İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Mələklər bu evlərə girməzlər |


Son dəqiqə

son xeber > CƏMİYYƏT > Mələklər bu evlərə girməzlər

Mələklər bu evlərə girməzlər
Tarix : 14 Avqust 2014 14:42

“İslam.az” saytının dərc etdiyi məqalə marağımızı cəlb etdiyindən onu diqqətinizə çatdırırıq.

Bir evə mələklərin daxil olması o evə xeyir-bərəkətin, əmin-amanlığın, sülh və salamatlığın gəlməsi deməkdir. Əksinə, bir evdən mələklərin uzaq olması əslində, o evin və sakinlərinin Allahın mərhəmətindən, bərəkətdən məhrum qalması mənasına gəlir.

Mələklərin nifrət etdiyi və yaxın düşmədiyi canlılar donuz və itdir. Təsadüfi deyil ki, mələklər hər növ canlının cildinə girə bilərlər, yalnız donuz və it qiyafəsini almazlar. Çünki bu heyvanlar İslamda zatən (öz-özlüyündə, kənardan bulaşmadan) murdar sayılırlar və onların rütubətli halda toxunduğu hər şey pak olunmalıdır. Ona görə də mələklər it saxlanılan evə qədəm basmazlar. Əlbəttə, həyətdə saxlanılan keşikçi iti istisnadır, söhbət evin içində it saxlamaqdan gedir. İmam Cəfər Sadiq (ə) buyurmuşdu ki, mələklər it olan evə daxil olmazlar (Şeyx Səduq. Mən la yəhzürühül-fəqih, 1-ci cild, səh. 246, hədis 743).

Mələklər pak və məsum olduqları üçün murdarlıqdan uzaq dururlar. Ona görə də murdarlığa bulaşmış yerə yaxın düşməz, murdarlıq olan evə girməzlər. Əllamə Süyuti “Sünənün-Nəsai”yə yazdığı şərhdə Peyğəmbərin bu hədisini qeyd edir: “Sidik evdə qabın içində qalmasın. Həqiqətən, sidik olan evə mələklər girməzlər”.

Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Cəbrail mənim yanıma gəlib dedi: “Biz mələklər içində it və bədən timsalı (heykəl və rəsm) olan, bir də sidik qabı olan evə girmərik” (Biharül-ənvar, 73-cü cild, səh. 159). Buradan aydın olur ki, mələklərin yaxın düşmədiyi və nifrət etdiyi əşyalardan biri də canlıların heykəli və rəsmidir. İslamda canlı varlıqların rəsmini çəkmək yaxşı qarşılanmır. İslam tarixinin ilk dövrlərindən başlayaraq uzun müddət bu hərəkət qadağan edilmişdi. Hal-hazırda insan və heyvan rəsmi çəkmək mövzusunda alimlərin fikri haçalansa da, hər halda bunun çox da bəyənilmədiyi məlum həqiqətdir. İmam Mühəmməd Baqirin (ə) də buyurduğuna görə, Cəbrail, içində insan rəsmi olan evə qədəm basmadığını Peyğəmbərə bildirmişdi (yux. mənbə).

Mələklər insanı Allahdan uzaqlaşdıran mənasız əyləncələrdən də xoşlanmazlar. İnsanın şəhvətini artıran, onu mənəviyyatdan uzaq salan, vaxtın əbəs yerə itirilməsinə yol açan hərəkətlər Allahın xoşuna gəlmədiyi üçün, mələklərin də narazılığına səbəb olar və onlar bu cür işlərin görüldüyü məkanlardan uzaq durarlar. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “İçində məstedici içki (xəmr), dəf (zərb aləti), tənbur (simli alət) və nərd olan evə mələklər daxil olmazlar. Bu evdəkilərin duaları müstəcab olmaz və Allah oradan öz bərəkətini uzaqlaşdırar” (Əl-Kafi, 6-cı cild, səh. 433). Başqa bir hədisdə qumar alətləri də bura aid edilib. Ğina adlanan haram musiqi sədaları da mələkləri özündən uzaqlaşdırar. İmam Cəfər Sadiqin (ə) buyurduğu kimi, “içində ğina olan ev faciəli hadisələrdən amanda qalmaz, o evdə dualar müstəcab olmaz və o evə mələklər girməz” (Vəsailüş-şiə, 17-ci cild, səh. 315).

Mələklərin narazılığına səbəb olan səslərdən biri də zınqırov sədasıdır. Zınqırov səsi şeytana xas olan sədalardan sayılır. Burada qadınların ayaqlarına taxdıqları xalxalın cingiltisi xüsusi qeyd edilməlidir. Naməhrəmlərin diqqətini cəlb etmək üçün taxılan bütün bəzək əşyaları kimi zınqırov və xalxal da İslamda haramdır. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: “Özləri ilə köpək və zınqırov aparan yolçularla mələklər yoldaşlıq etməzlər” (Səhihü Müslim, hədis 2113 (5546)). Ümmül-möminin Aişə ayağında zınqırovlu xalxal olan qadınların onun evinə gəlməsinə icazə verməz, yalnız xalxalı ayağından çıxarandan sonra evə girmələrinə izn verər və deyərdi: “Allah Rəsulunun belə buyurduğunu eşitmişəm: “İçində zınqırov olan evə mələklər daxil olmazlar” (Sünənü Əbu Davud, hədis 4231).

Peyğəmbərdən rəvayət edilib ki, içərisində qohumluq əlaqələrini kəsən adamın olduğu qövmə mələklər nazil olmazlar (Kənzül-ümmal, 3-cü cild, səh. 367). Burada ümumilikdə qohumluq əlaqələrinə əhəmiyyət verməyən, bir-biri ilə soyuq davranan cəmiyyətlər nəzərdə tutulur. İslam müqəddəslərinin başqa hədislərindən də məlum olur ki, sileyi-rəhmə (qohumluq münasibətlərinə) diqqət yetirməmək bir çox fərdi və ictimai bəlalara yol açar. İmam Mühəmməd Baqir (ə) buyurub: “Sileyi-rəhim əməlləri saflaşdırar, sərvəti artırar, bəlanı uzaqladırar, (qiyamətdə) hesabı yüngülləşdirər və əcəli yubadar” (Üsulül-Kafi, İman və küfr kitabı, Sileyi-rəhim babı, hədis 4).

Peyğəmbər camaata əziyyət verməmək üçün soğan və sarımsaq yeyəndən sonra məscidə gəlməməyi tapşırmışdı. O həzrət bu barədə öz tapşırığını verdikdən sonra səbəbini izah edərək buyurmuşdu: “Mələklər də Adəm oğlunun narahat olduğu şeylərdən narahat olarlar”. Hədisdən görünür ki, soğan və sarımsaq yedikdən sonra məscidə gəlməməyin hikməti yalnız orada olan müsəlmanları deyil, həm də məscidin ziyarətinə gələn və möminləri müşayiət edən mələkləri narahat etməməkdir.

Əksinə, mələkləri özünə doğru cəlb edən vasitələrdən biri Quran tilavəti və zikr sədasıdır. Mələklər Quran oxunan məkanlara enər, ayələrə qulaq asar, Quran oxuyan adam üçün dua edərlər. İslam tarixindən məlumdur ki, mələklər Peyğəmbərin yanına enib, Onun Quran oxumasını dinləyərdilər. İmam Əli ibn Əbu Talib (ə) buyurub: “İçində Quran oxunan və Allah zikr edilən evin bərəkəti artar, o evə mələklər gələr, şeytanlar oradan qaçar. Ulduzlar yer əhlinə işıq saçdığı kimi, bu ev də səma əhlinə işıq saçar” (Üsulül-Kafi, 2-ci cild, səh. 610). Yenə o həzrət buyurub: “Evinizdə Quran oxumağı artırın. İçində Quran oxunan ev öz əhli üçün geniş olar, o evin xeyir-bərəkəti artar, mələklər o evə gələr, şeytanlar oradan uzaqlaşar. Amma içində Quran oxunmayan ev öz əhlinə dar gələr, xeyir-bərəkəti azalar, mələklər o evə gəlməz, şeytanlar oradan kənar durmazlar” (İbn Əbu Şeybə. Əl-Müsənnəf, 7-ci cild, səh. 167).

 

Kimdir fəqir?

 

“Fəqr” (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi “yoxsul, kasıb, möhtac” deməkdir.

Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): “Allah zəngindir, siz isə yoxsulsunuz” (Mühəmməd, 38).

Digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: “Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər…” (Bəqərə, 268). “Fəqirdənsə qəbir yaxşıdır” (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar.

Bir qrup rəvayətlərdə isə fəqirlik bəyənilən bir hal kimi göstərilir. Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s): “Fəqir mənim fəxrimdir”, “Bu ümmətin ən yaxşıları fəqirlərdir” buyurduğu rəvayət olunur. İmam Əli (ə) isə: “Axirətdə insanların ən zəngini bu dünyada ən kasıb olanıdır” deyib. İmam Mühəmməd Baqir (ə) buyurub: “Kasıb möminlər cənnət bağlarına varlı möminlərdən 40 il əvvəl buraxılacaqlar”. Sonra imam öz fikrini belə açıqlayıb: “Təsəvvür et ki, gömrük məmuru iki gəmini yoxlayır. Gəmilərdən birinin boş olduğunu görəndə deyir ki, buraxın üzüb getsin. Amma o biri gəminin dolu olduğunu görəndə əmr verir ki, saxlasınlar (ta ki, içindəkiləri yoxlasın)”. Bu qismdən olan rəvayətlərdəki fəqirlik – Allahın verdiyinə razı olmaq, qənaətlə yaşamaq, dünyanın haram nemətlərindən qaçmaq mənalarını ifadə edir.

Fəqirlik yalnız maddi deyil, mənəvi yoxsulluğa da şamil olunur. Məsələn: “Nə çoxdur elə fəqir ki, bütün zənginlərdən daha zəngindir” (İmam Əli (ə)). Təsəvvüf aləmində də fəqirlik anlayışı məhz bu mənada qəbul edilir. “Deyirlər ki, iki cür fəqr var. Bunların birindən Peyğəmbər bizarlıq edib Allaha buyurub: “Fəqrdən sənə pənah aparıram”. Fəqrin o biri növü haqqında isə buyurub: “Fəqr fəxrimdir”. Birincisi küfrə, ikincisi haqqa yaxındır. Küfrə yaxın olan – qəlbin fəqirliyidir ki, elm, hikmət, əxlaq, səbir, təslim və təvəkkül qəlbdən gedər. Amma Peyğəmbərin fəxri olan fəqirlik budur ki, insan dünyanı atsın və bununla Allaha yaxın olsun” (Xacə Abdullah Ənsari. Kəşfül-əsrar).

İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil və bu məbləği qazanmaq im-kanından da məhrumdur. Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzifəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçinin, sədəqə bu cür şəxslərə ünvanlanmalıdır.

Fəqirə yardım göstərmək İslamda savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq çox böyük günahlardandır.

Dinimizdə fəqirin də özünü aparma qay-daları barədə bəzi göstərişlər vardır. Fəqir şəxs özünü zəlil şəklə salmamalı, şəxsiyyətini alçaltmamalı, yeri gəldi-gəlmədi ətrafdakılardan yardım ummamalıdır. Həmişə ruzi axtarışında olmalıdır, işləyə bilirsə, qazancını halal zəhmətlə əldə etməyə çalışmalıdır, verilənə qane olmalıdır. Qurani-kərimdə belə şəxslərin rəftarı təqdirəlayiq sayılıb: “Sədəqə Allah yolunda canından keçərək, yer üzündə hərəkət edə bilməyən fəqirlər üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan bunlara nə verdiyinizi, şübhəsiz ki, Allah bilir” (Bəqərə, 273).

 

Özünü gözə soxan adama etina etmə

 

XIX əsrdə İranda Molla Hadi Səbzəvari adlı böyük bir alim yaşayırdı. Hikmət və fəlsəfə elmlərində dərin savada, irfanda uca məqama sahib idi. Onun kəşfü-kəramətləri, insanı heyrətdə qoyan qeyri-adi əməlləri barədə çoxlu rəvayətlər var.

Molla Hadi Səbzəvarinin nəvəsi xatırlayırdı ki, bir gün qapılarına bir dərviş gəlir. O zamanlar qələndər dərvişlər şəhər meydanlarında qəsidə deyər, gözbağlıca oyunlar göstərərdilər, camaat da onlara pul verərdi. Bəzən isə dərvişlər özləri qapı-qapı gəzib pul yığardılar. Molla Hadinin evinə gələn dərviş də onlardan bir az yağ istəyir. Qapını açan xidmətçi elə bilirdi ki, evdə yağ qurtarıb. Ona görə də dərvişə “evdə yağ yoxdur” cavabını verir. Dərviş isə razı düşməyib deyir: “Filan otağın filan divarındakı taxçada yağ qoymusunuz. Onu gətir, mənə ver”. Nökər evə gedib deyilən yerə baxır, həqiqətən orada yağla dolu bardaq görür. Sən demə, bundan xeyli əvvəl nökər yağı ora qoyub, sonra yerini unudubmuş. Nökər ağasının yanına gəlib əhvalatı danışır, soruşur ki, yağı dərvişə verim ya verməyim. Səbzəvari heç bir təəccüb əlaməti göstərmir, sadəcə olaraq “ver” deyir.

Nökər otaqdan çıxandan sonra Səbzəvarinin nəvəsi babasına deyir: “Bu dərviş qeybdən xəbər verməyi bacarırmış. Qapıda dura-dura evimizin içində nə olduğunu söyləyir. Amma siz buna heç təəccüblənmədiniz. Niyə dərvişlə maraqlanmadınız? Onu çağırıb söhbət etsəydiniz, bu bacarığı haradan qazandığını soruşsaydınız yaxşı olmazdımı?”

Səbzəvari nəvəsinə belə cavab verir: “Bala, sən dərsini oxumaqla məşğul ol. Sənin vəzifən budur ki, oxuyub savadlı olasan, zehnin açılsın. Bu cür məsələlərlə fikrini qarışdırma. Mən ona görə dərvişə etina etmədim ki, o özünü gözə soxub mənim diqqətimi cəlb etmək istəyirdi. Dərvişin məqsədi yağ istəmək deyildi, bunu bəhanə edib öz bacarığını mənə göstərmək istəyirdi. Onun bu işi mənim üçün heç qəribə deyil. Çünki mən də bu kimi işləri bacarıram. Amma bunu da bilirəm ki, qeybdən xəbər verməyi bacaran adam qapı-qapı gəzib yağ dilənməz. Sən də bunu yadda saxla ki, özünü başqalarının gözünə soxan adama etina etmək lazım deyil”.

Bu yerdə dini kitabların birində yazılmış aşağıdakı sözləri xatırlamaq yerinə düşər: Əsl alimlə özünü alim sayıb gözə soxan adam arasındakı fərq, qiymətli ləl-cəvahirat alveri edən tacirlə ləbləbi satan adamın fərqinə bənzəyir. Ləl-cəvahirat taciri səhər gəlib dükanı açar, səliqə ilə oturub alverini edər, axşam da dükanın qapısını bağlayıb evinə gedər. Gündə cəmi bircə dəfə də alver etsə, ona bəsdir; çünki satdığı bir bəzək əşyasından yaxşı qazanc götürər. Amma ləbləbi satan səhərdən axşama kimi küçə-küçə gəzib haray salar. Gündə yüz ovuc ləbləbi satsa da, qazancı qəpik-quruş olar.

loading...
570 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

2017-ci ildə böyük uğurlar gözlənilir - Türkiyəli səfir
Astana Ərdoğanın mövqeyini dəyişdirə bilər - Suriya müxalifəti
Putinin adamı: Ümidimizi itirmirik...
MDB-də olmayan zavod Ağstafada açıldı
ABŞ kəşfiyyatı Madonnanı araşdırmağa başladı
Din xadimindən skandal çağırış: Qüdsə ordu yeridilsin
İngilis nazir Suriya üçün Türkiyəyə gəlir
Məmmədyarov Lavrovla görüşdü
Prezident İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı
Bu, köçkünlərin çoxdan gözlədiyi fərman idi
Azərbaycan hərbi məhsulların istehsalını artırıb - Nazir
Millət vəkili AŞPA-da çağırış etdi
Bir həftəyə 3 min protokol yazıldı - Səbəb
Minnesota ştatının qubernatoru özündən getdi – Video
Türkan Şorayın evinə xərclədiyi pul gündəm oldu
Mosulu 160 min sakin tərk etdi
“Prezidentin bu fərmanı sosial ədalətin təminatıdır”
Putinin dostu ABŞ dövlət katibliyinin bir addımlığında
Baş prokuror Zakir Qaralov Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
Pensiyaçıların nəzərinə: Dəyişikliklər olacaq
Nazir Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşəcək
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib.
Elmar Məmmədyarov Moskvada Sergey Lavrovla görüşəcək
 Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmişdir
Bakı şəhər prokurorluğu ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişdir
24 Yanvar - Günün qoroskopu
İŞİD son cəbhəni də tərk etdi: Mosulun şərqi... - İraq
10 saniyəyə 19 bina partladıldı - Video
Serbiya və Rusiya bu ölkəni parçalamağı planlaşdırır
Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi
Prezident İlham Əliyevdən köçkünlərlə bağlı - Mühüm fərman
Məşhur Femen hərəkatı dağıldı
Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir - Nazir
Bakıya enən təyyarələrlə bağlı - Yeni qayda
Kremlin Ukraynada təxribatçılara xərclədiyi – Şok məbləğ
Ərdoğan Afrikada davul çaldı - Foto
Guya bunların yenilməz ordusu var – İlham Əliyev
Bakıda beynəlxalq forum keçiriləcək
Krım tatarları dünya dövlətlərinə müraciət etdilər
Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi
Tramp NATO-nu yenidən formalaşdıracaq
Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında - Foto
Türkiyədə referendum bu şüarla keçiriləcək
Dolların məzənnəsi kəskin azaldı
Erməni təxribatı ifşa olundu – Madriddə
Dalay Lama: “Putinlə Trampa inanıram”
Kəndimizin son günü (17-ci yazı)
Azərbaycan klublarının təcrübəsi çoxdur - Stamenkoviç
Rusiyanın Energetika naziri neftin bu ilki qiymətini açıqladı
İŞİD Mosulun ən böyük otellərdən birini partlatdı
İstanbulun tarixi sarayı dənizə doğru axır
Livanda terror: Canlı bomba vuruldu
Tramp Qurani-Kərimdən ayələri dinlədi - Video
Medvedev yenidən Partiya sədri seçildi
Ərdoğan:
Qadınlar infarkta daha meyillidir
İstanbulda evlənən Muradın Mərakeşdə də toyu oldu - Fotolar
Raminə Eyvazqızı - Nənəmin tatusu
Nərmin Dadaşova - Hamilə qadın çiyələk istəsə, sizmi verəcəkdiz?
Murad Köhnəqala -
Elçin Hüseynbəyli - Tanrı əbədi iqtidardır, Qardaşım!
Günel Natiq - Əsəblərə toxunan reklamlar
Millət vəkili “Vətən qoxusu”nu təqdim etdi - Foto
Əfsanə geri döndü - Foto
Madonna Trampı təhqir etdi - Canlı yayım dayandırıldı
Psixoloqdan SOS: Telefon xəstəliyi...
Hindistanda qatar relsdən çıxdı - 36 ölü, 100 yaralı
Sabaha olan hava proqnozu açıqlandı
Türkiyə ordusu 165 İŞİD hədəfini vurdu
Çinin üç gəmisi mübahisəli zonaya girdi
Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama
Bu ölkə silkələndi: 8 ballıq zəlzələ
Emin və Kamranın komandasından əzmkar qələbə
Qazaxıstandan Astana açıqlaması:
Pakistanda daha bir partlayış: 25 ölü
Tramp ABŞ-ın dünyadakı bu mövqeyinə son qoyur - Şərh
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com