İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Oğuzda dəhşət: ata qızının sevgilisini güllələdi – TƏFƏRRÜAT |


Son dəqiqə

KRİMİNAL > Oğuzda dəhşət: ata qızının sevgilisini güllələdi – TƏFƏRRÜAT

Oğuzda dəhşət: ata qızının sevgilisini güllələdi – TƏFƏRRÜAT
Tarix : 21 Avqust 2014 21:52

Qızının sevgilisini güllələyən ata 12 il müddətinə azadlıqdan məhrum edildi
Oğuz rayon sakini, 1958-ci il təvəllüdlü Binyami Yusifov qızının sevgilisi Rüfət Salmanovu öldürüb. İdeologiya.az xəbər verir ki, Teleqraf.com-un araşdırmasına görə, hadisə 19 noyabr 2013-cü il tarixdə baş verib.
Binyami həmin gün gecə saat 02.00-da Oğuz rayonunun Muxas kəndində yerləşən evinə gəlib və həyətdə kənd sakini Rüfətin onun qızı Səltənət Yusifova ilə söhbət etdiyini görüb. O, qızı ilə Rüfətin münasibəti barədə maraqlanıb.
Ata qızının sevgilisini niyə öldürdü?
Səltənət Rüfətlə heç bir münasibətdə olmadığını və onu tanımadığını bildirib. O, qızının yalan danışdğını bilib və həqiqəti öyrənib. Binyami Rüfət Salmanovun onun qızı ilə intim münasibətdə olmasından şübhələnib. Buna görə də Rüfəti öldürmək qərarına gəlib. Bu məqsədlə o, ov tüfəngini götürərək həmin gün saat 09.00-da kəndin mərkəzinə gəlib.
Binyami Yusifov kəndin mərkəzində Rüfət Salamovun yük avtomobilinə yanacaq almaq üçün Elnur Məmmədovun icarədarı olduğu mağazaya daxil olduğunu görüb. O, dərhal üzbəüz ərazidə yerləşən Ağabala Fərhadova məxsus yeməkxananın arxasındakı həyətində tüfəngi selofan torbadan  çıxarıb.
Binyami ov tüfəngini atəş vəziyyətinə gətirərək Rüfət Salamovun olduğu yerə gəlib və onun yük avtomobilinə yanacaq tökdüyündən istifadə edərək, atəş açıb. Rüfət aldığı güllə yarasından ölüb.
Üç maddəli cinayət işi
Bu əməli ilə Binyami Yusifov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Xəqani Səmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
“Səsə oyanıb qızımın həyətə çıxdığını gördüm”
Binyami Yusifov ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, Oğuz rayonunun Muxas kəndində anadan olub və ailəsi ilə birlikdə həmin kənddə yaşayıb: “Noyabrın 19-da gecə saat 02.00 radələrində yaşadığmı evin şüşəbəndində yatdığım zaman evin giriş qapısının açıldığını hiss etdim. Səsə oyanaraq qapı tərəfə baxanda qızımın həyətə çıxdığını gördüm. Qızım həyətə çıxdıqdan təxminən 1-2 dəqiqə sonra danışıq səsləri eşitdim və dərhal yerimdən duraraq həyətə çıxdım. Eyvandan həyətə baxdıqda işıq dirəyinin yanında qızımın həmkəndlim Rüfət Salamovla söhbət etdiyini gördüm”.
“Qızımı yataq otağına apardı”
Təqsirləndirilən şəxsin sözlərinə görə, qızı ilə Rüfət Salmanovun olduğu istiqamətə gedib: “Gəldiyimi görən kimi qızım mənə tərəf gəldi. Qızımdan həyətdə kimlə söhbət etdiyini soruşdum. Səltənət Rüfət Salamovun həyətə gəldiyini deyərək cəld evə daxil oldu. Rüfətə tərəf iti adımlarla getsəm də, o, qapıdan çıxaraq qaçdı. Evə qayıdanda qızımdan Rüfətlə nə işinin olduğunu soruşdum. Qızım Rüfəti tanımadığını, onun həyətə gəlməsinin səbəbini bilmədiyini dedi. Qızının bu cavabı məni tam qane etmədi. Onun sifət nahiyəsindən bir-iki sillə vurdum. Səsə ailə üzvlərimin hamısı oyandı və qardaşım Bəylər Yusifov gələrək, qızımı yataq otağına apardı”.
“Gecə boyu fikirləşib Rüfəti öldürməyi qərara aldım”
Binyami Yusifov deyib ki, ailə üzvləri onu sakitləşdirməyə çalışsalar da, Rüfətin həyətə məlum olmayan səbəbdən daxil olması onun əsəblərini korlayıb: “Həmin gecəni yatmayib səbrsizliklə səhərin açılmasını gözlədim. Gecə boyu fikirləşib hamıdan gizlətdiyim tüfənglə Rüfəti öldürməyi düşündüm. Səhər saat 09 radələrində evdən çıxdım. Qardaşımın evinin yanında istifadəsiz təndir damına getdim. Orada qutuların altında iki selofan torbaya bükülmüş tüfəngimi və 5 ədəd patronu götürdüm. Silahın saz vəziyyətdə olduğunu bildiyimə görə, selofan torbanı açmadım”.
“Kənd sakinləri ilə salamlaşdım”
Təqsirləndirilən şəxs bildirib ki, evdən çıxanda heç kəsə bir söz demədən birbaşa kənd mərkəzinə gəlib: “Ora çatdıqda Rüfət Salamovun idarə etdiyi “Zil” markalı yük avtomobilinin kənd sakini Elnur Məmmədovun işlədiyi mağazanın yaxınlığında dayandığını və Rüfətin avtomobildən düşərək mağazaya daxil olduğunu gördüm. Dərhal həmin yerin qarşısında olan kənd sakini Rafin Məmmədovun yeməkxanasının arxasında olan həyətə keçdim. Bir-iki dəqiqə ərzində orada selofan torbaları açaraq tüfəngi çıxartdım. Tüfəngin güllə yuvasına torbada olan patronlardan birini qoyaraq silahı atəşə hazır vəziyyətə gətirdim. Selofanlardan birini orada qoyub, digəri ilə tüfəngin üstünü örtərək Rüfəti gördüyüm yerə gəldim. Həmin vaxt adları yadımda qalmayan kənd sakinləri ilə salamlaşdım”.
“Bağda əyləşərək törətdiyim cinayət barədə fikirləşdim”
Binyami Yusifovun sözlərinə görə, kənd sakinləri ilə salamlaşan zaman selofan torbanın içərisində olan tüfəngi heç kəs görməyib. O, deyib ki, “Zil” markalı avtomobilin qarşısına gələndə Rüfətin kanistrlə  avtomobilin yanacaq çəninə mağazadan aldığı yanacağı boşaltdığını görüb: “Həmin vaxt Rüfətin başı qarışıq idi. Rüfətin məni görməməsindən istifadə edərək tüfənglə onu nişan aldım və atəş açdım. Atəş səsinə mağazada işləyən Elnur Məmmədov gəldi və hadisəni görərək qışqırmağa başladı. Mən özümü itirməyərək Rüfətin yıxıldığı istiqamətə qaçdım. Rüfətin yanından keçən vaxt boş gilz tüfəngdə qalmasın deyə tüfəngin lüləsini açdım. Həmin vaxt giliz lülədən sıçrayaraq Rüfətin yaxınlığında yerə düşdü. Rüfətin ölüb-ölmədiyini bilmədən iti adımlarla hadisə yerindən uzaqlaşaraq birbaşa evə getdim. Lakin evə girmədim. Bağda əyləşərək törətdiyim cinayət əməli və məsuliyyəti barədə fikirləşdim. Bağda təxminən yarım saat oturdum. Bir neçə siqaret çəkdim və bu vaxt rayon polis şöbəsinin əməkdaşları gəldilər. Cinayətin aləti olan həmin tüfəngi və istifadə olunmamış dörd ədəd patronu polis əməkdaşlarına təqdim etdim”.
12 il cəza
Zərərçəkmiş şəxsin hüquqi varisi Eynulla Salamov deyib ki, mərhum onun oğludur: “Mirvari Salamovadan oğlum Rüfətin güllə ilə vurulması xəbərini aldıqdan sonra yaşadığım Muxas kəndinin mərkəzinə getdim. Rüfətin “Zil” markalı avtomobilinin kəndin mərkəzindəki, kənd sakini Elnur Məmmədova məxsus mağazanın qarşısında dayandığını, Rüfətin özünün isə orada olmadığını gördüm. Əraziyə toplanmış kənd sakinlərindən nə baş verdiyini soruşdum. Onlar Rüfətin Binyami tərəfindən güllə ilə vurulduğunu və kənd sakini Rafinin avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparıldığını bildirdilər. Dərhal taksiyə oturaraq rayon mərkəzi xəstəxanasına gəldim. Xəstəxanaya daxil olduqda Rüfətin artıq öldüyünü bildim”.
Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Binyami Yusifov 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzаçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hacı Zeynalov

loading...
505 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Bakıda daha bir festival keçiriləcək
MKİ şefi: İran Yaxın Şərqin hər yerindədir
Bakıdan İrəvanı çəkinməyə vadar edən – Dəyişiklik
ABŞ-la razılaşma heç vaxt olmayacaq - Rus politoloq
Azərbaycanda bayram namazı qılındı
Müqəddəs Ramazan bayramı və Ordu günü Bakı İstintaq Təcridxanasında da təntənəli şəkildə qeyd edildi
25 İyun - Günün qoroskopu
Bu müddətdən sonra insanlar həftədə dörd gün işləyəcəklər
Bu ölkədə türklərə ev verilmir
Mən mövqeyimi bir anda itirdim - Hemilton
98 illik su anbarı belə partladıldı - Video
Azərbaycan Ermənistanda sement istehsalını iflic etdi
Ukraynadan Rusiyaya Putinlə bağlı nota
İran böyük faciədən döndü - Xüsusi əməliyyat
Boksçumuz Avropa çempionatını gümüş medalla bitirdi
Gürcü nazirdən müsəlmanlarla bağlı açıqlama
Qətərdən Türkiyəyə jest: O tələb rədd edildi
Prezident İlham Əliyev 2 ölkəyə təbrik məktubu göndərib
Luis Hemilton sıralama turunun qalibi oldu - Formula 1
Bakıda yollar bağlandı, Tarkan otelə vertolyotla getdi - Foto
Amerika xalqı artıq bundan yorulub
Ekklstoun: “Bakıya gəlməyənlərə bunu məsləhət görürəm”
Baş məşqçi:
Çin və ABŞ Koreyanın taleyi həll etdi - Anlaşma
Ramil Usubov Qubada vətəndaşları qəbul etdi
Prezident İlham Əliyev Jan Fransua Manseli qəbul etdi
Firudin Nəbiyev səfirlə görüşdü
Formula-2-də zəncirvari qəza - Video
Türkiyə Qətərə gəmi yola saldı: Misir əngəl olsa...
Manana: “Bakıya qayıdıram...” – Məşhurların bayramı
Mingəçevirdə 100-dən çox yaşayış evini su basdı
Xalq artistinin vəziyyəti ağırdır: Ölə bilər
Baş Prokurorluq Əkrəm Həsənova xəbərdarlıq etdi
24 İyun - Günün qoroskopu
Azərbaycanın 15 yaşlı gözəli danışdı - Foto
Rusiya və Hindistan ordusu bir ilkə imza atacaq
Ərdoğan dünyaya meydan oxudu: Buna imkan verməyəcəyik
Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış - Foto
Qətər 35 ölkə ilə bağlı qərar verdi: Bir ay ərzində...
Bu saytlarla bağlı şikayətlərə baxıldı - MŞ
“Qarabağ”la bağlı film “Çelsi”nin stadionunda təqdim edildi
AB-nin bunun öhdəsindən gəlməyində maraqlıyıq - Lavrov
Prezident İlham Əliyev 3 sərəncam imzaladı
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Bakıdan 29 avroya uçmaq mümkün olacaq
Bu kənddə hamı bir gecədə dəli oldu - Fotolar
Bu filmə baxanlar intihar etməyəcək - Video
ABŞ iraqlıları geri qaytarmaqdan imtina etdi
Bakı metrosu Tarkana görə iş qrafikini dəyişir
Qətərdən Liviyaya etiraz: Məsuliyyətsiz bəyanatdır
Daha bir məşhur rus ideoloq Bakıya gəldi
23 İyun - Günün qoroskopu
Bakı qapılarını açır: Formula-1 üçün hər şey hazırdır
AB-dən Rusiyaya zərbə: Sanksiyalar uzadıldı
Siqaret kötüyünü yerə atanlar cərimələnəcək
Naxçıvana yeni vergilər naziri təyin edildi
Rusiya və Türkiyə Suriyanın bu şəhərini bölüşdürür
Kəndimizin son günü (63-cü yazı)
Baş Prokurorluqdan quldurluq olayı ilə bağlı yeni məlumat
Nazirdən həkimlərlə bağlı əmr
Prezident İlham Əliyev 4 fərman, 5 sərəncam imzaladı
Azərbaycan əsgəri Türkiyədə təlim keçir
Polşa Qırmızı ordunun abidəsini sökür – Qərar
MKİ-nin yeni məxfi sənədləri yayıldı - Gizli virus
Afinadan Ankaraya etiraz: “İzn verməyəcəyik”
Tehran söz verdi – Bu sübutlar yayımlanacaq
Avstraliya yenidən bu ölkəyə girəcək
Sabahın hava proqnozu açıqlandı
Əsədi əvəz edəcək şəxs yoxdur - Makron
Ərdoğanla kral razılaşdı – Qətər böhranı
Prezident İlham Əliyev İqor Dodonla görüşdü - Foto
22 İyun - Günün qoroskopu
Keçmiş prezident
Belçikanı qana boyamaq istəyən şəxs İŞİD tərəfdarı çıxdı
Putin:
Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
Bakı bunun üçün əla yerdir - Okon
Türkiyə icazə vermədi, ABŞ-a müraciət etdik - Ukrayna
Prezident İlham Əliyev 6 sərəncam, 2 fərman imzaladı
Dodon Bakıda - Foto

Dodon Bakıda - Foto

21 İyun 20:03

İranın neft naziri: Neftin qiymətinin düşməsinin səbəbi...
Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - VİDEO
Daha bir məşhur futbolçu həbs olundu
“Nar” və “Avtostop” radio verilişindən maraqlı təklif: müsabiqədə iştirak et, dəyərli hədiyyələr qazan!
PKK-nın Alp dağlarında düşərgəsi ortaya çıxdı
Baş beynin effektli müayinə üsulu - Video
Körfəz ölkələri Qətərə kiber-hücuma keçdi
Prokuror Başbuğa bəraət istədi
Poroşenko Saakaşvilini Ukraynadan qovur
Baş Prokuror Zakir Qaralov Lənkəran şəhərində vətəndaşları qəbul edəcək
21 İyun - Günün qoroskopu
Putin ABŞ rejissorunu belə aldatdı - Video
20 il tək adada yaşayan müflis milyoner - Foto
Bərzaninin müşaviri: Kürdüstan müstəqillik gözləyir
Moskva ABŞ-a cavab tədbiri hazırlayır - Ryabkov
Nigar Camalın qəzaya düşdüyü an - Video
ABŞ-dan Rusiyaya qarşı daha bir sanksiya
Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
AB Cənubi Qafqazdakı durumdan narahatdır - Svitalski
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com