İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Müdafiə Nazirliyi döyüşə getmək istəyən mülki şəxslərin siyahısını açıqladı |


Son dəqiqə

XƏBƏR > Müdafiə Nazirliyi döyüşə getmək istəyən mülki şəxslərin siyahısını açıqladı

Müdafiə Nazirliyi döyüşə getmək istəyən mülki şəxslərin siyahısını açıqladı
Tarix : 16 Avqust 2014 0:27

17 yaşlı Elvin Daşdəmirov: «Xahiş edirəm, yalvarıram məni də aparın!»

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatını təqdim edirik.

Son vaxtlar erməni kəşfiyyat-təxribat qruplarının qarşısının alınmasında Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri hünər və şücaət ölkə ictimaiyyəti tərəfindən dərin rəğbətlə qarşılanır. Cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri şəhidlərimizin dəfn mərasimlərində yaxından iştirak edir, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan hərbçilərimizin xatirələrinə öz ehtiramlarını bildirirlər. Bir həqiqəti qeyd etmək vacibdir ki, ordumuzun ön xətdəki uğurları vətəndaşlarımızda böyük ruh yüksəkliyi yaradıb. Müdafiə Nazirliyinin ünvanına gələn saysız-hesabsız məktublarda, müraciətlərdə vətənpərvərlik hissləri, ordumuzun şəxsi heyətinə rəğbət və dəstək ifadə olunur.

Azərbaycanın müxtəlif bölgələrindən və ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılardan, bir sıra xarici ölkələrdən, o cümlədən, Türkiyə Respublikası vətəndaşlarından Müdafiə Nazirliyinə gələn məktub və elektron müraciətlərin sayı gündən-günə artır. Onlar Azərbaycan əsgəri ilə həmrəy olduqlarını bildirir və torpaqlarımızın azadlığı uğrunda mübarizə əzmini ifadə edirlər. Müdafiə Nazirliyinə daxil olan müraciətlərdən bəzilərini təqdim edirik.

Yevlax rayon sakini Ruslan Fehruz oğlu Məmmədovun məktubundan sətirlər: “Hörmətli nazir! Son vaxtlar ölkəmizin düşmənlə təmas xəttində baş verən hadisələr, erməni hərbi birləşmələri tərəfindən mövqelərimizə edilən aramsız hücumlar bir azərbaycanlı kimi məni də hiddətləndirib. Azərbaycan Ordusunun əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində belə cəhdlərin qarşısının qətiyyətlə alınması məni ürəkdən sevindirir. Qürur duyuram ki, son vaxtlar Sizin rəhbərliyiniz ilə ordu quruculuğunda qazanılan uğurlar, orduda şəxsi heyətin döyüş ruhunun yüksəlməsi bizi də ruhlandırır. İnanın ki, yevlaxlı gənclər də Vətənimizin müdafiəsinə və torpaqlarımızın işğaldan azad edilməsinə daim hazırdırlar.”

Ehtiyyatda olan hərbi qulluqçu Abbas Məstəliyevin də müraciətində vətənpərvərlik duyğuları ifadə olunub. O, yazır ki, bu gün ehtiyatda olsam da, müharibə başlayacağı anda məni də könüllü döyüşçülər sırasına qəbul etməyinizi xahiş edirəm».

Başqa bir məktubun müəllifi isə, paytaxt sakinlərindən biri – Emin Hafiz oğlu Tarverdiyevdir. O da müraciətində qeyd edir ki, cənab nazir, minlərlə ölkə vətəndaşı kimi, mən də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazıram. “Silaha sarılıb döyüşlərə başlamaq üçün Sizin əmrinizi gözləyirəm!”.

Neçə illərdən bəri Ermənistanın hərbi birləşmələrinin təxribat hücumlarına mərdliklə sinə gərmiş Tovuz rayonunun sakinlərindən biri Ramiz Aqil oğlu Abbasovun da müraciəti Müdafiə naziri general-polkovnik Zakir Həsənova ünvanlanıb.

“Salam, cənab nazir! Biz hər zaman döyüşə hazırıq və möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini gözləyirik. Biz inanırıq ki, öz dədə-baba torpaqlarımızı tez bir zamanda düşməndən azad edib zəfər bayrağımızı öz torpaqlarımızda dalğalandıracağıq. Sizə müraciət etməkdə məqsədim odur ki, istənilən vaxt Sizin rəhbərliyinizlə döyüşlərə qalxmağa hazırıq. Tezliklə ermənilərə göstərməliyik ki, xalqımız nəyə qadirdir. Azərbaycan igidlərinə qısa bir vaxt kifayət edər ki, doğma torpaqlarımızı son qarışına kimi işğaldan azad etsin.”

Şəki rayon sakini Mustafayev Dağlar Möylam oğlu da öz məktubunda bildirir ki, son vaxtlar düşmənlə təmas xəttində baş verənlər bir Azərbaycan gənci olaraq onu da narahat edir. O, bildirir ki, sol gözündəki fiziki qüsurla əlaqədar hərbi xidmətdən möhlət hüququna mailk olsa da, Vətən torpaqlarının müdafiəsinə qalxmağa daim hazırdır.

Növbəti müraciətin müəllifi isə Füzuli rayonunda dövlət işində çalışan Xudiyev Hikmət Asif oğludur. “Horadiz şəhərində yaşayıram, ixtisasca tarixçiyəm. Mən arzu edərdim ki, erməni faşistlərinə qarşı aparacağımız haqq-ədalət müharibəsində bizim gücümüzdən də istifadə edəsiniz. Mən yüzlərlə füzulili gənclə birlikdə düşmənə qarşı döyüşməyə hazıram. Mən özüm də Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olmuşam, bir çox silahlardan istifadə etməyi bacarıram. Cənab nazir, xahiş edirəm ki, könüllü döyüşçülərin toplanmasına icazə verəsiniz. Qoy düşməni torpaqlarımızdan birdəfəlik qovub çıxaraq, axı o torpaqlar bizimdir!”

Yenə də başqa bir məktubda oxuyuruq: “Salam. Mən, Anqbazov Sahib Yusif oğlu, Balakən rayon sakini, ali təhsilli, həqiqi hərbi xidməti yerinə yetirmiş bir vətəndaşam. Son günlər cəbhə bölgəsində baş verən olaylardan çox narahatam. Bunu yazmaqda məqsədim, könüllü olaraq cəbhə bölgəsinə döyüşə getmək üçün qeydiyyata adımı daxil etməyinizi xahiş etməkdir. Vətən, sənə canım fəda…”

15 ildən artıq Azərbaycanda ailə həyatı qurub yaşayan Türkiyə vətəndaşı Erhan Erdok da nazirimizə ünvanladığı müraciətdə Azərbaycan torpaqlarının müdafiəsi üçün savaşa hər an hazır olduğunu bildirir.

Yenə də qardaş Türkiyədən Yıldırım Necdət Əhməd soyadlı vətəndaş ürək yanğısı ilə Azərbaycandakı son olaylara münasibətini bildirir və könüllü olaraq döyüşçülərimizlə çiyin-çiyinə savaşa atılmağa hazır olduğunu arzulayır.

Arslan Volkan Tevfik adlı Türkiyə vətəndaşı Müdafiə nazirinə yazdığı müraciətində ürək yanğısı ilə bildirir ki, 12 ildir Azərbaycanda yaşayıram, həyatımın xeyli hissəsi burada keçib. “Məhz burada ailə həyatı qurmuşam, övladlarımı böyütmüşəm. Müharibəyə səfərbərlik olarsa, məni də nəzərə almağınızı xahiş edirəm. Bu Vətən üçün, Azərbaycan üçün canımı fəda etməyə hazıram.”

Ümran Həsrət Nuri deyir: “Möhtac olduğun qüdrət, damarlarımda axan qanda mövcud isə, qardaşıma fəda olsun. İki Dövlət Tək Millət!”.

Ehtiyatda olan türk hərbçiləri Arıbaş Hasan və Kılıç Kadir də nazirliyin ünvanına göndərdikləri müraciətlərində ən səmimi duyğularını ifadə edərək Vətənimizin dar günündə bizə yaxından dəstək olacaqlarını bildiriblər.

Arıbaş Hasanın müraciətindən bir hissəni olduğu kimi təqdim edirik: “Sevgili komutanım Zakir Hasanov. Kalbim hep diğer Vatanım Azerbaycan için atmaktadır. İhtiyaç durumunda Azerbaycan Türk ordusuna bir türk oğlu olarak gönüllü katılmak istiyorum. Vatan toprağını savunmak benim şahsım için mukaddestir. Bilgilerinize arz ederim.”

17 yaşlı Elvin Daşdəmirovun müraciətində isə deyilir: “Hazırda Rusiyada yaşayıram. Sizə müraciət etməkdə məqsədim odur ki, səfərbərlik olsa, Vətən uğrunda müharibə olsa məni də çağırmağınızı xahiş edirəm, hətta yalvarıram. Valideynlərim buna icazə verməsələr belə mən könüllü olaraq getmək istəyirəm. Xahiş edirəm, yalvarıram məni də aparın!».

Sonda bir daha qeyd edək ki, bu məzmunlu müraciətlər Müdafiə Nazirliyinə daxil olmaqda davam edir.

 

loading...
515 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22 Fevral - Günün qoroskopu
Bu, Azərbaycan üçün tarixi hadisədir - Sobhani
Rusiya bu ölkəyə qadınları göndərib iğtişaş yaradacaq
Suriya ordusu Palmiranı geri qaytarır
ABŞ səfiri Xocalı abidəsini ziyarət etdi
NATO sərhədlərimizdə uçuşları artırıb - Rusiya
Mehriban Əliyeva xalqın rəğbətini qazanıb - Deputat
Kamal Abdulla: İlham Əliyev bu siyasəti uğurla icra edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət başçısı İlham Əliyevi təbrik edib
Avropa bu məhsullarımıza maraq göstərir
Gürcüstandan növbəti Qarabağ bəyanatı: Tanımırıq
Prezident İlham Əliyev fərman imzaladı
Dini icma rəhbərləri Mehriban Əliyevanı təbrik etdi
Yunker: “Çörçil olmasaydı, biz indi burada...”
Qəzzafinin oğlu itib – BMT
Məmmədyarov Türkiyəyə getdi
Mehriban Əliyevanın bu təyinatını ölkə ictimaiyyəti yüksək qiymətləndirəcək… - YAP-dan reaksiya
Türk ordusunun qələbəsi Səudiyyəni həvəsləndirdi
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Xatirə Muzeyini ziyarət ediblər - Foto
“Atatürkün də söylədiyi kimi, Azərbaycanın...”
Prezident İlham Əliyev Mehriban xanımı təqdim etdi - Video
Mehriban Əliyevanın təyinatı dünya mətbuatında
PA-dan Mehriban Əliyevanın təyinatına – İlk reaksiya
Prezident İlham Əliyev Mehriban xanımdan danışdı
Mehriban xanımın I vitse-prezident kimi - İlk çıxışı
Mehriban Əliyevanın təqdimetmə mərasimindən - Fotolar
Cocuq Mərcanlı yolu yenidən çəkilir - Foto
Aynur Camalqızı - Möhtəşəm qadın
Sabah hava necə olacaq?
General Ərdoğana məxfi görüşdə nələr deyib?
Türk milyarder Ukraynadakı zavodlarını bağladı
Mehriban Əliyeva birinci vitse-prezident təyin olundu
21 Fevral - Günün qoroskopu
Həmyerlimiz Rumıniyada vitse-prezident oldu - Foto
Qarabağdakı “referendumu” tanımırıq - Latviya
Ukraynalı deputatlar İçərişəhərdə - Fotolar
Milyarderin
Fransadan Rusiyanın kiber hücumlarına - Reaksiya
Rəsmi Tiflis:
İran hərbi təlimlərə başladı - Hücuma hazırlıq
Prezident İlham Əliyevdən turistlərlə bağlı - Sərəncam
Elmar Məmmədyarov Yaponiyanın ölkəmizdəki səfiri ilə görüşdü - Foto
Prezident İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı
Ukrayna Ali Radasının deputatları Milli Məclisdə
O məşhur uşaqları belə də görün - Video
“Putin Donbasda ikinci Hələb yaratmaq istəyir”
Qəzzafinin qardaşı Qərbin Liviya planından danışdı
O müğənnilərin siyahısı məndə var... - Qarayev
Türkiyənin daha bir şəhərində Qarabağ parkı olacaq - Video
Ərəblərlə ruslar dünyanın ən güclü qırıcısını yaradır
İran XİN:
Zəfər anı: Əl Babdan son görüntülər - Foto
Hitlerin milyonların ölümünə bais olan “silahı” satıldı
Bakıda yaz havası olacaq
Rusiya aktivləşir: Suriyadan sonra sıra bu ölkədədir
IV Monitorinq Raundu çərçivəsində Azərbaycan üzrə qəbul edilmiş antikorrupsiya hesabatı təqdim edilib
Türkiyə-ABŞ qapalı görüşünün - Təfərrüatı
Ermənilər Qarabağın işğalını etiraf etdi - XİN
Pakistan bu hərbi təyyarəni Azərbaycana verir
Kəmaləddin Heydərov BƏƏ-də işgüzar səfərdə oldu
Prezident İlham Əliyev Qətərin təhsil nazirini qəbul edib
Azərbaycan ilə Ukrayna arasında hüquqi sahədə əməkdaşlıq daha da genişlənir
Qaqauzların xanım lideri: Ərdoğanı gözləyirik
ABŞ-dan Rusiya etirafı: Gərginliyi azaltmaq istəyir
Cocuq Mərcanlıda 120 qəlpə aşkarlandı
Somalidə terror: 35 ölü, 40 yaralı
Əsədin ordusu yenidən türkmanları hədəf alır
Oğlum gimnastikanın pərəstişkarı oldu - Konsul
Türkiyə inqilab edir - Ərdoğan
Ukraynada gərginlik: 9 hərbçi yaralandı, 1-i isə...
İraqda PKK-nın mağaraları məhv edildi
Londonda “Qarabağ kolleksiyası” - Foto
Senator:
Türkiyə baş naziri kürd liderlə nələr danışdı?
Əməkdar artistdən analara sürpriz
Ələ keçən yadplanetli sorğu-sual edildi – Şok video
 Səfərbərlik və çağırış resurslarının uğurla tənzimlənməsi ordu quruculuğuna xidmət edir
GDU-nun rektoru Yusif Yusibov rüşvətxor müəlliməni vəzifədə saxlayır - ÖZƏL
İspanlar Bakıda təbliğat aparır - Foto
Çavuşoğlu münaqişə ilə bağlı adaya gedir
Texnologiya mallarının qiyməti ucuzlaşdı
Tiflis və Moskva arasındakı viza ləğvinin şərti açıqlandı
Mosulun qərbi İŞİD-dən azad edilir - Əməliyyat
Onların PKK ilə əlaqələrindən narahatıq - ABŞ
Viranşehir teraktında ağlasığmaz detal - 1 ton
Ruslar bu şərtlə Putini yenidən qalib edəcək - Ekspert
İngilis siyasətçidən yunanlarla bağlı etiraf: Səhv etdik
TƏHLÜKƏ: evinizdə bu oyuncaqlar varsa, MƏHV EDİN
Barselonada Avropanın ən böyük mitinqi keçirildi
Kəndimizin son günü (26-cı yazı)
18 Fevral - Günün qoroskopu
Lənkəranskidən sonra ona biət edirlər...
Kiyevdə 3 gündən sonra savaş başlayacaq - Jirinovski
Qar hərəkəti iflic eti: Sürücülər təlaş içində - Video
BBC-nin filmi Rusiyanı şoka saldı
“Tiflis İrəvana görə 21 milyon itirir”
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com