İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Ovsunlayıcı baxışları ilə milyonlar qazanan gözəl – Fotolar |


Son dəqiqə

son xeber > ŞOU > Ovsunlayıcı baxışları ilə milyonlar qazanan gözəl – Fotolar

Ovsunlayıcı baxışları ilə milyonlar qazanan gözəl – Fotolar
Tarix : 14 Avqust 2014 1:57

O, kişiləri baxışları ilə ovsunlayır. Artıq bir neçə ildir ki, dünyanın ən seksual qadını seçilir. Geyim tərzi, saç modeli, makiyajı ilə qadınları özünə heyran qoyur. Qadınlar onun gözəllik sirrini  öyrənmək istəyir, onun kimi görünməyə can atır.

Hazırda yaraşıqlı aktyor Eşton Katçerlə sevgili olan bu gözəl ilk övladını qucağına alacağı günü səbirsizliklə gözləyir. Yəqin ki, amerikalı gözəl aktrisa Mila Kunisdən bəhs etdiyimizi anladınız. Bəli, “Onların stili”ndə bu dəfə hər zaman gözəlliyi ilə diqqət mərkəzində olan Mila Kunisdən danışacağıq.

Rol aldığı filmlərdə canlandırdığı obrazlar qədər gözəlliyi və seksuallığı ilə də gündəmdə qalmağı bacaran Mila dəvətlərdə necə geyinir? Uzun saçlarının parlaqlığını nəyə borcludur? Hamını maqnit kimi özünə cəlb edən gözəl gözlərini vurğulamaq üçün hansı makiyaj hiylələrinə əl atır? Bu və digər sualların cavabını yazımızda tapacaqsınız.

Əvvəlcə başlayaq dəvətlərin ən gözəl xanımı olmaqda iddialı olan aktrisanın gecə libaslarından…

Milanın gecə şıqlığı

Cazibədar ulduzun dəvətlərə gedərkən seçdiyi geyimdə, aksessuar və makiyajda qüsur tapmaq mümkün deyil. Sadəcə gündəlik həyatda deyil, eləcə də qırmızı xalı gecələrində də sadəliyə üstünlük verən aktrisa doğru kombinləri ilə gecənin ən şıq qadını olmağı bacarır. Özünə yaraşan qiyafə və aksessuarı tapmaqda usta olan Mila hər zaman zərif və gözəl görünərək digər Hollivud ulduzlarının qısqanclıq mənbəyinə çevrilir.

1983-cü il təvəllüdlü aktrisa ideal bədən quruluşuna sahib olsa da, üz gözəlliyini ön plana çıxarmağa daha çox önəm verir. Dəvətlərdə onu daha çox uzun libaslarda görürük. Krujevalı, yarıqlı və fərqli kəsimləri ilə diqqət çəkən uzun qiyafələr həqiqətən gözəl ulduzun üzərində əla qalır. Geyinməkdən çəkindiyi rəng yoxdur. Ancaq qara rəngi daha çox sevir.

Bu qırmızı rəngli “Alexander McQueen” imzalı paltarında möhtəşəm görünən Mila geyiminə ən uyğun saç tərzini seçib.

Yaşıl rəng aktrisaya yaraşır. Ancaq bu paltarda olduğundan daha kök görünür. Buna baxmayaraq, mükəmməl saç modeli, makiyajı ilə gecənin ən cazibədar xanımı olmağı bacarıb.

Ulduzun qırmızı xalıda gördüyüm ən gözəl paltarı budur desəm, səhv etmiş olmaram. Rəngi, kəsimi, krujeva detalları, dekoltesi ilə möhtəşəm seçimdir.

Bədənə yapışan bu paltar modeli aktrisada olduqca gözəl qalır. Doğru ayaqqabı, sadə aksessuar, saç modeli və makiyajı ilə Mila yenə mükəmməl görüntü əldə edib.

Qaranın yaraşmadığı adam yoxdur. Bu rəng elə Milaya da çox yaraşıb. Gözlərini vurğulayan makiyajı ilə də olduqca cazibədar görünür.

mila kunis-19

Ulduzun ən çox qara rəngi sevdiyini qeyd etmişdim. Bu paltarı olduqca dəbdəbəlidir. Ancaq bu dəfə makiyajı o qədər də yaxşı alınmayıb. Aksessuar seçimini isə çox bəyəndim.

Bu geyimdə aktrisa həqiqətən möhtəşəm görünür. Paltarın kəsimi onun boyunun daha uzun görünməsinə səbəb olub. Sadə saç və makiyajla kombin etdiyi geyimi ilə Mila yenə ürəkləri fəth etməyi bacarıb.

Nə geyinirsə geyinsin həmişə gözəl, həmişə cazibədar görünən bir qadın varsa, o da Mila Kunisdir. Bu paltarın rəngi, aktrisanın incə belini vurğulayan və möhtəşəm dekolte ilə sinəsinin gözəlliyini nümayiş etdriən kəsimi mükəmməldir. Mila ayaqqabı seçimini də doğru edib.

Hər paltarda, hər stildə gözəlliyini ən yaxşı şəkildə nümayiş etdirən Mila gülüşü və ağappaq dişləri ilə də hamını özünə heyran qoyur.

Uzun libaslarla yanaşı cazibədar ayaqlaırını nümayiş etdirən qısa geyimləri də sevən Milanın gözəlliyi insanı valeh edir.

Kim daha iyi giymiş?

Stilistləri qıcıqlandıran küçə stili  

Aktrisanın dəvətlərdəki möhtəşəm görüntüsü qarşısında ağzı açıq qalan stilistlər onun gündəlik həyatdakı Mila ilə eyni qadın olduğuna inanmadıqlarını deyirlər. Ulduzun küçə stili çox vaxt tənqid olunur. O, baxımsız olumaqda ittiham edilir. Ancaq məncə gündəlik həyatdakı seçimləri digər ulduzlardan elə də fərqlənmir və bu qədər tənqid edilməməlidir.

Aktrisa paparassilərə pozalar verməyi sevmir. Çox sakit həyatı və uzun müddətdir davam edən sevgi romanı haqda danışmaq da istəmir. Ona görə də Milanı dəvətlər, qalalar xaricində yaxalamaq elə də asan deyil. Bəlkə də ona görə gündəlik həyatda eynilə evdəki kimi pijamalarla gəzməkdən çəkinmir.

Rahatlığa həddindən artıq düşkün olan Mila gündəlik həyatda makiyaj etməyi, saçlarını dəbli toplamağı və ya dəbə uyğun akasessuar seçimi etməyi sevmir. Deyəsən stilistləri və moda dizaynerlərini də əsəbiləşdirən budur. Axı ulduzlar dəbli geyinməlidir ki, onların pərəstişkarları da dəbli görünməyə can atsın. Bu moda dünyasına könül verənlər pul qazanmalıdır, ya yox?

Milanın intiqamını bu sətirlərlə aldıqdan sonra keçək gözəlçənin tənqid olunan küçə stilindən bir neçə nümunəyə.

Həqiqətən də ulduzun gecə stili ilə gündəlik həyatdakı seçimləri arasında uçurumlar var. Dəvətlərə parlaq, diqqət çəkici geyimlərdə gəlməkdən çəkinməyən cazibədar aktrisa parkda dincəlməyə və ya alış-veriş etməyə gedərkən pijama ilə görüntülənir.

Hamiləlik gözəlliyə mane deyil

Gözəl aktrisanın hamilə olduğunu qeyd etmişdim. İlk dəfə analıq hissini yaşayacağı üçün çox həyəcanlı olan Mila Kunis hamiləlik fotolarının yayılmasını istəmir. Buna görə də paparassilərə yaxalanmamaq üçün əlindən gələni edir. Aktrisa çox vaxt buna nail ola bilmir. Onun hamilə vaxtı çəkilmiş bir neçə fotosu göstərir ki, aktrisa bu dövrdə elə də kökəlməyib. Gözəlliyindən heç nə itirməyən Mila hamilə qadının da gözəl görünə biləcəyini bir daha sübut edir.

Mila Kunisin gözəl saçlarının sirri

“Esquire” jurnalı tərəfindən aparılan bir sorğu nəticəsində “Yaşayan ən seksual qadın” statusuna layiq görülən Mila Kunis uzun və baxımlı saçları ilə gənc qızların ən çox heyran olduğu ulduzlar sırasında yer alır.

Sadəliyin gözəllik olduğuna inanan Mila saç stillərində də bu fəlsəfəsinə sadiq qalır. Ulduzun saçları heç vaxt qısa olmayıb. Uzun saçın baxımı daha çətindir. Ancaq aktrisa sirrini heç kimə açmadığı xüsusi maska sayəsində saçlarının həmişə parlaq və möhtşəm görünməsinə nail olur. Onun saç maskasının bir çox yağlardan hazırlandığı deyilir.

Saçlarını kəsdirməyi çox seməsə də, tez-tez onları müxtəlif rənglərə boyadır və ya kölgələr çəkdirir. Saç rəngində tünd şabalıdı və qəhvəyi tonlarına üstünlük verir.

Mila Kunis çikolata kahve saç rengi

Xüsusilə də qəhvəyi rəngli saçlarını kölgələrlə daha gözəlləşdirməyi çox sevir. Saçlara vurulan kölgələr onun görünüşünə canlılıq və seksuallıq bəxş edir. Mila kimi insanı nağıllar aləminə aparacaq qədər gözəl saçlara sahib olmaq istəyənlər kölgələrə müraciət edə bilərlər. Ancaq bu zaman çox diqqətli olmaq lazımdır. Çünki yanlış rəngdə seçilmiş saç kölgəsi əks effekt verə bilər.

Aktrisa saçlarını düzləşdirib ortadan ayıraraq açıq istifadə etməyə üstünlük verir. Bu da onun rahatlığa düşkün olmasından qaynaqlanır.

Ancaq dəvətlərə dalğalı, toppuz, yandan ayrılmış saç modelləri etməyi də sevir. Xüsusilə, at quyruğu modeli aktisaya çox yaraşır.

Yuxarıda da qeyd etdiyim kimi, Mila saçlarını heç vaxt qısa kəsdirməyib. Ancaq orta uzunluqdaki saç modellərinə arada bir də olsa müraciət edib.

Hər gözəlin bir qüsuru var, eləcə də Milanın. Bəlkə də bunu qüsur saymaq olmaz. Mila tanınmağa başladığı ilk vaxtlarda indiki görüntüsündən çox uzaq olub. O vaxtlar hələ özünə yaraşan saç rəngi, kəsimi və geyim stilini tapmayan gözəlçənin gələcəkdə stil ikonu olacağı yəqin ki, heç kimin ağlına gəlməzdi. O illərdə dəb ilahəsi olması ehtimalı belə ağla gəlməyən Mila öz üzərində işləyib və nəhayət möhtəşəm görüntüsünə qovuşub.

Bəs həmin vaxtlar Mila necə görünürdü? Xüsusilə də yanlış saç rənglərinə müraciət edən Mila Kunis şöhrətin ilk pillərində ikən o qədər də cazibədar görünmürmüş.

.

.

Sehrli baxışlara necə sahib olur?

2006-cı ildən sonra ulduzu daha baxımlı görməyə başladıq. Deyəsən, stilistlərdən aldığı məsləhətlərə əməl edib. Həmin vaxtdan etibarən Mila dəb ilahəsi olmaq yolunda əmin addımlarla irəliləyib. Hazırda gözəllik deyəndə ilk ağla gələn ulduzlardan biri olan Mila Kunis təkcə saçları ilə deyil, həm də makiyajı ilə gənc qızlara nümunə olur.

Gözəlliyinin çoxunu böyük, ala gözlərinə borclu olan Mila təbiətin bu hədiyyəsini ən yaxşı şəkildə qiymətləndirir. Makiyajında həmişə gözlərini ön plana çıxarır və ovsunlayıcı baxışları ilə hamını məst edir. 60-illərin tərzini xatırladan göz makiyajı ilə göz qamaşdıran aktrisa buna necə nail olur?

Əvvəlcədən də qeyd etdiyim kimi, bu möcüzəvi gözlər təbiətin Milaya verdiyi bir hədiyyədir. Ancaq bu gözəlliyi ən yaxşı şəkildə nümayiş etdirmək üçün doğru makiyaj və bəzi hiylələri də bilmək lazımdır. Doğru göz kölgələrini və digər kosmetik vasitələrdən istifadə edərək siz də Milanın gözlərinə oxşar mükəmməl görüntü əldə edə bilərsiniz.

Aktirsa göz kölgələrində daha çox qəhvəyi, qızılı və bənövşəyi rəngin müxtəlif çalarlarına üstünlük verərək göz rəngini ortaya çıxarır. Sizin göz rənginiz fərqlidirsə, linzadan istifadə edə bilərsiniz.

Milanın makiyajını çox vaxt məşhur vizajist  Tracey Levi edir. O, makiyajda rəngləri aktrisanın həmin gün geyinəcəyi paltara uyğun seçdiyini deyir.

Bej rəngli dodaq boyalarına üstünlük verərək gözləri ön planda saxladığını deyən vizajist çox vaxt “Laura Mercier” brendinin məhsullarından istifadə etdiyini  bildirir.

Milanın makiyajı, xüsusilə də göz makiyajı o qədər bəyənilir ki, internetdə onun makiyaj sirləri ilə bağlı minlərlə material tapmaq olar. Eləcə də “Youtube”da peşəkar və qeyri-peşəkar vizajistlərin Mila Kunis makiyajı başlığı ilə yerləşdirdikləri yüzlərlə videolar tapmaq mümkündür. Sizə həmin videolardan birini təqdim edirəm. Beləliklə, sizə yaraşacağını düşünürsünüzsə, Mila Kunis makiyajını bu videodan izləyərək rahatlıqla tətbiq edə bilərsiniz.

Hər gözəlliyin bir sirri var: Milanınki sadəlikdi

Jurnallardan birinə verdiyi müsahibədə gözəllik sirlərindən danışan aktrisa gündəlik həyatda makiyaja müraciət etmədiyini deyib:

“Bəzən gözümün üzərinə qara qələm çəkirəm. Ancaq günorta saat 1-də  Los-Ancelosda alt kirpiklərimə çəkdiyim tuşla gəzsəm gülməli görünərəm, elə deyil?! Elə bilərlər ki, gecə makiyajımı təmizləmədən yatmışam. Dodaqlarıma da heç nə çəkmirəm. Hava küləkli və soyuq olanda “Christian Dior”un dodaq balzamından istifadə edirəm. Saçım üçün də vaxt itirmirəm, yuyuram, quruduram və darayıb çıxıram, bu qədər”.

Aktrisanın sözlərindən belə anlaşılır ki, o həyatının hər anında sadəliyi seçsə də, iş ətirlərə gələndə bu prinsipinə əməl edə bilmir. Marketə gedərkən belə ətir vurduğunu deyən Milanın hansı brendin ətirlərinə üstünlük verdiyini özündən öyrənin:

“Frédéric Malle Editions de Parfums Carnal Flower”, “Gardenia Kai roll-on”.  Aktrisa bu iki ətri çox sevir.

Zərif aksessurların ən çox yaraşdığı qadın

Sadə və şıq aksessuarları ilə də dəb pərəstişkarlarının ürəyini fəth edən Mila Kunis xüsusilə daşlı boyunbağıları və sırğaları çox sevir.

Bəlkə də aktrisa bu sevgisinin nəticəsi olaraq “Gemfields” brendinin reklam siması seçilib. Reklam çəkilişləri üçün kamera qarşısına keçən cazibədar ulduz bir-birindən gözəl boyunbağı və sırğalarla pozalar verib. Xüsusilə yaşıl rəngin üstünlük təşkil etdiyi kolleksiyanı nümayiş etdirən aktrisaının gözəlliyi ilə aksessuarların dəbdəbəsini kölgədə qoyduğu deyilirdi.

“Miss Dior”un cazibədar reklam siması

Aktrisanın gözəlliyinin sehrli gücündən istifadə etmək istəyən təkcə adını çəkdiyimiz aksessuar brendi olmayıb. Mila həm də “Miss Dior”un reklam siması seçilib.

Brendin çantalarının reklam kampaniyası üçün kamera qarşısına keçən Mila 50-ci illərin Holivud ulduzlarını xatırladan stili ilə diqqət çəkib.

Daha öncəki “Miss Dior” modellərindən iri gözləri, uşaqlara xas səmimi gülüşü ilə fərqlənən aktisa çəkilişlərdə zərifliyini nümayiş etdirib.

Çəkilişlər Los-Ancelosda məşhur fotoqraf Mario Sorrenti tərəfindən həyata keçirilib.

Mənbə: Tabloid.az

Milanın gözəlliyi məşhur jurnalların da nəzərindən yayınmayıb. Gözəl ulduz dünyanın ən tanınmış jurnallarının üz qabığına çıxıb. Aktrisa bu jurnalların hər birindən külli miqdarda pul alıb. Həm film, həm də reklam təkliflərini dəyərləndirən gözəlçə Hollivudun ən çox qazanan ulduzlarından biridir.

 

loading...
29.823 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan  rayonlarında yaşayan vətəndaşların nəzərinə
Pensiyaçıların nəzərinə: Dəyişikliklər olacaq
Nazir Ramin Quluzadə Sumqayıtda vətəndaşlarla görüşəcək
Nərimanov Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd edilib.
Elmar Məmmədyarov Moskvada Sergey Lavrovla görüşəcək
 Korrupsiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir
Azərbaycan prokurorluğunun nümayəndə heyəti Rusiya prokurorluğunun 295 illiyinə həsr olunmuş rəsmi tədbirlərdə iştirak etmişdir
Bakı şəhər prokurorluğu ötən ilin yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişdir
24 Yanvar - Günün qoroskopu
İŞİD son cəbhəni də tərk etdi: Mosulun şərqi... - İraq
10 saniyəyə 19 bina partladıldı - Video
Serbiya və Rusiya bu ölkəni parçalamağı planlaşdırır
Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi
Prezident İlham Əliyevdən köçkünlərlə bağlı - Mühüm fərman
Məşhur Femen hərəkatı dağıldı
Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir - Nazir
Bakıya enən təyyarələrlə bağlı - Yeni qayda
Kremlin Ukraynada təxribatçılara xərclədiyi – Şok məbləğ
Ərdoğan Afrikada davul çaldı - Foto
Guya bunların yenilməz ordusu var – İlham Əliyev
Bakıda beynəlxalq forum keçiriləcək
Krım tatarları dünya dövlətlərinə müraciət etdilər
Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi
Tramp NATO-nu yenidən formalaşdıracaq
Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında - Foto
Türkiyədə referendum bu şüarla keçiriləcək
Dolların məzənnəsi kəskin azaldı
Erməni təxribatı ifşa olundu – Madriddə
Dalay Lama: “Putinlə Trampa inanıram”
Kəndimizin son günü (17-ci yazı)
Azərbaycan klublarının təcrübəsi çoxdur - Stamenkoviç
Rusiyanın Energetika naziri neftin bu ilki qiymətini açıqladı
İŞİD Mosulun ən böyük otellərdən birini partlatdı
İstanbulun tarixi sarayı dənizə doğru axır
Livanda terror: Canlı bomba vuruldu
Tramp Qurani-Kərimdən ayələri dinlədi - Video
Medvedev yenidən Partiya sədri seçildi
Ərdoğan:
Qadınlar infarkta daha meyillidir
İstanbulda evlənən Muradın Mərakeşdə də toyu oldu - Fotolar
Raminə Eyvazqızı - Nənəmin tatusu
Nərmin Dadaşova - Hamilə qadın çiyələk istəsə, sizmi verəcəkdiz?
Murad Köhnəqala -
Elçin Hüseynbəyli - Tanrı əbədi iqtidardır, Qardaşım!
Günel Natiq - Əsəblərə toxunan reklamlar
Millət vəkili “Vətən qoxusu”nu təqdim etdi - Foto
Əfsanə geri döndü - Foto
Madonna Trampı təhqir etdi - Canlı yayım dayandırıldı
Psixoloqdan SOS: Telefon xəstəliyi...
Hindistanda qatar relsdən çıxdı - 36 ölü, 100 yaralı
Sabaha olan hava proqnozu açıqlandı
Türkiyə ordusu 165 İŞİD hədəfini vurdu
Çinin üç gəmisi mübahisəli zonaya girdi
Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama
Bu ölkə silkələndi: 8 ballıq zəlzələ
Emin və Kamranın komandasından əzmkar qələbə
Qazaxıstandan Astana açıqlaması:
Pakistanda daha bir partlayış: 25 ölü
Tramp ABŞ-ın dünyadakı bu mövqeyinə son qoyur - Şərh
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Kəndimizin son günü (16-cı yazı)
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com