İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Məhşər: kəsilən başlar və boş məzar daşından boylanan baxışlar – ƏSİR DÜŞƏRGƏSİ – III YAZI |


Son dəqiqə

QARABAĞ > Məhşər: kəsilən başlar və boş məzar daşından boylanan baxışlar – ƏSİR DÜŞƏRGƏSİ – III YAZI

Məhşər: kəsilən başlar və boş məzar daşından boylanan baxışlar – ƏSİR DÜŞƏRGƏSİ – III YAZI
Tarix : 20 Avq 2014 22:49

Dəhşət dolu daha bir əsir dramının son bölümünü təqdim edirik

Ölüm avtobusunun sərnişinləri aşağı qısılıb, başlarını, gözlərini avtobusun şüşələrini qırıb içəri keçən daşlardan qorumağa çalışırdılar. “İkarus” isə qəzəbli erməni xalqının qarşısında dayanmır, irəliləyirdi. Nəhayət, avtobus soyuq silah və nifrətlə silahlanmış insan selini yarıb keçə bildi.

 

Sonuncu daş da avtobusun arxasına dəyib, yerə düşdü…

 

Ermənilərin qışqırıqları, söyüşləri, təhqirləri əks-səda kimi uzaqda qaldı…

 

Təzə qan iyi bürümüş 80 nəfərlə dolu, şüşələri qırıq “İkarus” Əsgərandan çıxıb Ağdama gedən yolla irəliləyirdi. Girovlar yenicə işğal olunduğunu hesab etdikləri Ağdamda öldürüləcəklərini hesab edirdilər ki…

 

“İkarus” sonuncu dəfə çalxalanıb Ağdamın “Qarağacı” qəbiristanlığında dayandı. Bir-birinə çırpılan insanlar qorxu ilə avtobusun şüşəsiz pəncərələrindən başlarını uzadıb, baxmağa başladılar. Təxminən 25-30 metr aralıda bir neçə kişi dayanmışdı. İçlərində biri çox tanış gəlirdi. Mürvət ayağının yarasını unudub, sevinməyə başladı:

 

- Ana, Allahverdidi eee… Atamgillə poçtun qabağında televizora baxanda görmüşəm onu. Allahverdi Bağırov, batalyon rəhbəridir. Ana, yalan deyirmişlər, Ağdamı almayıblar. Ana, doğrudan bizi dəyişməyə gətiriblər…

 

Gözlərini avtobusdan enib qarşıda dayanan insanlara yaxınlaşan, nə haqdasa söhbət edən ermənilərdən çəkməyən girovlar, uşağın verdiyi xəbərdən ürəkləndilər. Bu dar ağacından asılan insanın son anda bəraət almasına bənzəyirdi.

 

Nərxanım Mürvət üçün, Əhməd üçün, Ruslan üçün sevinirdi. Amma həyat yoldaşı Məmməd və iki böyük oğlu Söhbət və Möhlət üçün sevinə bilmirdi… Axı onlar bir yerdə qayıtmalı idilər…

 

Hərbçilərin əmri ilə girovlar sıra ilə, yıxıla-dura avtobusdan enib, qarşı tərəfə addımlamağa başladılar. Avtobusdan düşən insanlara “qırmızı adamlar” da demək olardı. Əksəriyyətinin üst-başı qan içində idi. Kimi öz qanına, kimi yanındakı yaralının qanına bulaşmışdı, kimi də yolda “daş atəşində” yaralanmışdı.

 

“Qırmızı adamlar” üzü Ağdama gedirdi. Nərxanımın isə ayaqları Ağdama tərəf sürünür, boynu isə yeni geriyə, Əsgərana boylanır, ilan kimi qıvrılıb gedən yollarda Məmmədi, Söhbəti, Möhləti axtarırdı…

 

O dörd il bundan əvvəl də ata-baba yurdu Göyçəni belə tərk eləmişdi…

 

Nərxanım hər dəfə məkan dəyişəndə orda doğmalarını qoyub gəlməli olurdu…

 

Əhməd: Rəhmətlik Allahverdi Bağırovu görəndə hamı sevinməyə başladı. Avtobusdakı 80 nəfər yaralını ermənilər tərəfdən döyüşən bir qara dərilinin meyitini dəyişirdilər. Bizimkilər KAMAZ markalı yük maşınının arxasında zənci meyiti gətirmişdilər. 80 nəfəri bir muzdlu zəncinin meyitinə dəyişirdilər. Öz aralarında anlaşmışdılar ki, zəncinin meyitini qaytarın. Əvəzində 80 nəfər yaralını təhvil verək. Ermənilər də bizi yararsız saydıqlarından “onsuz da ölürlər, gedib orda ölsünlər” deyərək, qaytardılar.

 

- O səksən nəfərin hamısı Xocalı sakini idi?

 

- Bizi kameradan döyə-döyə qovub doldurdular “İkarus”a. Hamımız Xocalıdan idik. Avtobusda əksəriyyəti yaşlılar, uşaqlar, ağır yaralılar idi. Amma onların çoxu Xocalıdan əvvəl Qaradağlı kəndini işğal edəndə girov götürülən yaşlı qadınlar idi. Xocalıdan hardasa 15-20 ailə var olardı…

 

- Hamı yaralı idi, o yolu necə gəldiz?

 

Mürvət: Vəziyyətim ağır idi, yeriyə bilmirdim. Avtobusa qədər məni ermənilər sürümüşdü. Dəyişiləndə isə hərbçilərimiz gəlib bizi bir-bir ağlaya-ağlaya qucaqlarına alıb aparırdılar…

 

Demək olar ki, əksəriyyəti ağır yaralı olan, 3 gündür heç bir tibbi yardım görməyən insanların hamısını Ağdam Şəhər Xəstəxanasına gətirdilər.

 

Həkimlər xəstələri müayinə edir, təhlükəli olmayan yaraları təmizləyib sarıyır, daha ağır olanları isə əməliyyata aparırdılar. Məmmədovlar ailəsindən birinci Mürvəti əməliyyat otağına apardılar. Nərxanım iki övladını, yaralı Əhmədlə hər tərəfə mat-mat baxan 3 yaşlı Ruslanı qucaqlayıb bir küncə çəkilmiş, bildiyi bütün duaları oxumağa başlamışdı…

 

Mürvətin əməliyyata aparılmasından bir neçə dəqiqə keçmişdi ki, ermənilər Ağdamı raket atəşinə tutmağa başladılar. Bir az əvvəl təhvil verdikləri 80 yaralının vəziyyətinin ağır olduğunu, onların bir başa xəstəxanaya aparılacaqlarını yaxşı bilən düşmən düz Ağdam şəhər Xəstəxanasını nişan almışdı. Raket düz xəstəxananın həyətinə düşmüşdü. Müharibə qaydalarına uyğun olaraq yaralı da, sağlam da başını götürüb qaçır, canını təpməyə bir zirzəmi, üstü betondan olan yer axtarırdı.

 

Nərxanım heç özü də bilmədi ki, onu iki balası ilə kim ildırım surəti ilə gətirib xəstəxananın həyətinə çıxartdı. Bombalar yağış kimi yağırdı. Nərxanım iki övladını bir tikilinin küncünə, üstü betonla örtülü bir yerə çəkib, Ruslanın kiçik əllərini qaldırıb Əhmədin sağ qalan sol əlinə verdi:

 

- Əhməd, qardaşın sənə əmanət!

 

- Ana, hara gedirsən?

 

- Mürvət orda qalıb…

 

Nərxanım günlərin aclığını, bədəninin yaralarını unudub, iki övladını tanımadığı bir yerdə gizlədib özünü hamının qaçaraq boşaltdığı xəstəxanaya saldı:

 

- Hamı xəstəxanadan həyətə, mənsə həyətdən xəstəxanaya qaçıb, Mürvəti axtarırdım.

 

Xəstəxananın pəncərələri bombardmandan silkələnir, şüşələr çiliklənib yerə səpilirdi. Köhnə xəstəxana binasının hər yanından toz, daş yağır, bina uçulub tökülürdü. Nərxanım əməliyyat otağının harda olduğunu bilmədən tozdan göz-gözü görməyən koridorlarda qaçır, “Mürvət! Mürvət!” deyə çağırırdı…

 

Mürvət bir divarın küncün qısılıb, ağlayır, səsi çatan qədər bağırıb burda olduğunu xəbər vermək istəyirdi: “Ana! Ana!”

 

Onlar bir-birlərini səslərindən tapıb, birtəhər çıxışa tərəf yollandılar. Səmtini tanımadıqları xəstəxananın çıxış qapısını tapmaq asan olmadı…

 

- Yazıq uşaq yeriyə də bilmirdi. Mənim də yaram kürəyimdən idi deyə, dalıma da ala bilmədim. Ana-bala bir-birimizə sarılıb birtəhər qaçıb, sürünüb ordan qurtardıq. Mürvəti də gətirib Əhmədlə Ruslanı gizlətdiyim yerə çıxartdım. Ermənilərsə hələ də atırdılar. Göydən yağış kimi bomba yağır, mənsə toyuq balalarını qanadının altına yığıb oturduğu kimi oturmuşam… Bax, allahın o dilsiz-ağızsız heyvanı nə haldadırsa, o haldayam…

 

Lənətə gəlmiş müharibə başlayandan ancaq məndən alırdı. İlk köçümüzdə gözümün ilkini itirdim, indi 17-18 yaşında iki balamdan xəbərim yoxdu. Əlimdə qalan bu üç körpə idi. Onların da ikisi ağır yaralı… Öz yaralarımı, ağrılarımı hiss eləmirdim. Əhməd əlini tutub ağlayırdı. Onun əlini yad görəndə dəli olurdu, o ola ki, ana… Mürvətin də ayağı yaralı, çox ağrıyırdı…

 

Əhməd xatırlayır: Anam qəfildən Ruslanın əlini əlimə verib gedəndə çox qorxmuşdum. Uşaq olsam da artıq başa düşürdüm ki, indi hadisələr elə cərəyan edə bilər ki, biz Ruslanla ömrümüzün axırına kimi tək, ikimiz qala bilərik. Dayanmadan ürəyimdə deyirdim ki, “Ay allah, nə olar, sağ qayıtsınlar, nə olar, sağ qayıtsınlar…”

 

Mürvət xatırlayır: Pəncərələrin şüşələri sınıb tökülür, ordan burdan toz torpaq yağırdı. Bir də gördüm anamın hardansa səsi gəlir. Nalə çəkə-çəkə “Mürvət” deyib çağırır. Mən də qorxub qışqırırdım. Biləndə ki, anam arxamca qayıdıb, başladım onu çağırmağa. Anam səsimə gəldi…

 

Sonra bizi götürüb Ağdam dəmir yol vağzalında qatarlarda yaratdıqları hospitala gətirdilər. Fransadan güclü həkimlər gətirmişdilər, ayağımdakı qəlpələri onlar çıxartdı. Qardaşımın əlini müalicə elədilər. Bir həftə orda qaldıq. Xocalı faciəsi ilə bağlı bütün kitablarda dərc olunan o şəklimiz də həmin vaqonda çəkilib.

 

Nərxanım: Mən o vaxt orda rəhmətlik Çingiz Mustafayevə müsahibə də vermişdim…

 

Əhməd: Mənim də şəkillərimi çəkdilər. Əlimi sarıyanda da müsahibə verdim…

 

- Atanızdan, qardaşlarınızdan xəbər tuta bilmədiz?

 

- Yox… Onları elə bir dəfə əsirliyin birinci günü siqaret verəndə gördüm… Ondan sonra kameradan çıxmadım… Qorxurdum. Nə biz onlardan xəbər tuta bildik, nə onlar bizdən…

 

O dönəmlərdə Azərbaycanın bütün rayonlarının rəhbərliyi Ağdama gəlir, dəstə-dəstə toplaşmış xocalılıları götürüb öz rayonlarına aparırdılar. Məmmədovlar ailəsi isə burdan uzaqlaşmaq istəmirdi:

 

Nərxanım: Hər gün əsirlikdən adamlar gətirirdilər. Deyirdik yəqin onların içində Məmmədlə oğlanlarım da gələr. Ona görə də Ağdamdan uzaqlaşmaq istəmirdik. Gəlsinlər, nəhayət hamımız bir yerə toplaşaq deyirdim. Amma qatarlar da hər gün dolub gedirdi… Axırda məcbur olduq, daha qala bilməzdik. Dedilər ki, siz gedin, yerləşin, onlar da gələndə yanınıza gətirəcəyik… Qobustan rayonundan gələn nümayəndələr bizi Qobustanın Mərəzə qəsəbəsinə gətirib, məskunlaşmaq üçün ev verdilər.

 

Əhməd: Müalicəmizə orda davam etdik…

 

Mürvət: Bu gün-sabah atamgil də gələr ümidi ilə başladıq orda yaşamağa… Əhmədlə ikimiz uşaq idik, əlimizdən elə çoxşey gəlmirdi. Amma atamla qardaşlarımın əmimgildəki şəkillərini götürüb üzünü çıxardır, arxasına ad-soyad, doğum tarixlərini yazıb ümidimiz gələn hər yerə gedirdik…

 

Əhməd: Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə qədər gedib çıxmışdıq… Sağ olduqlarından əmin idik, gözləyirdik…

 

Mürvət: O vaxt bizimkilər Ağdərə rayonunun Marquşavan kəndini işğalndan azad edəndə qaçıb getmişdik. O döyüşlərin hamısında Əhmədlə könüllü iştirak edirdik.

 

Əhməd: Atamgilin də şəkilləri əlimizdə. Xahiş edib hərbi hissə komandirlərinin qəbuluna düşür, şəkilləri paylayırdıq…

 

Mürvət: İsgəndər Həmidov, Rəhim Qazıyev, Surət Hüseynov… Kim qalmamışdı ki, biz onlara atamla qardaşlarımın şəkillərini verib xahiş etməyək… Xahiş edirdik ki, ermənilərdən əsir tutanda bu adamlarla dəyişin, heç olmasa soruşun, qoyun bir xəbər çıxsın…

 

Əhməd: Amma yenə də nə öldülərini eşidirdik, nə qaldılarını…

 

Mürvət: Dəyişilən bütün əsirlərdən soruşurduq ki, bu adamları orda görməmisiz?

 

Əhməd: Beləcə, düz 16 il atamgilin yolunu gözlədik. Elə bildik sağdılar, nə vaxtsa qayıdacaqlar…

 

Mürvət: 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə Xocalı faciəsinin heç yerdə görünməyən kadrları və şahid ifadələrinə əsasən sənədli film çəkildi. Orda canlı şahidlərin danışığından bizə məlum oldu ki, bizdən sonra atamla qardaşlarımı…

 

Əhməd: …ermənilər biizmkilərə növbəti dəfə işgəncə verəndə, qardaşım Möhlət dözməyib onlara cavab qaytarıb… Əl atıb, vurub… O qardaşım ölümdən qorxmurdu… Çox şücaətli oğlan idi…

 

Mürvət: Dedilər onları qəbiristanlığa aparıb Möhlətin gözü qarşısında atamın və Söhbətin başını erməni qəbirlərinin üstündə kəsiblər…

 

Əhməd: Dedilər Möhləti qol-qabırğası sınana qədər döyüblər…

 

Mürvət: …Ölümcül olana qədər döyüblər dedilər…

 

Əhməd: Şahidlər dedi “Ölməmişdi, gözləri baxırdı. Amma elə halda idi ki, çətin yaşayaydı…”

 

Mürvət: Şahidlər Möhlətin öldüyünü görməyiblər… Amma ağzından, qulağından qan axırmış… Yaşamaq ümidi yox imiş…

 

Əhməd: Xocalıdan iki nəfər canlı şahid deyir ki, elə orda, qəbiristanlıqda xəndək qazıb atamla Söhbətin ikisini bir yerdə o xəndəyə basdırıblar. İkisi üst-üstə…

 

Mürvət: O vaxtdan gözümüzü yollardan çəkib oturduq…

 

Nərxanım: O vaxtacan əsirlikdən gələnlərin hamısından yalvarıb soruşmuşduq. Ola bilsin özümüzə deməmişdilər. Amma filmdə danışmalı olmuşdular… Nə üç oğlumun birinin məzarı var, nə də atalarının…

 

Mürvət: İndi yaşadığımız evdən iyirmi metr aralıdakı Qobustan rayon Şəhidlər Xiyabanına şəkillərini vurublar… Onlardan bu yer üzündə bircə o şəkillər qalıb…

 

Əhməd: Boş məzarın daşının üstündən atamla qardaşlarım bizə baxır…

 

Yazar: Vüsalə Məmmədova

Mənbə: Lent.az

514 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Dövlət katibi: Finlandiya Minsk Qrupunun fəaliyyətinə dəstək verir
Azərbaycanda yeni qurumlar yaradılacaq
Yeni sənaye inqilabı: Rəqabətqabiliyyətliyin yüksəldilməsində universitetlərin rolu
Koreya parlamenti Prezidentə impiçment elan etdi
XİN: Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqun inkişaf etdirilməsi əhəmiyyətlidir
Elmar Məmmədyarov qazaxıstanlı həmkarı ilə Xəzərin hüquqi statusunu müzakirə edib
Mübariz Qurbanlı Biləsuvarda vətəndaşları qəbul edəcək
DYP və Bakı şəhər İcra Hakimiyyəti hava şəraiti ilə bağlı VAHİD QƏRARGAH yaratdı
Əbülfəs Qarayev Tbilisidə səfərdədir
Çindəki zəlzələ Qazaxıstanda da hiss olunub
İnstitut direktoru: Strateji yol xəritəsi qısa zamanda öz nəticəsini verəcək
İndoneziyada torpaq sürüşmələri olub - 13 ölü
Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com