İdeologiya.az Facebook-da

Zəhmət olmasa 7 saniyə gözləyin... Bağla
Ramiz Yediyarov Gədəbəyi dağıdır |


Son dəqiqə

banner > Ramiz Yediyarov Gədəbəyi dağıdır

Ramiz Yediyarov Gədəbəyi dağıdır
Tarix : 15 Avqust 2014 14:00
İcra başçısı prezidentin tapşırıqlarının əksinə gedir
Bu günlərdə redaksiyamıza Gədəbəy RİH-nin başçısı Ramiz Yediyarovun qanunsuz əməllərindən bəhs edən yeni məlumatlar təqdim olunub. Daxil olan məlumatlarda başçının şəxsi gəlir mənbəyinə çevirdiyi qurumlardan birinin də Gədəbəy şəhər icra nümayəndəliyi olduğu bildirilir. Maraqlıdır ki, bir müddət əvvəl ölkə mətbuatında R.Yediyarovun yarıtmaz kadr siyasətindən bəhs edən yazılar da dərc olunmuşdu. Bu xüsusda məlumatlarda bildirilirdi ki, Ramiz Yediyarov əvvəllər ciddi maliyyə pozuntularına yol verdiklərinə görə müxtəlif vəzifələrdən azad edilmiş şəxsləri öz ətrafına toplayıb. Bu deyilənlərin bircə kəlməsinə belə etiraz etmirik. Lakin müəllif bir əsas məqamı qeyd etməyi unudub. Məqam isə bundan ibarətdir ki, bütün bu adları çəkilən məmurlar əvvəllər öz məqsədləri üçün törətdikləri korrupsiya əməllərini, maliyyə maxinasiyalarını indi sırf Ramiz Yediyarovun göstərişi ilə və onun nəzarəti altında həyata keçirirlər. Təbii ki, əldə olunan bütün gəlir də məhz başçıya çatır. Əgər təsadüfən başqa fikirə düşən olarsa da Ramiz müəllim bir neçə şillə-təpiklə hər kəsə öz yerini dərhal göstərə bilər. Deyilənə görə belə təcrübə Gədəbəydəki məmurların əksəriyyətinə yaxşı məlumdur. Yeni aldığımız məlumatlarda isə qeyd olunur ki, Ramiz Yediyarov öz məqsədləri üçün artıq dövlətə məxsus ehtiyat torpaq fonduna aid olan əraziləri də istismara verib. Belə ərazilərdən biri kimi rayonun Göyyurd kəndi yaxınlığında yerləşən torpaqlar göstərilir. Məlumatda bildirilir ki, RİH başçısı bu ərazidə yerləşən daş karxanasını qeyri-qanuni  və qeyri-rəsmi olaraq istismar etdirir. Halbuki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan bu ərazidə bu qəbildən olan işlərin aparılması qadağan olunub. Lakin bu qadağa təbii ki, R.Yediyarova və onun biznes tərəfdaşlarına sirayət etmək üçün yetərli gücə malik deyil. Hər halda Göyyurd karxanasında çıxarılan daşların bir maşını bu gün də rayonda 70-80 manata satılır.Daxil olan məlumatlarda ən çox narazılıq doğuran məqamlardan biri də Gədəbəydə kənd təsərrüfatı məhsulları istehlakçılarına qarşı yol verilən özbaşınalıqlar və hüquq pozuntuları ilə əlaqəlidir. Bu barədə redaksiyamıza müraciət edən yerli sakinlər vəziyyəti belə təsvir edirlər: “Ramiz Yediyarov biz gədəbəyliləri adam yerinə qoymur. Yeganə dolanışıq yerimiz əkin-biçindir. Başçı bu əkin-biçinə də şərik olub. Ramiz Yediyarovun adamları məhsulu tarladan yığmamış başımızın üstünü kəsdirirlər.Nədi-nədi hektara görə, 80 manat pul veriblər. İndi Yediyarovun adamları dirəşib ki, məhsulumuzu onun adamlarına satmalıyıq. Bakıya tək-tük mal aparanlar var. Onlar yaxşı pul qazanırlar. Amma yiyəsi olmayanlar məcburdurlar ki, Bakıdakı qiymətlərdən 20 dəfə aşağı qiymətə Yediyarovun adamlarına öz məhsulunu satsınlar. Bununla bağlı kənd təsərrüfatı nazirliyinə də şikayət etmişik, amma bizi eşidən yoxdur. Nazir Heydər Əsədov ayrı yerdə kənd təsərrüfatının inkişafından danışır. Biz xahiş edirik ki, danışanda Gədəbəyin adını çəkməsin. Çünki Yediyarov nə qədər ki, bu rayonda başçıdır, rayonu yeyəcək. Ya bizi bu başçının əlindən alsın, ya da Gədəbəy adlı rayonun təsərrüfatının olmadığını dəftərinin bir kənarına yazsın. Bütün bunların məntiqi nəticəsi olaraq, Ramiz Yediyarovun dağıdıcı fəaliyyəti fonunda yerli əhalinin narazılığı bu gün ən yüksək həddə çatmışdır. Artıq belə hallarda yuxarı instansiyalara şikayətlər edilir və qanunların ləkələnməsi fonunda verilən bu siqnallar nəticəsiz qalırsa,  məhz  bu zaman vətəndaşların etiraz aksiyalarına başlamasına rəvac verilir.Əgər bu gün Gədəbəydə orta və iri sahibkarlardan Ramiz Yediyarovun göstərişinə əsasən pul toplanırsa, bu rayonda sahibkarlığın inkişafına maneələr törədir. Ümummilli lider Heydər Əliyev hər dəfə öz çıxışlarında sahibkarlara yaradılan maneələr və əngəllərin aradan qaldırılmasının vacibliyini vurğulayırdı. Bu gün də bu siyasət ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Lakin hal-hazırda Gədəbəydə bu siyasi kursa əməl olunmamaqla insanların qanunlarımıza, dövlətə və dövlətçiliyimizə olan inamına zərbələr vurulmaqdadır. Artıq qeyd olunduğu kimi Prezident İlham Əliyevin martın 31-də Gədəbəy rayonu ilə bağlı  imzaladığı sərəncama əsasən, iyirmi yeddi min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Qarıkənd-Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,7 milyon manatı Gədəbəy Rayon İcra Hakimiyyətinə ayrılıb. Lakin gədəbəylilər ayrılan bu məbləğin də təyinatı üzrə sərf olunmayacağından çox narahatdırlar. Buna səbəb isə Ramiz Yediyarovun dövlət başçısı tərəfindən keçən il Gədəbəy rayonuna ilkin olaraq ayrılmış 4 milyon manat vəsaitin heç də təyinatı üzrə xərclənməməsidir. Bu barədə aldığımız məlumatda göstərilir ki, rayonun sosial inkşafı üçün ayrılan vəsaitin hara xərcləndiyini yalnız icra başçısı bilir. Gədəbəy rayonundan verilən  məlumata görə, icra başçısı Ramiz Yediyaraov dövlət büdcəsindən və rayon daxili büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri abadlıq, təmir tikinti işlərinə “sərf edərək” vəsaitlərin bir hissəsinin mənimsənilməsinə şərait yaradır.Bununla belə Ramiz Yediyarovun ən böyük özbaşınalığı yenə də yerli sahibkarları incitməsi, habelə rayonda sahibkarlığın inkişafına maneçilik törətməsi və vətəndaşların haqsız yerə incidilməsi ilə bağlıdır. Ölkə başçısının da bildirdiyi kimi, dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı durur və yerli icra başçıları dövlət siyasətindən kənarda heç bir iş görə bilməz. Ramiz Yediyarov isə bu istiqamətdə aparılan dövlət siyasətindən nəinki kənara çıxır, hətta prezidentin tapşırıqlarının əksinə addımlar atır. Bütün bunların əziyyətini çəkənlər isə yenə də sadə vətəndaşlardır. Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. Eyni zamanda da RİH başçısı sakinlərin rifahının yüksəldilməsinə yönəltməli olduğu pulları mənimsəməklə yanaşı, insanları onların özlərinə məxsus mal-mülkdən də məhrum etməkdən çəkinmir. Ən son aldığımız məlumatda isə R.Yediyarovun rayon sakini Vaqif Səfərovun əlindən 26 sot torpaq sahəsini zorla necə aldığına dair açıqlamalar verilib. Lakin bu barədə təfərrüatları artıq növbəti saylarımızda təqdim edəcəyik. Biz yenə də ümid edirik ki, yuxarı instansiyalar Gədəbəy sakinlərinin başına gətirilən müsibətlərə biganə qalmayacaq, daxil olan şikayətləri araşdırıb icra başçısının törətdiyi özbaşınalıqlarla bağlı zəruri ölçü götürəcəklər. Gələn saylarımızda isə biz Eamiz Yediyarovun fəaliyyətindən narazı qalan digər vətəndaşların da şikayətlərini dərc edəcəyik.

Bizimdovr.az

loading...
182 dəfə baxılıb

BƏNZƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Rusiyaya meteorit düşdü - Video
“Qurdlar Vadisi” izləyicilərinə - Şad xəbər
7 Dekabr - Astroloji proqnoz
Medvedyev: Türkiyə ilə Suriya dialoqunu başlatdıq
ABŞ o torpaqları Yaponiyaya verir
Azərbaycanlı referi UEFA-dan ən yüksək dərəcə aldı
“Nar”-ın dəstəyi ilə ünsiyyət məhdudiyyətli şəxslər üçün kompüter təmiri üzrə təlim kursları start götürdü
AMEA Naxçıvan Bölməsində yeni nəşr olunan monoqrafiyaların təqdimatı keçirilib
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları beynəlxalq tədbirdə iştirak ediblər
İpoteka kreditləri bərpa edildi
Özbəkistanın yeni prezidenti kimdir? – Zəngin bioqrafiya
6 Dekabr - Astroloji proqnoz
Fransa baş naziri istefa verdi: Ərdoğana qarşı yeni plan
Çeçenistanda rəqqas konsert zamanı öldü - Video
Hitler güllələtdirdiyi zabitin toyunda – Foto
İlin adamı bu siyasətçi oldu
ABŞ yeni proqram hazırlayır: İnternetə senzura
Adam elə şeylər eşidir ki... - Nadir
Prezident İlham Əliyev sərəncam imzaladı
MİT şefi Hakan Fidan dindirilib?
Neft rekord vurdu - 16 aydan sonra
BMT tarixində ən böyük çağırışını etdi
Rusiya sevinir: “İtaliya AB-yə böyük zərbə vuracaq”
Türkiyə dollardan imtina edir…
“Nar”dan hədiyyə qazanmaq şansı
Kəndimizin son günü (6-cı yazı)
Balaca itin məktəbli formasında, iki ayaq üstə gəzintisi - Video
Amerikalı kəşfiyyatçı: Suriya ilə bağlı son qərar verilməlidir
İngiltərədən Əsəd açıqlaması: Mümkünsüzdür
Rusiyada dəhşətli qəza: 10 uşaq həlak oldu – Video
Talibandan Trampa açıq məktub
Fransanın Baş naziri Prezident olmaq üçün postundan istefa verir
Türkiyə ordusu 94 PKK-çını məhv etdi
Şimal dənizində UNO görənləri heyrətə gətirdi – Video
Putin alman kəşfiyyatçıları necə xilas edib?
Salyanda ata 17 yaşlı qızını niyə öldürdü – Təfərrüat
Obama “Jingle Bells” oxudu – Video
Sabahın hava proqnozu açıqlandı
Ruhani ABŞ-ı hədələdi: “Təcili addımlar atacağıq”
Zidandan “El klasiko” – Açıqlaması
“Asiyanın ürəyi” Azərbaycana gəlir
Ağdaşda
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı
Bu gün Beynəlxalq Əlillər Günüdür
Bakı İstintaq Təcridxanasında abadlıq quruculuq işləri, uğurlu yeniliklər davam edir
Tanınmış müğənni evlənib boşandı, heç kimin xəbəri olmadı
Ərdoğandan vətəndaşlara mühüm dollar - Çağırışı
Poroşenko:
Şifrələrinizi tez-tez dəyişməyin...
3 Dekabr - Astroloji proqnoz
Cavanşir Məmmədovun qızı
Bakıda üstündə təsvir olan alma heyrət doğurdu - Foto
Daha bir ölkə Kosovanı tanıdı
FİFA ilin ən yaxşılarının qısa siyahısını açıqladı
1 milyardlıq möhtəşəm toy - Foto
Beynəlxalq Əlillər Günü Nərimanov rayonunda qeyd olunub - Foto
“Nar” və “World Telecom”-dan “Qışın isti təklifi”
KİV rəhbərinə xəbərdarlıq edildi
Baş prokuror Zakir Qaralov Yevlax rayonunda vətəndaşların qəbulun keçirəcək
2 Dekabr - Astroloji proqnoz
Bu ölkədə Azərbaycan dilində radio fəaliyyətə başladı
Rusiyanın Əsəd və Ərdoğanla bağlı gizli planı
Kafe müdirinin müavini necə icra başçısı oldu?
Kəndimizin son günü (5-ci yazı)
Maaşlar artacaq - Nazir
Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?
Bakıda Rumıniyanın milli bayramı qeyd edilir
Xəzər xəbər-ə haker hücumu – Foto
Nərimanov rayon gənclərinin ikiqat dünya və altıqat Avropa çempionu İlham Zəkiyev ilə görüşü keçirilib
Qida təhlükəsizliyi ilə əlaqədar Yevlax, Ağcabədi rayonlarında və Bakı şəhərində reydlər keçirilib
Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bərdəyə gəlib
İlham Əliyevin şad günü - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa – yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
“Azerfon” müasir texnologiya həvəskarlarını  “Nar” BakuTel stendinə dəvət edir
Ukraynada akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib (FOTO)
Patriarx Kiril: Azərbaycanla Rusiyanın terrorizmə qarşı mübarizədə mövqeləri üst-üstə düşür
Prezident İlham Əliyev: Azərbaycan etnik mədəni müxtəlifliyin, multikulturalizmin qorunub saxlanmasına xüsusi önəm verir
1 Dekabr - Astroloji proqnoz
Türkiyədəki bu görüntülər hər kəsi qorxuya saldı - Video
Ronaldo bunu da etdi

Ronaldo bunu da etdi

1 Dekabr 00:35

Avropanın xəritəsi dəyişir
4 ildən sonra neftin taleyi necə olacaq?
Yeni SSRİ-yə inam ölür: ermənilər də peşmandır
Əsədin 30 əsgəri öldürüldü - Hələbdə
ABŞ-dan Mosul açıqlaması: Uzun olacaq
Azərbaycanlının hazırladığı Quran türk mətbuatında - Foto
Nərimanov rayonunda “Azərbaycan gəncləri narkotiklər əleyhinə” mövzusunda inşa
Putin yeni nazir təyin etdi
“Azerfon” müasir texnologiya həvəskarlarını - “Nar” BakuTel stendinə dəvət edir
Dünyanın tanınmış fizikləri Bakıya gəlir
Prezident İlham Əliyev 7 sərəncam, 6 fərman imzaladı
Zakir Həsənov MDB-nin 71-ci iclasında - Foto
Azərbaycan tariflər digər ölkələrlə müqayisədə aşağıdır - Təhlil
Azərbaycanda
Putindən sonra Ərdoğan Fələstinə dəstək verdi
Putindən dəstək: Fələstin dövləti qurulsun
PKK-ya ağır zərbə: Seyid öldürüldü
    Təsisçi və Baş redaktor:
    TEYLOR FƏTİŞOĞLU

    Telefon:
    050 288 89 09

    Bakı, Mətbuat prospekti 529-cu məhəllə .
    Azərbaycan nəşriyyatı 9-cu mərtəbə.

    Email: ideologiya.az@gmail.com