İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
İşə düzəltdiyi kişilərlə cinsi əlaqədə olan “kişi”- Cinayət işi |


Son dəqiqə

KRİMİNAL > İşə düzəltdiyi kişilərlə cinsi əlaqədə olan “kişi”- Cinayət işi

İşə düzəltdiyi kişilərlə cinsi əlaqədə olan “kişi”- Cinayət işi
Tarix : 21 Avqust 2014 0:00

Seksual manyakı öldürüb meyitini hovuza atmaqda şübhəli bilinən 22 yaşlı Əziz Həsənov və Cəfər Fətihi mühakimə olunur.

 

2009-cu il yanvarın 8-də Abşeron rayonu, Xırdalan şəhərində qətl hadisəsi baş verib. Quşçuluq massivi ərazisində su hövzəsindən kişi meyiti aşkar edilib. Dərhal polisə  məlumat verilib. Abşeron Rayon Polis Şöbəsinin, rayon prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb olunublar. Meyitin üzərində xəsarətlər aşkarlanıb. Bununla da polis hadisənin qəsdən törədildiyini müəyyən edib. Hadisə yerinə çağırılan tibbi ekspertiza meyiti müayinə etdikdən sonra mərhumun baş nahiyələrində küt travmalar aşkar edib. Beləliklə, polis araşdırmaya başlayıb və  meyitin kimliyi müəyyənləşib. Məlum olub ki, o, Himayət Məmmədovdur.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxslər də tutularaq istintaqa cəlb olunub. Onlar Siyəzən rayon sakinləri 22 yaşlı Əziz Həsənov və Cəfər Fətihidir. Əziz Həsənovun tanışı olan mərhum Himayət Məmmədov əslində seksual manyak olub. Əziz dostu Cəfərlə əlbir olub, tanışını döyərək öldürüblər. Sonra da su hövzəsinə atıb qaçıblar. Beləliklə, seksual manyakı öldürən Əziz Həsənov və Cəfər Fətihi barəsində Abşeron Rayon Prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində  həbs qətimkan tədbiri seçilib. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Evinə dəvət etdiyi qonağı bıçaqla hədələdi

 

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əziz Həsənov törətdiyi cinayətdə özünü təqsirli bilməyib. O, qətlə yetirdiyi Himayət Məmmədovu həmyerlisi Əli Babazadə adlı bir nəfərin vasitəsilə tanıdığını söyləyib. Dostu Cəfərlə birlikdə iş axtardığını deyən Əzizin sözlərinə görə, həmyerlisi Əli onlara tanışı Himayət Məmmədovun telefon nömrəsini verib. Bildirib ki, o, sizi işə düzəltməkdə  kömək edəcək. Onlar da Himayətlə telefon vasitəsilə əlaqə saxlayıb. O, Xırdalanda Ər -Riyad Ticarət Mərkəzində usta işlədiyini, onları da həmin ticarət mərkəzinə işə düzəldəcəyinə söz verib. Bundan sonra Əziz dostu Cəfərlə birlikdə Bakıya gələrək Xırdalanda kirayə ev tutublar. Dəfələrlə işlə bağlı Himayətlə görüşüb, onun işlədiyi Ər-Riyad Ticarət Mərkəzinə getsələr də, qarşı tərəf hər dəfə bir bəhanə gətirib onları yola verib. Ə.Həsənovun sözlərinə görə, hadisədən bir gün əvvəl də Himayət Məmmədov onu işlə bağlı danışmaq üçün Xırdalanda Quşçuluq yaşayış massivində kirayə yaşadığı evə dəvət edib. Bir süfrə arxasında yeyib-içdikdən sonra o, evinə dəvət etdiyi qonağı bıçaqla hədələyərək ondan soyunmasını tələb edib.

 

“Həmyerlinizi üzdəniraq etmişəm…”

 

“Mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Əvvəlcə onun sərxoş olduğunu görüb, dediklərinə o qədər də əhəmiyyət vermədim. Amma Himayətin bıçaqla üzərimə gəlib təkid etdiyini görəndə onun istəyinə qarşı çıxdım və evi tərk etdim. Oradan 100 metr aralıda, Füzuli küçəsində kirayə yaşadığım evə gəldim. Baş verənlər barədə dostum Cəfərə danışdım və ona Siyəzənə qayıtmağı təklif etdim. Dedim bu, bizə iş tapan deyil. Bu zaman mobil telefonuma zəng gəldi. Gördüm Himayətdir, danışmaq istəmədim. Telefonu Cəfərə verdim ki, o danışsın. Himayət telefonda Cəfəri nalayiq söyüşlərlə söydü. Sonra birlikdə danışıb ondan qisas almaq qərarına gəldik. Bu məqsədlə küçəyə çıxdıq və yolda Himayətlə rastlaşdıq. Onun üzərində iki bıçaq vardı. Biri əlində idi, digəri belində. Bizə tərəf gələrək “həmyerliniz Əlini üzdəniraq etmişəm, sizinlə də cinsi əlaqəyə girmək istəyirəm” deyə təhqir etdi. Sonra da soyunmağımızı tələb etdi və bizə bıçaqla hədə-qorxu gələ-gələ qamışlığa apardı. Orada mübahisə etdik, əlindəki bıçaqla məni vurmaq istədi. Cəld tərpənib Cəfərlə birlikdə onu başı üstə yerə çırpdıq. Başından və bədəninin müxtəlif yerlərindən təpiklə zərbələr vurduq. Öldüyünü gördükdən sonra yaxınlıqdakı su hövzəsinə atıb oradan uzaqlaşdıq”.

 

“Öldürəndən sonra izi itirmək məqsədilə meyiti hovuza atdıq”

 

Məhkəmədə müttəhim qismində çıxış edən Cəfər Fətihi isə ifadəsində bildirdi ki, Himayət Əzizin telefonuna zəng edəndə, telefon zənginə o cavab verib. Lakin Himayət onun ünvanına nalayiq ifadələr işlədərək Əzizlə danışmaq istədiyini bildirdib:

 

“Bu zaman mən telefonu söndürdüm. Küçədə rastlaşanda və onun bizimlə cinsi əlaqədə olmaq istəməsi qürurumuza toxundu. Onu öldürdüyümə görə özümü təqdirli hesab etmirəm. Onu öldürəndən sonra izi itirmək məqsədilə meyiti hovuza atdıq. Üzərində olan bıçaqları da sındırıb zibil qutusuna atdım. Cibində  mobil telefon vardı. Nömrəni çıxarıb atdım, mobil telefonu isə satdım”.

 

Cəfər Fətihinin ifadəsi əsasında zibil qutusuna baxış keçirilib, lakin bıçaq qırıqları orada aşkar olunmayıb.

 

“Onu 2 nəfər deyil, 10 nəfər öldürüb” 

 

Zərərçəkmiş şəxs qismində dindirilən mərhum Himayət Məmmədovun qardaşı Fikrət Məmmədov qardaşının ailəsindən ayrılandan sonra Xırdalanda kirayədə tək yaşadığını, bu səbəbdən də tez-tez onunla telefon vasitəsilə əlaqə saxladığını bildirdi. Amma hadisə baş verən gün Himayətin telefonuna zəng çatmayıb. F.Məmmədov qardaşının ünvanına səsləndirilən  ittihamlarla razılaşmadı. Bildirdi ki, hadisə naməlum səbəblər üzündən törədilib:

 

“Mənim qardaşım elə əxlaqsız adam deyildi. Normal adam idi, heç kimlə işi yox idi. Cinayətdən bir həftə əvvəl Himayət əmim oğluna zəng edərək davaya düşüyünü və kömək istədiyini deyib. 10 nəfər onun üzərinə hücum edib. Ona görə deyirəm ki, onu 2 nəfər deyil, bir neçə nəfər – hardasa 10 nəfər öldürüb”.

 

“İçkili olanda özünü söyürdü”

 

Şahid qismində ifadə verən Himayətlə bir evdə kirayədə yaşayan Turqut və Tural Məhərrəmov qardaşları Əziz Həsənovun onların kirayədə yaşadığı evə bir neçə dəfə gəldiyini təsdiqləyib:

 

“Onları üzdən tanıyıram. Biz işdən gələndə gördüm Himayətlə birlikdə çay içirlər. Hadisə günü gördüm ki, Himayət telefonda onlardan biri ilə danışdı və ünvanına nalayiq söyüşlər söydü. Sonra da dedi ki, gəlirəm və əsəbi halda evdən çıxdı. Himayəti də elə yaxşı tanımıram. Sadəcə 1 aydır ki, bir evdə kirayədə yaşayırdıq. Onu bilirdim ki, içkiyə meyilli adam idi. Düzdür, bizimlə işi olmurdu, amma içkili olanda özünü söyürdü”.

 

“İşə düzəltdiyinə görə, onunla cinsi əlaqədə oldum”

 

H. Məmmədovla Ə. Həsənovu işlə bağlı tanış edən Əli Babazadə ifadəsində göstərdi ki, Himayətlə avtobusda tanış olub. Onun işlə bağlı şəhərə gəldiyini biləndə Əlini işə düzəldəcəyinə söz verib. Beləliklə, o, sözünə əməl edib və Əlini Ər-Riyad Ticarət Mərkəzinə işə düzəldib. Sonra da kafelərin birinə çay içməyə gedəndə bıçaqla Əliyə hədə-qorxu gələrək soyunmağı tələb edib və  onunla cinsi əlaqədə olmaq istədiyini bildirdib:

 

“Mən Himayətlə cinsi əlaqədə oldum. Əslində, buna məcbur oldum. Çünki əlində bıçaq vardı. Əziz mənə işlə bağlı müraciət edəndə bildim ki, Himayət mənim başıma gətirdiklərini onların da başına gətirəcək. Amma utandığımdan heç nə demədim. Bu, insana başucalığı gətirən iş deyil axı”.

 

10 il həbs

 

22 yaşlı Əziz Həsənov və Cəfər Fətihinin törətdiyi cinayət əməli ehtiyatsızılıqdan adamöldürmə kimi qiymətləndirilib. Beləliklə, məhkəmənin hökmü ilə hər iki şəxs cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Publika.az

loading...
229 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Terroru PKK törədib – Rəsmi
XİN-dən İstanbulda törədilən terror aktına - Reaksiya
Türkiyədə matəm elan olundu
FİFA-dan qəribə istək: Qrupda penalti vuruşları olsun
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım mərasimi keçirilib
Azərbaycanda
Yol polisindən vətəndaşlara müraciət - Diqqətli olun!
Xanım fanatı Zaura elə hədiyyə verdi ki... - Fotolar
Türkiyə tarixi dəyişikliyə doğru: Gözəl günlər gəlir
Kəndimizin son günü (7-ci yazı)
Prezident İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
Ərdoğan: “Putinlə danışmışam…”
İran hərbi xərcini 10 milyarda çatdırdı
Əli Həsənovun “Əl Cəzirə”yə müsahibəsi – Tam mətn
Azərbaycanın Strateji Yol Xəritəsi hazırlandı
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Baş prokuror Yevlax şəhərində  vətəndaşları qəbul etmişdir
Dövlət katibi: Finlandiya Minsk Qrupunun fəaliyyətinə dəstək verir
Azərbaycanda yeni qurumlar yaradılacaq
Yeni sənaye inqilabı: Rəqabətqabiliyyətliyin yüksəldilməsində universitetlərin rolu
Koreya parlamenti Prezidentə impiçment elan etdi
XİN: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun inkişaf etdirilməsi əhəmiyyətlidir
Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusunu müzakirə edib
Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək
DYP və Bakı şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaratdı
Əbülfəs Qarayev Tbilisidə səfərdədir
Çindəki zəlzələ Qazaxıstanda da hiss olunub
İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək
İndoneziyada torpaq sürüşmələri olub - 13 ölü
Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com