İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Lənkəranda yeni uğurlara imza atılır |


Son dəqiqə

son xeber > MANŞET > Lənkəranda yeni uğurlara imza atılır

Lənkəranda yeni uğurlara imza atılır
Tarix : 14 Avqust 2014 14:53
Taleh Qaraşovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir

Etiraf etməliyik ki, eyni bir subyektin keyfiyyət və fəaliyyətinə dair rəy müxtəlifliyi mövzusu bu gün müzakirə yaradacaq qədər aktual deyil. Bununla belə həmin müxtəliflik öz əksini eyni bir mətbu orqanının səhifələrində tapan zaman bəzi iradlar qabarmaq istəyir. Halbuki, müəllifin rəyi redaksiyanın rəyi ilə eyni olmaya bilər şüarını heç kim ləğv etməyib.Bu gün daha çox maraq doğuran tendensiya uzun müddət ərzində bir təşkilatın fəaliyyəttinə dair yalnız müsbət rəylər almaqdır. Əminliklə deyə bilərik ki, Lənkəran Rayon İcra Hakimiyyətinin fəaliyyəti barədə redaksiyamıza daxil olan məlumatlar da daha çox xoş ovqatlı, quruculuq ruhlu ifadələrlə təqdim olunur. Artıq uzun müddətdir ki, qəzetimizin səhifələrində həmin məlumatlar əsasında materiallardərc edirik. Taleh Qaraşovun Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduğundan sonra keçən iki il ərzində bu materiallarda Lənkəran şəhərinin özündə, ətraf kənd və qəsəbələrdə, eləcə də eyni səlahiyyət dairəsinə aid olan bütün ərazi vahidlərində müşahidə olunan iqtisadi inkişaf, rifah yüksəlişi əhatəli şəkildə əks olunub. Davamlı olaraq Lənkəranın sosial-iqtisadi inkişafı üçün görülməsi vacib olan işlərin tam sürətlə və uğurla icra olunduğu barədə təfsilatlar da təqdim olunub. Lənkərandan aldığımız yeni məlumatlarda da bölgədə ictimai həyatın dinamik məcrada, quruculuq fəaliyyətinin müşayiəti ilə davam etdiyi vurğulanır. Bu gün Lənkəranda yenə də əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır. İyul ayında təqdim olunmuş məlumatlara görə də 2014-cü ilin birinci yarımili ərzində Lənkəran rayonunda ümumi məhsul buraxılışı 144.7 milyon manat təşkil etmişdir ki, əksər mütəxəssislər də bunu 4%-ə qədər artım kimi dəyərləndirirlər. Xüsusi qeyd olunan nailiyyət göstəriciləri kimi sənayedə 9,5 milyon manatlıq və kənd təsərrüfatında 29,5 milyon manatlıq məhsul istehsal olunması qeyd olunur. Məlumatlarda bildirilib ki, – ilk yarımil ərzində Lənkəranda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara və iş adamlarına 964 min 500 manat güzəştli kredit verilmişdir.Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Şəhərin giriş qapısı olan Ürgə-Göyşaban kəndi ərazisində, beynəlxalq hava limanı yolunda, şəhərin Akademik Zərifə Əliyeva, F.Məmmədov, Ş.Axundov, P.Təhməzov, Koroğlu küçələrində və Həzi Aslanov xiyabanında müasir hasarlar tikilərək ağ laylarla üzlənmiş, səkilərə tamet və bardürlər düzülmüş, müasir küçə işıqlandırıcıları quraşdırılmışdır. Yaşayış məntəqələrinin qazlaşdırılması, məktəb tikintisi və yol çəkilişi istiqamətində görülən işlər əhalinin də böyük razılığına səbəb olub. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bardürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılmış, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənmişdir. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən mərmər üzlüklə işlənmişdir. Xocalı soyqırımı abidə-kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq istifadəyə verilmişdir. Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulmuş, səkilərə 21400 kvm tamet və 5 min paqonometr bardür düzülmüş, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılmışdır. Bu arada Lənkəran RİH-nin fəaliyyətində dinamik inkişafın davamlı olduğunu vurğulamaq üçün xatırlamaq yerinə düşər ki, 2013-cü il də Lənkəranda sürəkli abadlıq-quruculuq işləri ilə keçmişdir. Ötən il həm də Dövlət başçısı İlham Əliyevin Lənkərana növbəti gəlişi ilə bütün lənkəranlılar üçün əlamətdar olub. Həmin tarixi səfər zamanı İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verərək bildirmişdi ki, parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılmış və 2013-cü ilin mayında başa çatdırılmışdır. Bu gün də şəhərin küçə və meydanlarında tikinti işlərinin davam etdirildiyi, park və meydanların, yol və səkilərin yenidən qurulduğu diqqəti cəlb edir. Ümumiyyətlə isə son illər Lənkəran şəhərində bir çox sosial yönümlü layihələr həyata keçirilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan məlumatlarda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilmişdir. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəryolservis” ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38.4 km hissəsinin 10 km əsaslı təmir olunaraq istifadəyə verilmiş, bu yolun daha 3.5 km hissəsinin təmiri nəzərdə tutulmuşdur. 42 saylı Yol İstismar İdarəsi tərəfindən idarənin balansında olan avtomobil yollarında cari təmir işləri aparılmışdır. Rayonun Tükəvilə-Diryan-Gəgiran avtomobil yolunda bir ədəd, Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda bir ədəd körpü tikilmiş və Daşdatük kəndi ərazisində Bəşəruçayın üzərində yeni körpünün inşası başa çatdırılmışdır.Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilmişdir. Lənkəran Qaz İstismar Sahəsi 2014-cü ilin birinci yarımilində əhalinin və müəssisələrin təbii qazla təminatı sahəsində bir sıra işlər həyata keçirmişdir. Rayonun Sütəmurdov kəndində 1000 paqonometr metal boru, 3758 ədəd yeni sayğac və tənzimləyici quraşdırılmışdır. Abonentlərin sayı 3103 nəfər olan 6 kənd yaşayış məntəqəsi mavi yanacaqla təmin edilmişdir. Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 54 yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir. Təbii ki, bu gün Lənkəranda gedən proseslərin bünövrəsində məxsusi olaraq “Regionların inkişafına dair” dövlət proqramı dayanır. Məhz bu proqrama əsaslanaraq, Taleh Qaraşovun rəhbərliyi altında region üçün inkişaf proqramı hazırlayan yerli icra strukturları demək olar ki, Lənkəranda həyatın bütün sahələrini öz nəzarətlərinə götürə biliblər. Ən əsaslardan olan təhsil, səhiyyə sahəsi üçün önəmli olan binaların tikintisi, digər sosial obyektlərin inşa edilməsi, park və bulvarların yenidən qurulması yerli sakinlərin ürəyindən xəbər verir. Cari ilin 6 ayında şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhərdaxili küçələrdə 25000 kvm yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvm, Boladi kəndində 750 kvm, Liman şəhərində 4500 kvm yola asfalt döşənmişdir. Rayonda 70 ailə, 258 nəfər məcburi köçkün müvəqqəti məckunlaşmışdır. Onların sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Şəhər İcra hakimiyyəti tərəfindən qacqın və məcburi köckünlərə 2014-cü ilin 6 ayında 3 min manatlıq ərzaq yardımı verilmişdir. Cari ilin birinci yarımilində rayonda 1325 yeni iş yeri açılmışdır, onlardan 1036 daimi iş yerləridir. Bu gün müasirliyi ilə seçilən Lənkəran Gənclər Mərkəzi gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi yerinə çevrilmişdir. Buraya gələn gənclərə təkcə asudə vaxtlarını deyil, eyni zamanda, milli və vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə idman dərnəkləri fəaliyyət göstərir və milli intellektual oyunlar keçirilir. Ayrıca olaraq göstərmək lazımdır ki, Lənkəranda son illər xüsusi diqqət mərkəzində saxlanılan turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli 5 ulduzlu Otel-Cotec kompleksinin tikintisi gedir. Lənkəranlılar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rayona göstərdiyi yüksək diqqət və qayğıya əməli işləri ilə cavab verməkdə davam edirlər.

Bizimdovr.az

loading...
491 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

30 Aprel - Günün qoroskopu
Dünyanın ən varlı adamları - Siyahı
Sosial mənzillərə qeydiyyat başlayır - Video
Vikipediyanın qurucusu: Türk xalqının yanındayam
Rusiyadan ABŞ-a nüvə xəbərdarlığı
Şovinist liderlə Zidanın qalmaqalı böyüyür
Avropa liderlərindən təcili Ərdoğan qərarı
Bakıda gimnastlar mükafatlandırıldı - Foto
Rusiyada Don çayından ABŞ tankı tapıldı - Müəmmalı olay
AB İngiltərə ilə bağlı qərarını verdi
Pakistanda böyük mitinqlər başladı
Kim Çen nə qədər raket sınağı keçirib?
“Putin imperiyanın bərpası üçün hər şeyə əl atır”
İlk dəfə baş köçürüldü – Tibb dünyası şokda
O, Albaniyanın prezidenti oldu
Dünyanın ən təhlükəsiz smartfonu təqdim edildi
Bakı “Avroviziya”da yenidən qalib ola bilər
Tramp bu lideri təriflədi: Dostumdur
Ərdoğandan dünyanı lərzəyə gətirən çıxış
Səddamı devirib, İrana qapı açdıq – ABŞ generalı
Sabahın hava proqnozu açıqlandı
Dünya prezidentlərinin aylıq əmək haqqları açıqlandı
Xidmət müddəti artırıldı: Düşmən ordusunda xaos
ABŞ Türkiyəni PKK-ya satıb – Şok iddia
Azərbaycanlı Monte Karloda 188 min uddu
Almaniyada niqab qadağan olundu
Azərbaycan “Avroviziya”nın liderləri sırasında
Putin uğur düsturunu dedi
Prezident İlham Əliyevdən
Təbriz filmi “Fəcr”in bütün mükafatlarını aldı - Video
Prezident İlham Əliyev 1 sərəncam, 3 fərman imzaladı
I vitse-prezident qızının xeyriyyə sərgisində - Foto
“Onların müdafiəsinə çoxlu pul xərcləyirik, amma...”
Türkiyə Avropanın pulunu kəsdi: Peşman olacaqlar
ABŞ İrandan tələb etdi: Onları dərhal azad edin!
Ərdoğanın baş müşaviri Moskvada danışdı: İmkan verin...
XİN bu musiqiçiləri qara siyahıya salır
AMEA adlı mükafatlarını təqdim etdi
Güzəştli evlər üçün tələb olunan - Sənədlər
Kəmaləddin Heydərov Qobustanda qəbul keçirdi
Oqtay Əsədov Çavuşoğlu ilə danışdı
Sabah yağış yağacaq - Proqnoz
Ramiz Mehdiyev AMEA yığıncağına qatıldı - Foto
Ailə lotoreyada 83,4 milyon avro uddu
Putindən Şimali Koreya ilə bağlı çağırış
Fransaya susanların Türkiyəyə
Məşhur müğənni uşaqlarının atasına ərə getdi
Rusiyadan ABŞ-a növbəti ittiham: Birbaşa günahkarsınız
Kəndimizin son günü (47-ci yazı)
28 Aprel - Günün qoroskopu
Türkiyə YPG-ni vurmağa başladı: Əlavə qüvvələr yeridilir
Rusiyalı müxalifətçi liderinə hücum edildi
Turistlərlə gələn bələdçilərə yeni şərt qoyula bilər
Türkiyədə referendumun qəti nəticəsi açıqlandı
Rusiyadan növbəti Türkiyə açıqlaması: Narahatıq
ABŞ tarixin ən güclü silahını hazırlayır - Rusiya
Fuad Ələsgərov: Korrupsiya ilə mübarizə Azərbaycanda göstərilən siyasi iradənin təcəssümüdür
145 min lirəyə görə saqqal buraxır
ABŞ və Rusiya arasında nüvə savaşı mümkündür - Puşkov
Bakıdakı kriminal savaşın dəhşətli sonluğu - Video/18+
Trampdan Pentaqona böyük səlahiyyət
Ermənistan milyonlarla insanı təhlükə ilə üz-üzə qoyur - XİN
Gənc lider gerilədi: millətçi Le Penin səsi artır
Qarabağın həllinə doğru... - Məqalə
Bakıda keçiriləcək oyunlar Qətər mediasında - Foto
Xarici İşlər naziri Lyuk Devinlə tərəfdaşlıq sazişini müzakirə etdi
Rusiya hərbi birləşmələrini Suriyadan çıxarır
Ermənistanda gərginlik: Aksiya davam edir
Bu ölkələrin generalları Moskvaya toplaşdı
Prezident İlham Əliyev sərəncam imzaladı
Ramil Usubov Türkiyənin ordu generalı ilə görüşdü
İsrail müstəqil Kürdüstanla bağlı rəsmi mövqeyini açıqladı
“Azərbaycan xalçaları” jurnalının 22-ci sayı nəşr olunub
Təbrizdə “Koroğlu” operası səsləndi - Foto
Türkiyə terror yuvasını vurdu, ABŞ ziyarət etdi – Şok video
FTX terakt törətmək istəyən İŞİD-çiləri yaxaladı - Video
Çin ikinci təyyarədaşıyan gəmisini suya buraxdı - Video
İranlı nazir Urmiya gölü haqda: Yağış yağsa…
Prezident İlham Əliyevə Kəbə ilə bağlı unikal hədiyyə - Foto
Prezident İlham Əliyev tarixi neft quyusu ilə tanış oldu - Foto
Ermənilərin “Vəd”i ABŞ-da rüsvay oldu - Video
Avropanın antitürk kampaniyası: rasist, faşist...
Venesuela Amerikanın ən nüfuzlu qurumundan çıxır
Baş prokuror Zakir Qaralov yeni prokuror təyin etdi
Koreya tarixinin ən böyük hərbi təlimini keçirdi
ABŞ Rusiyanı terrorçulara silah verməkdə suçladı
Kürd lider: PKK bölgədən getməlidir
Türk ordusu Suriyada PKK-nı yenidən hədəf aldı
FHN-dən xüsusi təlim: İslam Oyunlarına hazırlıq
Tramp rekorda imza atdı
Kəndimizin son günü (46-cı yazı)
Prezident İlham Əliyev ona “Şöhrət” ordeni verdi – İki sərəncam
AŞPA sədri üzr istədi: Rusiyanın tələsinə düşdük
ABŞ Avropadan bu malları idxal etməyəcək – Qadağa
Azərbaycan bu ölkəyə də yardım göndərdi
BMT-nin xərcləri nəzarətdən çıxıb - Tramp
Baş Prokurorluq və DİN Tovuzda filial müdirinin qətli ilə bağlı birgə məlumat yayıb
Rusiya Fransa seçkilərində: Makron hədəf alındı
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com