İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Qan qoxusu, türk Əhmədin kəsik başı, ölüm avtobusunun sərnişinləri… – ƏSİR DÜŞƏRGƏSİ – II YAZI |


Son dəqiqə

QARABAĞ > Qan qoxusu, türk Əhmədin kəsik başı, ölüm avtobusunun sərnişinləri… – ƏSİR DÜŞƏRGƏSİ – II YAZI

Qan qoxusu, türk Əhmədin kəsik başı, ölüm avtobusunun sərnişinləri… – ƏSİR DÜŞƏRGƏSİ – II YAZI
Tarix : 16 Avq 2014 0:21

Ad günündə ailəlikcə əsir düşən, ovcundan güllə “payı” alan gəncin dəhşət dolu xatirələri davam edir… 

 

 

İdeologiya.az xəbər verir ki, Lent.az-ın “Əsir düşərgəsi”ndən yaxşı tanıdığınız Əsgəran rayon milis şöbəsi. Ölümünü gözləyərək zarıyan yaralılar, vəhşicəsinə döyülüb bağıran kişilər, əsgər çəkmələri ilə təpiklənən qadınlar, onları hələ nələrin gözlədiyini bilməyən, qorxudan tir-tir əsən gənc qız-gəlin, bu mənzərədən heç nə anlamayan, amma susmaq bilməyən, çığırıb ağlayan körpələr… Bunlar hamısı qapının o üzündə qalmışdı. Bu üzündə isə erməni hərbçiləri rahat, isti otaqlarında əyləşib xumarlanır, sol əli ilə yaralanmış sağ əlini qucağına alıb ağlayan, düşmən qarşısında çarəsiz dayanıb, qorxudan gözləri kəlləsinə çıxan Əhmədin titrəməsinə baxıb istehza ilə gülürdülər…

 

Otaqda sakitlik idi. Sobanın çırtıltısı Əhmədin sümüklərini qızdırmaq əvəzinə, canına vicvicə salırdı. Bir gün əvvəl eşitdiyi “Yandırın!” əmri hələ qulaqlarından getməmişdi. 11 yaşlı oğlan yanğın səsindən vahimələnirdi.

 

Nəhayət, bu çırtıltı ilə gülüşlərdən ibarət olan səsin içindən bir erməni səsi də gəldi:

 

- Hə, türk! Əlin incidir?

 

- …

 

- İncitmir?

 

- …

 

- Səni çağırmışıq ki, əlini sağaldaq. Gəl, gəl əlini qoy stolun üstünə. Dərman çəkəcəyik!

 

Artıq ermənilərin törədə bilməyəcəyi heç bir vəhşiliyin qalmadığından əmin olan, qorxudan səsini çıxarda bilməyən Əhməd ayağını zorla sürüyə-sürüyə, əsə-əsə stola yaxınlaşır.

 

- Hə, əlini qoy bura!

 

Əhməd yaralı əlini sağlam əlinin köməkliyi ilə stolun üstünə qoyub, sol əlini aşağı salır. Balaca ürəyi çırpınıb içindən çıxmaq üzrə olsa da, məsum körpənin hələ də içində ona bir həkimin yardım edəcəyi ümidi var idi. Bu ümidə rəğmən oğlanın söz tutmayan dodaqları da, yanına salladığı sağlam, qanlı əli də, masanın üstünə qoyduğu yaralı əli də titrəyirdi… Əhmədin toppuş yanaqları əsdiyindən göz yaşları bir cığırla süzülmür, sifətinə yayılır, üzündəki qana qarışıb qanlı göz yaşı kimi sinəsinə axırdı.

 

Oğlanın ağrıdan və qorxudan az qala hədəqəsindən çıxacaq gözləri, arxadan ona yaxınlaşan ermənini görmürdü. Həmin erməni çırtıltıyla yanan sobanın üstündən götürdüyü dəm çaynikini yuxarı qaldırdı. Çay süzməyə hazırlaşırdı. Ermənilərdən hər cür dəhşəti gözləyən Əhməd yenə də baxışları ilə yaralı əlini qoyduğu masanın üstündə boş, çay süzüləcək stəkanı axtarırdı ki…

 

11 yaşı təzəcə tamam olmuş oğlanın qışqırtısı bir anın içində Əsgəran milis şöbəsini bürüdü:

 

- Aaaa..! Aaaaaaaa..! Aaaaaaaaaaaaaaaaa..! Aaaaaaaaaaaaaaaaallahhhh!

 

Oğlanın bu fəryadından həzz alan “çayçı” isə ruhu da incimədən, uşağın açıq yarasına qaynar dəmi süzməkdə davam edirdi.

 

Əhmədin fəryadı digər həmvətənləri kimi milis şöbəsindən ucalıb Əsgəran səmasına yayılır, buludların arasından yol tapıb bir təhər haqqa çatmağa çalışırdı… 11 yaşlı oğlan da o biri həmvətənləri kimi müharibə zonasını birinci allahların tərk elədiyini bilmirdi…

 

Əhmədin ayaqlarını sanki yerə mıxlamışdılar. Ağrının yaratdığı şokdan yerindən tərpənə, əlini masadan çəkə bilmirdi… Sanki hansısa qüvvə Əhmədi bu otağa, bu yerə, bu masaya yapışdırmışdı.

 

Əhməd sonralar, özünə gələndən sonra anlayacaqdı ki, hətta o qüvvə onu yerə, əlini masaya yapışdırmasaydı da, həmin günü o otaqda, düşmən əzabından qurtulmaq mümkün olmayacaqdı…

 

Otaqdakı ermənilər isə günahsız körpənin əzabından həzz almaqda davam edirdilər…

 

Bütün bunlar düşmən dilində 11 yaşlı oğlanın əlini güllələdikdən sonra ona göstərdikləri “ilk tibbi yardım” adlanırdı…

 

***

 

Bu kamerada demək olar ki, əksər adamlar yaralı idi. Hamının yarasından qan axır, heç kimə yardım göstərilmirdi. Artıq Əhmədə göstərilən “yardım”dan sonra heç kim də yardım istəmir, sakitcə ölümünü gözləyirdi. Qanaxma, açıq yaralar o qədər idi ki, üfunət iyindən bu nəm, qaranlıq, vahiməli kameralarda dayanmaq mümkün deyildi.

 

Nərxanım əlində qalan üç kiçik oğlunu özünə qısıb, kameranın bir küncünə çəkilmişdi. Bir tərəfdən Mürvət ayağının qanaxmasına, ağrısına dayana bilmir, zarıyır, o biri tərəfdən Əhməd əlinin yarasına və yanığına dözə bilmir, ağlayır, bir tərəfdən də bütün bu hadisələrdən şok yaşayan Ruslan susmaq bilmir, çığırırdı…

 

Nərxanım bir əli ilə uşaqlarının ağzını, o biri ilə isə gözlərini bağlamağa çalışırdı… Ana, özünün yaralı olduğunu belə unutmuşdu…

 

- Niyə uşaqların gözlərini bağlamağa çalışırdız? Nə baş verirdi kamerada?

 

- Bala, elə şeyər baş verirdi ki, elə insanlığa sığmayan hadisələr olurdu ki, istəmirdim uşaqların gözü qarşısında olsun. Deyiləsi şeylər deyil…

 

- Amma sizin iki əliniz üç oğlunuzun həm gözünü, həm qulağını qapamağa çatmazdı. Yəqin ki, onlar nəsə gördülər, nəsə xatırlayırlar…

 

Mürvət: Ermənilər içəri girib göz gəzdirir, harda gözəgəlimli, cavan qız-qadın var götürüb aparırdılar…

 

- Nə halda qaytarırdılar?

 

- Biz aparılan qadınların içində geri qaytarılanlarını görmədik… Bir qadın var idi… Yaşlı qadın idi, 15-16 yaşlarında da qızı var idi… Yaşlı qadınların belinə bağladığı böyük yun şallar olur, görmüsüz?

 

- Görmüşəm…

 

- Bax, belində elə böyük yun şal var idi. Onu açıb, qızını bədəninə sarıdı. Çalışırdı ki, ermənilər qızını görməsinlər…

 

- Gizlədə bildi?

 

- Yox… Gördülər… Axı yeniyetmə qızı ananın bədəninə sarıyıb gizlətmək mümkün deyil… Ermənilər xəbər tutanda ki, qadın qızını şalın altında gizlədib, süngü bıçağı ilə qadının bədəninə sarıdığı şalı kəsib, qızın saçından tutub sürüyüb apardılar…

 

Əhməd: O qızı anasından ayırıb aparmaqlarını mən də xatırlayıram. Anam başımızı özünə tərəf sıxırdı ki, biz görməyək. Amma yenə də bəzi şeyləri gördük.

 

- Nələri gördüz?

 

- Məsələn, süngü bıçaqla qadının bədənindəki şalın kəsilməsini, qızı ordan çıxardıb sürüyüb aparmalarını… Anasının qızının dalınca onu aparan ermənidən yapışıb buraxmamasını… Erməninin geri dönüb süngü bıçağının arxası ilə qadının sifətinə zərblə ilişdirməsini… Qadının köklü ağac kimi yerə sərilməsini… sonra… qadının sifətinin qan içində olmasını…

 

Mürvət: Bilmədik qadının gözü çıxdı, ya yox, amma sifəti elə idi ki, elə bilirdin gözləri pırtlayıb çıxıb… O qadın dəhşət idi… Üzündə heç bir cizgisi seçilmirdi…

 

Əhməd: Orda bir qadın da var idi… Gürcüstandan gəlmişdilər, Əlixan əmi ilə yoldaşı Fatma xala…

 

Nərxanım: (Əllərini dizinə, sinəsinə döyməyə başlayır) Bədbəxt Fatma. Çox gözəl, ağbəniz qadın idi. Cavan idi, uzağı 38 yaşı olardı. Necə çarəsiz idi… Arvadların birinin belindəki böyük yun şalı açıb sərdi yerə, özü də girdi altına. O çirkli, qanla palçığın bir-birinə qarışdığı nəmli yerə uzanıb şalı necə örtdü üstünə… Uşaqlara da yalvardı ki, gəlin oturun üstümdə, elə bilsinlər yerə şal salıb oturmusuz. Eybi yox, qoy ürəyim partlasın, havam çatmasın, ölüm, amma ələ keçməyim…

 

Mürvət: Ondan da xəbərləri oldu…

 

Nərxanım: Vurulmuşlar xəbər tutdu ki, uşaqlar üstündə oturan şalın altında adam var. Uşaqları itələyib bir tərəfə şalı qaldırdılar. Fatmanı necə dartıb apardılar…

 

Mürvət: Bizi Fatma xalanın altında gizləndiyi şalın üstündən götürüb elə tulladılar ki, hərəmiz un kisəsi kimi kameranın bir tərəfinə düşdük…

 

Əhməd: Fatma xala getmirdi, sürüyürdülər…

 

Nərxanım: Yazıq Fatma qışqırıb yalvarırdı ki, öldürün, amma aparmayın… Elə o aparan apardılar, sonra ondan xəbər çıxmadı. Bu günə qədər də taleyi məlum deyil. Bədbəxtin qızının iki körpə balası qaldı…

 

- Uşaqları harda idi?

 

Nərxanım: Bizim yanımızda deyildilər, amma sonradan xəbər tutduq ki, Əlixanla Fatmanı evdən götürəndən sonra uşaqlarını da götürüb başqa istiqamətə aparıblar. Oğlanlarının birinin 11, o birinin 8 yaşı var idi, beş gün erməni kəndində əsir qalıblar. Bildik ki, onlar da bizim kimi ailəlikcə əsir düşüblər… Sonra xəbər gəldi ki, Əlixan müəllimin də başını kəsiblər.

 

- Kim gətirdi xəbəri?

 

Nərxanım: Camaat… Kameradan kimisə aparırdılar, onlar qayıdanda bayırdan içəri xəbərlər gətirirdilər. Nə görüblər, nə eşidiblər onu danışırdılar…

 

Bir dəfə bizim kameramızı dəyişəndə gördük, milis şöbəsinin qabağında kiçik futbol meydançası var idi. Ortalıqda isə kəsilmiş baş. Top kimi o yan bu yana təpikləyirdilər. Tanış üz deyildi. Biz cəmi 4 il idi orda yaşayırdıq deyə, hamını tanımırdıq. Amma yerlilər dedi ki, məhsəti türkü Əhmədin başıdır. Bunu özümüz gördük, amma əsas xəbərləri aparılıb işgəncə verilib gətirilənlər deyirdilər…

 

Bizi qorxutmaq üçün nələr eləmirdilər. Bir də görürdün sevinə-sevinə içəri girirdilər ki, “Bu gün Ağdamı da aldıq!” O biri deyirdi “Artıq Bərdəni alırıq!” Belə sözlərlə bizi qorxudurdular ki, birdən kimsə qaçmaq istəyər…

 

Ermənilərin Azərbaycan torpaqlarını belə bir-birinin ardınca işğal etdiklərini düşünən yaralı, çarəsiz insanlar həyatdan bütün ümidlərini üzüb, ölümlərini gözləyirdilər. Onsuz da Nərxanımın balaları ilə qısıldığı kamerada hamının yarası elə ağır idi ki, heç kimin yaşamağa ümidi qalmamışdı. Onları bu anda sevindirən yeganə şey ölümün tez gəlməsi, bu ağrılara, əzablara son qoyması olardı…

 

Bu ümidsiz, ölümünü gözləyən insanlara bəşəriyyətə məlum olmayan işgəncələr verən ermənilərin ürəyi bununla da sakitləşmir, bu günə qədər ehtiyatlandıqları xocalıların yaxın qohumlarını axtarırdılar.

 

Kameraları gəzib elan edirdilər:

 

- Elman Məmmədovla danışdıq! Ancaq öz qohumlarının azad olması üçün razılaşdıq! Onun yaxınlarından kim var? Gəlin!

 

Xocalı İcra Hakimiyyətinin başçısı Elman Məmmədov aylardı blokada şəraitində yaşayan şəhərə heç yerdən kömək gəlmədiyini görüb, bütün gücünü səfərbər eləmişdi. Başqa rayonların icra hakimiyyəti başçılarıyla görüşür, onlardan hərbi sursat alıb gətirirdi. Bunlar ov tüfəngi, patron, barıt və əldə hazırlanan digər primitiv silah-sursatlar olsa da, onları Xocalıda mövcud olan 29 posta paylayır, özünü müdafiə dəstələrinin iştirakı ilə şəhərin müdafiəsini təşkil edirdi.

 

Leytenant Aqil Quliyevin rəhbərliyi ilə döyüşən Bakıdan könüllü gəlmiş 21 gəncdən başqa Xocalının müdafiəsində yerli sakinlər dayanmışdı. Könüllülər Xocalıya 23-24 dekabr 1991-ci ildə gəlmiş, yanvarda müəyyən səbəblərdən beş nəfər geri qayıtmış, 16 könüllü son ana qədər xocalılarla birgə işğalçı erməni və rus hərbçiləri ilə döyüşmüş, 12 döyüşçü şəhid olmuşdu. Onlardan 4 nəfəri bu günə qədər də yaşayır.

 

Elman Məmmədov son ana qədər Xocalını tərk etməmişdi. O bu torpaqları qarış-qarış, bu insanları tək-tək tanıyırdı. Hadisə baş verən gecə xeyli sayda dinc sakini meşənin içi ilə, 16 kilometr yolu gətirmişdi. Burda isə ermənilərin cəbhə xəttini yarıb, onları Ağdam tərəfə sağ-salamat keçirməli idi. Ağdamdan Xocalıları qarşılamağa köməyə gələn döyüşçülər Əsgəranın Qaraqaya kəndi istiqamətində ermənilərlə döyüşüb, onların bir neçə hərbi texnikasını məhv eləmişdilər. Azərbaycanın milli qəhrəmanı Canpolad Rzayev də burda həlak olmuşdu. Kütləvi qırğın da əsasən bu istiqamətdə – Əsgəran-Ağdam ərazisində olmuşdu. Faciəni əks etdirən kadrlarda qarın üstünə, kol-kosun arasına, dərə-təpəyə səpələnmiş meyitləri dəfələrlə görmüsüz. Elman müəllim kənd camaatı ilə birgə iki gün meşədə qalıb. 62 yaşlı anası da daxil olmaqla, 30-dan çox ailə üzvü, yaxın qohumları şəhid olub, 50 nəfərə qədər qohumu isə girov düşüb.

 

Bütün bunlardan xəbərsiz olan xocalılar Elman Məmmədovun girovların dəyişdirilməsi üçün ermənilərlə danışığa başladığını düşünərək, bu anlarda onun hələ də meşədə olduğunu bilmirdilər… Onun qohumları ermənilərin gətirdiyi bu “şad xəbərdən” sevinib, ayağa qalxırdılar…

 

- Əlif Hacıyevin qohumları gəlsin, onları dəyişirik!

 

Xocalı aeroportunun rəisi Əlif Hacıyevin sayəsində bu aeroport erməni millətçilərinin nəzarətindən tamamilə çıxmışdı. Bu, ermənilər üçün ağır zərbə idi. Onun komandiri olduğu aeroport milisindən ibarət 25 nəfərlik dəstə Xocalının ən cəsur, döyüşkən gənclərindən ibarət idi. Bundan başqa, şahidlərin ifadələrinə görə erməni dilində səlis danışan Əlif kənddən ermənicə danışa bilən uşaqları toplayıb, xüsusi hazırlayır, erməni kəndlərinə kəşfiyyata yollanırdı.

 

Həmin gecə girov götürülən yüzlərlə insanın arasında Əlif Hacıyevin qardaşı Süleyman və atası Lətif kişi də var idi. Ermənilər 43 yaşlı Süleymanı öldürəcəkdilər. Atası Lətif kişi isə ağlagəlməz işgəncələrə məruz qalandan sonra dəyişdiriləcəkdi. Amma hələ ki, Əsgəran milis şöbəsində ölümünü gözləyən xocalılar bundan xəbərsizdilər. Onlar qəhrəmanları Əlifin gecə saatlarında Xocalı işğal ediləndən sonra səhər saat 8-9 radələrinə qədər üzü Bozdağa tərəf tikilmiş beş mərtəbəli binalar və Fin evləri istiqamətində gedən “Beş mərtəbə” döyüşünün ən fəal iştirakçılarından biri olmasından, bir dəstə dinc əhalini meşə ilə Ağdam istiqamətinə aparıb, ordakı əhaliyə qoşub, yenidən işğalçı erməni və rus hərbçiləri ilə döyüşə qayıtmağından, avtomatın darağını dəyişərkən düşmən gülləsindən həlak olmağından da xəbərsiz idilər…

 

Əlifin hələ sağ olduğunu, onların azad edilməsi üçün düşmənlə danışıqlara girdiyini düşünüb, ayağa qalxırdılar…

 

Nərxanım: Elman müəllimlə rəhmətlik Əlifin qohumlarını o adla seçib apardılar… İlahi, onları nə kökə salıb qaytardılar… Onlara necə işgəncələr vermişdilər…

 

Sonra başladılar içəri gəlib çağırmağa ki, “kim dəyişilmək istəyirsə, gəlsin”. Ayağa duranları götürüb aparırdılar…

 

Bir az keçməmiş onları elə vəziyyətdə geri qaytarırdılar ki, kimsə bir də deməsin bizi dəyişin…

 

Mürvət: Kiminin dişlərini çəkib gətirirdilər…

 

Əhməd: Kiminin ağzın dartıb cırırdılar…

 

Mürvət: Kiminin qolunu-qıçını qapının arasında qoyub sındırır, döyür, gətirib meyit kimi atırdılar kameraya…

 

Əhməd: Dəyişmək adına apardıqlarının hamısını ağzı-burnu qanın içində, sür-sümüyü qırılmış gətirib tullayırdılar kameraya…

 

Mürvət: Bir nəfər salamat adam görməzdin. Bir tərəfdən dəhşətli səslər, o biri tərəfdən dəhşətli iy… Yaralıların qanı axıb qarışmışdı bir-birinə, üfunət iyindən boğulurdun…

 

Əhməd: Kişilər bağırır, qadınlar çığırırdı… Normal insan da orda havalanardı…

 

- Siz olan kamerada neçə nəfər var idi?

 

Mürvət: Qadın, qoca və uşaqlardan ibarət təxminən 40-50 nəfər olardı. Hamısı yaşamaq ümidi kəsilən yaralılar. Əli silah tutanların hamısını seçib, ayrı-ayrı kameralara bölmüşdülər. Ölümcül vəziyyətdə olanları isə bir yerə yığmışdılar.

 

Əhməd: İndi xatırlayanda yadıma belə gəlir ki, elə bil 40-50 nəfər yaralı lazımsız bir əşya kimi bir-birinin üstünə atılıb qalmışdı. Qanları axıb bir-birinə qarışırdı.

 

- Sizinlə bir kamerada olanlardan tanıdığınız var idi?

 

Əhməd: Bəli. Yaralananda bizim evimizə gətirilən qonşumuz Vidadinin yoldaşını və uşaqları da yanımızda idilər. Yoldaşının adı səhv eləmirəmsə Rəhilə xala idi. Uşaqları isə azyaşlı idi. 5-6 yaşlarında olardılar.

 

Mürvət: Bizim evdə qızı ilə ölən Sara xalanın böyük oğlu da yanımızda idi. Onun da təxminən 6 yaşı olardı. Onunla bir yerdə də azad olunduq.

 

- O da yaralı idi?

 

- Yox, o yaralanmamışdı.

 

- Atası da orda idi?

 

- Sara xalanın həyat yoldaşı milisdə işləyirdi. O ermənilərə qarşı vuruşurdu, əsir düşməmişdi.

 

Əhməd: Düz 3 gün o şəraitdə qaldıq. Ac-susuz, həkimsiz… Özləri yemək yeyir, qabda qalan quru çörək qırıntılarını gətirib itə yemək atan kimi qapını açıb içəri tullayırdılar. Elə atırdılar ki, az qalırdı gözümüzə girsin. Heç kim də heç nə yemirdi. Hamı öz canının dərdində idi. O qədər döyülüb ağrı çəkmişdilər ki, yerə düşən çörək qurusunu götürüb ağızlarına aparmağa, onu çeynəməyə, udmağa taqətləri qalmamışdı. O iy ki, var idi…

 

Mürvət: O iydə heç kim yemək haqda düşünə bilməzdi.

 

Əhməd: O iy bu günə qədər də burnumdan getmir…

 

Mürvət: O güllədən yanan ətin, axan qanın iyi… Dünyada daha kəskin iy təsəvvür edə bilməzsiz…

 

Əsirliyin üçüncü günü səhərə yaxın qapı açıldı. Bir erməni içəri girib əmr verdi:

 

- Qalxın, sizi dəyişməyə aparırıq!

 

Kimsə ayağa qalxmadı. Hamı buz bağlamış kimi yerinə yapışıb qalmışdı.

 

- Sizinlə deyiləm?! Ayağa qalxın! Yaxşılıq bilməyən lənətə gəlmiş türklər!

 

“Dəyişilməyə” aparılanların kameraya nə halda qayıtdığını hamı görmüşdü deyə, insanlar qorxudan canlarının ağrısına da inildəmirdilər. Bunu görən ermənilər kameraya doluşub yaralı girovları təpikləyə-təpikləyə kameradan çıxartdılar.

 

Divarları qan rəngli dəhlizlərə atılan girovlar təpiklənməmək üçün ayağa qalxıb, onların dedikləri istiqamətə getməyə başladılar.

 

Əsgəran milis şöbəsinin qapılarını açıb, bir dəstə girovu düz qapının qarşısında dayanan “İkarus” markalı avtobusa yığdılar. Yeriməyə, hərəkət etməyə çətinlik çəkən yaralılar bir-birindən tutub gəlməklərinə baxmayaraq, ermənilər yenə də hamını itələyir, vurur, təpikləyirdilər.

 

Ac körpələr başlarını, bədənlərini düşmən təpiyindən gizlətmək üçün analarına qısılırdılar… Bununla belə ölümə getdiklərini başa düşürdülər.

 

Anası kameradan aparılan və geri qaytarılmayan körpələr son mənzilə gedərkən aldıqları təpik və yumruqlardan gizlənməyə bir sinə, yapışmağa bir əl tapmırdılar. Taleyin yetim qoyduğu uşaqlar erməni təpiklərinin altında top kimi avtobusa atılırdılar…

 

Üzlərini cırıb, saçlarını yolan, ağı deyib, qışqırmaqdan səsləri batan qadınlar, cəhənnəmi gözü ilə görən körpələr tir-tir əsirdilər. Bu təkcə köhnə “İkarus”un kələ-kötür yollarda onları atıb-tutduğuna görə yox, həm də ölümün qorxusu idi.

 

Hamının gözü avtobusdan dönüb geriyə, milis şöbəsinin qarşısındakı kiçik meydançaya top əvəzi atılıb qalan məhsəti türkü Əhmədin başına dikilmişdi…

 

Avtobus milis şöbəsindən aralandıqca Əhmədin meydançanın ortasına atılan başı kiçilir, onların arxasınca baxan gözləri görünməz olurdu…

 

Hamı öz aqibətini müəyyən etmişdi. Bir neçə gün əvvələ qədər qadınların ərlərinin çiyninə, körpələrin analarının sinəsinə söykədikləri başları bir neçə saatdan, bəlkə də dəqiqədən sonra yırtıcı ermənilərin ayağı altda top kimi diyirlənəcəkdi…

 

Əhmədin başı tamamən gözdən itəndə, əlində bel, yaba, dırmıq, lom, çəkic və digər buna bənzər alətlər olan azğınlaşmış erməni camaat avtobusa hücum etdi. Əllərindəki daşlarla avtobusu daşa basır, şüşələrini sındırıb daşla girovların gözlərini, başlarını yarır, qışqırır, onları tələb edirdilər.

 

- Bu lənətə gəlmiş türkləri bizə verin! Öz əllərimizlə öldürəcəyik! Onların qanını içsək də ürəyimiz soyumaz! Qadınlı, uşaqlı hamısını bizə verin! Biz onlara göstərəcəyik böyük erməni xalqının türkə olan nifrətini…

 

(Davamı olacaq…)

 

516 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

24 Yanvar - Günün qoroskopu
İŞİD son cəbhəni də tərk etdi: Mosulun şərqi... - İraq
10 saniyəyə 19 bina partladıldı - Video
Serbiya və Rusiya bu ölkəni parçalamağı planlaşdırır
Azərbaycanlı AŞPA-nın vitse-prezidenti seçildi
Prezident İlham Əliyevdən köçkünlərlə bağlı - Mühüm fərman
Məşhur Femen hərəkatı dağıldı
Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir - Nazir
Bakıya enən təyyarələrlə bağlı - Yeni qayda
Kremlin Ukraynada təxribatçılara xərclədiyi – Şok məbləğ
Ərdoğan Afrikada davul çaldı - Foto
Guya bunların yenilməz ordusu var – İlham Əliyev
Bakıda beynəlxalq forum keçiriləcək
Krım tatarları dünya dövlətlərinə müraciət etdilər
Rusiya təkbaşına qaldı: Qərb şirkətləri üz çevirdi
Tramp NATO-nu yenidən formalaşdıracaq
Prezident İlham Əliyev yeni hərbi şəhərciyin açılışında - Foto
Türkiyədə referendum bu şüarla keçiriləcək
Dolların məzənnəsi kəskin azaldı
Erməni təxribatı ifşa olundu – Madriddə
Dalay Lama: “Putinlə Trampa inanıram”
Kəndimizin son günü (17-ci yazı)
Azərbaycan klublarının təcrübəsi çoxdur - Stamenkoviç
Rusiyanın Energetika naziri neftin bu ilki qiymətini açıqladı
İŞİD Mosulun ən böyük otellərdən birini partlatdı
İstanbulun tarixi sarayı dənizə doğru axır
Livanda terror: Canlı bomba vuruldu
Tramp Qurani-Kərimdən ayələri dinlədi - Video
Medvedev yenidən Partiya sədri seçildi
Ərdoğan:
Qadınlar infarkta daha meyillidir
İstanbulda evlənən Muradın Mərakeşdə də toyu oldu - Fotolar
Raminə Eyvazqızı - Nənəmin tatusu
Nərmin Dadaşova - Hamilə qadın çiyələk istəsə, sizmi verəcəkdiz?
Murad Köhnəqala -
Elçin Hüseynbəyli - Tanrı əbədi iqtidardır, Qardaşım!
Günel Natiq - Əsəblərə toxunan reklamlar
Millət vəkili “Vətən qoxusu”nu təqdim etdi - Foto
Əfsanə geri döndü - Foto
Madonna Trampı təhqir etdi - Canlı yayım dayandırıldı
Psixoloqdan SOS: Telefon xəstəliyi...
Hindistanda qatar relsdən çıxdı - 36 ölü, 100 yaralı
Sabaha olan hava proqnozu açıqlandı
Türkiyə ordusu 165 İŞİD hədəfini vurdu
Çinin üç gəmisi mübahisəli zonaya girdi
Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama
Bu ölkə silkələndi: 8 ballıq zəlzələ
Emin və Kamranın komandasından əzmkar qələbə
Qazaxıstandan Astana açıqlaması:
Pakistanda daha bir partlayış: 25 ölü
Tramp ABŞ-ın dünyadakı bu mövqeyinə son qoyur - Şərh
Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Kəndimizin son günü (16-cı yazı)
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com