İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
İmişlinin qaragünlü Qaradonlu xəstəxanası… |


Son dəqiqə

banner > İmişlinin qaragünlü Qaradonlu xəstəxanası…

İmişlinin qaragünlü Qaradonlu xəstəxanası…
Tarix : 14 Avqust 2014 22:57

Köhnə, uçmaqda olan binalar, divarında, döşəməsində ot göyərmiş kabinetlər, tikan basmış geniş bir həyət…

 

Giriş qapısının üstündəki lövhəni, həyətdə, otaqlardakı plakatları, ən primitiv tibbi avadanlıqları və tək-tək ağ xalatda gözə dəyən insanları görməsən, buranın xəstəxana olduğuna inanmazsan.
Qaradonlu kənd xəstəxanası ilə tanışlıq bir əsrlik tarixə ekskurs etmək zərurəti yaradır. Beləcə, sözün əsl mənasında gedib çıxırsan Nikolay dövrünə…
İmişlidə ilk tibb müəssisələri 1913-cü ildə Çaxırlı kəndində baş verən vəba xəstəliyi ilə əlaqədar yaradılıb.
Qaradonlu kəndinin ən yaşlı və məlumatlı sakinlərindən olan Vaqif Şirinov eşidib-bildiklərini bizimlə bölüşür: “Həmin vaxt çar Rusiyası bura Zelinski soyadlı bir həkim göndərib. O, bir müddət Qaradonluda yaşayıb və camaata sədaqətlə xidmət edib. Ona tapşırıblarmış ki, yerində vəziyyəti öyrənib dəqiqləşdirsin, əgər epidemiya barədə deyilənlər təsdiqlənərsə, mərkəzə bu məzmunda teleqram vursun: “Qaratikan çiçək açıb”.
Teleqram vurulub və hökumət hərəkətə keçib. Qısa müddətdə Qaradonluda taun əleyhinə stansiya və kiçik xəstəxana açılıb”.
Vaqif Şirinov
Vaqif Şirinov deyir ki, barəsində danışdığı tibb müəssisələri kəndin başqa ərazisində yerləşib, indi onlardan biri uşaq bağçası kimi fəaliyyət göstərir.
Onun sözlərinə görə, bu xəstəxananın balansında olan binaların əksəriyyəti ötən əsrin 30-cu illərində tikilib, ən cavanının 57 yaşı var, bir neçə tikili isə uçub: “1930-cu ildə Qaradonlu rayonu yaradılanda burada inzibati binalar tikilib. 1937-ci ildə İmişli kəndi inzibati mərkəz olandan sonra idarələr də ora köçürüldü. Burada hərbi düşərgə yaradıldı. Astaradan ta Hadruta qədər olan ərazidə sərhəd xidməti bu düşərgədə təşkil edilib. Düşərgə ləğv ediləndən sonra obyekt bir müddət istifadəsiz qaldı. Nəhayət, 1989-cu ildə burada Kolxozlararası Xəstəxana yaradıldı”.
Qaradonlu kənd xəstəxanasında həkim işləyən Niyaz Nurullayev müəssisənin keçmiş şöhrətindən danışır: “Bu səhiyyə ocağı 20-dən artıq kəndin əhalisinə xidmət göstərib. Burada bir gündə 10-15 cərrahiyyə əməliyyatı aparılıb.
Daha çox aztəminatlı insanlara xidmət göstərdiyimizdən bura “kasıbların xəstəxanası” kimi tanınıb. İmişli Rayon Mərkəzi Xəstəxanasının aparıcı həkimlərinin əksəriyyəti vaxtilə bu səhiyyə ocağında işləyib”.
Amma baxımsızlıq üzündən müəssisənin maddi-texniki bazası get-gedə zəifləyib. 2012-ci ilin martında xəstəxananın cərrahiyyə şöbəsinin fəaliyyət göstərdiyi binada yanğın olub.
Niyaz Nurullayev
Niyaz Nurullayev deyir ki, bundan sonra işləmək imkanları da məhdudlaşıb: “İndi bu xəstəxanada müasir təbabətdə istifadə edilən əşya və avadanlıqların heç biri yoxdur. Həkimlərin “silahı” fonendoskop və təzyiqölçən cihazlardan ibarətdir. Balaca laboratoriyamız var, orada da cüzi qan analizi aparmaq olur”.
Qaradonlu kənd xəstəxanasında 40-dək ştat saxlanır. Sanitarların işi əsasən həyətdə olur – həyəti süpürür, yaşıllıq sahələrini tikandan təmizləyirlər. Kənd yerində iş tapmaq çətin olduğundan orta tibb və texniki işçilər buradakı şəraitsizliyə dözməli olur.
Baş həkim Umudəli Hüseynov deyir ki, özü də daxil bütün həkimlərə “ailə həkimi” statusu verilib.
Umudəli Hüseynov
Günün birinci yarısı bura az sayda olsa da yerli sakinlərdən müayinə olunmaq, məsləhət almaq üçün müraciət edənlər olur. Vizual baxış və müsahibə əsasında xəstələrə diaqnoz qoyulur və müalicə təyin edilir. Adı “xəstəxana” olsa da burada stasionar müalicə almaq imkanı yoxdur.
Xəstəxananın yardımçı binalarından birində məskunlaşan, Füzuli rayonundan olan məcburi köçkün Çimnaz Məmmədova üçün bu müəssisə həm də sonuncu iş yeri olub – o, bir müddət tibb bacısı işləyib və yaşa görə pensiyaya çıxıb.
Qarı keçmiş polis əməkdaşı olan əri ilə birgə xəstəxananın başqa bir yardımçı binasında qoyun-quzu və ev quşları saxlayır.
“Azadlıq” radiosuna danışan İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Səlim Məhərrəmov Qaradonlu kənd xəstəxanası üçün yaxın vaxtlarda yeni bina tikiləcəyinə ümid etmədiyini dedi: “Xəstəxana böyük xərc tələb edir. Bina tikməklə iş bitmir, gərək onu tibbi aparat və avadanlıqlarla da təchiz edəsən. Bundan əlavə, ixtisaslı kadrlar olmalıdır. Mərkəzi xəstəxananın özündə belə nə qədər vakant yer var, kadr tapılmır. Qaradonlu rayon mərkəzindən o qədər də uzaq olmadığından hazırkı vaxtda o kənddə böyük xəstəxanaya ciddi zərurət yoxdur. Amma ola bilər ki, gələcəkdə bu məsələyə baxılsın. Biz hələlik mərhələli şəkildə kəndlərdəki tibb məntəqələrinin binalarını yeniləyirik”.
İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəsur Paşayev isə fərqli xəbər verib: “Səhiyyə Nazirliyinin nümayəndələri gəlib obyektə baxıblar. Qaradonlu kənd xəstəxanasının yenilənməsi nəzərdə tutulub. Amma bu işə nə vaxt başlanılacağı barədə bir söz deyə bilmərəm”.

Pia.az

loading...
288 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Güneydə qızıl böhranı: “Hər ay iki dükan bağlanır”
İrəvan beynəlxalq qurumları yenə şantaj edir - MN
Ukrayna ordusunun general-mayoru: “Ruslar bütün Donbası tuta bilərlər”
Ermənilər küçələrə axışır: Sərkisyana Qarabağ tələbi - Video
ABŞ-ın planını səbirlə gözləyirik - Kreml
Müşfiqin heykəli nə vaxt bərpa olunacaq? - Rəsmi
Fransa prezidentliyinə namizədin xanımı saxlanıldı
Almaniya ABŞ-a qarşı: “Məcburi deyil...”
Aygün: “Mənim orijinalım və...” - Video
Belarus hələ də böyük qardaşından imtina etmir
Bağdadi İŞİD-in məğlub olduğunu etiraf etdi
Sabahın hava proqnozu açıqlandı
Yardım fonduna nə qədər vəsait daxil olub?
1 Mart - Günün qoroskopu
Hansı halda övladlığa uşaq götürmək olar?
Uzun müddət belə yaşamağa hazır olmalıyıq - Medvedyev
Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan görüşdü - Foto
İtən sənədləri tapmaq asanlaşdı - Onlayn Xİdmət
Mərkəzi Banka yeni namizədlər irəli sürüldü
Rusiya və Çin Əsədi müdafiə etdi - BMT-də
Leyla Əliyeva:
Türkiyəyə gedənlərin sayı 25% artdı
Rusiya xüsusi təyinatlı aviadiviziya yaratdı
AMEA Naxçıvan Bölməsində növbəti interaktiv açıq dərs keçirilib - Foto
Prezident İlham Əliyev Pakistanda: hərbi məhsullar alınır
Azərbaycan və Cibuti arasında aviareys açılacaq
Baş Prokurorluq KİV rəhbərinə xəbərdarlıq etdi
Gələn ildən insanlar Aya uça biləcək
İsrail: “Ərəb dövlətlərinin bizə çox ehtiyacı var”
Prezident İlham Əliyev tapşırıq verdi: Onlar cəzalanacaq
Əflatun Amaşov: Erməni təbliğatını yayanlara qarşı tədbir görüləcək
Dağıstan feodalizm dövrünə qayıdır - Abdulatipov
Yıldırımdan Qarabağ açıqlaması: Yanınızdayıq
Fransada Xocalı ilə bağlı petisiya başladı
Putin Türkmənistana gedir
Birinci vitse-prezidentimiz dünya mətbuatında
Ramil Usubov yeni rəis təyin etdi
Mart ayının hava proqnozu açıqlandı
Əli Həsənov və Nazim İbrahimov Amsterdamda - Foto
Bütün məsuliyyət İrəvanın üzərindədir - Baxçalı
Aprel müharibəsi göstərdi ki… - İlham Əliyev
BMT baş katibindən - Qarabağ çağırışı
28 Fevral - Günün qoroskopu
Səudiyyə İraqdan sonra İranla da barışır?
Bahar Muradova cəbhə bölgəsində - Fotolar
Kəndimizin son günü (28-ci yazı)
NATO-dan Qarabağla bağlı - Çağırış
İraq ordusu strateji əhəmiyyətli körpünü azad etdi
Medvedyev: “Rusiyada böhran bitib”
Millət vəkilinin “Vətən qoxusu” Türkiyədə
Əsas məqsəd məhsullarımızın ixracıdır - Prezident
Səddam Hüseyn Trampdan kömək istədi
Yaxın Şərqin diplomatları Bakıya toplanır
Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi haqqında seminar keçirilib
Prezident İlham Əliyev dominikanlı həmkarını təbrik etdi
AB Gürcüstan üçün vizanı ləğv etdi – Son qərar
Prezident İlham Əliyevin Qətər səfəri başa çatdı - Foto
Azərin ermənipərəst türk müğənnini yerində oturtdu:
Baş həkim rüşvət alarkən həbs edildi
Hərbçilərimizin meyiti ermənilərin əlində deyil ki... - MN
Tramp müdafiə xərclərini artırır
Yunanıstan Müdafiə naziri Hulusi Akarı ölümlə hədələdi
“Oskar”da böyük qalmaqal: Zərflər səhv düşdü
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyev Əmir sarayında belə qarşılandı - Foto
Nazir yeni rəis təyin etdi
Nazarbayev Nobelə namizəd oldu
“Ermənilərin Xocalı planı ələ keçmişdi, lakin...”
Ərdoğan Məsud Bərzani ilə görüşdü
Xocalı Soyqırımı Bakı İstintaq Təcridxanasında da qeyd olundu
“Yerusalem Post”: Xocalı soyqırımından 25 il sonra
ABŞ generalından etiraf: Türkiyə yardım etməsəydi...
Mars planetinin “ürəyi” və qorxunc canlılar - Video
Prezident İlham Əliyev Qətər Dövlətinə səfərə gedib - Foto
Bu gün ilin ilk Günəş tutulması oldu
Ruhani prezidentliyə namizədliyini verir
Dünya Xocalıya lazımi reaksiyanı verməyib - Raxanski
“Əsir düşərgəsi” kitabı çap olundu
Rusiyadan Xüms bəyanatı: Vəhşi olaydır
Türkiyədən əməliyyat: PKK-nın
Penitensiar xidmətdə Xocalı şəhidlərinin xatirəsi anılır
ABŞ bunu da etdi: Terrorçulara maaş verilir
Sabahın hava proqnozu açıqlandı
Səudiyyədən 14 il sonra bir ilk: İraqa səfər
Xocalı soyqırımını törədənlər cəzalarına çatacaq - Səfir
Xələf Xələfov:
Xocalıda sonuncu toy - Tarixi Foto
ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxır
Xocalı soyqırımı Nyu Yorkda anıldı - Foto
Bakıda Prezidentin iştirakı ilə
Kəndimizin son günü (27-ci yazı)
O qadını kim sevər? – Flora Kərimova
25 Fevral - Günün qoroskopu
Demokratlar Trampı bu yolla vəzifədən atmaq istəyir - Plan
Lukaşenko ilə Putin barışır
Çavuşoğlu:
Ermənistan “müharibə olacaq” fikri ilə fəallaşıb - Polkovnik
XİN:
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com