İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
İqbal Ağazadə:“Siyasətə kasetlə şantajı indi müxalifətdə ”ünlü lider” olan biri gətirib” |


Son dəqiqə

son xeber > SİYASƏT > İqbal Ağazadə:“Siyasətə kasetlə şantajı indi müxalifətdə ”ünlü lider” olan biri gətirib”

İqbal Ağazadə:“Siyasətə kasetlə şantajı indi müxalifətdə ”ünlü lider” olan biri gətirib”
Tarix : 16 Avqust 2014 16:50

“1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün ünlü deyilən bir müxalifət lideri şantaj etmişdi – bir kasetlə, onun şəxsi həyatı ilə”

 

Ölkədə və regionda baş verən son olaylarla bağlı “Yeni Müsavat”ın suallarını cavablandırmaq üçün “Ümid” Partiyasının sədri, Milli Məclisin deputatı İqbal Ağazadəni redaksiyamıza dəvət etdik. İ.Ağazadə ilə müsahibədə qəzetimizin baş redaktoru Rauf Arifoğlu və siyasi şərhçimiz Azər Rəşidoğlu iştirak edib. Müsahibənin sonuncu  hissəsini təqdim edirik.
Birinə durub deyirlər ki, sənin keçmişin ləkəlidir, digərinə deyirlər,  sənin gələcəyin pisdir, o birinə deyirlər sənin mənimlə münasibətin pisdir; hamı kənara çəkilsin,  demokratiya ilə biz ikimiz məşğul olacağıq. Qalan heç kim məşğul ola bilməz.
- Bu ikili kimdir?
- Onların ikisinin də adları hər kəsə bəllidir… Yəni bu şəkildə yanaşma xəstəlikdir, ciddi şəkildə xəstəlikdir. Bu, Azərbaycan müxalifətinin bütövlükdə mübarizə strategiyasını zədələyir. Müxalifətçiliyin bir vəzifəsi var, ətrafına daha çox insan yığmaq. Çünki insan resursu olmasa, müxalifət partiyası, düşərgəsi siyasi gücə çevrilməz. Siyasətdə kəmiyyət həlledici amildir. Bu adamlar da Azərbaycan müxalifətini daim təkləməyə çalışırlar – bütün sferalarda. Üç-beş nəfər rəy adamı deyilən adam çıxarıblar, sosial şəbəkədən tutmuş hara qədər, hər kəs ağlına gələni danışır. Deyir mən siyahı tutmuşam, sən də qol çək… Axı, adına “siyasi dustaqlar” dediyin sənin siyahında rüşvət alan da var, siyasətə heç aidiyyatı olmayanlar da…
İkinci tərəfdən, əvvəlcə sual ver, mən sənə etimad göstərirəmmi? Mən sənə, digər təqdimatçıya  etimad göstərmirəmsə, sənin siyahına imza ata bilmərəm. Sən o siyahını tərtib etmək üçün imza atacaq şəxsləri əvvəlcə bəlli etməlisən və deməlisən bir nümayəndə verin, bunu təhlil edək. Və ya bacarıqlı ekspertlər əvvəlcə onların cinayət işinin xülasəsini ortaya qoymalıdır ki, bu cinayət işinin xülasəsi Cinayət Prosessual Məcəlləsinin tələblərində və qondarma ittihamlarla olub. Bunların heç biri yoxdur, adam siyahı müəyyən edib, qol çəkməyəndə deyir, sən vətən xainisən, sən alçaqsan, sən şərəfsizsən. Bu şəkildə yanaşma olmur. Bu, nəhayətdə ciddi xəstəlikdir. Çox ciddi xəstəlikdir. Bu adamları müalicə etmək lazımdır.
- Kimlərdir bu adamlar?
- Sosial şəbəkədə və rast gəldiyiniz… Onlara xitabən deyirəm: əgər sən məni qəbul etmirsənsə, İqbal Ağazadəni görməzlikdən gəlmək istəyirsənsə, hakimiyyətin səni görməməsi çox təbiidir. Sən düşərgədəkilərə, siyasi səhnənin komponentlərinə necə yanaşırsansa, hakimiyyət də sənə o cür yanaşır. Baxıram indi hakimiyyətin də yanaşmasında, ayrı-ayrı sosial şəbəkələrdə, bir də görürsüz biri haqqında bir video material, otağına girmə, ailəsinə girmə və sair və sair…

“Adına “siyasi dustaqlar” dediyin siyahıda rüşvət alan da var, siyasətə heç aidiyyəti olmayanlar da”…

- Doğrudan da, son vaxtlar yeni videolarla bağlı anonslar verilir…
- Bu, çox tərbiyəsiz bir şeydir. Heç kimin özəl həyatına heç kim müdaxilə edə bilməz, kimin nə etməyindən asılı olmayaraq. Amma yadıma tarixçələr düşür… 1993-cü ildə ünlü bir müxalifət liderini elə bu gün ünlü deyilən bir müxalifət lideri şantaj etmişdi –  bir kasetlə, onun şəxsi həyatı ilə. Biri qadın olmaqla, iki nəfərin səsi yazılmışdı və onunla şantaj olunmuşdu. Bu, faciədir.
- Həmin o ünlü dediyinizin özü indi şantaj olunurmu bəs? 
- Təəssüf ki, özü də, çevrəsi də şantaj olunur. Amma vaxtı ilə o, şantaj etmişdi. Siyasətdə bu cür çirkli oyun qaydasını o tətbiq edib… O zaman şantaj olunan adam təşkilatdan çıxıb getmişdi sonda.

- Son həbslərlə bağlı, apardığı proseslə bağlı Azərbaycan hökumətini müxalifət təmsilçilərindən bəziləri tənqid edir və bir ifadə işlədirlər: “Hakimiyyət bu hərəkətləri ilə dünyaya, Avropa Birliyinə, demokratiya paytaxtlarına meydan oxuyur” Razısınızmı?
- Qəti şəkildə. Azərbaycan hakimiyyəti sadəcə olaraq regionda, dünyada baş verən hadisələri kifayət qədər gözəl analiz edir, müxalifət cameəsindən fərqli olaraq fürsətdən yararlanır. Əgər Azərbaycan hakimiyyəti dünyaya meydan oxuyurdusa, Elmar Məmmədyarov Avropa Şurasında çıxışında deməzdi “bizim 2014-16-cı il üçün demokratiya proqramımız var”. Deyərdi,  “bilirsiz nə var, demokratiya da özüməm, söz azadlığı da”.  Prezident İlham Əliyev birinci gün Avropa Şurasının prezidenti ilə telefonla danışıb işçi qrupunun bərpa olunması üçün. Hakimiyyət  öz  maraqlarına oynayır. Maraqlarının harada olduğunu, necə olduğunu düzgün təyin edir. Onu biz müəyyən edə bilmirik.
Çünki bizim müəyyən edə bilməyimiz üçün əvvəlcə bizim ağıllı olmağımız lazımdır. Azərbaycan müxalifətində yenə deyirəm, bir qrup adam ağıldan əziyyət çəkir. Azərbaycan müxalifətində bir qrup adam elə bilir ki, İntiqam Əliyevin həbsinə qarşı bəyanatın altında iki, üç nəfərin imzasından başqa imza olsa, həmin imza atanlar ictimai rəydə yer qazanacaqlar; buna görə də deyirlər “yox, olmaz”. Halbuki o adam gedib İntiqam Əliyevi gerçəkdən də müdafiə etmək istəyirsə, hakimiyyətə, millət vəkillərinə, ziyalılara hətta hakimiyyətin yanında olan ziyalılara yalvarmalıdır ki, xahiş edirəm, buna qol çəkin, bu adamı həbsdən azad edək. Deyir ki, qol çəkməyin, bura qoşulmayın, siz müxalifət deyilsiniz. Sanki İntiqam Əliyevin haqlı olub-olmadığını müəyyən etmək üçün hökmən müxalifət olmalısan, adam olmalı deyilsən.
- Siz həmin bəyanata qol çəkərsinizmi?

“Bələdiyyə seçkilərinə 17 min namizəd vermək imkanı var; 17 min namizədi gəlin düşərgə olaraq birləşib verək və bir seçki ab-havası yaradaq”

- Mən qol çəkmişəm artıq. Yenə deyirəm, Azərbaycanda siyasi məhbus olduğunu da, insan haqlarının pozulduğunu da, ədalətsiz məhkəmənin olduğunu da bilirəm. Amma yanaşmaları elə şəkildə sərgiləmək lazımdır ki, o, cəmiyyət üçün sual doğurmasın, insanlar üçün sual doğurmasın. İnsanlar onun gerçək cavabını tapsınlar. Bu gün hörmətli hüquqşünaslarımız İntiqam Əliyevin də, Leyla Yunusun da, digərlərinin də ittiham olunduğu maddəni və sübut növlərini ortaya qoysunlar. Bir-bir onlar üçün kiçicik bir rezume yazsınlar. “İntiqam Əliyevin vergidən yayınması yoxdur, bu maddələr pozulmayıb, bu adam bu qədər qrant alıb, bu qədər vergi ödəyib, qanunvericiliyin də tələbləri bu qədərdir, sahibkarlıqla məşğul olmayıb”, –  və sairi qoysunlar ortaya. Cəmiyyət bunları bilmir. Cəmiyyət bilməyəndə iqtidar çox rahatca kütləvi-informasiya vasitələri ilə ab-havanı yarada bilir ki, bunlar xaricdən pul alıb yeyirlər.
- Bu minvalla 2015-ə gedirsiniz müxalifət olaraq. Nəticə nə olacaq?
- 2015-dən əvvəl 2014 var. 2014-də heç nə edə bilməsək, bələdiyyə seçkiləri ilə bağlı, biz bu prosesə qatılmasaq, Avropa ailəsi qarşısında iqtidarın əlinə daha bir şans vermiş oluruq. İqtidar yenə də deyəcək ki, müxalifətin  elektoratı yoxdur, yerli seçkilərdə, bələdiyyə seçkilərində iştirak etmirlər.
- Bununla bağlı müxalifət təmsilçiləri ilə danışmısınızmı?
- Bir xeylisi ilə söhbət etmişəm. Hətta birlik barədə də söhbət etmişik. Bu gün mənim baxışım budur ki, deyəsən “Ümid” Partiyasından başqa müxalifət cameəsindən heç kim bələdiyyə seçkilərində iştirak etməyəcək.
- Bəlkə “Ümid” də iştirak etməsin, tam olsun bu?
- Nə olacaq bu?
- Boykot.
- Bizim boykotumuzu Qərb bilirsiz necə dəyərləndirir? .. Qərb indiyə qədərki bütün seçkilərin hamısında iştirakın vacib olduğunu israrla bizə bildirir. İkincisi, hakimiyyətin təbliğatı daha yaxşı işləyir ki, adamları yoxdur verməyə, bizi bunda günahlandırırlar.
- Hansı doğrudur, adam varmı seçkiyə verməyə?
-  İttiham etmək istəmirəm. Amma belə bir təklif edirəm bu gün buradan. Bələdiyyə seçkilərinə 17 min namizəd vermək imkanı var. 17 min namizədi gəlin birləşib, düşərgə olaraq verək. Hamımız birləşək, verək və bir seçki ab-havası yaradaq. Bundan əvvəl də siyasi partiyalar heç prezident seçkisində iştirak etmədilər; üçüncü adamı tapıb, qoşdular seçkiyə. Müxalifət bələdiyyə seçkilərində iştirak etmir, amma parlament seçkilərinə hər partiya 100 civarında adam çıxardır. Hakimiyyət də deyir bunların gücü bu qədərdir. Vəssalam, reallıqları nə qədər ağır da olsa, Azərbaycanda hələlik seçki prosedurları var. Xalqla təmas imkanları olur, efir vaxtı verilir; bu prosedurların dayandırılmasına imkan vermək olmaz. Seçkidə iştirak etmək lazımdır ki, Avropanın da diqqətini qüvvə olaraq cəlb edə bilək. Biz prosedurların sıradan çıxmasına xidmət edən addımlar atırıq. Bələdiyyə seçkilərində qanunla nəzərdə tutulmuş qaydada efir vaxtı var, subyektlərin 50 faizi ilə iştirak edəndə verilir. Azərbaycan müxalifəti total iştirak etməyəcəyinə görə, 1-2 partiya iştirak edəcəyinə görə hakimiyyət onların da 50 üstəgəl 1 subyektində iştirakına imkan verməyəcək, qeydə almayacaq, efir vaxtı verilməyəcək, heç seçicinin xəbəri olmayacaq ki, bələdiyyə seçkiləri olub. Heç xəbəri olmayacaq ki, bələdiyyədə onun hüquqları nədir, funksiyası nədir. Vəssalam, seçki prosesi bitdi. Biz deyirik prezident seçkilərində çıxışlar yaxşı idi, 5 dəqiqəlik çıxışlar ölkədə ab-havanı dəyişdi. İndi bələdiyyə seçkilərində namizədlər çıxsın, ortaya bir mövqe qoysun, desin ki, bu hakimiyyətin bələdiyyə siyasəti səhvdir, dəyişmək lazımdır, bunların hamısını etmək əvəzinə tamam fərqli şeylər nəzərdə tutulub. Deyirlər, xeyri yoxdur, biz iştirak etmirik, gözləyirik parlament seçkisində iştirak edəcəyik. Nədi-nədi, parlament seçkilərində yerlər çoxdur, adam azdır, “bəlkə bəxtimiz gətirdi, bəlkə də qaytardılar”,- deyib də hər kəs parlament seçkilərinə gedir. Bu şəkildə siyasət olmur.

““Müharibə olmayacaq, bunu qətiyyətlə deyirəm”

- Yekunda bir daha müharibə məsələsinə qayıtmaq istəyirik. Azərbaycanlılar müharibə gözləsinmi?
Qəti şəkildə yox. Əminliklə deyirəm.
-  Bəs ermənilərin bizi, Sarkisyanın dediyikimi,  300 kilometrlik məsafədən vurmaq imkanları varmı? Ona uyğun Azərbaycanın imkanları nədir?
- Azərbaycanın da İrəvanı dağıdacağı barədə Zakir Həsənov da mövqe ifadə edib, Sərkisyan da deyib ki, “300 kilometrdən Azərbaycanı vura bilərik”. Bu, söz savaşıdır. Hətta bütün silahların olması da o deməkdirmi ki, ölkə ondan istifadə edə bilər? Ermənistanda elə silah ola bilər ki, 300 kilometrdən  bizi vursun, Azərbaycanın da ola bilər ki, hətta 500 kilometrdəki hədəfi vura biləcək silahları olsun. Amma məsələ budur ki, o silahları istifadə etmək üçün Azərbaycan və Ermənistan beynəlxalq qanunları və sairi ayaqlayıb da bu hərəkəti edə bilərmi? Qətiyyətlə deyirəm,- “Yox”.
Müəllif: Röya Rəfiyeva
Foto: Məhəmməd TÜRKMƏN
 
Yeni Müsavat qəzeti

loading...
587 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İlk dəfə: Əlil çempionumuz sağlamlarla yarışdı və… – Video
Kəndimizin son günü (64-cü yazı)
Ərdoğan bizə rəsmi tələb göndərdi – Almaniya
Mosul alındı: İŞİD bu ölkədə tam məğlub oldu
Prezident İlham Əliyev sərəncam imzaladı
Baş Prokuror Zakir Qaralov Lənkəran şəhərində vətəndaşları qəbul edib
Putindən xarici kəşfiyyatla bağlı xəbərdarlıq
Azərbaycan 2500 manata velosiped satacaq
ABŞ-dan müsəlman ölkələri üçün yeni qaydalar
Bakı nefti bahalaşdı
AB-nin cavabını verəcəyik - Kreml
Müğənni: Atamı, bacımı və 2 övladımı itirdim - Video
İşıqla Mattisin görüşü başladı
SOCAR Prezidenti Gürcüstanda səfərdədir
Bu faktları gizli saxlayacağıq - ABŞ
Millət vəkili AŞPA-da ermənini belə susdurdu
Dünyanı məhvə aparan dərman qadağan edilir
Nazirlik sosial şəbəkədə yayılmış videoya münasibət bildirdi
Aslanlar avtomobil yolunu belə bağladı - VİDEO
Tramp gözəl müxbiri görüncə... - FOTO/VİDEO
Ərdoğan Almaniyanı əsir aldı: MİT-in GİZLİ ƏMƏLİYYATI
Türkiyəli millət vəkilinə sui-qəsd: 4 silahlı həbs edildi
MN-dən ordumuzun 8 itki verməsi iddialarına - Cavab
Türkiyə hücuma keçdi: düşərgələr yerlə yeksan edildi
Aralıq dənizində dəhşət – Foto
Pedro Aqramunt AXP-dən xaric edildi
Gecə səmasında parlaq UNO-lar – Heyrət doğuran video
Qətər açıqladı: Böhranın səbəbləri…
Prezident İlham Əliyev Polşanın baş naziri ilə görüşdü - Foto
Zakir Həsənov NATO toplantısında iştirak edəcək
Bakıda daha bir festival keçiriləcək
MKİ şefi: İran Yaxın Şərqin hər yerindədir
Bakıdan İrəvanı çəkinməyə vadar edən – Dəyişiklik
ABŞ-la razılaşma heç vaxt olmayacaq - Rus politoloq
Azərbaycanda bayram namazı qılındı
Müqəddəs Ramazan bayramı və Ordu günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi
25 İyun - Günün qoroskopu
Bu müddətdən sonra insanlar həftədə dörd gün işləyəcəklər
Bu ölkədə türklərə ev verilmir
Mən mövqeyimi bir anda itirdim - Hemilton
98 illik su anbarı belə partladıldı - Video
Azərbaycan Ermənistanda sement istehsalını iflic etdi
Ukraynadan Rusiyaya Putinlə bağlı nota
İran böyük faciədən döndü - Xüsusi əməliyyat
Boksçumuz Avropa çempionatını gümüş medalla bitirdi
Gürcü nazirdən müsəlmanlarla bağlı açıqlama
Qətərdən Türkiyəyə jest: O tələb rədd edildi
Prezident İlham Əliyev 2 ölkəyə təbrik məktubu göndərib
Luis Hemilton sıralama turunun qalibi oldu - Formula 1
Bakıda yollar bağlandı, Tarkan otelə vertolyotla getdi - Foto
Amerika xalqı artıq bundan yorulub
Ekklstoun: “Bakıya gəlməyənlərə bunu məsləhət görürəm”
Baş məşqçi:
Çin və ABŞ Koreyanın taleyi həll etdi - Anlaşma
Ramil Usubov Qubada vətəndaşları qəbul etdi
Prezident İlham Əliyev Jan Fransua Manseli qəbul etdi
Firudin Nəbiyev səfirlə görüşdü
Formula-2-də zəncirvari qəza - Video
Türkiyə Qətərə gəmi yola saldı: Misir əngəl olsa...
Manana: “Bakıya qayıdıram...” – Məşhurların bayramı
Mingəçevirdə 100-dən çox yaşayış evini su basdı
Xalq artistinin vəziyyəti ağırdır: Ölə bilər
Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi
24 İyun - Günün qoroskopu
Azərbaycanın 15 yaşlı gözəli danışdı - Foto
Rusiya və Hindistan ordusu bir ilkə imza atacaq
Ərdoğan dünyaya meydan oxudu: Buna imkan verməyəcəyik
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış - Foto
Qətər 35 ölkə ilə bağlı qərar verdi: Bir ay ərzində...
Bu saytlarla bağlı şikayətlərə baxıldı - MŞ
“Qarabağ”la bağlı film “Çelsi”nin stadionunda təqdim edildi
AB-nin bunun öhdəsindən gəlməyində maraqlıyıq - Lavrov
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Bakıdan 29 avroya uçmaq mümkün olacaq
Bu kənddə hamı bir gecədə dəli oldu - Fotolar
Bu filmə baxanlar intihar etməyəcək - Video
ABŞ iraqlıları geri qaytarmaqdan imtina etdi
Bakı metrosu Tarkana görə iş qrafikini dəyişir
Qətərdən Liviyaya etiraz: Məsuliyyətsiz bəyanatdır
Daha bir məşhur rus ideoloq Bakıya gəldi
23 İyun - Günün qoroskopu
Bakı qapılarını açır: Formula-1 üçün hər şey hazırdır
AB-dən Rusiyaya zərbə: Sanksiyalar uzadıldı
Siqaret kötüyünü yerə atanlar cərimələnəcək
Naxçıvana yeni vergilər naziri təyin edildi
Rusiya və Türkiyə Suriyanın bu şəhərini bölüşdürür
Kəndimizin son günü (63-cü yazı)
Baş Prokurorluqdan quldurluq olayı ilə bağlı yeni məlumat
Nazirdən həkimlərlə bağlı əmr
Prezident İlham Əliyev 4 fərman, 5 sərəncam imzaladı
Azərbaycan əsgəri Türkiyədə təlim keçir
Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar
MKİ-nin yeni məxfi sənədləri yayıldı - Gizli virus
Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik”
Tehran söz verdi – Bu sübutlar yayımlanacaq
Avstraliya yenidən bu ölkəyə girəcək
Sabahın hava proqnozu açıqlandı
Əsədi əvəz edəcək şəxs yoxdur - Makron
Ərdoğanla kral razılaşdı – Qətər böhranı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com