İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Rəşad Məcid ruhu və ya 50 yaşın müdrikliyi |


Son dəqiqə

son xeber > MANŞET > Rəşad Məcid ruhu və ya 50 yaşın müdrikliyi

Rəşad Məcid ruhu və ya 50 yaşın müdrikliyi
Tarix : 21 Avqust 2014 16:11
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov yazır
Tanışlığımızın haradan başladığını konkret xatırlamıram. Şübhəsiz, yada salmaq istəsəm, nələrisə canlandıra bilərəm. Zənnimcə, ehtiyac da yoxdur. Axı, onunla yaxınlıq xüsusi təmtəraq, hansısa əhvalat, fövqəladə maraqlı hadisə istəmir. Çünki o, hər epizodu, hər anı özü yaradır. Hər şey o qədər təbii və maraqlı alınır ki, təəssürat zənginliyində itib-batırsan. Nəyi daha çox xatırlamalı olduğunu unudursan. Zənn edirsən ki, onu dünyaya gəldiyin ilk gündən tanıyırsan. Söhbət Rəşad Məciddən gedir.Onunla yaxınlıqda təmtərağa ehtiyac duyulmadığı kimi, onu xüsusi təqdim etməyə də zərurət yoxdur. Adı çəkiləndə gözlər önündə bir çox dəyərlər canlanır. Ədəbi, bədii mühitimizdə, jurnalistikamızda olan hər kəs o dəyərləri sadalayaraq Rəşad Məcidin portretini cıza bilər. Cızır da, baxın, 50 yaşı münasibətilə yazıların, qələmə alınan dost düşüncə və xatirələrinin sayı artmaqdadır. 50 il az deyil, bəli, insan bu müddəti elə yaşamalıdır ki, barəsində yazsınlar, desinlər. Bu mənada Rəşad 50 yaşını haqlamış insanın kamil obrazını yarada bilər, yaşamağı bacarıb.Rəşad Məcid şairdir, yazıçıdır, publisistdir. Sənət adamlarından biri çox gözəl deyib ki, Rəşad Məcidin şairliyi ilə baş redaktorluğu qarşılıqlı müxalifətdədir. Biri digərinin vaxtından alır. Şair ilham pərisinin sorağında olsa da, jurnalistin, xüsusilə qəzet baş redaktorunun gözləməyə nə vaxtı, nə imkanı var. Səhəri oxucularla hesablaşmaq lazım gələcək. Sübh tezdən şər qarışanadək qəzetin sükanı arxasında dayanıb yorğun-arğın evə dönəndə, gözünün acısını almaq istəyəndə ilham pərisi səni silkələyib «yaz» deyəcək. İnanıram ki, yuxusuna haram qatıb yazdığı anlar çox olub. Ancaq daha çox Rəşadın jurnalistikası üzərində dayanmaq istərdim. Hesab edirəm ki, jurnalistikamız onun əsl sənət adamlarına xas duyumundan daha çox bəhrələnib, Rəşad Məcidi daha çox özününküləşdirib.Bəli, məhz duyumundan. Duyum böyük göstəricidir. Yeri gəlmişkən, Rəşaddakı duyumu bir neçə epizodda daha yaxından hiss etmişəm. Hiss etdirib. Özü demişkən, insan xarakterinin qatlarını çözələməyin yerini nə verə bilər ki? 50 yaşlı Rəşadın xarakterini çözələyərkən Şimali Kipr Türk Cümhuriyyətinə səfərimizi xatırlayıram. Orada Yaxın Doğu Universitetinin qurucusu Suat İrfan Günselin qəbulundaydıq. Suat bəyin universiteti yaratması, Şimali Kiprin tarixi ilə bağlı böyük entuziazmla anlatdıqlarının Rəşadda hansı ifadələr doğurduğu gözümün önündədir. Sakitcə dinləyirdi. Ancaq bunun fırtına öncəsi sakitlik olduğunu hiss edirdim. Zənnimdə yanılmadım, səhərisi gün «525-ci qəzet»in saytında «Qorxunun yaratdığı güc»ü gördüm. Elə oradaca yazmışdı.Rəşad «Qorxunun yaratdığı güc» sərlövhəli yazısında Suat İrfan Günselin anlatdıqları məqamları məxsusi duyum tərzilə ifadə etmiş və belə nəticəyə gəlmişdi ki, şimali kiprlilələrin var olmaq, həyatda qalmaq mücadiləsində başlıca hərəkətverici qüvvə qorxu olmuşdu. Təbii ki, haqlıydı. Ancaq «Sevginin yaratdığı güc»ü qələmə alan da haqlıydı. Görünür, qorxu və sevgidə vəhdət var. Onları birləşdirən bir-birilərini tamamlamalarıdır. Rəşadın nələri duyduğunu anlamışdım…Rəşadın nələri duyduğunu «Gəncədəki ruh»da da anlamışdım. O ruh Gəncə qatarının Ağdama gedən qatar kimi qəbulundan başlamışdı. Kövrəlmişdi. Dostumuz Elçin Mirzəbəylinin bədii təfəkkürü o qatarı «Kabus qatar» adlandırdı.  Rəşadhesablamışdı ki, o qatarda 6-7 il ərzində təxminən 300-dən çox gecə keçirib. Və 25 ildən sonra dəhlizinə ilk dəfə ayaq basdığı həmin qatarda içkinin hesabına içindəki ağrılı duyğularını, böyüyüb boya-başa çatdığı Ağdamın nisgilini keyləşdirməyə çalışdığını yazdı. Həmin an xatırladığı illər, beynində oyatdığı qatarlı günlər təkcə ona yox, «Gəncədəki ruh»u oxuyan hər kəsə əl elədi. Bu, əsl duyğu kabusu, onu yaradan Rəşadın doğma yurdunun timsalında bütövlükdə Azərbaycana olan böyük sevgisiydi…Rəşadın şair, yazıçı, publisist kimi oxucusuna yaşatdığı duyğunun, şerlərinin aşıladığı hisslərin təsiri altına düşəndə fikirləşmişəm ki, o nə yaxşı söz sənətini seçib, digər sahələrə maraq göstərməyib. Atası Müseyib kişinin imkanlarını və həmin dövrün insanını həyata bağlayan reallıqları nəzərə alsaq, Rəşadın hansısa böyük müəssisənin rəhbəri, yaxud da məmur kimi təsəvvürə gətirmək mümkün idi. Ancaq seçimi jurnalistika, söz-sənət dünyası oldu. Hesab edirəm ki, jurnalistikamız bu seçimdən uddu. Bu gün Azərbaycan mətbuatı deyiləndə gözlər önünə gələn beş-altı sima varsa, onlardan biri Rəşad Məciddir. Ancaq onu da deyim ki, bu statusun qazanılmasında təkcə istedad amili rol oynamır.Rəşadın böyük-kiçik yeri bilməsini Ağcabədidə atasının qonağı olarkən müşahidə etmişəm. Çox maraqlı mənzərəydi. Təkcə ona görə yox ki, böyük yanında, böyük danışanda danışmamaq kimi adətimiz var. Məsələ başqa vaxtlarda dili ağzına sığmayan həmkarımın valideyn yanında cınqırını belə çıxarmayacaq qədər susqunluğu idi. Açığı, bu qədərini təsəvvürə gətirmirdim. Ancaq Rəşadla bağlı sonradan təsəvvürə gətirməkdə çətinlik çəkməyəcəyim məqamlar çox oldu.Həmin məqamlardan birinə şahidliyim «İrşad» hotelində baş tutan tədbirdə gerçəkləşib. Təxminən 6-7 il öncənin söhbətidir. Uzaqdan Rəşadın gəldiyini gördüm. Onun gözləri isə böyük şairimiz Bəxtiyar Vahabzadəni görmüşdü. Kənarda oturub, xəstəhal görkəmi ilə ətrafı seyr edən ustad Rəşadın əyilib onun əlindən öpəcəyini gözləmirdi…Üzərindən bir neçə il keçəndən sonra eyni səhnəyə ikinci dəfə şahidlik etdim. Mətbuat Şurasının ofisi adi iş axarında idi. Baş redaktorlar, ictimai xadimlər Şuraya toplaşmışdılar. Rəşad da gəlib çıxdı və kabinetə girəcəkdə gördüyü şəxs həmkarımı ənənəvi olaraq hamı ilə görüşmək fikrindən bir anlığa daşındırdı. Birbaşa ona doğru yön aldı. Qarşısında dayandı, əyilərək əlindən öpdü. Azərbaycan jurnalistikasının canlı əfsanəsi Şirməmməd Hüseynov da mərhum Bəxtiyar Vahabzadə kimi sözün yaxşı mənasında çaşqınlıq içərisindəydi. Sonradan Rəşad «mən millətimizə, xalqımıza xidmət edən dəyərli insanların əllərindən öpməkdən heç vaxt çəkinmədim. Otağıma gələndə ayağa sıçradım, qabaqlarına yüyürdüm…» yazacaqdı. Şübhə etmirəm ki, 50 yaşını haqlamış Rəşad Məcidin jurnalistikamız qarşısındakı xidmətləri onu nə vaxtsa əli öpüləcək adama çevirəcək.Əlbəttə, Rəşad Məcid haqqında daha nələrisə də söyləmək, onun Azərbaycan jurnalistlərinin qurultaylarındakı ən gərgin vəziyyətləri saymana salan prinsipial dəst-xəttinin incəliklərindən söz açmaq, müxtəlif xatirələr zənginliyindən qidalanmaq mümkündür. Ancaq bu yerdə yazıma nöqtə qoymağı düşünürəm. Onu da düşünürəm ki, hər yaşın özünün spesifik xüsusiyyəti var və Uca Yaradan layiqli bəndələrini  həmin xüsusiyyətdən irəli gələrək mükafatlandırır. Bu mənada Rəşad Məcidin 50 illiyinin ən böyük mükafatının nəvə payı olduğu qənaətindəyəm. Təbrik edirəm, Rəşad baba, çox yaşa! Yubileyin mübarək, əziz dost!Bizimdovr.az

loading...
203 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Əmək pensiyalarının sığorta hissəsi artırıldı
Azərbaycan Türkiyədən uşaq geyimi idxal edən ölkələr siyahısında 3-cü pilləyə qalxıb
Prezident İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verib
Xəbərdarlıq: Yollar buz bağlayacaq
Deputatlarımız Maliyə gedir - Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Berlindən Rusiya və Türkiyənin Suriyadakı uğuruna - Reaksiya
Qorbaçov buna görə cavab verməlidir - Rusiyalı deputat
Rusiya ilə Suriya arasında şok müqavilə
ABŞ-da yeni dövr: Donald Tramp and içdi
Ukrayna 20 Yanvar faciəsini andı
Britaniyadan Kremlə tələb: “Topraqları geri qaytar”
Qambiyada vəziyyət gərginləşdi: 45 min insan ölkədən qaçdı
Əsəd istefa şərtini açıqladı
Cəmilov Krım türklərinə səsləndi: “Tərk etməyin”
Ordumuz 20 Yanvar şəhidlərini andı - Foto
Obama prezident kimi son zəngini bu liderə etdi
Dünya ölkələri 20 Yanvarı anır - Foto
Gürcüstanda qaz böhranı: Müxalifət təcili izahat tələb edir
Türkiyədən ABŞ-a İncirlik tənqidi
27 il öncənin həqiqətləri: Kimdir günahkar?
Alman kəşfiyyatının Türkiyə narahatlığı
Tramp və nüvə çemodanı: “qırmızı düymə” necə basılır...
20 yanvar-tariximizin qanlı və şanlı səhifəsi - FOTO
“Qafqaz”ın taleyinə aydınlıq gətirildi - Nazirlikdə görüş
Nobel sülh ödülçüsünün 20 Yanvar qırğını
Sabahın hava proqnozu açıqlandı
20 Yanvar şəhidləri Bakı İstintaq Təcridxanasında da anıldı
20 Yanvar faciəsi Los-Ancelesdə - Foto
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü Cəlilabadda rayonundada anıldı
Prezident İlham Əliyev Şəhidlər Xiyabanında
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümüdür
Xəbərdarlıq: Havalar kəskin soyuyur
20 Yanvar şəhidlərinin xatirəsi Vaterloda yad edildi - Foto
Alman kəşfiyyatı: PKK bizə görə...
Livan mətbuatında 20 yanvar faciəsi ilə bağlı məqalə
Trampın dedikləri gözəldir - Yıldırım
Cənubda 100 min hektarlıq park yaradılacaq
Əsəddən Astana sammitinə reaksiya
ABŞ İŞİD-in 2 düşərgəsini məhv etdi
Gülənin yaxınına tarixi cəza - 319 il
Bakıda kirayə mənzillər bahalaşdı
Bu dövlət rüsumlarının məbləği azaldılır
Uçuş təhlükəsizliyi ilə bağlı proqram hazırlanır
Afrika İttifaqı bu islam ölkəsinə hücuma hazırlaşır
Rusiyada hakimiyyətdən narazılıq artır - Sorğu
Bu universitetlər də bağlanacaq - Adlar
Trampın ailəsi haqqında - Bildiklərimiz və bilmədiklərimiz
Ankarada Rusiya səfirinin qətli ilə bağlı 2 nəfər saxlanılıb
Pol Makkartni
Necə edək ki, ibadətlərimizdən ləzzət ala bilək?
Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib.
Sabah bağlanacaq yolların SİYAHISI açıqlandı
Seulda 20 Yanvar faciəsinin 27-ci ildönümü qeyd olunub
Xırdalanda 6 otaqlı ev yanıb
19 Yanvar - Günün qoroskopu
Türkiyədən NATO-ya Rusiya ilə bağlı xəbərdarlıq
Yadplanetlilərin varlığını təsdiqləyən 10 fakt - Video
İctimai yerlərdə siqaret qadağan edilə bilər
Yeddinci qitənin tədqiqinə başlanılır
Azərbaycanlılar Gürcüstanda rekord qırdılar - Video
Çin 1 milyondan çox vətəndaşı köçürür - Səbəb
13 il ərzində Azərbaycanda nə qədər məscid tikilib?
İlham Əliyev Poroşenko ilə görüşdü - Foto
Kəndimizin son günü (16-cı yazı)
Azərbaycan və Çexiya memorandum imzaladı
Prezident İlham Əliyev azərbaycanlı milyarderlə görüşdü
Ən böyük alman bankı ABŞ qarşısında diz çökdü
Tramp sevib evlənib... - Sərdar Ortaç
Mosulun şərqi İŞİD-dən təmizləmdi
ABŞ: “Rusiya beynəlxalq liberal nizamı dağıdır”
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov əməliyyat müşavirəsi keçirdi
AMEA Mərkəzi Elmi Kitabxanasının və M.Ə.Sabir Fondunun əməkaşlığına dair təqdimat keçirilib - Foto
Futbolçu terrorist elan edildi
Netanyahu: “Biz ərəblərlə gizli şəkildə…”
Biləsuvarda müəllim dərsdə öldü - Səbəb
Vals: “Tramp Avropaya müharibə elan edib”
Yanukoviçin rus ordusunu çağırdığı şok məktub üzə çıxdı
“Reina”nın arxasında kim dayanır? - Nazir açıqladı
Kremlin adamı: “Putindən yardım istəmədim”
Bakı məktəblisi erməniyə 10:0 qalib gəldi
Kamilə Türkiyəni niyə tərk etdi?
Kılıçdaroğlu tələb etdi, Baxçalı ilə görüşdü
Mərkəzi Bankda struktur dəyişiklikləri oldu
Agentlikdən taksi sürücülərinə xəbərdarlıq
Tiflisdə narazılıq artır: “Qazprom”a qarşı aksiyalar
Hava yenidən soyuyur: Qar yağacaq
Makkeyndən Putinə inanılmaz sözlər: Onun sayəsində...
Prezident İlham Əliyev səudiyyəli nazirlə görüşdü
Prezident İlham Əliyev Aleks Karpla görüşüb
Prezident İlham Əliyev CISCO şirkətinin icraçı sədri ilə görüşüb
Mərkəzi Bank manatın məzənnəsini açıqladı
Bu günəcən açılmayan 5 sirli hadisə - Video
Transxəzər marşrutu üzrə ilk iclas keçirildi
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirdi
Prezident İlham Əliyev isveçrəli həmkarı ilə görüşdü
İSESKO-dan Ermənistanla bağlı bəyanat
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com