İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
MEDİAMIZDA İLK: Xruşşovun zəngi, qazaxlı əfsanə, sirli gündəlik… – SƏBUHİ MƏMMƏDLİ YAZIR |


Son dəqiqə

SOSİAL > MEDİAMIZDA İLK: Xruşşovun zəngi, qazaxlı əfsanə, sirli gündəlik… – SƏBUHİ MƏMMƏDLİ YAZIR

MEDİAMIZDA İLK: Xruşşovun zəngi, qazaxlı əfsanə, sirli gündəlik… – SƏBUHİ MƏMMƏDLİ YAZIR
Tarix : 14 Avqust 2014 23:15

“O, bir əfsanə idi…”, amma daşqalaq edib kənddən qovacaqdılar 

 

(Bu yazı Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hazırlanıb)

 

İKİNCİ YAZI

 

…İtalyan olsalar da, alman dəqiqliyi ilə, düz saat 18-də “Çervo” otelinin qarşısındaydılar. Ər-arvad Ravelliləri deyrəm. Mərkəzi Milan olan Lomabardiya vilayətinin Partizan Hərəkatı Tarixi Assosiasiyasının görəvliləridilər. Xanım Ornella Ravelli qurumun vitse-prezidentidir həm də.

 

- Siz azərbaycanlı partizanlarla maraqlanırsız. Amma bilirsiniz, bizim kataloqlara onlar azərbaycanlı kimi salınmayıb. Onlar hamısı sovet əsgəri kimi qeydə alınıb. Arxivdə də belədir. Əlbəttə, sizi başa düşürəm. Amma bizi də başa düşməyə çalışın. Əgər siz Lombardiyada vuruşmuş azərbaycanlı partizanın adını və ya ləqəbini desəz, biz araşdıra bilərik. Başqa cür mümkün deyil.

 

Təbii ki haqlıydı. Əlac ümumi söhbətə, məsələn İtaliyanın bu şimal vilayətində baş vermiş partizan hərəkatından danışmağa qalırdı.

 

Bu vaxt Ornellanın həyat yoldaşı Rozario dillənir.

 

- Sizin haqqında məlumatlı olduğunuz partizanlar varmı? Biz onun haqda əlimizdə olan mümkün məlumatları, sənədləri sizlə bölüşə bilərik.

 

Kim olacaqdı ki? Amma yox, bəlkə “Serafino”? Bu adam haqda bir film də vardı, sovet vaxtı baxmışdım. Elə ağlıma ilk gələn də o oldu – “Serafino” ləqəbli Tahir İsayev.

 

- Bəlkə “Serafino” haqda eşitmisiniz?

 

Rozario sanki dik atıldı.

 

- Oooo, o bir əfsanə.

 

Ornella aman vermir.

 

- “Serafino” qəhrəmandı. O, mənim atamın ən yaxın dostu olub. Heç biz onun əsil adıyla da maraqlanmamışıq, biz onu “Serafino” kimi tanıyırıq.

 

Nihat tez telefonla Googl-da hərlənir. Fotosunu tapır.

 

- Odur, əlbəttə odur, Heç onu unutmaqmı olar? O, “Fiama Verdi” briqadasında vuruşub. O, bir qəhrəman, cəsur bir partizan idi. Onun hesabında bilirsən nə qədər faşist var? Təsəvvür etməzsən, bəlkə də iki yüz, nə bilim üç yüz. Atamın ən yaxın dostlarından olub. Mənim atam “Fiama Verdi”də bölük komandiri olub. “Serafino” isə kəşfiyyatçı. Atam ondan çox danışıb bizə. O, Milanın fəxri vətəndaşıdır, bilirsinizmi? Hə, elədi. Bax, bu şəhərin azad olunmasında onun da böyük qəhrəmanlığı olub. Mən sabah sizə onun haqda daha geniş məlumat verərəm. Arxivə baxmalıyam. Bəlkə söhbəti elə sabah davam etdirək. Həm əlimizdə çoxlu məlumat olar, həm də mən sizlərə sovet partizanlarının mümkün siyahısını verərəm. Onların arasından azərbaycanlıları tapmaq isə, artıq sizin işinizdir. Çünki mən soyadları ayıra bilməyəcəm.

 

 

***

 

Biz xanım Ornella ilə daha sonra yenidən görüşəcəkdik. Və bu bəstəboy, istiqanlı italyan qadın əlində uzun bir siyahı gətirəcəkdi. Və yüzlərlə adın və soyadın arasında biz…özümüzünküləri tapacaqdıq. Təxminən 40-dan sox partizanın, azərbaycanlı partizanın adıyla rastlaşacaqdıq. Musa Məmmədov, Mirzə Şahverdiyev, Ənvər Abbaszadə, Atamoğlan Ağayev, Məmməd Xəlilov, Məmməd Bağırov…Bütün bunlar hələ iki gün sonra olacaqdı. İndilikdə isə diqqətinizi bir gündəliyə cəlb etmək istərdim.

 

Daha doğrusu bir partizanın gündəliyinə.

 

“Mən gizli  antifaşist komsomol təşkilatının üzvü idim. Almanlar bundan şübhəyə düşmüş və bizi möhkəm nəzarətdə saxlayırdılar. Bir neçə nəfərimizi, bizi işə aparan zaman qaçanda tutdular və olmazın işgəncələr verib “karserə” saldılar. Həmin günü yaxşı yadımdadır, həmyerlim Zaqatala şəhərinin Tala kəndindən Balaş adlı əsiri almanlar gözümüzün qarşısında sıradan çıxarıb güllələmişdilər. Ya gözüm görə-görə bu məşəqqətləri son anıma kimi dözməli, ya da qaçıb xilas olmalı idim. Və qaçdım”.

 

Mən bu gündəliyin sahibi barədə bir azdan söhbət açacam. Amma əslən Zaqataladan, Taladan olanların DİQQƏTİNƏ:

Bu gündəlikdəki bu ada diqqət. Bəlkə hansınızınsa qohumudu, bəlkə də əmisi, ya dayısı. İtkin düşmüş bilirsiniz, ya da indiyədək xəbər tutmamısınız. Amma çox təəssüf ki gündəlikdə Balaş haqda ayrı məlumat yoxdur.

 

Bəs bu gündəlik kimindi?

 

Bu gündəlik “Aqus” ləqəbli partizanındır. Tahir İsayevə “Serafino” ləqəbi atası İsrafil kişinin adına uyğun verilmişdi. “Aqus” da bu adamın atasının adına uyğun verilmiş ləqəbdi.  Hə, yeri gəlmişkən burada bir qədər haşiyəyə çıxacam.

 

“Serafino”, yəni Tahir İsayev İtaliyada 20-dən çox orden-medala layiq görülüb. Bunların arasında Qaribaldi ulduzu”, “Antonio Qramşi”, “Banderi Kalori”  ordenləri var. Amma müharibədən qayıdan Tahiri kəndlərində,  Qazağın 1-ci Şıxlı kəndində yaxşı qarşılamırlar. Çünki əsir düşübmüş. Elə partizanlara da Avstriyadakı əsir düşərgələrinin birindən qaçandan sonra qoşulubmuş.

 

Hə, 23 yaşlı İsayevi Qazaxda az qala xalq düşməni kimi qarşılayırlar. Atası İsrafil kişi isə səhəri gün ümumiyyətlə onu qovur . Kənddən çıxarır. Kənd meydanında camaatın yanandaca hamıya bildirir: “Mənim çörəyim buna haram olsun”.

Elə camaat da az qala zavalı Tahiri daşqalaq etmək istəyir. Tahir isə heç kimə, heç nə sübut edə bilmir. Atasının da üzünə qayıtmır. İtaliyadan, qanı bahasına qazandığı orden-medalları da bir torbaya yığıb kənddən baş götürüb Rustaviyə gedir.

 

Tahir bu kənddə sonralar qayıdacaqdı. Amma bu dəfə ona daş atmağa hazırlaşanlar, “Serafino”nu gül-çiçəklə qarşılayacaqdı. Sən demə, İtaliya Kommunist Partiyasının sədri Palmiro Tolyatti SSRİ-yə gələndə Xruşşovdan birinci onu soruşacaqdı. Kremldən Azərbaycana gələn zəng isə Tahirin anadan olduğu və valideynlərinin yaşadığı Qazax rayonunu, Şıxlı kəndini ayağa qaldıracaqdı. Rayonun 1-ci katibi şəxsən Rustaviyə gedəcək, yerli maşınqayırma zavodunda fəhlə işləyən Tahiri xahiş-minnətlə Qazaxa gətirəcəkdi. Yalvaracaq, yaxaracaqdılar. Sonra isə Moskvaya yola salacaqdılar.

 

Bu haşiyəyə nahaq çıxmadıq. Əslində eyni ilə bü cür hadisə başqa bir qəhrəman, Fransa Müqavimət Hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun da başına gələcəkdi.

 

Amma yadınızdadırmı, biz bayaq gündəlikdən danışırdıq. O, gündəlikdən ki onun müəllifinin qəhrəmanlığına şahidlik edir. O adamdan ki, onun İtaliyanın Pyaçentsa, Bobio şəhərlərində göstərdiyi qəhrəmanlığa Mixaylonun özü belə həsəd aparardı.

 

Kim idi axı o?

Kim?

 

(Araşdırmaya verdiyi dəstəyə görə Avropa Azərbaycan Cəmiyyətinə təşəkkür edirik)

 

Səbuhi Məmmədli

Milan-Berqamo

 

 

(ardı var)

 

 

 

 

 

 

loading...
276 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

23 İyun - Günün qoroskopu
Bakı qapılarını açır: Formula-1 üçün hər şey hazırdır
AB-dən Rusiyaya zərbə: Sanksiyalar uzadıldı
Siqaret kötüyünü yerə atanlar cərimələnəcək
Naxçıvana yeni vergilər naziri təyin edildi
Rusiya və Türkiyə Suriyanın bu şəhərini bölüşdürür
Kəndimizin son günü (63-cü yazı)
Baş Prokurorluqdan quldurluq olayı ilə bağlı yeni məlumat
Nazirdən həkimlərlə bağlı əmr
Prezident İlham Əliyev 4 fərman, 5 sərəncam imzaladı
Azərbaycan əsgəri Türkiyədə təlim keçir
Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar
MKİ-nin yeni məxfi sənədləri yayıldı - Gizli virus
Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik”
Tehran söz verdi – Bu sübutlar yayımlanacaq
Avstraliya yenidən bu ölkəyə girəcək
Sabahın hava proqnozu açıqlandı
Əsədi əvəz edəcək şəxs yoxdur - Makron
Ərdoğanla kral razılaşdı – Qətər böhranı
Prezident İlham Əliyev İqor Dodonla görüşdü - Foto
22 İyun - Günün qoroskopu
Keçmiş prezident
Belçikanı qana boyamaq istəyən şəxs İŞİD tərəfdarı çıxdı
Putin:
Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
Bakı bunun üçün əla yerdir - Okon
Türkiyə icazə vermədi, ABŞ-a müraciət etdik - Ukrayna
Prezident İlham Əliyev 6 sərəncam, 2 fərman imzaladı
Dodon Bakıda - Foto

Dodon Bakıda - Foto

21 İyun 20:03

İranın neft naziri: Neftin qiymətinin düşməsinin səbəbi...
Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO
Daha bir məşhur futbolçu həbs olundu
“Nar” və “Avtostop” radio verilişindən maraqlı təklif: müsabiqədə iştirak et, dəyərli hədiyyələr qazan!
PKK-nın Alp dağlarında düşərgəsi ortaya çıxdı
Baş beynin effektli müayinə üsulu - Video
Körfəz ölkələri Qətərə kiber-hücuma keçdi
Prokuror Başbuğa bəraət istədi
Poroşenko Saakaşvilini Ukraynadan qovur
Baş Prokuror Zakir Qaralov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
21 İyun - Günün qoroskopu
Putin ABŞ rejissorunu belə aldatdı - Video
20 il tək adada yaşayan müflis milyoner - Foto
Bərzaninin müşaviri: Kürdüstan müstəqillik gözləyir
Moskva ABŞ-a cavab tədbiri hazırlayır - Ryabkov
Nigar Camalın qəzaya düşdüyü an - Video
ABŞ-dan Rusiyaya qarşı daha bir sanksiya
Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
AB Cənubi Qafqazdakı durumdan narahatdır - Svitalski
Dövlət büdcəsinə yenidən baxılacaq
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev hərbi qulluqçuları təltif etdi - Siyahı
Boykot davam etsə, bu planı işə salacağıq - Qətər
Yaroslav Semyonovla Azərbaycanın şəhərlərinə maraqlı səyahət - VİDEO
Maradona bu futbolçunu axmaq adlandırdı
Banqladeşdə ildırım 22 can aldı
NATO Rusiyanın təlimini nəzarətdə saxlayır
Müxaliflərdən Əsəd qüvvələrinə ağır zərbə - Pusqu
Trampın partiyası Rusiyanı xilas etdi
Ər-Riyadın 3 iranlı əsgəri həbs etməsinə Tehrandan cavab
Kəmaləddin Heydərov vətəndaşlarla görüşdü
20 iyun - Ümumdünya Qaçqınlar Günüdür
Kolumbiyada holland jurnalistlər qaçırıldı
İŞİD daha bir ölkəyə girdi
İranda bu rəqs qadağan edildi - Video
Poroşenko: ABŞ-dan fantastik dəstək alırıq
“Real” Ronaldoya qiymət qoydu - Milyard
ABŞ Çindən yardım istədi
20 İyun - Günün qoroskopu
Fransa hökuməti istefaya getdi
Bakıda məşqçi 12 yaşlı şagirdini döydü
London teraktını bu şəxs törədib - Foto
Növbəti gərginlik: Səudiyyə İran əsgərlərini saxladı
Kəndimizin son günü (62-ci yazı)
BMT-nin hesabatı: Müharibə, zorakılıq, təqiblər...
Məmmədyarov həmsədrlərlə görüşdü
Poroşenko Trampla görüşə getdi
İstanbula giriş və çıxışlar nəzarətə alındı - Video
İspaniyada 147 nəfəri gün vurdu: 2-si öldü
Saakaşviliyə yumurta atdı, camaat cəzalandırdı - Video
“Qarabağ”ın rəqibi müəyyənləşdi - Siyahı
Sabiq prorektor həbs olundu
ABŞ Suriya təyyarəsini vurdu: Rusiyadan reaksiya
“Nar” KSM strategiyası çərçivəsində “Rabitə” idman klubunu dəstəkləməyə davam edir
19 İyun - Günün qoroskopu
Barış Mançonun mirası açıqlandı
Fransada seçkilər: Makron yenə qalibdir
Alman nazirdən
XXI əsrin super silahının adı açıqlandı
Cüdoçularımız Avropa çempionatında birinci oldu
Everestdə tapılan 10 cəsədin heyrətamiz hekayəsi - Foto
Kılıçdaroğlunun yürüşünə FETÖ dəstək verir - Canikli
Ramazandan sonra Tramp İrana qarşı həmlə edəcək - Varlı
Qazaxıstanda çarşab qadağası
Bu ölkə Qətərə 48 saat vaxt verdi
Bu filmdən təsirlənib KQB-yə girdim - Putin
Papa onlar üçün dua etməyə çağırdı
Portuqaliya yanır: 62 ölü
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com