İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
İŞİD-in bütün düşmənləri bir araya gəldi |


Son dəqiqə

son xeber > DÜNYA > İŞİD-in bütün düşmənləri bir araya gəldi

İŞİD-in bütün düşmənləri bir araya gəldi
Tarix : 13 Avqust 2014 22:26

İraq sünniləri əl-Bağdadiyə qarşı vuruşacaq; bin Ladenin Xilafətlə bağlı xəbərdarlığı ortaya çıxdı

“The Washington Post” qəzeti yazır ki, Əbu Bəkr Əl-Bağdadi “İraq və Şam İslam Dövləti”ni (İŞİD) elan edərkən “əl-Qaidə” lideri olmuş Usama bin Ladenin xəbərdarlığına məhəl qoymayıb. Belə ki, terror kralı illər öncə yazmışdı ki, Xilafəti tələsik elan etmək olmaz. Bu işi ehtiyatla görmək lazımdır. Özünü xəlifə elan edən Əbu Bəkr Əl-Bağdadi isə Suriya və İraqda qanlı olaylar və gülləboranlar təşkil edərək, özünə çoxsaylı düşmənlər yaratdı və bir-birindən fərqli olan bu düşmənlərini bir araya toplayıb ona qarşı vuruşmağa təhrik etdi. Özünü də bu hücumun əsas hədəfinə çevirdi, prosesin bu macərada gedəcəyini də bin Ladenin əvvəlcədən yazmışdı.

Əbu Bəkr Əl-Bağdadinin qəddarlığı ona gətirib çıxardı ki, Səudiyyə və İran kimi bir-birinə nifrəti olan tərəflər ona qarşı birləşdilər. Hətta türklər və kürdlər də bu məsələdə eyni mövqedən çıxış edirlər.
İraqın yeni hökuməti daxil olmaqla yerli sünni, şiə və kürd siyasətçiləri Əbu Bəkr Əl-Bağdadinin törətdiyi ağlasığmaz əməllərdən dolayı birləşməli oldu. Narazılar sırasına Amerika da qoşuldu və prezident Obama İŞİD-ə qarşı qırıcı uçaqlardan istifadəyə göstəriş verdi. Bu hərbi əməliyyatın “aylar, bəlkə də illərlə” çəkəcəyi istisna olunmur.
İraq kürdlərinin lideri Məsud Barzani ABŞ-a müraciətlə belə demişdi: “Bizim sizin hərbi dəstəyinizə ehtiyacımız var…Biz sizdən heç vaxt rica etmərik ki, əsgərlərinizin çəkmələri İraq torpağına dəysin və siz bizim yerimizə vuruşasız“…
Qəzet bildir ki, bundan sonra İŞİD Amerikaya məxsus önəmli yerləri hədəf kimi qəbul edərək,  dünyanın hər yerində, o cümlədən Amerikanın daxilində vurmağa çalışacaq. Bu işə öz müttəfiqlərin də sövq edəcək. Bədəninə bombalar bağlamış terrorçular belə əməliyyatlara cəlb olunacaq.
Qəzet yazır ki, Obamanın İŞİD-ə qarşı işə saldığı bu strategiya Qərbi terror hücumlarından qorumaq məqsədi güdür. Ancaq belə yanaşma ilə terrorçuları öz əməllərindən çəkindirmək risk tələb edir və real görünmür.
“The Washington Post” bildirir ki, əgər Barak Obama yeni İraq hökumətinə dəstək işarəsi vermək istəyirsə İraqda döyüşmüş, istefada olan general David Petraueusu və ABŞ-ın İraqdakı keçmiş səfiri Rayn Krokeri Bağdada xüsusi təmsilçi kimi göndərməlidir.
Qəzet bildirir ki, bu dəfə İraqda İŞİD-ə qarşı sünnilər də vuruşacaq. “Aspen Strategy Group”da çıxış edən iki sünni liderin video-görüntüləri yayımlanıb. Onlardan biri deyir: “Başlanğıcda sünnilər İŞİD-ə sevgi ilə yanaşdılar, düşündülər ki, onlar sünnilərin haqların müdafiə edəcəklər. İndi isə sünnilər görürlər ki, İŞİD “əl-Qaidə” kimidir, onlar məscidləri partladıb insanları öldürürlər”. İkinci sünni lidersə deyib: “İŞİD hazırda hər bir tərəfin və hər kəsin  düşmənidir”.
2011-ci ildə Bin Ladenin ölümündən sonra onun Pakistandakı evindən tapılan yazılarda deyilir ki, hakimiyyəti möhkəmləndirmək üçün sadə müsəlmanların öldürülməsi İslam Dövlətini məhv edə bilər: “Bu yolla bir neçə döyüşdən qalib çıxmaq olar, ancaq bu yol sonda müharibədə qələbənin əldən çıxmasına gətirib çıxaracaq”.
Bin Laden düşünürdü ki, Xilafət elan etmək üçün ən yaxşı ölkə Yəməndir. Ancaq o, tərəfdarlarının bu işdə tələskənliyə yol verə biləcəklərindən narahat idi. Yazılış  tarixi bəlli olmayan əlyazmada deyilir: “Siz İslam Dövləti qurmaq arzusundasız. Bunun üçün biz əmin olmalıyıq ki, həmin dövlət üzərində tam nəzarəti əldə edə biləcəyik. Törətdiyimiz əməllərlə düşmənləri nə qədər zəiflətsək də, onlar bizim quracağımız dövləti məhv etmək gücündə olacaqlar”.
Əbu Bəkr Əl-Bağdadi isə səbrlə gözləyə bilmədi. Yaxın gələcəkdə biz bin Ladenin Amerikanın İslam Dövlətini dağıdacağı ilə bağlı xəbərdarlığının nə qədər real olduğunun şahidi olacağıq…
Qeyd edək ki, Əbu Bəkr Əl-Bağdadi son vaxtlar daha çox İraqın baş naziri Nuri əl-Maliki ilə müqayisə olunur. O da yeritdiyi siyasətlə tam fərqli tərəfləri özünə düşmən edə bilib. İraqda dini lider Sistani başda olmaqla şiələr, sünnilər, kürdlər indi ona müxalifdir. Bu işdə ABŞ və İran da eyni fikirdədir. Türkiyə isə əzəldən onunla yola getməyib.
musavat.com
loading...
145 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək
İndoneziyada torpaq sürüşmələri olub - 13 ölü
Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com