İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
“Qara mirvari” müharibəni necə dayandırdı? |


Son dəqiqə

son xeber > İDMAN > “Qara mirvari” müharibəni necə dayandırdı?

“Qara mirvari” müharibəni necə dayandırdı?
Tarix : 16 Avqust 2014 14:03

“Qara mirvari” müharibəni necə dayandırdı?

Ölkənin milli sərvəti olan “qara mirvari” skamyada gecələyirmiş  

 

“Pele” ləqəbi ilə tanınan Edson Arantes do Nasimento 1940-ci ilin oktyabrın 23-də  Minas Gerais əyalətinin kiçik Tres Coraçoes qəsəbəsində dünyaya gəlib. Pele 4 dəfə dünya kubokuna qatılıb və bunların üçündə çempionluq yaşayıb.

Oynadığı hər matçda aktivinə, ən azı, bir qol yazdıra bilib. 22 illik futbol karyerası müddətində oynadığı 1363 matçda tam 1282 dəfə fərqlənməyi bacarıb.

Publika.az bu dəfə “II taym” layihəsi çərçivəsində futbolun “Tacsız kral”ı Pele haqda məlumat verəcək.

O, “Qara mirvari”, “Tacsız kral”, “Futbol kralı” kimi də tanınıb.
Əzablı uşaqlıq illəri 
Pelenin anadan olduğu qəsəbə Braziliyanın ən kasıb bölgələrindən biridir. Hələ uşaqkən ailəsiylə birlikdə ölkənin ucqar cənub əyalətinə Sao Paulonun Bauru qəsəbəsinə köçüblər. Pelenin futbolla tanışlığı da burada başlayıb.

Pelenin atası Jou Ramos do Nasimento da peşəkar futbolçu olub. Futbol dünyasında “Dondinho” deyə çağrılan Ramos zamanının ən yaxşı hücumçularından idi.
Keçirdiyi ani bir zədə üzündən futbol karyerasını bitirmək məcburiyyətində qalmışdı.

Peleni top oynamağa sövq edən insan atası olub. Kiçik yaşlarında oynadığı futbol ona elə də pul qazandırmayıb. Buna görə o, ailəsinə yardım etmək üçün işləmək məcburiyyətində qalıb. Pele pulu uşaqkən gördüyü işlərdən qazanıb. Onun əsas işlərindən biri ayaqqabı rənglənmək olub. Top almağa pulu olmadığı üçün əlinə keçən parça kəsiklərindən özünə top düzəldib. Lakin anası övladının heç vaxt topla oynamasını istəməyib. Çünki oğlunun oxuyub daha böyük yerlərdə çalışmasını arzulayıb. Pele pul qazanaraq həm ailəsinə yardım edib, həm də özünə top almaq üçün çalışıb.

Hətta mətbuatda yazılanlara görə bu dövrlərdə o, skamyalarda gecələyirmiş.
Ayaqqabı rəngləməkdən məşhurluğa

Pelenin ilk işi ayaqqabı rənglənmək olsa da, həmişə tək xəyalı olub – futbol oynamaq.

Futbola erkən yaşlarında başlayan əfsanəvi oyunçu ilk addımlarını bir neçə həvəskar klubda atıb.
Hələ 11 yaşında, həvəskar komanda olan, məşqçisi belə olmayan “Ameriquinha” klubunda top qovub. Elə bu dövrdə tanınmış, uğurlu futbolçu Valdemar de Brito tərəfindən kəşf edilib.

Brito balaca Pelenin qabiliyyətini görüb və bunu dəyərləndirib. 1956-cı ildə Valdemar de Brito onu Sao Paulo şəhərinin “Santos” klubuna gətirir. Oradakılara Pelenin göstərərək belə deyir: “Bu uşaq dünyada bir əfsanə olacaq”.

Valdemar de Brito haqlı çıxır. Çünki Pele peşəkar futbol karyerası zamanı ilk qolunu 16 yaşında vurub. “Santos”un məşhur oyunçularından Del Vecçionun yerinə gələn Pele 36-cı dəqiqədə ilk qolunu vurub və həmin gün komandasına qələbə yaşadıb. 7:1 hesabı ilə başa çatan oyun 6 qolunu məhz Pele vurub.

 
 Pele - kral
“Santos” klubu Pelenin komandaya gəlməsi ilə daha böyük uğurlara imza atıb. Dünyanın hər yerində dostluq və kubok matçlarını qazanan komanda  liqada da bir çox zəfərlərə şahid olub.

Təbii, Pelenin “Santos”a qazandırdığı uğurlar bəzən  liqadakı digər məşqçilərin və komandaların başına bəla olub.

Məsələn, “Korintians” klubu 10 il ərzində “Santos”a qarşı oynadığı heç bir matçda qalibiyyət üzü görməyib.

1957-ci ildə  Pele 32 qolla liqada ən çox qol vuran futbolçu seçilib. 1958-ci ildə “Santos” komandası əyalət çempionu olarkən, Pele də 119 qol vuraraq özünü kral elan edib. 1959-cu ildə isə 129 qol vuraraq krallığını qoruyub. 1960-cı ildə “Santos” təkrar əyalət çempionu olur. “Qol kralı” Pele atdığı 33 qolla bu uğurun əsas səbəbkarı olur.
3 dəfə dünya çempionluğunu qazanıb. İlk dünya çempionluğunu 1958-ci ildə yaşayıb. Futbol karyerasında 1281 qol vuraraq qırılması çox çətin olan bir rekorda imza atıb.
7 milyon dollarlıq adam

Pelenin Amerikanın “Nyu-York Kosmos” klubuna transferi 7 milyon dollara başa gəlib. Bununla da mətbuatda onunla bağlı “7 milyon dollarlıq adam” başlıqlı yazılar dərc olunnağa başlayıb.
“Tanrı məni futbol üçün yaradıb”
22 illik futbol karyerası müddətində oynadığı 1363 matçda 1282 dəfə qol vurmuş əfsanəvi futbolçu dünyanın nadir tapıntısı olaraq hesab olunub və “Qara mirvari” adlandırılıb.
Müsahibələrinin birində əfsanəvi oyunçu deyir: “Tanrı məni futbol oynamaq üçün yaradıb”.

 

Karyerasını başa vurdu

Millidəki karyerasını 1971-ci ildə 77 qolla (92 oyunda) tamamlayıb. Klub karyerasını isə Braziliya Liqasının məşhur komandalarından “Santos”da başlayıb və “Nyu-York Kosmos”da (1977-ci il) bitirib. Bir mövsüm boyunca liqada 52 kubokda 12 qola imza ataraq ən çox qol vuran “qol kralı” kimi təqaüdə çıxıb.
“Qara mirvari” ləqəbli futbolçu 1977-ci ildə futbol həyatını bitirdiyini elan etdikdə dünya mətbuatı “Onun üçün göy də ağladı” başlıqlı xəbər yazmışdı.
Bundan əlavə, Pele 1994-1998-ci illərdə ölkəsinin idman naziri olub.

“Atam ətrafa hörmət etməyimi nəsihət etdi”
Pele uşaq yaşlarında başına gəlmiş bir hadisə haqda mətbuata belə danışıb: “Küçədə futbol oynayarkən uşaqlara lağ edərdim. Atam bir gün məni yanına çağırıb dedi: “Futbol Allahın sənə verdiyi bir qabiliyyətdir. Ancaq məktəbə getsən və ətrafdakılar hörmət göstərsən, mükəmməl insan olarsan. O zaman heç kim səni dayandıra bilməz”. Mən də o gündən həmişə bunu etməyə çalışdım”.

Vəliəhdi kimdir? 
Pele müsahibələrinin birində ona ünvanlanan “vəliəhdiniz kimdir?” sualını özünəxas tərzdə cavablandırıb: “Yeni bir Pele və ya bundan sonrakı Pele, çox çətin ki, dünyaya gələ. Amma dünyada xeyli uğur qazanmış futbolçular var”.
 

Ölkəsinin “milli sərvəti” – xeyriyyəçi Pele
Pele qazandığı qələbələrlə ölkəsinə nəinki uğurlar, həmçinin pul da qazandırıb. Belə ki, futbolçunun transferi ölkəsini uzun illər təmin edib.

Pele bütün dünyada o qədər sevilirdi ki, Nigeriya müharibəsi zamanı Pelenin oyununa baxmaq üçün fasilə verilmişdi. Braziliya hökuməti Avropa klublarının onu əldə etmək cəhdlərini görərək onu “milli sərvət” elan etmiş, futbolçunun Braziliyada qalmağını dəstəkləmişdi.

Pele yardımsevər biridir. Transferlərdən qazandığı pulların müəyyən qismini anadan olduğu şəhərin kasıb təbəqəsinə bağışlayıb. Hazırda da ölkəsinin kasıb təbəqəsinə yardım edir. Bunun üçün Pele hətta Yardım Fondları da təşkil edib.
Aygün İlqarqızı

loading...
517 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Cənubi Koreya prezidenti həbs olundu – Korrupsiya
Dəhşətli fırtına olacaq - Xəbərdarlıq
İsrail də BMT-nin pulunu kəsdi – Səbəb
Bjezinski: “Rusiyanın ərazi aclığı var”
Trampın viza qadağası təxirə salındı
Çevriliş sirləri Türkiyədə gizlənib - Nazir
Kişi və qadınlara milyonlar xərcləyən, ərinin yanında başqaları ilə oturub-duran YƏHUDİ QIZI
Türkiyə artıq Avropanın müttəfiqi deyil - Nazir
Kəndimizin son günü (37-ci yazı)
30 Mart - Günün qoroskopu
Ukrayna günahı Rusiyanın üzərinə atmaq istəyir - Lavrov
Ronaldonun adı beynəlxalq aeroporta verildi - Foto
ABŞ-da yeni 11 Sentyabr planlaşdırılır – Şok iddia
Suriyada razılaşma - Ən böyük təxliyə
Bakıya görə İrəvanla... - Pakistan mətbuatı
Rumıniyanın sabiq regional inkişaf və turizm naziri həbs edildi
Sərnişinin həyatını xilas edən sürücü mükafatlandırıldı
15 iyulun daha bir şok planı üzə çıxdı: O öldürüləcəkdi...
Bakıya səfər edəcəyimdən çox məmnunam - Brül
Türkiyədən çox şey asılıdır - Rusiya
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclası keçirilib - Foto
Rusiyalı tanınmış alim Xocalı ilə bağlı petisiya hazırladı
150-yə yaxın məcburi köçkün işə qəbul edildi - Foto
Bir çox strateji yerləri işğaldan azad etdik - Norvuzov
Dəmirdaşa 142 il həbs cəzası...
Oreşkin: “Rusiya SSRİ-ni bərpa etmək gücündə deyil”
İtaliya KİV-də Bakı limanı haqda yazı çap olundu
Britaniya: “NATO-dan çıxmayacağıq”
Planetin məhvinə səbəb ola biləcək – 5 təcrübə
Zelandiyadan 3 milyonluq yardım
“Xalqbank” müavini tutuldu, Çavuşoğludan ABŞ-a - Mesaj
Bakılı oğlandan gözəl ifa - Video
Azərbaycanda
Sabahın hava proqnozu açıqlandı
60 milyardlıq Breksit başladı
İran və Rusiya viza rejimini ləğv etdi
29 Mart - Günün qoroskopu
İdmançılarımızdan Macarıstanda uğurlu start
Bakıda ən bahalı yaşayış evinin qiyməti - 3.3 milyon
Türkiyədən kürd bayrağına reaksiya: Doğru deyil
Şotlandiyadan müstəqillik yolunda ilk addım
Türkiyə-ABŞ-la razılaşa bilməyəcək - Admiral
Yeni konsepsiyalı ilk kompleks - kitabxana açıldı - Foto
FETÖ-çuların toplantısına belə basqın edildi - Video
Rusiya ilə İran üçüncü ölkələri... - Ruhani
“Aksent”in rəhbəri: “Bakını çox sevirəm”
Ərdoğan Bakı-Tiflis-Qars layihəsinin açılışına qatılacaq
İraqda sünni muxtariyyəti yaradılmayacaq
Bu il ali məktəblərə qəbulun keçid balları açıqlandı
Bakı ilə bağlı bu xəbər dünyanın 158 KİV-ində dərc edildi - Foto
Rusiya: “Orada MDB-dən 10 min terrorçu var”
Fabrikə hücum edən İŞİD-çilər məhv oldu
Əməkdar artist vəfat etdi
Lukaşenkodan erməni səfirə: “Lapşini kimə verməliydik?”
Rusiya İran hərbi bazasından istifadə edə bilər
Bundan sonra bu dillə danışacağıq – Video
“Heç kimə İsraili küsdürməyə izn verməyəcəyik”
Kissincer: “Putin sizinçün Hitler deyil”
ABŞ dövlət katibindən Qarabağ açıqlaması
İnsan beyni ilə kompüter birləşir - Dünyanı dəyişəcək kəşf
Gürcülərin Şengen ölkələrinə vizasız gedişi başladı
Tramp bizi yeni müharibəyə aparır - Senator
Prezident 30 əfv sərəncamı imzaladı
Putin: “Balkanlardan narahatıq”
Mərkəzi Bank yeni məzənnəni açıqladı
28 Mart - Günün qoroskopu
Ən çox qazanan futbolçu və məşqçi kimdir?
Kəndimizin son günü (36-cı yazı)
İstanbul susuz idi, çöp dağları... - Ərdoğan
Uzunömürlülərlə bağlı maraqlı fakt aşkarlandı
Azərbaycan – Almaniya: Kim necə oynadı?
Putinlə Ruhani Trampı müzakirəyə çıxarır?
Matviyenkodan Bakı açıqlaması:
Kreml Rusiyadakı mitinqləri diqqətlə analiz edir
Sevda: “O haqda danışmağa utanıram...”
Bakının bu küçələrində hərəkət dayandırılacaq - 5 gün
İŞİD rus helikopterini vurub? - Açıqlama
Türkiyə Ardasız qaldı
Həkim jurnalistdən rüşvət tələb etdi
Əflatun Amaşov Dzidziquri ilə görüşdü
31 Mart - Azərbaycanlıların Sоyqırımı Günü ilə əlaqədar sərgi təşkil olunub
Azərbaycanlı qız erməni müəllimi məhv etdi - Polşada
“Rusiya Ukraynanı daxildən parçalamaq istəyir”
Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub
Ermənistan üç günə 3 hərbçi itirib – Aydəmirov
Saakyan: “20 il sonra Ermənistan olmayacaq”
XİN-dən ermənilərin Şuşa vandalizminə - Reaksiya
Əməkdar artist bazarda maşın satır - Foto
Rusiya ABŞ-a görə BMT TŞ-ni toplayır
Rusiya Mərkəzi Asiyada təlimlərə başladı
Məsud Özil kədərli həyatından danışdı
SSRİ-nin məşhur “Volqa”ları qayıdır
ABŞ-dan etiraf: “Gülən Bin Laden qədər...”
27 Mart - Günün qoroskopu
Koreya hakerləri dünya banklarına hücum etdi
Hakan Şükür “Qalatasaray”dan qovuldu - Son qərar
Kəndimizin son günü (35-ci yazı)
Almanlara məğlub olduq - Video
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com