İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Prezidenti tutub partizanlara verən kəşfiyyatçının qızıl saatını kim aldı? – DÖYÜŞÇÜ GÜNDƏLİYİ |


Son dəqiqə

SOSİAL > Prezidenti tutub partizanlara verən kəşfiyyatçının qızıl saatını kim aldı? – DÖYÜŞÇÜ GÜNDƏLİYİ

Prezidenti tutub partizanlara verən kəşfiyyatçının qızıl saatını kim aldı? – DÖYÜŞÇÜ GÜNDƏLİYİ
Tarix : 14 Avqust 2014 0:26

Məşhur azərbaycanlı partizan Əhmədiyyə Cəbrayılovun döyüş gündəliyinin 10-cu hissəsini təqdim edirik

Əvvəli: ( http://news.lent.az/news/174391)

 

Bu şəhərdə partizanlar hədsiz dərəcədə çox əməliyyat keçirdikləri və hadisələr törətdikləri üçün şəhər bir qrup alman SS-çisinə təhvil verildi. Mənim əlimin altında işləyənlər hərbi hissələrə, mən isə Montaban şəhərindəki hərbi xəstəxanaya göndərildim. Orada məni xəstəxananın komendantı təyin etdilər. Partizanlarla şəhərdə və başqa yerlərdə tez-tez görüşürdük. Xəstəxanada sovet əsgərləri, alman əsgərlərindən yaralılar çox idi.

 

Fransada almanlar sovet əsirlərindən təşkil edilmiş batalyonlar saxlayırdılar. Azərbaycanlılar Rodezdə, ruslar Marseldə, gürcülər Himdə, özbəklər Montabonda, tatarlar Oş şəhərində saxlanılırdı.

 

Həmin əsirlər fransız dilini bilmədiyinə görə, fransızlar onlara yaxınlıq vermirdilər. Heç küçədə də partizanlarla əlaqə yarada bilmirdilər. Mən xəstəxanada olmayan dərmanları tapıb sovet zabiti, Azərbaycan əsilli kapitan Mirzəxan Mamedova verirdim. Poder şəhərində olan legionun kapitanı Mirzəxan Mamedovun partizanlarla əlaqəsi var idi. Onunla görüşməyi partizanların rəisi tapşırmışdı. Mən xəstəxanaları gəzirdim. Poderdə azərbaycanlılar olduğuna görə ora getmək arzum idi. Tapşırığı alan kimi ürəklə getdim və Mirzəxan Mamedovla görüşüb, verilən tapşırığı ona çatdırdım. Düşərgəyə gələndə çoxlu həmyerlilərim – Nuru Abdullayev, Koroğlu Paşabəyli, Mikayıllı, Mamedov Əsabil, Həmrət oğlu Həzrət, Namazov (Kirovabaddan (Gəncədən) idi, müəllim deyirdilər), Qarayev Hüseyn (İmişli), Bəhrəmov Tale (Astara), Moxuxov Şirin (Balakən), Bəkirov Umar (Şəki), Viktor Kozlov (Kirovskiy vilayəti), müəllim (Sabirabad), müəllim (İsmayıllı) və sairə var idi. Yanlarından keçəndə onlar Azərbaycan dilində almanları söyürdülər. Mən də alman zabiti formasında idim. Onlar söydükcə öz-özümə gülürdüm. Az qala Nuru Abdullayev məni ələ verəcəkdi. Axı ikimiz də Şəkidə Oxud kəndində anadan olmuşuq. Nuru “Əhmədiyyə!” deyə üstümə gələndə mən almanca onu söydüm. Nuru əvvəlki yerinə çəkildi və məni söyməyə başladı. Mən xəlvəti Nurunun cibinə tapança qoyaraq astadan “sus” – dedim və alman dilində söyərək uzaqlaşdım. Başqa palataya keçəndə Cəbiyev Əli, Məmmədov Məhərrəm, nuxalı Müdəllif müəllim, Məmmədov Ənvərin də almanlara Azərbaycan dilində söydüyünü eşidirdim.

 

1944-cü ildə amerikan və ingilis qoşunları qərb tərəfdən hücuma keçdilər. Mən bu vaxt komendant olduğum xəstəxanada yeriməyi bacaranları özümlə aparıb partizanlara təhvil verdim. Biz almanların bir şəhərdən digər şəhərə əlaqəsini kəsməklə telefon xətlərini, yolları minalayırdıq, ağac kəsib yola salırdıq. Alman hissələrinin bir-biri ilə əlaqə yaratmasına imkan vermirdik. Almanlar yavaş-yavaş qaçırdılar. Biz də harda olsa orada öldürüb, lazımi yerləri partladırdıq. Beləliklə, bizim qırıcı, dağıdıcı, qorxmaz Tarn et Qoran partizan korpusunun köməyi ilə Bordo, Marmont, Monde Marsan, Oş, Tarbe, Tuluz, Montaban, Frez şəhərlərini ələ keçirdikdən sonra Paris şəhərinə hücum edib, oranı da çox çətinliklə ələ keçirdik.

 

Şəhərin bütün yerlərində almanlar qaçıb gizlənənləri axtarmağa başladı. Bessek və mən birgə axtarırdıq. Bir gün axtarışda binaların birinin zirzəmisində qoca, başı gözü ağarmış alçaq boylu arıq bir kişi gördük. Bessek tez mənə dedi ki, bu kişini tanıyırsan?

 

Mən dedim “Bessek, məni ələ salırsan? Bu qocanı hardan tanıyım?” Bessek dedi ki, bu qoca Fransa prezidenti olmuş Marşal Patendir. Biz onu tutub partizanların qərargahına təhvil verdik.

 

22 avqust 1944-cü il Paris şəhərini mərkəzində toplanmış mitinqdə mən də rus və fransız dillərində çıxış etdim. Səhnədə olan yoldaşlarım məni atıb tutmağa başladılar. Fransız dilində bütün əhali, zabit və əsgərlər ucadan bir mahnı oxudular.

 

Fransa Kommunist Partiyasının katibi yoldaş Mores-Tores öz təşəkkürünü üçüncü dəfə idi ki, mənə bildirirdi. Mitinq başa çatandan sonra Fransanın başında duranlar qonaqlığa gedəsi oldular. Həmin qonaqlığa məni də dəvət etdilər. Qonaqlıqda məclisin başında Şarl De Qol, Mores Tores, Jan Duklo, Piar Paskini və başqaları oturmuşdular. Mənə bir zabit dedi ki, sizi general Şarl De Qol çağırır. Mən onlara yaxınlaşanda Şarl De Qol əlini mənə uzadıb dedi:

 

- Rus oğlum, gəl yanımda otur.

 

Burada mənim, sovet ölkəsinin sağlığına da badə qaldırdılar. Saysız-hesabsız şəkillər çəkdirdik. Fransa hökumət rəhbərləri tərəfindən Fransanın ən ali ordeni ilə təltif olundum. Paris şəhərində keçirilən şənliklərdə, paradda həmişə qabaqda gedirdim.

 

Çox vaxtlar əlimdə bayraqlar olurdu. Şənliklərdə harada olsam,  məni qabağa gətirirdilər. Çünki həmin ordenləri kim alıbsa, o da paradın önündə getməlidir. Dövlət tərəfindən mənə üstü yazılmış nikeldən düzəldilmiş tapança bağışladılar. Bir qadın mənə ipək yaylıq bağışladı. Yaylığın hər küncündə dövlət başçılarının şəkilləri və dövlət bayraqları (Satlen, Çerçil, Ruzvelt, Şarl De Qol) ortada da mənim şəklim idi.

 

1944-cü ildə Paris azad olunduqdan sonra bütün partizanlar bir araya yığıldılar. Fransanın birinci Eskadron, üçüncü Husart Tank Batalyonunun kavaleri “Armed Mişel” adı ilə təltif olundum. Həmin batalyon almanların üzərində yeni-yeni qələbələr qazanırdı.

 

1945-ci ildə sovet əsgərlərinin qələbəsinə kömək etdik. Eyni zamanda amerikanlar, ingilislər, ərəblər və sairləri almanların məğlub edilməsində köməyi oldu. Bizim batalyon almanların Qolimor, Strasburq, Ştutqart şəhərlərinin alınmasında fəal iştirak etdi.

 

Günlərin birində tankın üstündə yaralandım və məni Parisə müalicəyə göndərdilər. Xəstə olanda çox arıqlamışdım. Üç ay Dijon şəhərinin dağlarında yerləşən Perqola istirahət zonasında, sonra üç ay Parisin özündəki “Vitrisyrsen” kurortunda sağaldım. Mənə amerikanlar 100 min dollar pul, maşın, iş verirdilər ki, onlarla qalım. Fransa generalı Şarl De Qol mənə bir fabrik bağışladı. Sonra öz yanına dəftərxanada işə düzəltdi. 1946-cı ildə öz xahişimlə sovet hökumətinin konsulu Duxunov yoldaşın yanına getdim. Əynimdə Amerika forması, döşümdə fransız ordenləri.

 

O, məndən fransızca soruşurdu. Mən isə rusca cavab verirdim. O mənə dedi:

 

- Siz hardan rus dilini öyrənmisiniz?

 

- Mən rusdilliyəm, qafqazlıyam. Bakıdan, Azərbaycandanam.

 

O yerindən durub məni qucaqladı, alnımdan öpdü. Və soruşdu ki, sən necə Fransaya düşmüsən? Mən hər şeyi ətraflı danışdım. O, özünün qaldığı otelə aparıb mənə yemək hazırlatdı. Məndə olan amerikan tapançasını fransız kommunistin qızı Simenə bağışladım. Qatarla yola salındım. Fransadan alman şəhərinə çatdım. Burada bizi bir sutka saxladılar. Postda amerikanlar dururdu. Bizi anadangəlmə yoxladılar. Mənə bağışlanılan qızıl saatı əlimdən aldılar. Biz qatarı dəyişdik və Polşa sərhədinə çatdıq. Sərhəddə postda amerikanlar və sovet adamları dururdu. Burada təzədən yoxlamalar başlandı. Mənim dostum Xarle bağışlayan motosikletimi qatardan düşürdülər. Yenidən beş saat sonra qatar yola düşdü. Biz sovet ölkəsinə çatdıq. NKVD mənimlə sorğu-suala başladı.

 

Bütün hər şeyi yoxladılar. Məndəki orden-medallar onları çox heyran etdi. Bunları necə qazanmısan, qoçaqsan – dedilər. Burada üç gün qaldıq. Yola düşəndə mənim biletimi alıb yola saldılar. Polşadan Kiyev şəhərinə, ordan isə Moskvaya gəldik. Burada məni yenə NKVD polkovnik-leytenant qəbul etdi. O, mənimlə səmimi söhbət etdi. Polkovnik-leytenant öz kabinetinin şkafından kərə yağı, çörək, salat və spirtli içki çıxarıb masanın üzərinə qoydu. Biz çörək yeyə-yeyə Fransadakı vəziyyət barədə soruşdu. Səhəri gün həmin polkovnik-leytenant 2000 rubl və yol üçün quru azuqə verdi və dedi…

Növbəti – sonuncu hissədə “Xarqo”nun Azərbaycana qayıtdıqdan sonra başına gətirilənlərdən, ona qarşı həyata keçirilən tükürpədici cinayətlərdən, ailəsinin düşdüyü çətin vəziyyətlərdən və Moksvada Fransa Prezidenti Şarl De Qolla tarixi görüşündən sonra baş verənlərdən xəbərdar olacaqsınız.

 

(Davamı olacaq)

İntiqam Valehoğlu

Lent.az

loading...
471 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Rusiyadan qaçan deputat Kiyevdə qətlə yetirildi – Son dəqiqə
ABŞ Konqresində tədbir:
Sabah qar yağacaq

Sabah qar yağacaq

23 Mart 13:50

Makkeyn: “Çin buna görə cavab verəcək”
BMT-də Beynəlxalq Novruz günü - Foto
Rəsmi Bakıdan London teraktına münasibət
Dünyanı yönəldən Masonlar: Rokfeller və... – Video
23 Mart - Günün qoroskopu
London terroruna Türkiyədən açıqlama gəldi...
ABŞ ən müasir silahının sınağını yayımladı - Video
Kvasnevski: “Avropada savaş gedir”
Türkiyə: “Norveç FETÖ-ya dəstək verdi”
Rusiya Ukraynaya pul köçürmələrini dayandırdı
Avropa müsəlmanlara 1000 avro təklif edir
Hamı kosmosa çıxarkən, bunlar qızlarımın... - Ərdoğan
İşğalçı ölkədən şok: Zenit-raket qurğusu ələ keçirildi - Video
Ukrayna təsdiqlədi: Rusiyaya “Avroviziya” zərbəsi
Mundiala namizəd 8 sürpriz komanda: Azərbaycan...
Çavuşoğlu:
Azərbaycanlı alim:
Prezident İlham Əliyev pakistanlı həmkarını təbrik edib
Jirinovskidən təklif:
Dəhşətli istilər gəlir - Xəbərdarlıq
Rusiyadan Türkiyəyə qadağa ilə bağlı - Qərar
Tramp NATO-nun Brüssel sammitində iştirak edəcək
Ankaranın Krımla bağlı mövqeyi dəyişəcək - İddia
Nasist Almaniyanın dəhşətli UNO təcrübəsi – Video
22 Mart - Günün qoroskopu
III Şeyxülislama məxsus 250 illik Quran tapıldı - Foto
Səfirdən xalq artistinə hədiyyə - Foto
Koreya lideri 14 saat dindirildi
Alman diplomata Türkiyədən sərt xəbərdarlıq
Kəndimizin son günü (34-cü yazı)
17 yaşlı azərbaycanlı İsveçdə hər kəsi ağlatdı - video
Azərbaycanla oyun bizim üçün... – Tomas Müller
Belarus fövqəladə hallar nazirinin müavini həbs edildi
“Azərbaycanda Yeni il” Polşa mətbuatında - Məqalə
Hüsnü Mübarək nəhayət azadlığa buraxıldı
Gürcüstan prezidenti və baş naziri Marneulidə - Foto
Oranı tərk etməliydik - Tramp
Jurnalist mətbuat konfransında yatdı – Video
Gül və Davudoğlu Yıldırımı saymadı - İmtina
Şok: Yanukoviçin Qırğızıstan üzərindən daha bir oyunu - Foto
ABŞ prezidenti qızına vəzifə verir
Ruslar Krım və Türkiyəyə üstünlük verdi
Sovet avtomobillərini heç belə görmədiniz – Foto
Əsəddən çağırış: Dəstəyinizdən imtina edin
“Türkiyə Almaniyada faşizmin ayaq səslərini eşidir”
Türkiyədə əməliyyat: 999 həbs
Xəbərdarlıq: Havalar kəskin soyuyur
21 Mart - Günün qoroskopu
Kəndimizin son günü (33-cü yazı)
“Qəbələ” avrokuboklara vəsiqəni təmin etdi
Xodorkovskidən Trampa:
“O səs Türkiyə”nin qalibi haqda şok iddia - Video
Bu, xüsusi əməliyyat idi - Poroşenko
Zakir Həsənov “Açıq qapı” günündə - Foto
Referendumdan sonra ilk addım... - Kılıçdaroğlu
Azərbaycanda alternativ enerji isehsalı artdı
Kremldən kürd muxtariyyəti açıqlaması: Mümkün deyil
Peyvənd artıq iynəsiz və ağrısız olacaq
Novruz  bayramı Bakı İstintaq Təcridxanasında da qeyd edildi.
Su neftdən baha olacaq
Almaniyadan Türkiyəyə: Sizdən asılıdır
İrəvandan uçan təyyarədə radioaktiv maddə tapıldı
Tramp Merkellə niyə əl sıxışmadı? - Ağ Evdən açıqlama
Azərbaycanda avtomobil bahalaşdı
Britaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi
Zinəddin Zidanın oğlu antiqəhrəmana çevrildi
Suriyada Rusiya səfirliyinin binası vuruldu
Dünyanın ən xoşbəxt ölkələri - Azərbaycan neçəncidir?
Hava şəraiti dəyişəcək
HƏMAS-dan BMT-yə İsraillə bağlı xəbərdarlıq
Rusiya Bakının təhlükəsizlik sistemindən istifadə edəcək
İslam Oyunları ilə bağlı biletlərin qiyməti açıqlandı
Trampı devirib onun yerinə... - Şok İddia
İsraildən Suriyaya: Müdafiə batareyalarını məhv edərik
Özil millimizə qarşı oynamayacaq?
Kadırov:
Türk jurnalistlər qələbənin ildönümünü Bakıda keçirdi
Azərbaycanlı gimnast bürünc medal qazandı - Dünya Kuboku
Moskvada 400 rubl qarşılığında məcburi mitinq - Video
Bu ölkə ABŞ diplomatını ölkədən qovdu
“Qəbələ” yenidən liderliyə yüksələcəkmi?
İçərişəhərdə “Bahar qalası” - Fotolar
Türkiyədən PKK əleyhinə 11738 əməliyyat...
4 min rüşvət verib sürücülük vəsiqəsi aldı
Nigeriyada terror: Ölənlər və yaralananlar var
ABŞ İrana görə səfərbərlik elan edib
“Rusiyaya qarşı sanksiyalar AB-ni parçalayır”
Bayram günlərində hava necə olacaq?
Tramp Çinə gedir?

Tramp Çinə gedir?

19 Mart 12:50

Sığortalı əmanətlərin əhatə dairəsi genişləndirilir
3 kiloqram ağırlığında limon yetişdirildi
“Kamaz” avtobus dayanacağını dağıtdı - Foto
Ermənistandan növbəti təxribat: 136 dəfə...
Şimali Koreya yenə dinc durmadı: Növbəti sınaq
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com