İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Naruşeniya” edəndə icazə alıram, deyirlər keç, qurbandır” – SÖHBƏT |


Son dəqiqə

SOSİAL > “Naruşeniya” edəndə icazə alıram, deyirlər keç, qurbandır” – SÖHBƏT

“Naruşeniya” edəndə icazə alıram, deyirlər keç, qurbandır” – SÖHBƏT
Tarix : 14 Avqust 2014 23:19

…Elə təsəvvür edirdim ki, tipik bir taksi sürücüsü gələcək – kişi kimi bir qadın, idman stilində geyinmiş, başında kepka.

 

Əvəzində nə gördüm? Bərli-bəzəkli, gözəl saç düzümü olan bir xanım! Sanki toya tələsir. 61 yaşı olduğunu desə də, yaşına görə çox cavan qalıb. Deyir, “nəsillikcə beləyik”.

 

Hamı onu “Nurcahan bibi” kimi tanıyır. Nurcahan Cəbiyeva 27 ildir taksi sürücüsüdür. Quba rayonunda anadan olub. Sonrada Bakıya köçüb. Yoldaşı xərçəng xəstəliyindən vəfat edəndən sonra 5 balaca uşağını dolandırmaqdan ötrü müxtəlif işlərdə çalışıb. Öncə Siyəzəndə marketdə işləyib. İşləri o qədər də yoluna qoya bilməyib. Sənədlərini Sumqayıtdakı sürücülük məktəbinə verib, maşın sürməyi orda öyrənib. Evdə olan qır-qızılını sataraq, sovet puluyla 25 minə “Jiquli”  alıb.

 

“Böyük qardaşım taksi sürdüyümə görə məni dindirmir”

 

İlk vaxtlar qohum-əqrəba onun maşın sürməyinə etiraz edib.

 

- Qonşuluqda Zeynəb xalaya dedim ki, mən taksi şoferi işləmək istəyirəm, dedi bala, eləmə, sənə bir şey olar yolda, uşaqların yetim qalar. Düzdü, əvvəlcə ona qulaq asdım. Amma sürücülük vəsiqəmi alandan sonra başladım işləməyə. Bu dəfə böyük qardaşım mənə dedi ki, taksi sürmə. Amma uşaqlarıma baxmalı idim, nə vaxta qədər qardaşımdan kömək ummalı idim, onun da ailəsi var. Onun dediyini eləmədim. Qardaşım indiyədək taksi sürdüyümə görə məni danışdırmır. Çox çətinlik çəkmişəm. Uşaqlarıma layiq ana olmuşam. Ataları rəhmətə gedəndə çox balaca idilər. Ən böyüyün 8 yaşı vardı, ən balacası isə bətnimdə idi.

 

“Taksi sürməyə başlayanda qorxurdum”

 

İlk vaxtlar qorxurmuş ki, müştərini dediyi yerə aparıb çıxara bilməyəcək.

 

- Elə qorxurdum ki… Niyyət eləmişdim, biabır olmayım, ildə bir qurban kəsəcəm. İndi bir yox, ildə üç qurban kəsirəm. Müştərilərdən soruşurdum ki, hansı yolla, necə gedim. Birinci “Gənclik” metrosuna getdim, oranın yolunu öyrəndim. Allaha şükür, indi Bakının hər yerini tanıyıram. Gör neçə ildi… Hamı tanıyır məni. Polislər də saxlamır. Qaydalara riayət edirəm. Düzdü, yol hərəkətini pozduğum hallar da olub. “Naruşeniya” edəndə icazə alıram, onlar da deyirlər, keç, qurbandır sənə. Mən tanımasam da, çoxu məni yolda görüb salamlaşır. Görürlər ki, halal zəhmətimlə pul qazanıram. Nəqliyyat departamentinin işçiləri ilə də münasibətim yaxşıdır. Heç vaxt mənə ilişməzlər. Hörməti hər zaman saxlayırlar, sağ olsunlar.

“Maşınımı vurdular, məni də günahkar çıxardıb qızıllarımı aldılar”

 

Nurcahan xala bircə dəfə qəza törədib.

 

- Kiçik sürtmələri saymasaq, cəmi bir dəfə qəzaya düşmüşəm. Özü də bu günə kimi yadımdadı, 8 mart günü idi. Maşını arxaya verəndə, bir CİP gəlib arxadan məni vurdu. Günah da ondaydı. Sürücü abırsız, arxalı adam idi. Məcbur etdi ki, maşını düzəlt. Məcbur oldum qızıllarımı verdim. Haramı olsun.

 

“Xanımlarını, uşaqlarını mənə etibar ediblər” 

 

Bu illər ərzində, bir neçə iş təklifi alıb.

 

- İmkanlı şəxslər var idi, təklif edirdilər ki, mənim ailə sürücüm ol. Yalnız arvad-uşağı sənə etibar edirik. Ayda 800 manat verirdilər. Mən isə azadlığı, müstəqilliyi sevirəm, heç kimin qulu ola bilmərəm. Özüm özümün ağasıyam. Razı olmadım. Allah bərəkətimi verir. Bir neçə müştərim var ki, daimi onlarla işləyirəm və o da mənə bəsdir. Heç yolda da müştəri axtarmıram. Qarşıma çıxanda götürürəm.

 

 “Bəziləri mənim maşın sürməyimə gülür” 

 

Əvvəllər şəhərdə taksi sürən xanım görəndə çoxları təəccüblənirdi. Nurcahan xanım da belə hadisələrə tanışdı. Elə şoferlər də olub ki, ona baxan zaman qəza törədib.

 

- Deyir ki, indi qadın taksi sürücüləri çoxalıb şəhərdə. Bir neçəsi ilə münasibətim var. Bununla belə, müştərilər maşınıma minməyə qorxur ki, birdən yaxşı sürmərəm. Çoxlarına isə maraqlı gəlir. Təəccüblənirlər ki, xanım necə taksi sürə bilər? Maşını işə salanda, gülməkdən ürəkləri gedir. İnsanları mənzil başına deyə-gülə çatdırıram.

Adamların üzünə baxanda, onların ürəyini oxuyuram. Başıma bircə dəfə təhlükəli hadisə gəlib. Bir oğlan idi. Uzaq məsafəyə gedirdi, yolda maşını saxladıb, üstümə bıçaq çıxartdı. Məndə öz bıçağımı çıxardıb ona qarşılıq verdim. Dinmədi və yolumuza davam etdik. Bəlkə də məni öldürəcəkdi. Nə bilim, Allah saxladı”.

 

***

 

Nurcahan xalanın balaca oğlu da taksi sürür. “Bir gün evə gəldim ki, oğlum özünə maşın alıb. Əvvəl çox əsəbiləşdim ki, uşaqdır, başına bir xəta gələr. Amma sonra ona dəstək oldum. “07”-i vardı, satdıq, mən də kömək etdim, başqa maşın alsın. Müştərilərimin bir çoxu ona verdim ki, təzə-təzə başlayır, dəstək olum. İndi Allaha min şükür, özünü dolandırır.

 

Lent.az

loading...
518 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

25 İyul - Günün qoroskopu
Ərdoğan: “İsrail atdığı addımlarla səhvə yol verir”
AB-dən Rusiya ilə bağlı şok: ABŞ-a qarşı hərəkətə keçək
Rusiyaya çağırış: Bu ölkənin parçalanmasının qarşısını al
Kəndimizin son günü (71-ci yazı)
Bakı-Moskva əməkdaşlığı erməniləri narahat edir - Markov
İsrail bu ölkədəki təmsilçiliklərini bağladı
Benzinlə bağlı daha bir - Yenilik
Federasiya Şurası Putinə müraciət edəcək: Həyasız qərar
Sosial müavinət alanların sayı açıqlandı
Dünya casusluq sistemlərindən imtina etməlidir - Rusiya
Güzəştli mənzil gözləyənlərə - Şad xəbər
Ərdoğan bizimlə qumar oynayır - Almaniya
Sabahın hava proqnozu: Külək əsəcək, şimşək çaxacaq
ABŞ 13 milyardlıq gəmisini təqdim etdi - Foto
Olimpiya çempionu akulaya uduzdu - Video
Britaniyadan kürdlərə zərbə: Müstəqilliyə qarşıyıq
Bələdiyyənin 108 ağacını kəsən Qax sakini barəsində cinayət işi başlanıb
Məşhur terror təşkilatının lideri öldü
Rusiya ilə yeni savaş başlayır – Payız çox çətin olacaq
Ermənilər cəbhədə təxribat törətdi
Tehran axundu 29 il əvvəlki kütləvi edamlarını dəstəklədi - Şok
Çin Suriyanı ələ keçirir – Milyardlar
Sabahın hava proqnozu: Yağış yağacaq
Neymar
Ya Əli, ya Vəli... - Ərdoğan
Dünyanın ən isti bölgəsi... - Qonşu ölkə
Rusiyadan Ukraynanın hərbi prokuroru barədə - Həbs
Boksçularımız Dağıstanda 3 medal qazandı
Sevilən qadınların 6 vacib - Xüsusiyyəti
İtaliya AB-nin tələblərini qəbul etmədi
Ağ Evin gündəliydə
23 İyul - Günün qoroskopu
İsrail son qərarını verdi: Geri çəkilir
Şimali Koreya nüvə gücləri klubuna girir - ABŞ
Dönetsk böhranı müzakirədə: 4 lider danışıqlara başlayır
Cüdoçumuz Minskdə erməni rəqibinə qalib gəldi
Türkiyənin Ukrayna ilə bağlı hərbi planı... - 15 milyon sözü
ABŞ-dan anti-Rusiya sanksiyaları ilə bağlı - Yeni qanun
Almaniya və Türkiyə arasında kritik görüş - Gərginlik
Pentaqon: ABŞ-ın imperatorluğu çökür
Ərəb şeyxindən 222 milyon avroluq təklif
Suriyada xaos hökm sürür – Kəşfiyyat
Mikser:
Bakıda
PKK-nın “beyni” məhv edildi
Tramp Rusiyanı yenidən imperiya edir - Klepper
Misirdən ərəblərə xəyanət: İsrail Qüdsə görə qınanmadı
Rusiya bizi işğal edir – Gürcüstandan çağırış
Ev verilən jurnalistlərin adları açıqlanıb (SİYAHI)
Beynəlxalq Antikorrupsiya Akademiyası ilə əməkdaşlıq uğurla davam etdirilir
İstirahət günü hava necə olacaq?
Qanunsuz ağac kəsən şirkətlə bağlı – Açıqlama
Netanyahu Ərəb əmiri ilə niyə görüşüb? – Səbəb
Baş Prokurorluq jurnalistləri təbrik etdi
Azərbaycan milli mətbuatının 142-ci ildönümüdür
Azərbaycanda havanın sərinləşəcəyi tarix açıqlandı
Feminizmin məqsədi... - Putin
Mərakeş mediası Azərbaycanın ənənələrindən yazdı
Nüfuzlu amerikalı diplomat Ermənistana müharibə elan etdi
Almaniyadan şok: Türkiyə düşmənimizdir
Lukaşenko-Poroşenko görüşü: Huşsuz sədr və lüt qadın – Video
SHXÇDX-də Azərbaycan milli mətbuatının 142-ci ildönümü qeyd olunub
Məmmədyarov Macarıstan səfiri ilə görüşdü - Foto
Obama qələbəsini bizə borcludur – Rusiya
Yıldırımdan Almaniyaya mesaj: Həll edə bilərik
Moldovadan Rusiyaya qarşı sərt addım: Ordu çıxsın!
AMEA NaxçıvanBölməsi 2017-ci ilin birinci yarısında mühüm naliyyətlər əldə edib
ABŞ vətəndaşlarına bu ölkəyə getməyi qadağan edəcək
Sabahın hava proqnozu açıqlandı
Bu, rusların tarixi səhvidir - Kravçuk
10 milyon manatdan çox kredit vəsaitlərini mənimsəyən şirkət rəhbəri həbs edildi
Bu, ABŞ-ın xeyrinə olmayacaq - Maliki
Tramp Türkiyədəki səfirini dəyişdirir
İsrail Suriyanın səssiz işğalına başladı
Mərakeşdə keçirilən Beynəlxalq Statistika İnstitutunun 61-ci dünya statistika konqresi  başa çatıb
Baş Prokuror Zakir Qaralov Gədəbəy rayonunda vətəndaşları qəbul edəcək
21 İyul - Günün qoroskopu
Macarıstanda ruslara qadağa...
Tereza Meyin populyarlıq reytinqi aşağı endi
Kral oğlunun həbs olunması barədə fərman verdi
Ədalət Şükürovun yeni malikanəsi - Foto
ABŞ açıqladı: Rakkanın 30 faizi işğaldan azad edildi
Körfəz ölkələri: Qətər ciddi addım atmır
Kəndimizin son günü (70-ci yazı)
İstanbula giriş və çıxışlar nəzarətə alındı
ABŞ: “Dünyadakı teraktların sayı azalıb”
Donbas savaşı qızışır: Ukrayna ordusu itkilər verdi
Elmar Məmmədyarov Tacikistan səfiri ilə görüşdü - Foto
Siz jurnalistlər bunu yaxşı bilirsiniz - Prezident
Türkiyə Mosulun bərpasına kömək etməyə hazırdır
Atambayev türk birliyinə qarşı: “Bir-birimizə bənzəmirik”
Azərbaycanlı boksçu ermənini məğlub edib kubok aldı - Foto
Küveyt 15 İran diplomatını ölkədən qovdu – Təcili
Bu gün ölən məşhurun - Şok vəsiyyəti
Rusiya silah ixracını artırır – Hesabat
Kiyev BMT-ni ittiham etdi
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com