İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Məşhur milyarder: “Çarpayı almağa pulumuz yox idi” |


Son dəqiqə

son xeber > DÜNYA > Məşhur milyarder: “Çarpayı almağa pulumuz yox idi”

Məşhur milyarder: “Çarpayı almağa pulumuz yox idi”
Tarix : 16 Avqust 2014 1:04

O, Rusiya prezidentinin dostu, jurnalistlərin isə düşmənidir. İllərlə mətbuatdan qaçıb və adi bir çilingərin necə beynəlxalq neft treyderi olmasına dair sualları açıq buraxıb. Söhbət “Volga Group” investisiya şirkətinin rəhbəri, Rusiyanın 6-cı varlı şəxsi Gennadi Timçenkodan gedir.

 

Publika.az “Milyonçu” layihəsi çərçivəsində iş adamının həyat hekayəsini təqdim edir.

 

Ermənistanda doğulub

 

 

Gennadi  Timçenko 1952-ci il noyabrın 9-da Ermənistanın Leninakan şəhərində hərbçi ailəsində anadan olub. Altı yaşında ailəsi Almaniyaya köçüb. Gennadinin uşaqlığı Almaniyanın şərqində  keçib. Orta məktəbi Odessa yaxınlığındakı şəhərdə oxuyub. 1971-ci ildə Leninqrad (indiki Peterburq – red.) Hərbi-Mexanika İnstitutuna qəbul olub. 1976-cı ildə təhsil müəssisəsindən elektromexanik-mühəndis ixtisası üzrə məzun olub.  “İjorski” zavodunda çilingər kimi işə başlayıb. 1982-ci ildə Xarici Ticarət Nazirliyində baş mühəndis vəzifəsinə keçib. Bununla da, böyük pullara gedən yolun qapısı üzünə açılıb.

 

Çilingərlikdən Xarici Ticarət Nazirliyinə 

 

 

Gələcəyin iş adamı 1987-ci ildə Dövlət Xarici Ticarət Assosiasiyası “Kirişinefteximeksport”da  direktor müavini vəzifəsində işləyir. 1991-ci ildə Finlandiyaya üz tutur. Orada “Urals Finland Oy” şirkətində rəhbər vəzifədə işləməyə başlayır. 1995-ci ildə “Urals Finland Oy” şirkəti “International Petroleum Products Oy” adlandırılır. Timçenko əvvəlcə şirkətin direktor müavini, daha sonra isə baş direktoru olur. 1997-ci ildə isveçrəli iş adamı Turbernom Tornkvistomla birlikdə neft ticarəti şirkəti “Gunvor”u yaradır. Əlverişli makroiqtisadi şərait və qiymət şərtləri şirkətə beynəlxalq, eləcə də Rusiya  bazarında  paya sahib olmaq imkanı yaradır. “Gunvor” vasitəsiylə həm dövlət, həm də qeyri-dövlət neft məhsullarının satışı həyata keçirilir. Əslində, bu, Timçenkonun iş həyatı ilə bağlı irəli sürülən rəsmi faktlardır. Qeyri-rəsmi xəbərlərə görə isə, Timçenkonun şirkətinin bazarın böyük hissəsinə sahib olmasında prezident Vladimir Putinlə münasibətləri rol oynayır. Onların əlaqəsi isə DTK sıralarından yaranıb. Hətta o da qeyd edilir ki, Timçenko sadəcə Putinin biznesini idarə edir. İş adamının adına çıxılan şirkətlərin, səhmlərin gerçək sahibi əslində Putindir.

 

Sərvəti

 

Gennadi Timçenko Rusiyanın 200 varlı iş adamının siyahısında 6-cı sırada yer alır. Onun varidatının həcmi 15 milyard dollar həcmində qiymətləndirilir. Sahib olduğu “Gunvor” bu gün də aparıcı müstəqil enerji treyderi sayılır. Şirkətin müştəriləri beynəlxalq iri neft qaz şirkətləridir. 2010-cu ildə şirkətin dövriyyəsi 71,7 milyard dollar, 2011-ci ildə 87 milyard dollar təşkil edib. Onu da qeyd edək ki, “Gunvor” G.Timçenkonun sahib olduğu yeganə şirkət deyil. O, 2007-ci ildə “Volga Resources” özəl investisiya şirkətini də yaradıb. 2008-ci ildə şirkət Rusiyanın ən böyük müstəqil qaz istehsalçısı olan “Novatek”in səhmlərinin 5%-ni alıb. Bu gün G.Timçenko “Volga Resources” vasitəsilə aşağıdakı şirkətlərdə səhm payını idarə edir:

 

23 % “Novatek” qaz təhcizatı şirkəti

63 % “Stroytransqaz” tikinti şirkəti

30 % “Kolmar”

89%   “Saxatrans”

50%  “Suxodol”

50 %   “Petromir” qazemalı şirkəti

80 %  “Transoyl” dəmiryolu şirkəti

 

37,3 %  “Sibur Holdinq”də neft-kimya, qaz emalı şirkəti

12,5 % “SOQAZ”da  sığorta şirkəti

49,1 %  “SOVAG AG” (Almaniya)

8 % “Rosiyya” bankı

 

30 % “Ruskoe more” balıq məhsulları şirkəti

 

100 %  “Akvanika” içməli su istehsalı şirkət

25%  ”ARKS” qrupu

 

25%  “SK Most”

 

 

Gennadi Timçenkonun əmlakına gəlincə, iş adamı  Cenevrədə 1 hektar torpaq, 341 kvadratmetr yaşayış sahəsinə malik daşınmaz əmlaka sahibdir. Bu əmlak 18,4 milyon frank dəyərində qiymətləndirilir. Milyarder özü  daşınmaz əmlaka 11 milyon dollar ödəyib.

 

Putinlə münasibətlər: “İdmandan danışırıq”

 

Timçenkonun milyardları məhz Putinin sayəsində qazanması illərdir müzakirə mövzusudur.

Bu haqda xəbərlər mətbuatda ilk dəfə 2000-ci ildən yer almağa başlayıb. Həmin materiallara görə, məhz Peterburq meriyasında işləyən Putinin sayəsində Gennadinin şirkəti xarici ticarət agenti seçilir. Putin Moskvada işləməyə başlayandan sonra isə G.Timçenko ilə münaisbətlər daha da yaxınlaşır. Düzdür, onlar illərlə dostluqlarını təkzib ediblər. Lakin bu yaxınlarda V.Putin iş adamı ilə dostluq münasibətlərinin olduğunu deyib. Timçenko da bunu təsdiqləyib. Bildirib ki, dövlət başçısı ilə hərdən görüşürlər və idmanla bağlı müzakirələr aparırlar: “Heç vaxt biznesdən danişmırıq. Bizim Putinlə DTK sıralarında tanış olmağımıza gəlincə, bu, tamamilə iftiradır”.

 

“1990-cı ildə artıq milyarder idim”

 

Bu arada onu da bildirək ki, Timçenkonu sərvət sahibi edən “Gunvor” şirkəti məhz Putinin dövründə parlamağa başlayıb. Əsas tenderlərin qalibi olub. Məsələn, “Gunvor” 2000-ci ildə  “Rosneft”in ixracatının böyük hissəsini tutub.

Timçenko deyir ki, 1990-cı ildə artıq milyarder idi. 2000-ci ilin sonunda isə Rusiyanın neft və neft məhsulları ticarətini aparan şirkəti “Gunvor” beynəlxalq treyderlər arasında üçüncü yeri tuturdu: “1987-ci ildən neft biznesindəyəm. Necə hesab edirsiniz, o qədər fərasətsizəm ki, ötən 25 ildə nəsə qazana bilməyim?”

 

 

“Qızım çemodanda yatırdı“

 

Mühəndis-elektrikin birdən-birə böyük bir neft treyderinə necə çevrilməsinə gəlincə, o bu suala belə cavab verir: “Mən Peterburqda Hərbi-Mexaniki Univeristeti bitirmişəm. Deyə bilmərəm, xüsusi seçim olub. Sadəcə, atam hərbiçi idi. Buna görə də biz tez-tez yaşadığımız yeri dəyişirdik. 6  yaşımda o məni Ermənistandan Almaniyaya aparıb. Orta məktəbi isə Odessa yaxınlığında kiçik şəhərdə oxumuşam.   Universitetdən sonra “İjorski” zavodunda işləməyə başladım. Həmin vaxt Sovet İttifaqında atom stansiyalarının tikintisinə başlanılırdı. Hökümət gənc mütəxəssislərə ikiqat artıq pul verirdi. Mən də çilingər kimi 280 publ maaş alırdım. Bu o zaman idi ki, universitetdə işləyən professora 300 rubl əməkhaqqı verilirdi. İki il gərgin rejimdə işlədim. Bəzən avtobusda yatırdım. Həyat yoldaşımla Peterburqda birotaqlı mənzil kirayələmişdik. Böyük qızım orada dünyaya gəldi. Yeri gəlmişkən, çarpayı almağa pulumuz olmadığından ilk vaxtlar o, paltar çemodanında yatırdı. Bu gun onun 30 yaşı var, amma o hələ də çemodanda yatdığı günləri xatırlayır”.

İş adamının həyatında “inqilabın”necə baş verməsinə gəlincə, özü belə deyir: “Zavodda çilingər kimi 5 il işlədim. Sonra pul mükafatlarımızı kəsdilər. Bir sinif yoldaşım təsadüfən mənə zavodun xarici əlaqələr söbəsində öz yerini təklif etdi. Uzun müddət zavodda çilingər kimi əl-ayağı yağa bulaşaraq işləyən adam üçün bu iş göydəndüşmə idi. Çox düşünmədim və razılaşdım. Müxtəlif ölkələrə səyahət edir, sərgilərdə iştirak edirdim. Beləcə özümü yetişdirdim. Bu arada məni işə həm də ona görə götürdülər ki, onlara alman dilində danışmağı, tikintini, texnikanı bilən adam lazım idi. Mən hətta bir zamanlar həmin vəzifədə işləmək üçün xarici ticarət əlaqələri akademiyasına qəbul olmaq belə istəmişdim”.

 

 

Mahiyyəti, ruhu rusdur

 

İş adamı 1999-cu ildən Fillandiyada yaşayır. O, həm Rusiya, həm də Fillandiya vətəndaşlığına sahibdir: “Amma həmişə mahiyyət və ruh baxımından Rusiya vətəndaşı olmuşam”.

Onu da bildirək ki, G.Timçenko Fillandiya vətəndaşı olsa da, İşveçrənin vergi ödəyicisidir. Səbəb də birinci ölkədə vergilərin yüksək olmasıdır: “Uzun illər Fillandiyanın vergi ödəyicisi olmuşam. Verginin məbləği Rusiya standartlarına uyğun gəlmirdi. Gəlirlərin təxminən 60 faizini təşkil edirdi. 10 ildən sonra İsveçrəyə köçdüm. Bu, təkcə vergi ilə bağlı olmadı. Həm də oğluma yüksək Avropa təhsili vermək istəyirdim”.

Sonda qeyd edək ki, G.Timçenko üç övlad sahibidir. Xanımı və özü təkcə dollarları ilə deyil, xeyriyyə aksiyaları  ilə də məşhurdular.

 

Leyla Əliyeva

loading...
405 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

İtaliya KİV-də Bakı limanı haqda yazı çap olundu
Britaniya: “NATO-dan çıxmayacağıq”
Planetin məhvinə səbəb ola biləcək – 5 təcrübə
Zelandiyadan 3 milyonluq yardım
“Xalqbank” müavini tutuldu, Çavuşoğludan ABŞ-a - Mesaj
Bakılı oğlandan gözəl ifa - Video
Azərbaycanda
Sabahın hava proqnozu açıqlandı
60 milyardlıq Breksit başladı
İran və Rusiya viza rejimini ləğv etdi
29 Mart - Günün qoroskopu
İdmançılarımızdan Macarıstanda uğurlu start
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
Türkiyədən kürd bayrağına reaksiya: Doğru deyil
Şotlandiyadan müstəqillik yolunda ilk addım
Türkiyə-ABŞ-la razılaşa bilməyəcək - Admiral
Yeni konsepsiyalı ilk kompleks - kitabxana açıldı - Foto
FETÖ-çuların toplantısına belə basqın edildi - Video
Rusiya ilə İran üçüncü ölkələri... - Ruhani
“Aksent”in rəhbəri: “Bakını çox sevirəm”
Ərdoğan Bakı-Tiflis-Qars layihəsinin açılışına qatılacaq
İraqda sünni muxtariyyəti yaradılmayacaq
Bu il ali məktəblərə qəbulun keçid balları açıqlandı
Bakı ilə bağlı bu xəbər dünyanın 158 KİV-ində dərc edildi - Foto
Rusiya: “Orada MDB-dən 10 min terrorçu var”
Fabrikə hücum edən İŞİD-çilər məhv oldu
Əməkdar artist vəfat etdi
Lukaşenkodan erməni səfirə: “Lapşini kimə verməliydik?”
Rusiya İran hərbi bazasından istifadə edə bilər
Bundan sonra bu dillə danışacağıq – Video
“Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”
Kissincer: “Putin sizinçün Hitler deyil”
ABŞ dövlət katibindən Qarabağ açıqlaması
İnsan beyni ilə kompüter birləşir - Dünyanı dəyişəcək kəşf
Gürcülərin Şengen ölkələrinə vizasız gedişi başladı
Tramp bizi yeni müharibəyə aparır - Senator
Prezident 30 əfv sərəncamı imzaladı
Putin: “Balkanlardan narahatıq”
Mərkəzi Bank yeni məzənnəni açıqladı
28 Mart - Günün qoroskopu
Ən çox qazanan futbolçu və məşqçi kimdir?
Kəndimizin son günü (36-cı yazı)
İstanbul susuz idi, çöp dağları... - Ərdoğan
Uzunömürlülərlə bağlı maraqlı fakt aşkarlandı
Azərbaycan – Almaniya: Kim necə oynadı?
Putinlə Ruhani Trampı müzakirəyə çıxarır?
Matviyenkodan Bakı açıqlaması:
Kreml Rusiyadakı mitinqləri diqqətlə analiz edir
Sevda: “O haqda danışmağa utanıram...”
Bakının bu küçələrində hərəkət dayandırılacaq - 5 gün
İŞİD rus helikopterini vurub? - Açıqlama
Türkiyə Ardasız qaldı
Həkim jurnalistdən rüşvət tələb etdi
Əflatun Amaşov Dzidziquri ilə görüşdü
31 Mart - Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub
Azərbaycanlı qız erməni müəllimi məhv etdi - Polşada
“Rusiya Ukraynanı daxildən parçalamaq istəyir”
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Ermənistan üç günə 3 hərbçi itirib – Aydəmirov
Saakyan: “20 il sonra Ermənistan olmayacaq”
XİN-dən ermənilərin Şuşa vandalizminə - Reaksiya
Əməkdar artist bazarda maşın satır - Foto
Rusiya ABŞ-a görə BMT TŞ-ni toplayır
Rusiya Mərkəzi Asiyada təlimlərə başladı
Məsud Özil kədərli həyatından danışdı
SSRİ-nin məşhur “Volqa”ları qayıdır
ABŞ-dan etiraf: “Gülən Bin Laden qədər...”
27 Mart - Günün qoroskopu
Koreya hakerləri dünya banklarına hücum etdi
Hakan Şükür “Qalatasaray”dan qovuldu - Son qərar
Kəndimizin son günü (35-ci yazı)
Almanlara məğlub olduq - Video
Azərbaycanın ən uzunömürlü qadını - Foto
Heyrətamiz: Qiyamət gününün əlaməti... - Video
Atambayev rəqiblərini yox edir
Abdullah Öcalanın bacısı öldü
İran ABŞ-ın 15 şirkətini qara siyahıya saldı
Türkiyə PA-dan “Qalatasaray”a FETÖ çağırışı
Dünyanın ən sürətli polis avtomobili seçildi – Video
İran-Suriya dəmiryolu xətti çəkirik – Ruhani
Xəyaldan Almaniyada daha bir parlaq qələbə - Video
Avropada Qarabağ atına abidə qoyuldu - Foto
Rusiyanı kütləvi etiraz dalğası bürüdü: yüzlərlə həbs - Canlı yayım
Azərbaycanda maaşlar belə veriləcək - Apreldən
İrandan 3 milyon miqrant Türkiyəyə keçməyə hazırlaşır
Millimiz və almanlar oyuna hazırdır: məşqlər bitdi - Foto
Rus bazasına hücumun sirri açıldı: Çeçenlər necə öldürülüb - Şok
Azərbaycanlılar almanlara dəstək verəcək – AFFA heyrətdə
Sərkisyanın Qarabağda növbəti Aprel etirafı
Şimali Koreya:
ABŞ:
Güclü tropik qasırğa yaxınlaşır - Debbi
Savçenko canlı efirdə oxudu - Video
Britaniyada partlayış: 34 yaralı
Bakıda şirkət rəhbərini maşın vurdu - Faciə
Əl Qaidə lideri məhv edildi
Saatlar irəli çəkilib? - Çaşqınlıq
ABŞ şirkətləri Yutubdan imtina edir - Səbəb
Sabahın hava proqnozu
Prezident İlham Əliyev iki səfirin etimadnaməsini qəbul edib - Foto
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com