İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Kriminal avtoritet necə redaktor oldu – FOTOLAR |


Son dəqiqə

son xeber > MARAQLI > Kriminal avtoritet necə redaktor oldu – FOTOLAR

Kriminal avtoritet necə redaktor oldu – FOTOLAR
Tarix : 21 Avqust 2014 0:48

Köhnə SSRİ məkanında, istər Rusiya, istər Azərbaycanda yaşlı adamlardan tez-tez eşitdiyimiz bir məsəl var –  “Stalinin vaxtında qayda-qanun vardı”.  Bununla razılaşmaq da olar, razılaşmamaq da. Amma köhnə arxiv sənədlərinə baxanda bunun mif olduğunu anlayırsan. Stalinin vaxtında elə dələduzlar olub ki, indikilər onların əlinə su tökməyə yaramaz.  Sovet dövrünün gəlib-getmiş ən böyük dələduzu, “Sovet İttifaqı Qəhrəmanı”  Vladimir Qolubenko haqqında danışacağıq.

 
Həbsxanadan qaçış

 

Vladimir Qolubenko 1914-cü ildə Uralda fəhlə ailəsində anadan olub. Atası vətəndaş müharibəsi zamanı ağqvardiyaçılarla döyüşdə həlak olub. Anası 5 uşağı təkbaşına böyüdüb.

 

Həyatın bütün ağırlıqlarını uşaqlıqdan görən Vladimir özünə söz verir ki,  heç vaxt kasıblıq içində yaşamayacaq.

 

Elə də edir. Əlinə ağdan-qaraya vurmur, oğurluqla, cibgirliklə məşğul olur. İlk dəfə 1933-cü ildə 5 il həbs cəzası alır. Amma  yaxşı davranışa görə cəmi iki ildən sonra azad olunur. 1937-ci ildə o, ikinci dəfə həbs olunur. Vladimir tədricən kriminal avtoritetə çevrilir. Bu dəfə azad olunmasını gözləməyərək qaçır. Azadlıqda saxta sənəd düzəldərək  Vladimir Purgin adı altında gələcəklə bağlı planlar qurur.

 

Zatən həbsdə olarkən  repressiyaya uğramış köhnə bolşeviklərdən çox şey öyrənmişdi. Bu səbəbdən cəmi 5 sinif təhsili olan Purgin qısa zamanda Sverdlovskdakı “Putyovka” qəzetinə işə düzəlir. Özünə saxta yolla xasiyyətnamə düzəltdiyindən jurnalist kimi işləyəndə problem olmur. Bu, hələ ilk addımlar idi.

 

1939-cu ildə Purgin Moskvaya köçür. Anasını da özü ilə paytaxta gətirir və onu SSRİ Ali Sovetinin binasında xadiməçi kimi işə düzəldir. Qadın oğlunun təlimatı ilə Ali Sovetin sədri M.Kalininin otağından bir neçə orden və təltifnamə kitabçası oğurlayır.

 

Purgin saxta sənədlərlə həmin ordenləri, o cümlədən, Qırmızı Bayraq Ordenini öz adına rəsmiləşdirir. Bu təltiflərlə artıq yol açıq idi. Hara istəsə, işə düzələ bilərdi.

 

Pivəxanaların birində Purgin “Komsomolskaya Pravda” qəzetinin müxbirləri – Aqranovski və Maqilevski ilə tanış olur. Onlara deyir ki, guya KOMİTERN-in gizli agentidir.

 

Təzə dostlarının köməyi ilə Purgin “Komsomolskaya Pravda” qəzetinə işə düzəlir. Tezliklə qəzet onu Monqolustana,  Xalxin-Qol ətrafındakı döyüşlərdən reportaj yazmağa göndərir. Purgin Monqolustana gedir, ya yox, bəlli deyil. Amma ezamiyyətdən qayıdanda onun sinəsində Lenin ordeni vardı. Guya yaponlarla döyüşdə göstərdiyi igidliyə görə almışdı. Redaksiyada isə təltifnamənin Monqolustandakı hərbi hissə rəhbərinin yox, ölkənin qərbindəki hərbi hissə rəhbəri tərəfindən verilməsinə diqqət yetirmədilər. Təbii ki,  təltifnamə saxta idi. Amma iki  Lenin ordeni almış qəhrəmanı yoxlamağa kim cürət edərdi?

 

Artıq tamah baş yarar

 

Hər şey yağ kimi gedirdi. İzzət-hörmət, vəzifə – Purginin bütün arzuları reallaşırdı. Ancaq o, daha çox şey istəyirdi. Axı niyə Sovet İttifaqı Qəhrəmanı olmasın?

 

Əvvəlcə komsomol sıralarına girmək lazım idi. Bu, asan və tezdüzələn iş idi. Ali mükafatı almaq üçün yenə cəbhəyə gedib “qəhrəmanlıq” etmək lazım gələcəkdi.

 

1940-cı ildə Purgin 39-cu diviziyanın adından saxta sənəd düzəldib redaksiyaya göndərdi. Məktubda Purgin  sovet-fin sərhəddinə dəvət edilirdi. Redaksiya ezamiyyəti dərhal verdi. Heç kimin ağlına gəlmədi ki, Purgin özü-özünü ezamiyyətə göndərir.

 

1940-cı il yanvarın 24-dən Purgin artıq sovet-fin sərhədindəki hərbi münaqişə zonasında olmuş kimi sayılırdı. Əslində, Moskvadakı mənzilində idi. Qəzetin redaksiyasından aldığı pulları dostları Aqranovski və Moqilevski ilə birgə restoranlarda sağa-sola səpirdi.

 

Mart ayında SSRİ  Müdafiə Nazirliyinə 39-ci briqadadan təltif edilənlərin siyahısı gəldi. Təltifə layiq bilinənlərin arasında Purginin də adı vardı. Məktubda deyilirdi ki, “Komsomolskaya Pravda” qəzetinin hərbi şöbəsini redaktoru , həmçinin kiçik komandir Purgin Vladimir Petroviç finlərlə müharibədə göstərdiyi qəhrəmanlığa , igidliyə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülə bilər.

 

Müdafiə Nazirliyində artıq 2 Lenin ordeni olan Purginin şəxsi işini yoxlamadılar. Axı o, qəhrəman idi. Aprelin 12-də SSRİ Ali Sovetinin qərarı çıxdı. Sovet İttifaqı Qəhrəmanı adı alan 15 nəfərin içində Purgin də vardı.

 

Elə həmin ay Purgin “yaralarını sağaltmaq” üçün Soçiyə istirahətə getdi. Mayın 22-də onun dostu Aqranovski “Komsomolskaya Pravda” qəzetində Purgin haqda böyük məqalə yazır.

 

Soçidən qayıdan Purgin tamahının ucbatından böyük səhvə yol verir. O, saxta yolla rütbəsini artırır. Leytenantdan birbaşa  polkovnikə çevrilir.  Müdafiə Nazirliyində yoxlama başlayır. Aşkara çıxır ki, Sovet İttifaqı Qəhrəmanı adını həbsxanadan qaçmış kriminal avtoritetə veriblər.
1940-cı ilin payızında Purgin güllələnir.

 

İlqar Atabəyli

loading...
5.105 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23 İyun - Günün qoroskopu
Bakı qapılarını açır: Formula-1 üçün hər şey hazırdır
AB-dən Rusiyaya zərbə: Sanksiyalar uzadıldı
Siqaret kötüyünü yerə atanlar cərimələnəcək
Naxçıvana yeni vergilər naziri təyin edildi
Rusiya və Türkiyə Suriyanın bu şəhərini bölüşdürür
Kəndimizin son günü (63-cü yazı)
Baş Prokurorluqdan quldurluq olayı ilə bağlı yeni məlumat
Nazirdən həkimlərlə bağlı əmr
Prezident İlham Əliyev 4 fərman, 5 sərəncam imzaladı
Azərbaycan əsgəri Türkiyədə təlim keçir
Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar
MKİ-nin yeni məxfi sənədləri yayıldı - Gizli virus
Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik”
Tehran söz verdi – Bu sübutlar yayımlanacaq
Avstraliya yenidən bu ölkəyə girəcək
Sabahın hava proqnozu açıqlandı
Əsədi əvəz edəcək şəxs yoxdur - Makron
Ərdoğanla kral razılaşdı – Qətər böhranı
Prezident İlham Əliyev İqor Dodonla görüşdü - Foto
22 İyun - Günün qoroskopu
Keçmiş prezident
Belçikanı qana boyamaq istəyən şəxs İŞİD tərəfdarı çıxdı
Putin:
Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
Bakı bunun üçün əla yerdir - Okon
Türkiyə icazə vermədi, ABŞ-a müraciət etdik - Ukrayna
Prezident İlham Əliyev 6 sərəncam, 2 fərman imzaladı
Dodon Bakıda - Foto

Dodon Bakıda - Foto

21 İyun 20:03

İranın neft naziri: Neftin qiymətinin düşməsinin səbəbi...
Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO
Daha bir məşhur futbolçu həbs olundu
“Nar” və “Avtostop” radio verilişindən maraqlı təklif: müsabiqədə iştirak et, dəyərli hədiyyələr qazan!
PKK-nın Alp dağlarında düşərgəsi ortaya çıxdı
Baş beynin effektli müayinə üsulu - Video
Körfəz ölkələri Qətərə kiber-hücuma keçdi
Prokuror Başbuğa bəraət istədi
Poroşenko Saakaşvilini Ukraynadan qovur
Baş Prokuror Zakir Qaralov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
21 İyun - Günün qoroskopu
Putin ABŞ rejissorunu belə aldatdı - Video
20 il tək adada yaşayan müflis milyoner - Foto
Bərzaninin müşaviri: Kürdüstan müstəqillik gözləyir
Moskva ABŞ-a cavab tədbiri hazırlayır - Ryabkov
Nigar Camalın qəzaya düşdüyü an - Video
ABŞ-dan Rusiyaya qarşı daha bir sanksiya
Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
AB Cənubi Qafqazdakı durumdan narahatdır - Svitalski
Dövlət büdcəsinə yenidən baxılacaq
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev hərbi qulluqçuları təltif etdi - Siyahı
Boykot davam etsə, bu planı işə salacağıq - Qətər
Yaroslav Semyonovla Azərbaycanın şəhərlərinə maraqlı səyahət - VİDEO
Maradona bu futbolçunu axmaq adlandırdı
Banqladeşdə ildırım 22 can aldı
NATO Rusiyanın təlimini nəzarətdə saxlayır
Müxaliflərdən Əsəd qüvvələrinə ağır zərbə - Pusqu
Trampın partiyası Rusiyanı xilas etdi
Ər-Riyadın 3 iranlı əsgəri həbs etməsinə Tehrandan cavab
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
20 iyun - Ümumdünya Qaçqınlar Günüdür
Kolumbiyada holland jurnalistlər qaçırıldı
İŞİD daha bir ölkəyə girdi
İranda bu rəqs qadağan edildi - Video
Poroşenko: ABŞ-dan fantastik dəstək alırıq
“Real” Ronaldoya qiymət qoydu - Milyard
ABŞ Çindən yardım istədi
20 İyun - Günün qoroskopu
Fransa hökuməti istefaya getdi
Bakıda məşqçi 12 yaşlı şagirdini döydü
London teraktını bu şəxs törədib - Foto
Növbəti gərginlik: Səudiyyə İran əsgərlərini saxladı
Kəndimizin son günü (62-ci yazı)
BMT-nin hesabatı: Müharibə, zorakılıq, təqiblər...
Məmmədyarov həmsədrlərlə görüşdü
Poroşenko Trampla görüşə getdi
İstanbula giriş və çıxışlar nəzarətə alındı - Video
İspaniyada 147 nəfəri gün vurdu: 2-si öldü
Saakaşviliyə yumurta atdı, camaat cəzalandırdı - Video
“Qarabağ”ın rəqibi müəyyənləşdi - Siyahı
Sabiq prorektor həbs olundu
ABŞ Suriya təyyarəsini vurdu: Rusiyadan reaksiya
“Nar” KSM strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəstəkləməyə davam edir
19 İyun - Günün qoroskopu
Barış Mançonun mirası açıqlandı
Fransada seçkilər: Makron yenə qalibdir
Alman nazirdən
XXI əsrin super silahının adı açıqlandı
Cüdoçularımız Avropa çempionatında birinci oldu
Everestdə tapılan 10 cəsədin heyrətamiz hekayəsi - Foto
Kılıçdaroğlunun yürüşünə FETÖ dəstək verir - Canikli
Ramazandan sonra Tramp İrana qarşı həmlə edəcək - Varlı
Qazaxıstanda çarşab qadağası
Bu ölkə Qətərə 48 saat vaxt verdi
Bu filmdən təsirlənib KQB-yə girdim - Putin
Papa onlar üçün dua etməyə çağırdı
Portuqaliya yanır: 62 ölü
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com