB İngiltərə ilə bağlı qərarını verdi
Pakistanda böyük mitinqlər başladı
Kim Çen nə qədər raket sınağı keçirib?
“Putin imperiyanın bərpası üçün hər şeyə əl atır”
İlk dəfə baş köçürüldü – Tibb dünyası şokda
O, Albaniyanın prezidenti oldu
Dünyanın ən təhlükəsiz smartfonu təqdim edildi
Bakı “Avroviziya”da yenidən qalib ola bilər
Tramp bu lideri təriflədi: Dostumdur
Ərdoğandan dünyanı lərzəyə gətirən çıxış
Səddamı devirib, İrana qapı açdıq – ABŞ generalı
Sabahın hava proqnozu açıqlandı
Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı
Xidmət müddəti artırıldı: Düşmən ordusunda xaos
ABŞ Türkiyəni PKK-ya satıb – Şok iddia
Azərbaycanlı Monte Karloda 188 min uddu
Almaniyada niqab qadağan olundu
Azərbaycan “Avroviziya”nın liderləri sırasında
Putin uğur düsturunu dedi
Prezident İlham Əliyevdən
Təbriz filmi “Fəcr”in bütün mükafatlarını aldı - Video
Prezident İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı
I vitse-prezident qızının xeyriyyə sərgisində - Foto
“Onların müdafiəsinə çoxlu pul xərcləyirik, amma...”
Türkiyə Avropanın pulunu kəsdi: Peşman olacaqlar
ABŞ İrandan tələb etdi: Onları dərhal azad edin!
Ərdoğanın baş müşaviri Moskvada danışdı: İmkan verin...
XİN bu musiqiçiləri qara siyahıya salır
AMEA adlı mükafatlarını təqdim etdi
Güzəştli evlər üçün tələb olunan - Sənədlər
Kəmaləddin Heydərov Qobustanda qəbul keçirdi
Oqtay Əsədov Çavuşoğlu ilə danışdı
Sabah yağış yağacaq - Proqnoz
Ramiz Mehdiyev AMEA yığıncağına qatıldı - Foto
Ailə lotoreyada 83,4 milyon avro uddu
Putindən Şimali Koreya ilə bağlı çağırış
Fransaya susanların Türkiyəyə
Məşhur müğənni uşaqlarının atasına ərə getdi
Rusiyadan ABŞ-a növbəti ittiham: Birbaşa günahkarsınız
Kəndimizin son günü (47-ci yazı)
28 Aprel - Günün qoroskopu
Türkiyə YPG-ni vurmağa başladı: Əlavə qüvvələr yeridilir
Rusiyalı müxalifətçi liderinə hücum edildi
Turistlərlə gələn bələdçilərə yeni şərt qoyula bilər
Türkiyədə referendumun qəti nəticəsi açıqlandı
Rusiyadan növbəti Türkiyə açıqlaması: Narahatıq
ABŞ tarixin ən güclü silahını hazırlayır - Rusiya
Fuad Ələsgərov: Korrupsiya ilə mübarizə Azərbaycanda göstərilən siyasi iradənin təcəssümüdür
145 min lirəyə görə saqqal buraxır
ABŞ və Rusiya arasında nüvə savaşı mümkündür - Puşkov
Bakıdakı kriminal savaşın dəhşətli sonluğu - Video/18+
Trampdan Pentaqona böyük səlahiyyət
Ermənistan milyonlarla insanı təhlükə ilə üz-üzə qoyur - XİN
Gənc lider gerilədi: millətçi Le Penin səsi artır
Qarabağın həllinə doğru... - Məqalə
Bakıda keçiriləcək oyunlar Qətər mediasında - Foto
Xarici İşlər naziri Lyuk Devinlə tərəfdaşlıq sazişini müzakirə etdi
Rusiya hərbi birləşmələrini Suriyadan çıxarır
Ermənistanda gərginlik: Aksiya davam edir
Bu ölkələrin generalları Moskvaya toplaşdı
Prezident İlham Əliyev sərəncam imzaladı
Ramil Usubov Türkiyənin ordu generalı ilə görüşdü
İsrail müstəqil Kürdüstanla bağlı rəsmi mövqeyini açıqladı
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub
Təbrizdə “Koroğlu” operası səsləndi - Foto
Türkiyə terror yuvasını vurdu, ABŞ ziyarət etdi – Şok video
FTX terakt törətmək istəyən İŞİD-çiləri yaxaladı - Video
Çin ikinci təyyarədaşıyan gəmisini suya buraxdı - Video
İranlı nazir Urmiya gölü haqda: Yağış yağsa…
Prezident İlham Əliyevə Kəbə ilə bağlı unikal hədiyyə - Foto
Prezident İlham Əliyev tarixi neft quyusu ilə tanış oldu - Foto
Ermənilərin “Vəd”i ABŞ-da rüsvay oldu - Video
Avropanın antitürk kampaniyası: rasist, faşist...
Venesuela Amerikanın ən nüfuzlu qurumundan çıxır
Baş prokuror Zakir Qaralov yeni prokuror təyin etdi
Koreya tarixinin ən böyük hərbi təlimini keçirdi
ABŞ Rusiyanı terrorçulara silah verməkdə suçladı
Kürd lider: PKK bölgədən getməlidir
Türk ordusu Suriyada PKK-nı yenidən hədəf aldı
FHN-dən xüsusi təlim: İslam Oyunlarına hazırlıq
Tramp rekorda imza atdı
Kəndimizin son günü (46-cı yazı)
Prezident İlham Əliyev ona “Şöhrət” ordeni verdi – İki sərəncam
AŞPA sədri üzr istədi: Rusiyanın tələsinə düşdük
ABŞ Avropadan bu malları idxal etməyəcək – Qadağa
Azərbaycan bu ölkəyə də yardım göndərdi
BMT-nin xərcləri nəzarətdən çıxıb - Tramp
Baş Prokurorluq və DİN Tovuzda filial müdirinin qətli ilə bağlı birgə məlumat yayıb
Rusiya Fransa seçkilərində: Makron hədəf alındı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com